Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1214/2025 07.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-536/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində borcun və ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh hərbi xidmət dövründən tanıyır və münasibətləri yaxşı olmuşdur. Cavabdeh ona müraciət edərək xəstəsi olduğu üçün ona borca 5000 manat pul lazım olduğunu bildirmişdir. O, Cavabdeh aralarında olan münasibəti nəzərə alıb 06 fevral 2024-cü il tarixdə 2 ay 20 gün ərzində, yəni 26 aprel 2024-cü il tarixədək qaytarmaq şərti ilə ona 5000 manat borc pul vermişdir. Bununla bağlı Cavabdeh ona xx.xx.2024-cü il tarixdə sadə yazılı formada qəbzdə vermişdir. Lakin, Cavabdeh bu günədək ona olan 5000 manat borcunu qaytarmamışdır və hazırda onu tapa bilmir, zənglərinə cavab vermir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-536/2025 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4140 (dörd min yüz qırx) manat məbləğində pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2024cü il tarixdə iki ay müddətində qaytarmaq şərti ilə 5000 manat məbləğində borca pul vermişdir. Cavabdeh da 5000 manat məbləğində pulu İddiaçı alması barədə iltizam (yazılı əqd) yazaraq, öz imzası ilə təsdiq etmişdir. Cavabdeh məxsus plastik kartı İddiaçı olması məhkəmə araşdırmasında müəyyən olunmuşdur. Eyni zamanda, iş materiallarına əlavə edilmiş 21 fevral 2024-cü il tarixli və 15 mart 2024-cü il tarixli qəbzlərin çıxarışlardan görünür ki, Cavabdeh məxsus plastik kartdan 21 fevral 2024-cü il tarixdə 200 manat, 15 mart 2024-cü il tarixdə isə 660 manat məbləğində pul çıxarılmışdır. Çıxarlan 860 manat məbləğində pulu İddiaçı tərəfindən çıxarılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 442, 449.1, 739.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-536/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin 800 manat borcun tutulması hissəsində təmin edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, özünün də müəyyən еtdiyi kimi Cavabdeh məxsus plastik kart İddiaçı olunmuşdur. Həmin kartın cavabdеhə hansı tariхdə qaytarılması isə təsdiq оlunmamışdır. Еyni zamanda iddiaçı cavabdеhin iddiaya еtirazının əsası kimi istinad еtdiyi həmin halı mübahisələndirməmişdir. Bеlə оlan halda оnun kartının bir ildir ki, iddiaçıda оlması və 21 fevral və 15 mart 2024-cü il tarixlərdə оlduğu kimi kеçən bir il müddət ərzində də həmin kartdan pul vəsaitinin nağdlaşdırılmasının iddiaçı tərəfindən aparılmasına dair bildirdikləri işin hallarına uyğundur. İddiaçıya 800 manat borcu qaldığından, оnun yalnız həmin pul vəsaitini ödəmək öhdəliyi, iddiaçının isə həmin vəsaitinin ödənilməsini tələb еtmək hüququnun оlmasına baхmayaraq, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara (Cavabdeh kartının bir ildir ki, iddiaçıda оlmasına, 21 fevral və 15 mart 2024-cü il tarixlərdə оlduğu kimi kеçən bir il müddət ərzində də həmin kartdan pul vəsaitinin nağdlaşdırılmasının iddiaçı tərəfindən aparılmasına dair) uyğun əsaslandırılmamış, bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Ona məxsus plastik kartın İddiaçı tərəfindən 15 mart 2024-cü il tarixdə qaytarılması, yəni bundan sоnrakı bir il ərzində pul vəsaitinin nağdlaşdırılmasının cavabdеh tərəfindən aparılması təsdiq оlunmamışdır. Lakin birinci instansiya məhkəməsi prosessual hüquq norması pozmuş bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Onun kartının bir ildir ki, iddiaçıda оlması və kеçən bir il müddət ərzində də həmin kartdan pul vəsaitinin nağdlaşdırılmasının iddiaçı tərəfindən aparılmasına dair bildirdiklərinin və iddiaçının cavabdеhin iddiaya еtirazının əsası kimi istinad еtdiyi həmin halı mübahisələndirməməsinin yеr aldığı izahatlarına) obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. İddiaçıya 800 manat borcu qaldığından, birinci instansiya məhkəməsinin iddiaçının 4140 manat məbləğində pul vəsaitinin qaytarılmasını tələb еtmək hüququnun əmələ gəlməsi barədə qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıdan 2022-ci ildə 2000 manat faizlə pul götürmüşdür. 1 ay sonra 1000 manatı qaytarmışdır. 4-5 ay sonra 1500 manat götürmüşdür, beləliklə 2500 manat borcu olub və faizini ödəməyə başlamışdır. 2024-cü ildə pula ehtiyacı olub, əlavə yenə 2000 manat pul götürmək istəmiş, lakin iddiaçı 300 manat pul verib, qalanını karta köçürəcəyini bildirmiş, 5000 manat borcu olmasına dair iltizam alıb, kartına göndərəcəyi pulu isə göndərməmişdir. Ona bildirib ki, imkan etsə ayda 200 manat olmaqla hissə-hissə borcu ödəyəcək. 2024-cü ilin oktyabrına kimi artıq 800 manat borcu qalmışdı. Kart ona qaytarılmayıb, kart hazırda iddiaçıdadır. H.Z.Tağıyev qəsəbəsində yaşayır. Məhkəməyə təqdim olunmuş çıxarışdakı məlumatlar onu təsdiq edir ki müvafiq tarixlərdə iddiaçı tərəfindən Xırdalan ərazisində kartdan pul çıxarılmışdır. 1000 manata yaxın əmək haqqı alır. Dilqəm köhnə iş yoldaşıdır. Kartdan mobil tətbiq vasitəsilə istifadə etmiş, iddiaçı müəyyən məbləğ çıxarırdı, qalan məbləği digər karta göndərib istifadə edirdi. Qalan 2500 manatı faizinə kimi ödəmiş, hazırda 800 manat faiz borcu var, faiz məsələsi olmasa əslində iddiaçıya borcu yoxdur. Götürdüyü 2000 manatın 1000 manatını borcu aldıqdan 1 ay sonra qaytarmışdır. Teymurun pulunun onun borcuna aidiyyəti yoxdur.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehə məxsus plastik kartın İddiaçı olması məhkəmə tərəfindən nəzərə alınmayıb, halbuki iddiaçı tərəfindən plastik kartdan istifadə edilməsi qətnamədə də qeyd olunmuşdur. İddiaçı isə plastik kartın onda olubolmaması məsələsini, yəni etirazın əsası kimi göstərilən halı mübahisələndirməyib. Yazışmalara gəldikdə iddiaçı özü də kağızı elə-belə yazdırdığını bildirib. Cavabdeh 800 manat borcunun qaldığını etiraf edir. Cavabdeh 2800 manat götürüb, 5000 manat götürməyib. İddiaçının kartdan pul çıxarması halı məhkəmə qərarında da öz əksini tapıb. İddiaçı özü də kartdan pul çıxardığını bildirib. Kart cavabdehə qaytarılmayıb. Hazırda 800 manat borcu var, o isə faiz borcudur.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, cavabdeh kartı ona versə də kartı blokladığından pul çıxarmamışdır. İddiaçı birinci instansiya məhkəməsində üç fərqli izahat verib, gah 1800 manat borcu olduğunu, gah borcu bağladığını bildirib. Cavabdeh ondan borc alıb, bildirib ki, dostunun adına kredit götürüb pulunu geri qaytaracaq, lakin ertələyə-ertələyə pulu verməkdən yayınmışdır. Hazırda onda borc tələbi ilə bağlı yazışmalar mövcuddur. O, kartdan pul çıxarmamışdır, buna dair bankın məktubu var, məhkəməyə təqdim etmişdir. Borcu verdiyi tarix ərizədə qeyd olunub. Soğru məhkəmə tərəfindən verilib, bank cavab məktubu verib. Məhkəməyə gecikdiyi üçün iş baxılmamış saxlanıb. Qeyd olunan tarixlərdə pul çıxarılmayıb. Kartı pul verəndən 1 ay sonra verib, kart onda üç ay olub, kodun yığıb pul çıxarmaq istəmiş, kart blokda olmuş, cavabdehə bu barədə bildirmiş, cavabdeh isə krediti olduğu üçün bankın kartı blokladığını bildirib, sonra kartın müddəti bitdiyindən ona qaytarmışdır. Cavabdehlə yazışmalar kağız daşıyıcıdadır. Cavabdeh yazışmalarda öz kartı bloklandığından Teymurun kartını ona verdiyini qeyd edib. Cavabdeh Teymurun kartını ona verib 2 gün sonra geri alıb. 800-900 manat pul qaytarıb, iddia ərizəsinə cavabdehin qaytardıqlarını nəzərə almadan ümumi məbləği yazmışdır. Qəbzləri məhkəməyə özü təqdim etmişdir. Bankomatdan çıxarışları cavabdeh təqdim edib. Cavabdeh yazışmaları özü düzəldib məhkəməyə təqdim edib. 2024-cü ildə ona kart verilib, kartdan 200 manat bir, 600 manat bir çıxarmışdır. Kartdan pulu Binəqədidə çıxarmış, Xırdalan ərazisində də kartdan pul çıxardığı olub. Ceyranbatanda yaşamır, həmin ərazidə kartdan pul çıxarmamışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, cavabdehin kartı 2023-cü ildən onda olub, çünki onda ərizəni yazdırmazdan qabaq 2000 manat borc vermişdi. Ərizəni yazandan sonra 2500 manat pul götürüb. Telefonu xarab olduğuna görə “Whatsapp” yazışmalarını təqdim edə bilmir. Cavabdeh öz dostu üçün də ondan pul alıb, yazışma əsnasında həmin pulla bağlı cavabdehə sual vermişdir. Pulu faizlə verməmişdir. Notarial qaydada borc müqaviləsi bağlamamağının səbəbi savadsızlığı olub. Xırdalanda “AAAF Park”-da pul çıxarmışdır. 5000 manatdan qabaq 600-700 manat borcu olub, ondan qabaq orcu olmayıb. Ərizəni yazanda borcu 5000 manat olub. İlk dəfə 2000 manatı 2023-cü ildə vermişdir. 2023-cü ildə cavabdehin kartından pul çıxarmışdır. Sonuncu dəfə 2500 manat vermişr, cavabdehin ümumi borcu 5000 manat olub. İltizamda nə yazılıbsa iddia ərizəsində onu qeyd eləmişdir. Çıxarışda görünən nağdlaşdırmaların bəzilərini cavabdeh edib, Salyanda kartda pul çıxarmamışdır. kart onda olmasa da QR kod vasitəsilə ATM-də nağdlaşdırma mümkündür. Hazırda cavabdehin ona 3200 manat borcu var. Cavabdeh ziddiyyətli izahatlar verib, gah borcunun olmadığını, gah 800 manat borcu olduğunu deyib. Cavabdeh 5000 manatdan 1800 manatı ödəyib, hazırda 3200 borcu var. 3200 manatın geri qaytarılmasını xahiş edir.
İşdə olan sübutlar
13. Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı 5000 manat pul aldığını etiraf etmişdir. Həmin pul məbləğini iki ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür.
14. Məhkəmə sorğusu əsasında daxil olmuş Şabran Rayon Məhkəməsinin icraatında olmuş 2(031)-53/2025 mülki iş üzrə "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarili, 6-2-41/2- 6508/2025 nömrəli məktubla məhkəməyə göndərilmiş diskdə olan fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:56-da (ATM RİM XİR QARADAG), xx.xx.2023-cü il tarixdə, saat 19:11-də, xx.xx.2023-cü il tarixdə, saat 17:32-də, xx.xx.2024-cü il tarixdə, 22:52-də Cavabdeh məxsus **********316117 saylı bank kartından əməliyyatların aparılmasını əks etdirən fotoşəkillərdəki şəxs İddiaçıdur.
15. Təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdehə məxsus kart hesabından xx.xx.2023-cü il tarixdə (ATM RİM XİR Araz Market) 200 manat, xx.xx.2023cü il tarixdə (ATM RİM XİR Binəqədi) 400 manat, xx.xx.2023-cü il tarixdə (ATM RİM XİR AF Park) 400 manat, xx.xx.2023-cü il tarixdə (ATM RİM XİR Ceyranbatan) 200 manat, xx.xx.2023-cü il tarixdə (ATM RİM XİR Ceyranbatan) 200 manat, xx.xx.2023-cü il tarixdə (ATM RİM XİR AF Park) 200 manat, xx.xx.2023-cü il tarixdə (ATM RİM XİR AF Park) 200 manat, xx.xx.2024-cü il tarixdə (ATM RİM XİR Araz Market) 200 manat, xx.xx.2024-cü il tarixdə 660 manat, xx.xx.2024-cü il tarixdə (ATM RİM XİR AF Park) 200 manat xx.xx.2024cü il tarixdə (ATM RİM SHR SALYAN) 200 manat, xx.xx.2024-cü il tarixdə (ATM RİM XİR Qaradağ DYP) 200 manat, xx.xx.2024-cü il tarixdə (ATM RİM XİR AF Park) 200 manat, xx.xx.2024-cü il tarixdə (ATM RİM XİR AF Park) 200 manat, xx.xx.2024-cü il tarixdə (ATM RİM XİR AF Park) 200 manat məbləğində pul çıxarılmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
17. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-536/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehdən tutulan pul məbləği hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-536/2025 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 1140 (min yüz qırx) manat pul tutulmalıdır.
20. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin mübahisəsiz halı kimi Şabran Rayon Məhkəməsinin icraatında olmuş və baxılmamış saxlanılmış 2(031)-53/2025 mülki iş üzrə məhkəmənin sorğusu əsasında "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, 6-2- 41/2-6508/2025 nömrəli məktubla məhkəməyə cavabdehə məxus bank kartından bankomat vasitəsi ilə aparılan əməliyyatların görüntüləri və bank kartından aparılan əməliyyatlara dair hesabdan çıxarış təqdim edilsə də birinci instansiya məhkəməsi həmin sübutları hazırkı iddia tələbi üzrə mülki işə əlavə etməmiş və araşdırmamışdır ki, bununla da birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısından olan pul öhdəliyini düzgün müəyyən edə bilməmişdir.
21. Məhkəmə kollegiyasının sorğusu əsasında Şabran Rayon Məhkəməsinin icraatında olmuş 2(031)-53/2025 mülki iş üzrə "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, 6-2-41/2-6508/2025 nömrəli məktubla məhkəməyə göndərilmiş diskdə olan fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Cavabdeh məxsus **********316117 saylı bank kartından əməliyyatların aparılmasını əks etdirən fotoşəkillərdəki şəxs İddiaçı olmuşdur. Qeyd edilən faktlar cavadbehə məxsus bank kartının 2023-cü ildən iddiaçının sahibliyində olmasını və həmin dövrlərdə kartdan nağdlaşdırma əməliyyatlarının aparılmasını təsdiq etmişdir.
22. Bununla yanaşı məhkəməyə təqdim edilmiş cavabdehə məxsus bank hesabına dair çıxarışdan isə müəyyən edilmişdir ki, 2023-cü ilin aprel ayından 2024-cü ilin noyabr ayınadək iddiaçının özünün də etiraf etdiyi kimi, yaşadığı və adətən olduğu yer üzrə Bakı şəhəri və Xırdalan şəhərləri ərazisində yerləşən bankomatlardan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə, ümumilikdə 3860 manat pul vəsaiti çıxarılmışdır.
23. Bundan başqa məhkəmə kollegiyasının iclasında cavabdehin izahatı ilə yanaşı, iddiaçının özünün də etirafına əsasən müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş iltizamda qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 5000 manat pul verilməmişdir. Həmin 5000 manat pul məbləğinin bir hissəsi iddiaçı tərəfindən cavabdehə 2023-cü il tarixdə verilmiş, xx.xx.2024-cü il tarixdə verilmiş pulla verilmiş birlikdə cavabdehin 5000 manat öhdəliyinin olması müəyyənləşdirilmişdir.
24. Cavabdeh məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatlarından əlavə olaraq iddiaçıya 1000 manat ödədiyini və xx.xx.2024-cü il tarixdə iddiaçının ona 2500 manat deyil, 300 manat verdiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı isə cavabdehin ona 3200 manat borcunun qaldığını iddia etsə də bu iddiasına dair ər hansı bir əsaslandırılmış dəlil irəli sürə bilməmişdir. Bununla da məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehə 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə ümumilikdə 5000 manat pul məbləğinin borc verilməsi, cavabdeh tərəfindən isə həmin borcun 3860 manat hissəsinin geri qaytarılması, qalıq borc məbləğinin isə 1140 manat olması təsdiq olunmuşdur.
25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-536/2025 saylı qətnaməsi Cavabdeh 4140 (dörd min yüz qırx) manat məbləğində pulun və dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 1140 (min yüz qırx) manat pul tutulmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.3, 393, 402-iı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-536/2025 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilsin. Cavabdeh borc müqaviləsi üzrə 1140 manat və iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 1160 (min yüz altımış) alınaraq, İddiaçı verilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.