Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1201/2023 08.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-561/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, **********85-11301 reyestr nömrəli, 0,0595 ha torpaq sahəsində, ünvan 1 ünvanında yerləşən 417 kv.m bağ evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur.
2. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən, xx.xx.1955-ci il tarixində Qubadlı rayonunun Göyərcik kəndində doğulmuş X1 “Elçin”ə dəyişdirmişdir.
3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* №li çıxarışa əsasən, **********21 reyestr nömrəli, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3679 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Abdulov (Elçin) Mürsəl Qurban oğluna məxsusdur.
4. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti, müraciətin müəllifi İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında cavabdehin daimi yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4424 saylı ekspert rəyinin surətinə əsasən, Sumqayıt şəhəri, saray bağlar massivində yerləşən B-3679 nömrəli bağ sahəsində tək daşla 9 daş hündürlüyündə inşa edilmiş daş hasarın 36 metr hissəsinin və metal boruların sökülməsi ilə bağlı dəymiş maddi ziyanın məbləğnin hazırki orta bazar qiymətlərinə uyğun olaraq təqribən 2075 manat təşkil etdiyi müəyyən olunmuşdur.
6. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli raportuna əsasən, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında, bundan başqa əmlakı qəsdən məhv etməsinə görə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 232.1-ci maddəsinə əsasən barəsində inzibati icrat işinin açılması haqqında qərar qəbul edilmişdir.
7. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 58-112-4827 saylı məktubuna əsasən, hadisəni törədən şəxs Cavabdeh çağırışlara gəlməməsi və yerinin müəyyən edilməməsi səbəbindən açılmış icraat dayandırılmışdır.
8. 12 saylı “Dəmirbeton” trestinin ödəniş tələbnaməsinə əsasən, Cavabdeh tərəfindən xx.xx.1996-cı il tarixdə ******* manat vəsait ödənilmişdir, ödəniş dəmir-beton plitələrinin alınması üçün edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya vurduğu 9500 manat maddi zərərin və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə ərizə ilə şikayət edərək Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində yaşayan bağ qonşusu Cavabdeh tərəfindən iddiaçıya məxsus bağ sahəsinin hasarlarının sökülməsi və ağaclarının zədələnməsi və bu barədə tədbir görülməsi ilə bağlı DİN-in rəhbərliyinə etdiyi müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ 1-ci PB-nə müraciət etmişdir. Müraciətində Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində yerləşən iddiaçıya məxsus bağ evinin həyətyanı sahəsinin daş hasarının iddiaçı tərəfindən tikilməsini, təxminən xx.xx.2022-ci il tarixdən başlayaraq tədricən hissə hissə hasarın qonşuluğunda yaşayan qardaşı Cavabdeh tərəfindən söküldüyünü və ağaclarının zədələndiyini bildirmişdir. Bu səbəbdən də iddiaçıya 9500 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Bundan sonra izahatlar alınmış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq, ünvan 49 nömrəli bağ evində yaşayan Cavabdeh, bağ qonşusu və qardaşı İddiaçı ilə həyətyanı sahəsinin hasarını sökməyinin səbəbini qardaşı İddiaçı hasarın dibinə su buraxması nəticəsində hasarın bir hissəsinin aşması və digər hissəsini də söküb setkadan hasar çəkməsini bildirmiş və bu səbəbdən də qardaşı İddiaçı ilə aralarında mübahisə yaranmışdır. Əslində söhbət yerin zəbt olunmasından və buna iddiaçının etirazından başlamışdır. Hətta dava zamanı iddiaçının üzərinə Cavabdeh kəsici alətlə gələrək demişdir ki, səni doğrayıb tökərəm. Hətta utanmadan uzun illər vətən uğrunda vətənə qulluq etmiş oğlu Elçin Abdulzadəni dilinə dolayaraq bildirmişdir ki, yaxşı oldu ki, oğlun ölüb, o yoxdur, sən də buralar da görünmə. Başın bədəninə ağırlıq etməsin deyərək iddiaçını ölümlə hədələmişdir. Bu da azmış kimi işlədiyi yerdə Müzəffərin oğlu Murad iddiaçını təhqir edərək ictimaiyyət içərisində biabır etmişdir. Burada onun məqsədi özünün tutduğu cinayəti ört-basdır etmək olmuşdur. Belə ki, Cavabdeh iddiaçının həyətindən 8000-9000 manat məbləğində tikinti materiallarını da mənimsəmişdir. Bu haqda sahə müvəkkilinə bildirsə də, sahə müvəkkili bildirmişdir ki, iddiaçı onun həyətinə girməyə ixtiyarı çatmır. Hətta hasar sökülən zaman sahə müvəkkili və qardaşı Mürşüd də orada olmuşdur. Bu səbəbdən Sumqayıt ŞPİ 1-ci PB-nin baş təhqiqatçısı polis mayoru Ruslan Vəliyev tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində yerləşən bağ sahəsində tək daşla 9 daş hündürlüyündə inşa edilmiş daş hasarın 36 metr hissəsinin sökülməsi ilə bağlı dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə ekspertiza təyin edilmişdir. Cavabdehdən dəymiş zərərin ödənilməsini tələb etsə də, o bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Beləliklə, həmin hadisə nəticəsində Cavabdeh iddiaçıya 9500 manat məbləğində zərər vurmuşdur.
11. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbininin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi ağacların kəsilməsi faktı olmamışdır. Hal-hazırda da iddiaçının iddia etdiyi ərazidə ağaclar mövcuddur. Bunu etiraz ərizəsinə əlavə edilən fotoşəkillər təsdiq edir. Bundan əlavə cavabdehlə iddiaçı arasında təqribən 30 metr uzunluğunda hasar mövcud olmuşdur. Həmin hasarın alt- hissəsi beton pilitələrdən ibarətdir. Beton pilitələrin üzərində 4 cərgə mişar daşından (kubik daş) hörgü olmuşdur. Divarın beton və kubik daşından hörülmüş hissəsi (4 cərgə) cavabdehin vəsaiti hesabına tikilib ərsəyə gəlmişdir. Bunu Sumqayıt 12 saylı X11 Zavodunun 10 yanvar 1995-ci ildə verdiyi 04 saylı Kassa mədaxil orderinin qəbzi və həmin müəssisə tərəfindən verilmiş 02 saylı ödəniş tapşırığı təsdiq edir. Cavabdeh həmin məmulatlar üçün ödəniş etmiş və ödənişi təsdiq edən sənədlər bu etiraza əlavə edilir. İddiaçı iddia tələbində inşa edilmiş daş hasarın 9 daşdan ibarət hörüldüyünü bildirir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının tələbi əsassızdır. Belə ki beton pilitənin üzərində tək daşla 4 cərgə daş hörülmüşdür. Bunu etiraza əlavə edilən fotoşəkil təsdiq edir. Həmin daşlar da cavabdehin vəsaiti hesabına inşa edilmişdir. Həmçinin bildirir ki, beton pilitələri X2 Hüseyov ilə birlikdə inşa etmişlər. Həmçinin beton pilitələrin üzərində 4 cərgə daşın hörülməsini X9 öz köməkçisi ilə birlikdə icra etmişdir. Daş hasarın uçurulmasında cavabdehin heç bir rolu olmamışdır. Hasarın daş hissəsinin uçurulmasında və tikinti materiallarının mənimsənilməsində heç bir rolu olmamışdır. Cavabdehin fərdi evinə xidmət göstərən elektrik və qaz xətti vaxtilə iddiaçı tərəfindən divara bitişik şəkildə çəkilmişdir. İddiaçı həmin hasarı sökərək cavabdehin evinə xidmət göstərən elektrik və qaz xəttinin həyətin cavabdehə aid hissəsində çəkilməsini tələb etmişdir. Cavabdeh həmin işlərin görülməsi üçün Beynəlxalq Bankın Sumqayıt Filialından xx.xx.2022ci ildə kredit götürmüş və həmin işləri öz vəsaiti hesabına icra etmişdir. Hal-hazırda iddiaçı tərəfindən mövcud ara divarı söküldüyündən cavabdeh metal tor vasitəsilə divar çəkmişdir. iddiaçının istinad etdiyi ara divar 06 aprel 2022-ci ildə iddiaçı tərəfindən dağıdılmışdır. Həmin tarixdə cavabdeh 1 saylı Sumqayıt şəhər Xəstəxanasında stasionar şəraitdə müalicə olunmuşdur (reanimasiya şöbəsində). Cavabdehin xəstəxanaya düşməyinə səbəb həmin vaxt iddiaçı ilə aralarında konfliktin baş verməsi olmuşdur. Xəstəxanaya təcili tibbi yardım maşını ilə aparılmışdır. İddiaçı polisə zəng edərək bildirmişdir ki, ara divarını guya cavabdeh sökmüşdür. Əslində həmin vaxt cavabdeh səhhəti pisləşdiyinə görə evdə həkim müayinəsi altında olmuş və həmin həkimlər tərəfindən xəstəxanaya aparılmışdır. Orada 8 gün stasionar müalicə almışdır. Cavabdeh tərəfindən hər hansı bir tikinti materiallarının mənimsənilməsi halları olmamış, ağaclara hər hansı bir ziyan dəyməmiş, daş hasar uçurulmamışdır və cavabdehə heç bir maddi ziyan vurulmamışdır.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, 1991-ci ildə Xocavənd rayonundan məcburi köçkün kimi gələrək Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində məskunlaşmışdır. Cavabdehlə qeyd edilən Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində qonşu olmuşdur. Atası ilə özü Müzəffərin bağında işləməyə başlamış, Müzəffərin mal-qarasını saxlamışlar. Müzəffər bağa şənbə və bazar günləri gəlir həftə içi isə gedirdi. Müzəffərin qonşularından biri atası Qurban kişi, digər qonşusu isə adını bilmədiyi digər şəxs idi. Müzəffərin bağında yaşayış olmuşdur. Bağın çəpərlərini 1995-ci ildə Cavabdeh tikmişdir. Çəpər bağa giriş tərəfdən sol tərəfdə yerləşir. Çəpər Cavabdehlə atası Qurban kişinin həyətyanı bağ sahələri arasında qoyulmuşdur. Cavabdeh çəpəri paneldən qoymuş və panellərin xərcini özü ödəmişdir. Paneldən çəpər çəkilənə qədər çəpər taxtadan idi. Cavabdeh çəpəri betondan tikdirməkdə məqsədini bilməmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, 1993-cü ildən məcburi köçkün kimi gələrək Sumqayıt şəhərində yerləşən peşə məktəblərinin birində məskunlaşmışdır. Bundan sonra özü döyüş bölgəsinə qayıtmışdır. Qayıtdıqdanh sonra öyrənmişdir ki, iddiaçı Cavabdeh arvadı Maya onun ailə üzvlərini özlərinə məxsus bağ evində yerləşdirmişdir. Bu vaxta qədər Müzəffəri tanımamışdır. Daha sonra uşaqları məktəbə getməli olduğundan ailə üzvləri ilə birlikdə həmin bağ evindən çıxıb Sumqayıt şəhəri, 2-ci mikrorayonda ev tapıb yaşamağa başlamış, qayınatasıgil isə həmin bağ evində qalmağa davam etmişdir. Bağ evinə Müzəffərin ailə üzvləri də tez-tez gedib gəlmişdir. Müzəffərin qonşularını tanımamışdır, lakin güman edir ki, sağ qonşusu onun qardaşı olmuşdur. Bağda olan yaşayış evinin neçə mərtəbədən ibarət olmasını xatırlamır. 1998-ci ilədək polis əməkdaşı kimi cəbhə bölgəsində çalışmış. Mütəmadi ailəsinin yanına gəlib-getmişdir. Bir gün ailəsinin yanına gəldikdə bağ evində mövcud olan çəpərlərin betondan olduğunu görmüşdür. Beton çəpərləri Cavabdeh tikdirmişdir. Müzəffərin bağında ailə üzvlərindən başqa kiminsə qaldığını bilmir.
15. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, bağ evi Novxanıda yerləşir, həmin bağ evində 1981-ci ildən bəri yaşayırlar. Bağ evində əvvəllər məcburi köçknlər də yaşamışdır. Həmin vaxtlar bağ evinin sağ və sol yanında heç kəs yaşamamışdır. 1990-cı illərdə həyətdə çardağa bənzər ev olmuş, həmin evdə mal-qara saxlanılmışdır. Mal-qaraya Ələkbər kişi və onun oğlu Niyaməddin adlı şəxs baxmışdır. Bağ evinə çəpər çəkilmişdir. İddiaçı hazırki bağ evi ilə öz bağ evi arasında 1993-cü ildə çəpər mövcud olmamışdır. 1995-1996-cı illərdə Ələkbər kişi, onun oğlu Niyaməddin adlı şəxs və adını xatırlamadığı digər şəxs bünövrəsi panel olan çəpər inşa etmiş, üstünü də daş ilə hörmüşdür. Qeyd edilən çəpər Müzəffərin vəsaiti hesabına tikilmişdir.
16. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-561/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Elmir Hüseynov)
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin bağ evi arasında təxmini 30 metr uzunluğunda hasar mövcud olmuş, daha sonra həmin hasar uçmuşdur. Polis orqanında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hasarın söküldüyü yerdə mövcud olan ağaclar kəsilməmiş, yalnız hasar uçmuşdur. Hasarın kimin tərəfindən uçurulmasına gəldikdə cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən axıdılan su nəticəsində hasar qismən uçduğundan qalan hissəni də cavabdeh özü uçurtmuşdur. Cavabdeh qeyd edir ki, hasarı özü inşa etmiş, özü də uçurtmuşdur. Uçurulmuş hasarın yerinə yeni, daha səliqəli hasar çəkmişdir. Əvvəlki hasarın kim tərəfindən inşa edilməsinə gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, hasar Cavabdeh tərəfindən inşa edilmişdir. Bunu şahid ifadələri və beton zavodundan alımış arayış da təsdiq edir. Bununla da görünür ki, cavabdeh iddiaçıya hər hansı zərər vurmamışdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1115-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına istinad etməklə ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cüil tarixli, e-2(060)-561/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, iddiaçı iddia edir ki, cavabdehə məxsus beton panellərin üzərində 9 cərgə daş hörülmüşdür. O, Sumqayıt şəhər Məhkəməsinə həmin divarın müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilini təqdim etmişdir. Həmin fotoşəkillərdən aydın görünür ki, divar 4 daşdan hörülmüşdür (ibarətdir). Hasarın uzunluğu 30 m olub, hündürlüyü qeyd etdiyi kimi 80 sm-dir (4 cərgə x 20 sm). Bu da 25 m2 daş hörgü deməkdir (beton plitənin üstündən) 25 m2 x 1 m2 (12 ədəddir)=300 ədəd mişar daşı (kubik). Əgər ustanın zəhmət haqqı tək qat barı üçün 25 m2 x 4 manat = 100 manat edir. 25 m2 hörgü üçün sərf edilən sement 80 kq-dir (2 kisə). Hazırda 1 kisə sementin bazar qiyməti 8 manatdır. 2x8=16 manat. Əgər iddiaçıya dəymiş ziyanı real qiymətləndirilsə, hazırda bu ziyanın məbləği 116 manat edir. İddiaçı şişirdilmiş ziyan məbləğini ondan tələb edir. İddiaçının tələb etdiyi ziyan məbləği real zərərdən 82 dəfə çoxdur (9500m:l 16=82 dəfə). Beləliklə iddiaçı qanunsuz gəlir əldə etmək üçün real zərərdən 82 dəfə artıq ziyan məbləği tələbi ilə məhkəməyə müraciət etmişdir.
21. Həmçinin bildirir ki, iddiaçı müxtəlif bəhanələrlə Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək əsassız bəhanələrlə onu narahat edir, barəsində əsası olmayan şayələr yayır. Bu da onu çox narahat edir.
22. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin rədd edilməsi və Sumqayıt şəhər Məhkəməsinin bu iş üzrə qəbul edilmiş qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
33. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-561/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
38. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir.
40. İşin tədqiq olunan hallarından görünür ki, iddiaçı ilə cavabdehin bağ evi arasında təxmini 30 metr uzunluğunda hasar mövcud olmuş, daha sonra həmin hasar sökülmüşdür. Polis orqanında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hasarın söküldüyü yerdə mövcud olan ağaclar kəsilməmiş, yalnız hasar uçmuşdur. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya dəymiş maddı ziyan az olduğundan cinayət tərkibi yaratmasa da, lakin həmin hadisənin Cavabdeh tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Digər tərəfdən polis orqanlarında araşdırma zamanı, cavabdeh öz izahatında hasarın özü tərəfindən sökülməsini etiraf etmişdir.
41. Yuxarıda sadalanan hüquq normalarına uyğun işin faktiki hallarına qiymət verən apellyasiya kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ona məxsus bağ sahəsinin hasarının sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini tələb edir və iddia onu tərəfindən kifayət qədər əsaslandırılmışdır.
42. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi tərəfindən təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4424 nömrəli ekspert rəyi ilə Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən B-3679 nömrəli bağ sahəsində tək daşla 9 daş hündürlüyündə inşa edilmiş daş hasarın 36 metr hissəsinin və metal boruların sökülməsi təsdiq edilmiş, bununla bağlı dəymiş maddi ziyanın məbləğinin təqribən 2075 manat təşkil etdiyi müəyyən olunmuşdur. İddiaçı da hazırkı iddia tələbində cavabdeh tərəfindən ona məxsus hasarın sökülməsi nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələb etmişdir.
43. Kollegiya sadalanan xüsusatları nəzərə almaqla hesab edir ki, iddiaçı ona dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi barədə iddia tələbində qismən haqlıdır və iddianın tamamilə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki hallarına uyğun olmamaqla yanaşı, həm də ədalətsizdir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəymiş ziyanın ödənilməsi barədə İddiaçı qarşısında öhdəlikləri yaranmışdır ki, sözügedən maddi ziyanın əvəzi məhkəmə qaydasında ödənilməlidir.
45. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir.
46. Apellyasiya kollegiyası sadalananlara əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş maddi ziyana görə məbləğ tutularkən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4424 nömrəli ekspert rəyi nəzərə alınmalı və hər iki tərəfə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır.
47. Apellyasiya kollegiyası işin qeyd olunan faktiki hallarını nəzərə alaraq, tərəflər arasında yaranmış mübahisənin obyektiv həllinə nail olmaq baxımından, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, iddiaçıya dəymiş ziyanın ekspert rəyində göstərilən məbləğdə iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir.
48. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, habelə apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla yuxarıda qeyd olunan qaydada, qismən sübut edə bilmişdir. Cavabdeh öz etirazının əsasını təşkil edən dəlillərini sübut edə bilməmişdir.
49. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddia tələbinin bütövlükdə təmin olunmamasına dair qərar qəbul etmişdir.
50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir.
51. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)- 561/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıya vurduğu maddi ziyana görə 2075 manat və məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun yalnız 40,75 manat hissəsinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir.
52. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin Cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından cavabdeh tərəfindən bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-561/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya vurduğu maddi ziyana görə 2075 (iki min yetmiş beş manat) manat və 40,75 (qırx manat yetmiş beş qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verə bilər. Cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.