Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1185/2024 28.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı yüksək təzyiqli qaz xəttinin ərazidən çıxarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(074)-492/2024 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı yüksək təzyiqli qaz xəttinin ərazidən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri, Dədə Qorqud küçəsində yerləşən, onlara məxsus evlərin yaxınlığından keçirilmiş 315 mmlik qaz xəttinin həmin ərazidən çıxarılaraq, sxemdə göstərilən qaydada çəkilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Şamaxı Rayon Məhkəməsinin 2(074)-492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Fərid Yaqubov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı yüksək təzyiqli qaz xəttinin ərazidən çıxarılması tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin mövcud olmasını əsas gətirərək, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi qərarına gəlmişdir. İddiaçı1 şikayət verərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, iş üzrə iddia tələbinin məhkəmə icraatına qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-85/2022 saylı qətnaməsi ilə iddiaçı Azəriqaz” İstehsalat Birliyinin ona qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq onun hesabına sökülməsi tələbi” rədd edilmişdir. İdddiaçı bu qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-116/2023 saylı qətnaməsi ilə iddiaçı Azəriqaz” İstehsalat Birliyinin ona qarşı apellyasiya şikayəti təmin edilmiş və iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-85/2022 saylı qətnaməsi ləğv edilmişdir. Ali Məhkəməyə kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)2865/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)116/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şamaxı Rayon Məhkəməsi hazırki iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsaslanıb eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına istinad etmişdir. Lakin hazırki iş üzrə tərəflər eyni olsa da predmet və əsaslar eyni deyildir. Çünki, yuxarıda adları çəkilən qət edilmiş məhkəmə qətnamələrində onun evinin sökülməsindən söhbət gedirdi, hazırki iddia tələbi isə onun evinin sökülməsindən yox, ona və ailə üzvlərinə məxsus evin yaxınlığından keçirilmiş 315 mm-lik qaz xəttinin həmin ərazidən çıxarılaraq sxemdə göstərilən qaydada çəkilməsindən söhbət gedir. Ona görə də bu iddia tələbi üzrə eyni tərəflər arasında olan predmet və əsaslar tam fərqlidir. Məhkəmənin Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad edilməsi səhvdir. Konkret desək, “evin sökülməsi” tələbi ilə evin yaxınlığından keçirilmiş “qaz kəmərinin sökülməsi” tələbi tam başqa-başqa məsələlərdir. Ona görə də haqlı və əsaslı iddia tələbi məhkəmə icraatına qəbul edilib mahiyyəti üzrə baxılmalıdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(074)-492/2024 nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-85/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq, cavabdehin vəsaiti hesabına sökülməsi tələbi”nə dair iddiası rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-116/2023 saylı qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-85/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdeh İddiaçı1 tərəfindən Şamaxı şəhəri D.Qorqud küçəsində Cavabdeh balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 mərtəbəli fərdi yaşayış evinin (inşa olunan tikili) cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, mühafizə zonasından çıxarılması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2865/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 89/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı3 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq, cavabdehin vəsaiti hesabına sökülməsi tələbi”nə dair iddiası təmin edilərək, Şamaxı şəhəri, D.Qorqud küçəsində yerləşən torpaq sahəsində cavabdeh İddiaçı3 tərəfindən inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin boşaldılması, Şamaxı şəhəri, D.Qorqud küçəsində yerləşən torpaq sahəsində cavabdeh İddiaçı3 tərəfindən inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin İddiaçı3 öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının bərpa edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-547/2023 saylı qətnaməsi və ilə təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 90/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı2 qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin boşaldılaraq, cavabdehin vəsaiti hesabına sökülməsi tələbi”nə dair iddiası təmin edilərək, Şamaxı şəhəri, D.Qorqud küçəsində yerləşən torpaq sahəsində cavabdeh İddiaçı2 tərəfindən inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin boşaldılması, Şamaxı şəhəri, D.Qorqud küçəsində yerləşən torpaq sahəsində cavabdeh İddiaçı2 tərəfindən inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin İddiaçı2 öz hesabına (əvəzi ödənilmədən) sökülməsi, mühafizə zonasının bərpa edilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-461/2023 saylı qətnaməsi ilə, həmin qətnamədən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-112/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi tərəflər arasında olmuş əvvəlki mülki iş üzrə iddia tələbi qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin boşaldılması, cavabdehlərin vəsaiti hesabına sökülməsindən ibarət olsa da, hazırkı iş üzrə iddiaçıların tələbi qaz xəttinin ərazidən çıxarılması olmuşdur. Göründüyü kimi qeyd edilən məhkəmə işləri ilə hazırki iş üzrə tərəflər eyni olsalar da mübahisənin predmeti eyni olmamışdır. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən isə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Sadəcə olaraq, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin tələbinə müvafiq olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktların sübutetmədən azad etməyə əsas verib-vermədiyini müəyyən etməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(074)-492/2024 nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(074)-492/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1185/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1185/2024
28.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver