Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1218/2022 04.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(067)-2083/2017 nömrəli qərardadından Borclu2 və Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(067)- 2083/2017 nömrəli qərardadından Borclu3 tərəfindən verilmiş şikayətlərə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(067)-2083/2017 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(067)-2083/2017 nömrəli məhkəmə əmrinə Borclu2 tərəfindən verilmiş etiraz geri qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(067)-2083/2017 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(067)-2083/2017 nömrəli məhkəmə əmrinə Borclu3 tərəfindən verilmiş etiraz geri qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərardadından Borclu2 və Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərardadından Borclu3 şikayət vermişlər. Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli ayrı-ayrı qərardadları ilə borclular tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Kreditor "xxxx" BOKT MMC ərizə ilə məhkəməyə müraciət edib, "xxxx" BOKT MMC və Borclu1 arasında bağlanmış 14 may 2015-ci il tarixli, 0803-033889-01 nömrəli kredit müqaviləsinə əsasən 4202,30 manat əsas borc, 1724,30 manat faiz borcu və 216,90 manat cərimə olmaqla, ümumilikdə 6143,50 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun borclular Borclu1, Borclu2 və Borclu3 "xxxx" BOKT MMC-nin xeyrinə tutulması haqqında məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(067)-2083/2017 nömrəli məhkəmə əmri ilə borclular Borclu1, Borclu2 və Borclu3 4202,30 manat əsas borc, 1724,30 manat faiz borcu və 216,90 manat cərimə olmaqla, ümumilikdə 6143,50 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun borclular Borclu1, Borclu2 və Borclu3 "xxxx" BOKT MMC-nin xeyrinə tutulması əmr edilmişdir. Məhkəmə əmrinə borclular tərəfindən ayrı-ayrılıqda etiraz edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclular Borclu2 və Borclu3 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 16 fevral 2022-ci il tarixli, 2(067)- 2083/2017 nömrəli və Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(067)- 2083/2017 nömrəli qərardadları qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(067)-2083/2017 nömrəli məhkəmə əmrinin 29 mart 2017-ci il tarixdə icra edilməsi üçün Xaçmaz rayon İcra və probasiya şöbəsinə göndərildiyini, ötən müddət ərzində müvafiq icra tədbirləri həyata keçirildiyi üçün cavabdehin həmin məhkəmə əmrindən xəbərdar olmamalarının qeyrimümkünlüyü qeyd edilmişdir. Qeyd olunan hal nəzərə alınmaqla məhkəmə əmrinin ləğv edilməsinə yönələn etirazlar müddət ötürülməklə verilməsi əsasları ilə geri qaytarılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadlarının ləğv edilməsini və məhkəmə əmrinin ləğv edilərək mübahisəyə ümumi iddia icraatı qaydasında baxılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi məhkəmə əmrinin ləğv edilməsinə yönələn etiraz ərizələrini təmin etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 128.1, 128.2, 128.3, 130.1, 130.3, 282-ci maddələrinə istinad edərək göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(067)-2083/2017 nömrəli məhkəmə əmri 29 mart 2017-ci il tarixdə icra edilməsi üçün Xaçmaz rayon İcra və probasiya şöbəsinə göndərilmiş, ötən müddət ərzində müvafiq icra tədbirləri həyata keçirildiyi üçün borcluların həmin məhkəmə əmrindən xəbərdar olmaması qeyri-mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materialları ilə müəyyən olur ki, Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(067)-2083/2017 nömrəli məhkəmə əmrinin borclulara rəsmi qaydada göndərilməsi və ya rəsmi qaydada təqdim edilməsi barədə heç bir sənəd yoxdur. Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(067)-2083/2017 nömrəli məhkəmə əmrinin borclulara rəsmi qaydada göndərilməsi barədə 28 mart 2017-ci il tarixli məktubda məhkəmə aktının qəbul edilməsi barədə qeyd mövcud olsa da, həmin şəxsin kimliyi məlum deyildir. 29 mart 2017-ci il tarixdə məhkəmə əmri icra olunması üçün Xaçmaz rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Borclu2 07 fevral 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, məhkəmə əmrinin surətini almadığını göstərmiş və rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Məhkəmə əmrinin surəti 11 fevral 2022-ci il tarixdə borcluya rəsmi qaydada təqdim edilmiş və onun tərəfindən 15 fevral 2022-ci il tarixdə məhkəmə əmrinin ləğv edilməsi barədə etiraz verilmişdir. İşin 42-ci səhifəsində “Qəbul etdim: imza Borclu2, tarix 24 aprel 2017-ci il” yazılı kağız parçası mövcud olsa da, imzanın kimin tərəfindən və kimə ünvanlanması, nə məqsədlə alınıb işə əlavə edilməsi məlum deyildir. İşin 47-ci səhifəsində olan məhkəmə qəbzindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(067)-2083/2017 nömrəli məhkəmə əmri Borclu3 17 fevral 2022-ci il tarixdə təqdim edilmişdir. Borclu3 Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(067)-2083/2017 nömrəli məhkəmə əmrinə 22 fevral 2022-ci il tarixdə yazılı etiraz vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllə Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Maddə 275.1 və 275.2. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Maddə 282. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə aktının tərəflərə rəsmi qaydada təqdim olunması imperativ xarakter daşıyır və tərəf məhkəmə aktını qəbul etdikdən sonra həmin akta etiraz edə və ya aktdan şikayət verə bilər. Göründüyü kimi məhkəmə əmri vaxtında rəsmi qaydada borclulara təqdim edilmədiyi üçün və sonradan borluların müraciəti əsasında qeyd olunan məhkəmə əmrinin surətinin əldə edilib, qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmiş etirazların geri qaytarılmasının heç bir qanuni və əsasları olmamışdır. Bundan əlavə iş materialları ilə müəyyən olur ki, məhkəmə tərəfindən icra işi tələb olunub, təsdiq olunmuş surəti iş materiallarına əlavə edilərək öyrənilməmiş, icra sənədi üzrə “İcraata başlamaq haqqında qərar”ın surətinin borclulara rəsmi qaydada təqdim edilibedilməməsi və məhkəmə əmri üzrə məcburi icra tədbirlərinin icrası ilə bağlı hansı hərəkətlərin mövcud olub-olmaması araşdırılmamışdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, şikayətlər qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(067)-2083/2017 nömrəli qərardadı və Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(067)-2083/2017 nömrəli qərardadı, şikayətlərin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(067)-2083/2017 nömrəli qərardadları ləğv edilib, Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(067)- 2083/2017 nömrəli məhkəmə əmrindən borclular Borclu2 və Borclu3 tərəfindən verilmiş etirazlara yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Xaçmaz Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(067)-2083/2017 nömrəli qərardadından Borclu2 və Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(067)- 2083/2017 nömrəli qərardadından Borclu3 tərəfindən verilmiş şikayətlər qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(067)-2083/2017 nömrəli qərardadı və Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(067)-2083/2017 nömrəli qərardadı, şikayətlərin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(067)-2083/2017 nömrəli qərardadları ləğv edilsin. Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(067)-2083/2017 nömrəli məhkəmə əmrindən borclular Borclu2 və Borclu3 tərəfindən verilmiş etirazlara yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1218/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1218/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver