Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1208/2025 26.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2690/2017 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2017-cü il tarixi qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) Cavabdeh1 Qayıb oğlu və Cavabdeh2 24521,84 ABŞ dolları əsas kredit borcu, 3479,85 ABŞ dollar faiz, cəmi 28001,69 ABŞ dollarının ödəniş günündə Azərbaycan manatı ekvivalent məbləği və bank tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq, "Bank of Baku” ASC-ə verilməsi qət edilmişdir. Cavabdeh İbadov X3 Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli, 2(067)-2690/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair əirzə ilə də məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Samir Bayramov) ərizə təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli, 2(067)-2690/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətinin bərpasından imtina edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli, 2(067)-2690/2017 saylı qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2690/2017 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Samir Bayramov) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(067)-2690/2017 saylı qərardadından Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadında yol verilmiş yalnışlıq aradan qaldırırılmışdır. Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2025-cü il tarixli qərardadından (əslində isə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadından) şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Samir Bayramov) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2690/2017 saylı qərardadından Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2025-cü il tarixli qərardadından şikayət vermə müddəti ötürülüb. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2025-cü il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə Vəkil məxsus şəxsi elektron kabinetinə yerləşdirilsə də şikayət 30 iyun 2025-ci il tarixdə verilməklə, qanunla müəyyən edilmiş 10 günlük ötürülmüşdür. Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun şəxsi elektron kabinetində Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı işlə bağlı heç bir sənəd görünmür. Bu problemlə bağlı dəfələrlə tərəfindən şikayət verilməsinə baxmayaraq məhkəmə şikayəti nəzərə almadan qərardad qəbul edir. Onun şəxsi elektron kabinetində Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı mülki işlə bağlı heç bir sənəd görünmədiyi üçün onlar sənədləri ancaq əyani formada Xaçmaz Rayon Məhkəməsinə yaxınlaşaraq əldə edə bilirilər. Bu halda isə prosessual müddət ötmüş olur. Bu səbəblə qeyd olunan problem aradan qaldırılmalıdır. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və işə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Samir Bayramov) ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin xx.xx.2025-cü il tarixli qərardadı Cavabdeh2 nümayəndəsi və Vəkil məxsus elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir (i.m.105). Belə olan halda qərardaddan şikayət vermə müddətinin axımı xx.xx.2025-ci il tarixdən başlamış və şikayətin verilməsi üçün sonuncu gün xx.xx.2025-ci il tarixi olmuşdur. Cavabdeh tərəfindən isə qərardaddan şikayət xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir ki, bununla da şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülmüşdür. Cavabdehin nümayəndəsi və vəkili şəxsi elektron kabinetində Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2690/2017 saylı işlə bağlı heç bir sənədin görünmədiyini, buna görə də onlar sənədləri yalnız məhkəmədən əyani formada əldə edə bildikdən sonra şikayət verə bildiklərini bildirmişdir ki, mövcud olduğu təqdirdə qeyd edilən hal qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməməsi anlamına gəlməməkdədir. Belə ki, iş materiallarından görünür ki, qərardadlar cavabdehin nümayəndəsinin Elelktron Məhkəmə İnformasiya sistemindəki elelktron kabinetinə yerlışdirilməkdədir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı bir texniki səbəbdən elektron kabinetə yerləşdirilmiş sənədlərin cavabdehin nümayəndəsi tərəfindən oxuna bilməməsi faktının mövcudluğu qərardaddan şikayət verilə bilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi üçün əsas hesab oluna bilər. Cavabdeh isə qərardaddan şikayət verilə bilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermədən qərardaddan şikayət vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilmiş şikayətin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-2690/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1208/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1208/2025
26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver