Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1203/2025 02.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: vurulmuş maddi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2324/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 manat pulun ondan alınaraq hesaba (X2 Kod: 210005 VÖEN: ********** Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T:CT.Ri:AZ22 Ədliyyə Nazirliyi hlesab № AZ18CTRE******************** VÖEN: ********** Büdcə təsnifatının kodu: 142120 Büdcə səviyyəsinin kodu 7) köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 1 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrası barədə göstəriş icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2023-cü il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji adapteri təhvil verilmişdir. Eyni zamanada ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilməsi qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh Nümayəndə1 götürülmüş “Attend” markalı elektron mobil qurğuya baxış keçirilərkən sadə qolbağının kompleksiyası pozulmuş, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Belə ki, V6 mobil qurğuya baxış keçirilərkən istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından elektron element qopmuş, mobil qurğu istifadəyə tam yararsız hala düşmüşdür. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz verilərək qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün icrası ilə bağlı ona İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən mobil qurğu quraşdırılmış, qurğuya nəzarət Cavabdeh tapşırılmışdır. Neçə aylardır ki, mobil qurğuda heç bir problem olmamış, daim nəzarətlərində saxlanılmış və tərəflərindən heç bir mexaniki və ya digər müdaxilə edilməmişdir. Lakin bir müddət sonra təxminən 2024-cü ilin sentyabr ayında mobil qurğunun ekranında problemlər olmağa başlamış, mobil qurğunun enerjisi olarkən belə yanıb sönürdü, bu səbəbdən İddiaçınə şifahi müraciət etmişlər ki, mobil qurğu düzgün işləmir, onu yenisi ilə əvəz edilməsini xahiş etmişlər. xx.xx.2024-cü il tarixində İddiaçındən onu dəvət etmişlər, rəsmi izahat yazmış və həmin zaman mobil qurğunun ekranı problemli olsa belə işlək vəziyyətdə olmuşdur. İddiaçı qurğunu yenisi ilə əvəz edib və təhvil verilən cihazı mütəxəssis rəyi verilməsi üçün aidiyyəti üzrə göndərmişlər. Mütəxəssis rəyində bildirilmişdir ki, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Mütəxəssis rəyi natamamdır, rəylə razı deyillər, rəy əsassızdır. Belə ki, mobil qurğuya heç bir müdaxilə olunmayıb, sınmış və yaxud zədələmiş formada təqdim edilməmiş, normal, bütöv və sınmamış formada təhvil verilmiş, təhvil verildiyi zaman cihaz qismən də olsa işlək vəziyyətdə olmuşdur. Təqdim edilən mütəxəssis rəyində cihazın istifadə qaydalarının hansı tələbinə düzgün əməl edilmədiyinə görə xarab olması, hansı səbəblərə görə hansı hissələrin zədələnməsi, yararsız hala düşməsinin səbəbi göstərilməmiş, yalnız ümumi sözlərlə “istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə” rəyi verilmişdir. Ümumən verilmiş rəy müəssisənin möhürü ilə təsdiq edilməmişdir. Bir daha vurğulayır ki, onun tərəfindən mobil qurğuya heç bir müdaxilə edilməmiş, onunla keçirilmiş təlimata uyğun daim cihaza nəzarət etmiş və iki ilə yaxındır ki, qurğuda heç bir problem yaşanmamışdır. Hər hansı bir formada mobil qurğunun işlək olmaması onun təqsiri ucbatından olmamışdır. Təhvil verilmiş cihaz normal vəziyyətdə, sınıqsız, gözlə təyin oluna bilən zədəsiz olmuş, lakin İddiaçı məhkəməyə sənədlər təqdim edib ki, ondan 2277,40 manat tutularaq Probasiya Şöbəsinin hesabına köçürülsün. Qeyd olunmalıdır ki, təqdim edilmiş sənədlərə əsasən mütəxəssis rəyi ilə Probasiya Şöbəsinin göstərdiyi səbəb arasında da ziddiyətlər var. Belə ki, Probasiya Şöbəsi tərəfindən mobil qurğunun xarab olması “cavabdeh məsuliyyətli olmadığından elektron element qopmuş” səbəbi göstərilmişdir, lakin mütəxəssis rəyində hər hansı bir elektron elementinin qopması göstərilməmiş, cihazının texniki baxış zamanı açılaraq çəkilmiş fotoşəkillə kifayətlənmişdir. Qeyd olunmalıdır ki, o mobil qurğuya tam düzgün nəzarət etmişdir, cihazda yaranmış hər hansı bir texniki qüsur onun səhlənkarlığı səbəbindən baş verməmişdir, hər ay vaxtlı-vaxtında Probasiya Şöbəsində qeydiyyatdan keçmişdir. O hökmdən düzgün nəticə çıxararaq, tam islah olub, eyni zamanda onun himayəsində 4 azyaşlı övladı var, həyat yoldaşı işləmir, özü isə günəmuzd fəhlə işləyir. Maddi cəhətdən ailəsi çox əziyyət çəkir, bu halda ona 2277,40 manat məcburi ödənişin tətbiq edilməsi bunun üçün həm maddi həm mənəvi cəhətdən çox ağır bir zərbə olacaqdır. İddia tamamilə əsassız olduğundan onu qəbul etmir. 4 Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2324/2025 saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi təmin edilmiş, Cavabdeh elektron nəzarət qurğusunun dəyərinə görə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinin hesabına (X2 Kod: 210005 VÖEN: ********** Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T:CT.Ri:AZ22 Ədliyyə Nazirliyi İ lesab № AZ18CTRE******************** VÖEN: ********** Büdcə təsnifatının kodu: 142120 Büdcə səviyyəsinin kodu 7) ödənilməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, elektron qolbaq məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihaz olmaqla, Cavabdeh barəsində çıxarılmış Abşeron rayon Məhkəməsinin 1(012)578/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, sözügedən elektron nəzarət qurğusu məhkuma təhvil verilmiş, istifadə qaydası ona izah edilmiş, yararsız hala salınacağı təqdirdə dəyərinin ondan tutulacağı, maddi məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ED 000607 №-li texniki rəyindən göründüyü kimi Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsindən emal üçün götürülən Attenti sadə qolbağının istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlığın nasaz vəziyyətə salındığı aşkar edilmiş, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu qeydə alınmışdır. Bununla da Cavabdeh elektron nəzarət vasitəsinin nasaz vəziyyətə gətirdiyi öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etməyərək elektron nəzarət vasitəsinin yararsız vəziyyətə düşməsində cavabdehin hər hansı təqsirinin olmamasını və cavabdeh tərəfindən nasazlıq barədə vaxtında xəbər verməsinə baxmayaraq nəzərə alınmaması ilə əsaslandırmış, lakin göstərilənlərin əsaslığını sübut edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Elektron nəzarət qurğusunun yararsız hala salınması dolayısı ilə məhkəmə qərarlarının da icrasını səmərəsiz etdiyindən, İddiaçı iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməli, Cavabdehin elektron nəzarət qurğusu olan qolbağı yararsız hala salaraq onu itirməsi öz təsdiqini tapdığından həmin qurğunun dəyəri olan 2277,40 manat pul vəsaiti də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 saylı Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Mülki Prosessual Məcəllənin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”na, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(012)-2324/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2024 cü ilin fevralından müalicələrə cəlb edilib, həm stosionar həmdə ambulator qaydada müalicələrə cəlb edilmişdir. Ağır formada xəstəlikdən əziyyət çəkir, mədədə qan axmaya qədər gelib çatmışdır. Dərman preparatları çox bahadır, şəxsi hesabı vasitəsilə mülicələr alır. Bu qədər xərclərin olması və bu qədər həm mənəvi çətinliklərin olması üstəgəl hazırki məhkəmə mübahisəsi vəziyyəti dahada ağırlaşdırmışdır. Bundan başqa artıq, islah olmuşdur, düzdür islah olması onun səhhətinin ağırlaşması ilə nəticələnsə də, bu yoldan çəkilmişdir. Ailəlidir, övladları vardır, ailəsinə sahib çıxmağa çalışır. Hazırda bu gün belə bir iddianın olması mənəvi izdirabala gətirib çıxarır. İş üzrə İddiaçı heç bir sübut təqdim etməmişdir. İş üzrə sadəcə mütəxəssis rəyi vardır, rəydə də qeyd edilmişdir ki, istifadə qaydalarına düzgün riayət edilmədiyindən nasaz vəziyyətə salındığını bilmdirmişdir. Bundan başqa iş üzrə hər hansısa sübut yoxdur ki, bu cihazı o, yararsız vəziyyətə salıb. İddiaçı tərəf heç bir sübut olmadan məhkəməyə müraciət etmişdir. Halbu ki, cihazı təhvil alarkən cihaz normal vəziyyətdə olmuş, heç bir sınıq zədə və sair kimi hallar müşahidə edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Cavabdeh narkotik vasitəsi istifadə etdiyindən cinayət məsuliyyətinə cəlb edilib, cəza tətbiq edilib, səhhəti ilə əlaqədar MRTyə görə ayağından mobil qurğu çıxarılaraq yenidən taxılmışdır. 2024-cü ilin sentyabrında mobil qurğunun işıqlarının yanıb-sönməsi, qüsurlu olması ilə bağlı probasiya şöbəsinə müraciətləri olub, lakin əhəmiyyət verilməmiş, problemlə maraqlanmamışlar, dəvət edəcəklərini bildirsələr də yubatmışlar. X6 qəbulunda olub, qardaşına bildirilib ki, texniki qüsurdur, həll olunacaq, bununla bağlı protokol tərtib olunub, sonra həmin şəxs işdən azad olunub. Mütəxəssis rəyində qeyd olunur ki, istifadə qaydalarına əməl olunmadığından qurğuda nasazlıq yaranıb. Fəqan Hüseynovun tərtib etdiyi protokolda isə hər hansı istifadə qaydasının pozulması ilə əlaqədar qüsur yarandığı qeyd olunmamışdır. İkinci dəfə mobil qurğu taxılıb və yenidən eyni problemlər yaranıb, mütəxəssis texniki qüsur olması ilə bağlı rəy verib. İddia əsassızdır. Belə ki, mütəxəssis və probasiya şöbəsinin verdiyi rəylər ziddiyyət təşkil edir. Probasiya şöbəsi element qopduğunu bildirsə də rəydə istifadə qaydalarının pozulması nəticəsində qüsur yarandığı bildirilib. İddia əsaslı olsa idi, özü də borc pul tapıb ödəməyə çalışardı, lakin qardaşı təqsirsizdir. Mütəxəssis rəyi mötəbər sübut deyil. Narkotik istifadəçisi olduğundan sağlamlığında problemlər olub, onurğa problemi ilə ələqədar 26 yanvarda MRT-yə salınıb, ona görə icra məmuru qurğunu çıxarıb. Mobil qurğu Fəqan Hüseynovdan icazə alınaraq çıxarılıb. Mobil qurğu dekabrda qoşulub, yanvarda MRT-yə görə çıxarılıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişldir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Abşeron Rayon Məhkəməsinin 1(012)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müdçtətməzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 02 il 11 ay 26 çjün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs Cavabdeh narkomaniyadan məcburi müalicə təyin olunması, o, Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Cavabdeh aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0,792 qram olan metamfetaminin məhv edilməsi, iş üzrə 55 manat məhkəmə-bioloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübutlar bir ədəd SD diskin cinayət işinin materiallarında saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməsi və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkili X3 göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 240 manat pulun Xırdalan Vəkil Bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir.
13. İddiaçı tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh 1 ədəd “Attenti” markalı 35655696 nömrəli (qolbaq 078CE06516) komplekt tətbiq olunmuşdur. Məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə, həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir.
14. Maliyyə və Təminat İdarəsinin Təchizat şöbəsi tərəfindən verilmiş “attenti” markalı elektron nəzarət vasitələri haqqında maliyyə arayışından görünür ki, “attenti” markalı ağıllı elektron qolbaq (sadə elektron qolbaq - 1 ədəd, mobil nəzarət qurğusu - 1 ədəd, elektrik adapteri - 1 ədəd, klipsa - 1 cüt, proqram lisenziyası - 1 ədəd) dəyəri – 2277,40 manat müəyyən edilmişdir.
15. Leading İT for Leading Businesses tərəfindən verilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli, ED 000607 nömrəli texniki rəydən görünür ki, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlığın nasaz vəziyyətə salındığı aşkar edilmiş, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu qeydə alınmışdır.
16. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 27 məhəllə ünvanında qeydiyyatdadır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.
19. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
20. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 saylı Qərarına əsasən, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısı təsdiq edilmişdir.
1. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər: 1.1. elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. 1.2. mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. 2.1. Elektron nəzarət vasitələri məhkəmənin müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin təyin edilməsi barədə qanuni qüvvəyə minmiş yekun qərarı əsasında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq icra məmuru (probasiya üzrə) tərəfindən tətbiq olunur. 5.1. Elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərinə bağlanılmamışdan əvvəl texniki mütəxəssislər tərəfindən yoxlanılmalı, sanitariya normalarına uyğun işlənilməlidir. 5.2. Nasaz, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər müşahidə olunan elektron nəzarət vasitələri nəzarət subyektinin üzərinə bağlanıla bilməz. 7.5. Tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.
21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2324/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2324/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İşin faktiki hallarından müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs Cavabdeh narkomaniyadan məcburi müalicə təyin olunması, o, Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınması hökm edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh 1 ədəd “Attenti” markalı 35655696 nömrəli (qolbaq 078CE06516) komplekt tətbiq olunmuşdur. Eyni zamanda ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədəlikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Qolbağının istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlığın nasaz vəziyyətə salındığı aşkar edilmiş, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu mütəxəsis rəyi ilə müəyyən edilmişdir. Bundan başqa iş materiallarında olan 26 yanvar 2024-cü il tarixli akta əsasən elektron nəzarət vasitəsinin açılması, 05 avqust 2024-cü il tarixli akta əsasən isə elektron nəzarət vasitəsinin qolbağının bərkidicisinin açılmadığı müəyyən edilmiş və həmin aktlar cavabdeh tərəfindən də imzalanmışdır.
25. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2324/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2324/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.