Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1218/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X6, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-4705/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il il tarixli, 2(060)-4705/2019 saylı qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 3831 (üç min səkkiz yüz otuz bir) manat məbləğində dəymiş ziyan, 80 (səksən) manat məbləğində vəkil xərci və 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3935 (üç min doqquz yüz otuz beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi və iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh 96 (doxsan altı) manat və İddiaçı 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-4705/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandımışdır ki, Cavabdeh hüquqi şəxs kimi fəaliyyət göstərən “RENT A CAR”dan xx xxxx 2018-ci il tarixdə saat 15:30-dan 1 gün müddətinə, xx xxxx 2018-ci il tarixə saat 15:30-a kimi ağ mirvari rənğli 2009-cu il buraxılışlı, “Toyota Prius” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobili icarəyə götürmüşdür. Lakin avtomobili vaxtında gətirməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh avtomobili vurmuş, nəticədə avtomobilə 4740 manat məbləğində ziyan dəymişdir. Belə ki, qabaq ramka – 300 manat, kapot petləsi iki ədəd -100 manat, bufer – 200 manat, bufer (zbor) – 950 manat, fara sağ 1 ədəd – 400 manat, buferin işıqları – 180 manat, su baçoku (işləmir) – 60 manat, qabaq plasmaslar – 220 manat, rulun hava yastıqları – 350 manat, dəmirçi haqqı – 350 manat, rəngsaz haqqı – 400 manat, sökmə haqqı - 200 manat, su radiatoru – 120 manat, kondisioner radiatoru – 140 manat, pərlər – 170 manat, traves – 600 manat olmaqla, avtomobilə ümumilikdə 4740 manat ziyan dəymişdir. Hadisə baş verən vaxt çəkilmiş şəkillər iş materiallarına əlavə edilmişdir. Avtomobil bugünə kimi təmir edilməmişdir. Belə ki, təmir xərci həddindən çoxdur. Xərclə əlaqədar iş üzrə cavabdehə müraciət etsə də, o vurduğu ziyanı ödəməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar 6 saylı vəkil bürosuna müraciət edərək 100 manat pul ödəmişdir. Ona görə də, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4740 manat maddi ziyanın, 100 manat vəkil xərcinin, 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx xxxx 2018-ci il tarixdə saat 15:30-dan 1 gün müddətində hüquqi şəxs kimi fəaliyyət göstərən “Rent A Car” dan “Toyota Prius” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobil icarəyə götürmüşdür. xx.xx.2018-ci il tarixdə Nəsimi rayonu, Bül-bül prospekti ilə Füzuli küçəsinin kəsişməsində dostu X14 “Rent A Car” dan icarəyə götürdüyü Toyota Prius” markalı, 99- KP-207 dövlət nömrə nişanlı avtomobili idarə edərkən qəza törətmişdir. Bu barədə izibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 180 manat məbləğində cərimə olunmuşdur. Qəza nəticəsində iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18910 nömrəli rəyinə əsasən “Rent A Sar” dan icarəyə götürdüyüm Toyota Prius” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobilə cəmi 3935 manat məbləğində ziyan dəymişdir. Həmin məbləğlə razı deyildir, həddindən artıq şişirdilmiş məbləğdir. Qəzadan sonra dəfələrlə X7 ziyanın ödənilməsini tələb etmişdir. Lakin K.K.Bağırov ona köməklik etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AC 680055 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobil X3 mülkiyyətindədir. xx xxxxx 2019-cu il tarixli etibarnamədən görünür ki, X8 “Toyota Prius” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobil üzərinə sərəncam vermək, bütün əqdləri bağlamaq və s. hərəkətləri etmək üçün iki il müddətinə, xx.xx.2021-ci il tarixədək İddiaçı etibarnamə vermişdir. Etibarnamədən görünür ki, İddiaçı “Toyota Prius” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobili xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək idarə etmək üçün Cavabdeh etibarnamə vermişdir. 667894 saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh “Toyota Prius” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobilə görə İddiaçı 100 manat ödəniş etmişdir. xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə “Toyota Prius” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobili bir günlük icarəyə götürmüşdür. Bakı şəhəri 6 saylı vəkil bürosunun xx xxxxxx 2018-ci il tarixli 794027 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqlarının müdafiəsi üçün 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir. xx xxxx 2018-ci il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün, idarə etmək hüququ olmayan şəxsə verdiyinə görə onun əməlində Azərbaycan Respublikasının İXM-in 335.1-ci maddəsinin tərkib əlaməti olduğundan, fakt üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon X17 rayon Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli, 082-25420-1218 nömrəli vəsatətdən görünür ki, xx.xx.2018-ci il tarixdə X9 idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozaraq digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində həmin nəqliyyat vasitəsində olan sərnişinin bədən xəsarəti almasına səbəb olan YNH-si törətmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə Nəsimi rayonu, Bül-Bül prospekti ilə Füzuli küçəsinin kəsişməsində X4 idarə etdiyi «Toyota Prius» markalı ** XP *** dövlət nömrə nişanlı avtomaşın AR DİN-nin Avtomobil Təsərrüfat İdarəsinə məxsus və yol vərəqəsi əsasında X5 idarə etdiyi «Hyundai» markalı ** AP *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı Mirabbas Orucov tərəfindən araşdırılmış və məlum olmuşdur ki, «Toyota Prius» markalı ** XP *** dövlət nömrə nişanlı avtomaşın YNHQ-nun 60-cı maddəsinin 2-ci bəndinin tələbinə riayət etməyərək işıqforun qadağanedici işığında hərəkətini davam etdirərək «Hyundai» markalı ** AP *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və sonuncu avtomaşında olan sərnişin X12 bədən xəsarəti almışdır. Faktla bağlı «Toyota Prius» markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 izahatının alınması mümkün olmamışdır, həmçinin K.Ə.Bağırovun sürücülük vəsiqəsinin olmaması məlum olmuşdur. «Toyota» ** XP *** dövlət nömrə nişanlı avtomaşını «RENTECAR»-dan sürmək üçün götürən Cavabdeh nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs kimi idarə etmək üçün, idarə etmək hüqüqu olamayan şəxsə verdiyinə görə onun, barəsində AR İXM-nin 335-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması üçün və X4 332.4-cü maddəsinə əsasən X20 protokol tərtib olunması üçün toplanmış material Nəsimi RPİ DYPŞ-nə göndərilmiş və material YNH üzrə baş inspektor, polis baş leytenantı X2 icraatına daxil olmuşdur. Qəbul olunmuş qərar əsasında Cavabdeh ünvanına çağırış məktubu göndərilərək o, Nəsimi RPİ DYPŞ-na dəvət olunmuşdur. Cavabdeh iştirakı ilə onun barəsində AR İXM-nin 335.3-cü maddəsinə əsasən AP0009885 saylı protokol tərtib olunmuşdur. xx.xx.1995-ci il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olan Xətai ray., UPD-qəsəbəsində həyət evində yaşayan X1 RPİ DYPŞ tərəfindən çağırış vərəqəsi ilə çağırılmış, onun mobil nömrəsinə (**********) zəng olunmasına baxmayaraq onunla əlaqə saxlamaq mümkün olmamışdır. K.Ə.Bağırov qərəzli olaraq məsuliyyətdən yayınmışdır. Bakı şəhər, Nəsimi RPİ-in DYPİ yol patrul xidmətinin əməkdaşı tərəfindən tərtib olunan AP № ******* nömrəli xx xxxxxx 2018-ci il tarixli X20 protokoldan görünür ki, Cavabdeh AR İXM-nin 335.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2018-ci il tarixli qərarla Cavabdeh xx.xx.2018-ci il tarixdə, saat 01:00-da Bakı ərazisində «Toyota Prius» markalı ** XP *** dövlət nömrə nişanlı avtomaşını idarə edərkən zərərçəkmiş şəxsə fiziki və ya maddi zərər vurduğuna görə AR İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 180 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 18910 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iddia ərizəsində göstərilən məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Toyota Prius” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3831,00 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, xx xxxx 2018-ci il tarixdə saat 01:00 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh “RENT A CAR”dan xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək idarə etmək üçün götürdüyü “Toyota Prius” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edən X13 Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti ilə Füzuli küçəsinin kəsişməsində AR DİN-nin Avtomobil Təsərrüfat İdarəsinə məxsus və yol vərəqəsi əsasında X5 idarə etdiyi «Hyundai» markalı ** AP *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Toyota Prius” markalı, **-XP-*** dövlət nömrə nişanlı avtomaşına ziyan dəymişdir. Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində xx.xx.2018-ci il tarixli AP ******* nömrəli X20 protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-4705/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1218/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1218/2021
07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver