Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1219/2023 08.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X13 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin e-2(012)-760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh onun xeyrinə, borc müqaviləsi üzrə 5000 manat, gecikdirilmiş vaxt üçün 500 manat, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu 70 manat olmaqla, ümumilikdə 5570 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 06 mart 2020-ci il tarixində Cavabdeh ilə borc müqaviləsi bağlamışdır. Borc müqaviləsinin predmetini isə onun tərəfindən Cavabdeh 5000 (beş min) manat məbləğində pulun verilməsi təşkil etmişdir və qeyd edilən müqavilə hər ikisinin iştirakı ilə Bakı şəhəri 5 saylı notariat ofisində notarial qaydada bağlanmışdır. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən borc alan Cavabdeh, borc aldığı pul məbləğini 2 ay ərzində, yəni 06 may 2020-ci il tarixinə qədər borc verənə tam formada qaytarmağı öhdəsinə götürmüşdür. Lakin artıq öhdəliyin son icra müddətindən 2 ildən çox müddətin ötməsinə baxmayaraq, Cavabdeh borc aldığı məbləği geri qaytarmamış və bu istiqamətdə heç bir addım atmamışdır. Bu müddət ərzində aralarında olan tanışlıq münasibətlərini nəzərə alaraq dəfələrlə ondan zəng vasitəsilə və şəxsi görüşləri zamanı borc məbləğinin ödənilməsini tələb etmiş, lakin o, hər dəfə borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Borc öhdəliyinin könüllü icra olunmayacağına tam əmin olduğu zaman isə artıq öhdəliyin məcburi qaydada icra olunması üçün hərəkətə başlamışdır. Bu məqsədlə də müvafiq sənədlərlə Abşeron rayonu 1 saylı notariat ofisinə müraciət etmiş və notarius kreditorun sənədləri əsasında icra qeydi qəbul edərək icra edilməsi üçün Abşeron rayon İcra Şöbəsinə göndərmişdir. İcra qeyd icra məmuru tərəfindən icraata qəbul edildikdən sonra Cavabdeh borc məbləğini ödəyəcəyini və bunun üçün əlavə bir neçə ay müddət istədiyini ona bildirmişdir. Lakin bir müddət sonra o, müvafiq icra qeydinin ləğv edilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-693/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi X1 8İ-10247 reyestr nömrəli xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilmişdir. Lakin məhkəmənin icra qeydini ləğv etməsinin əsası borc tələbi ilə bağlı olmamışdır və bu cür əsası notarius tərəfindən icra qeydi edilərkən icra qeydi ilə bağlı maddi norma tələblərinə tam əməl edilməməsi təşkil etmişdir. İcra qeydinin ləğv edilməsindən sonra isə Cavabdeh borcu qəbul etməkdən ümumiyyətlə imtina etdiyini və heç bir halda bu borcu ödəməyəcəyini bildirmişdir.
3. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə əlavə olaraq təqdim etdiyi yazılı izahatında qeyd etmişdir ki, müvəkkili İddiaçı ilə Cavabdeh arasında 06 mart 2022-ci il tarixli 3M-362 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən idddiaçı cavabdehə 5000 manat pul borc vermiş və cavabdeh də həmin borcu iki ay müddətində, yəni 06 may 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı bu müddət ərzində dəfələrlə cavabdehlə telefon əlaqəsi yaradaraq borcun qaytarılmasını tələb etmiş, lakin borcun qaytarılması süni şəkildə cavabdeh tərəfindən uzadılmışdır. Hətta, iddiaçı tərəfindən icra qeydi ilə bağlı müraciət etməmişdən öncə cavabdehə bildirilmişdir ki, halbuki, o bunu inkar edir. Qeydiyyat ünvanına rəsmi bildiriş göndərilmiş və Bəxtiyar müəllimin qızı Lalə xanım ona özü watsapp üzərindən yazmışdır. Borc müqaviləsi bağlanmamışdan bir neçə dəqiqə öncə tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı bacısının adından etibarnamə üzrə çıxış edərək 4,0101 ha torpaq sahəsini Cavabdeh 40000 manat müqabilində satmışdır. Müqavilə bağlanmamışdan öncə Cavabdeh torpaq sahəsinin sənədi (çıxarış) ilə faktiki ölçülər arasında fərq olduğunu və qiymətin aşağı salınmasını tələb etmişdir. Müvəkkili bunu torpaq sahəsinin sərhədlərinin düzgün müəyyənləşdirilməməsi ilə əlaqələndirmişdir və sənəd üzrə sahib olduğu torpağın sərhədlərini müəyyənləşdirmək üçün mütəxəssis cəlb etməklə rəsmi qaydada müraciət etməyin lazım olduğunu bildirmişdir. Tərəflər belə razılaşmışlar ki, daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlandıqdan sonra alqı-satqıdan alınan 40000 manat vəsaitdən müvəkkili Cavabdeh 5000 manat faizsiz borc olaraq verəcək ki, cavabdeh 2 ay ərzində torpağa dair sənədləşmə işinə xərc cəksin və bundan sonra Cavabdeh həmin pulu İddiaçı qaytaracaq. Həmin pul vəsaiti Cavabdeh notarius vasitəsilə notarisun depozit hesabına qoyulmuş və Cavabdeh həmin pulu şəxsən özü götürmüşdür. Həmin müqavilə onun iradəsindən kənar və ya zidd formada bağlanmamışdır. Ən əsası da cavabdehin etirazda qeyd etdiyi şərtlərin heç biri həmin kredit müqaviləsində öz əksini tapmamışdır, halbuki qanun bunu ona qadağan etmir. Bundan başqa cavabdeh müqavilədə qeyd olunan 2 ay keçdikdən sonra borc məbləğinin ilk əvvəl qaytarılmasından imtina etməmişdir, sadəcə ona bir az vaxt verilməsini xahiş etmişdir. Onun həmin pul vəsaitini sənədləşmə işinə xərclədiyini müəyyənləşdirmək onların aralarında bağlanmış müqavilənin predmeti olmamışdır. Etirazda qeyd edilmişdir ki, guya İddiaçı və Zaur adlı şəxs həmin sənədləşmə işini həll edəcəyini öz üzərlərinə götürmüşlər, halbuki Mülki Məcəllənin tələbinə əsasən daşınmaz əmlaka dair hər hansı tələb, irad, etiraz və müraciət yalnız mülkiyyətçi tərəfindən verilə bilər. Daşınmaz əmlakın alğı-satqısından sonra həmin 4,0101 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olmuş və bu kimi müraciətləri etmək yalnız onun iradəsindən asılı olmuşdur. Cavabdeh daşınmaz əmlakın alğı-satqısını vurğulayaraq kredit müqaviləsinə etibarsız əqd donunu geyindirmək istəyir. Halbuki borcun qaytarılması tələb olunan müddət ərzində iddiaçı dəfələrlə Cavabdeh bildirmişdir ki, sənədlə faktiki arasında mövcud olan torpaq sahəsini iddiaçıya satsın və iddiaçı artıq özü mülkiyyətçi kimi həmin məsələni həll etsin. Lakin Cavabdeh buna razılaşmamışdır. Cavabdeh bu müddət ərzində iddiaçı ilə aralarında bağlanılmış kredit müqaviləsini mübahisələndirməmişdir, halbuki buna hüququ və imkanı olmuşdur.
4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, 15 noyabr 2022-ci il tarixində İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3M-362 saylı borc müqaviləsi üzrə 5000 manat, gecikdirilmiş vaxt üçün 500 manat və dövlət rüsumu 70 manat olmaqla 5570 manat tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinə etiraz edirlər. X9 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində saat 16:28-də Bakı şəhəri 5 saylı notariat ofisində AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə X7 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi İddiaçı təmsil etmişdir və müqaviləni X5 əvəzinə o, imzalamışdır. Həmin müqavilənin şərtlərinə görə satıcı X2 rayonu Hacıəlibəy kənd ünvanında yerləşən, ümumi sahəsi 4,0101 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı isə bunun müqabilində satıcıya 40000 manat ödəniş etmişdir. Alğı-satqı müqaviləsi bağlandıqdan tam 7 dəqiqə sonra İddiaçı ilə Cavabdeh arasında 5000 manat dəyərində 3M-362 saylı kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında əsl razılaşmanın mahiyyəti ondan ibarət olmuşdur ki, satıcı X9 4,0101ha torpaq sahəsini satmağı və alıcı, yəni Cavabdeh torpağı 45000 manata almağı öz öhdəsinə götürmüşdür. Lakin alqı-satqı müqaviləsi bağlamazdan öncə tərəflər əraziyə mütəxəssis dəvət etmiş və torpaq sahəsini ölçdürmüşdür. Məlum olmuşdur ki, torpağın sənəddə olan sahəsi ilə faktiki sahəsi arasında 0,05 ha əskiklik var. Cavabdeh torpağı almaqdan imtina etmişdir. Bu zaman X5 oğlu Zaur cavabdehə təklif etmişdir ki, alğı-satqı müqaviləsi 40000 manata bağlansın, qalan 5000 manatı isə torpaq sahəsinin faktiki sahəsi ilə çıxarışında olan sahəsi arasında ziddiyyət qalxdıqdan sonra ödəsin. Həmçinin Zaur bildirmişdir ki, o, sənədləri düzəltdikdən sonra 5000 manatı cavabdehin verəcəyindən tam əmin olmaq üçün bu razılaşmanı pərdələmək məqsədilə formal olaraq borc müqaviləsi bağlanmalıdır. Namiq bu təkliflə razılaşdıqdan sonra həmin müqavilələr bağlanmışdır. Bütün bu hadisələr baş verən zaman İddiaçı orada sadəcə olaraq sənədləri imzalamışdır və əsl tərəfi etibarnamə üzrə təmsil etmişdir. Ondan əvvəl Cavabdeh İddiaçı tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Tərəflər arasında razılaşma baş tutarkən torpaq sahəsinin ölçülməsi və digər proseslər zamanı X8 bütün proseslərdə şahid kimi iştirak etmişdir. Torpaq sahəsinin sənədlərində düzəliş edilməsi vəd edilsə də qarşı tərəf bu vədə əməl etməmişdir və alğı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsinin sənədləri çıxarışa uyğunlaşdırılmamışdır. xx.xx.2021-ci il tarixində isə cavabdehin xəbəri olmadan gizli şəkildə İddiaçı Abşeron rayon Notariat ofisinə müraciət edərək borcun ödənilməsi ilə bağlı icra qeydi aparılmasını xahiş etmişdir. Cavabdehin əmlakları üzərinə həbs qoyulduqdan sonra icra qeydindən məlumatı olmuş və bu barədə iddiaçıya dəfələrlə əlaqə saxlayaraq qanunsuz işlərdən əl çəkməsini bildirmişdir. Həmin icra qeydi cavabdeh tərəfindən mübahisələndirilmiş və qanunsuz aparıldığı üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-693/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Həmin vaxtı bağlanılmış borc müqaviləsinin başqa müqaviləni pərdələmək məqsədi daşıması və bunu təsdiq edəcək sübut təqdim edilmiş və məhkəmə sübutlara ümumi qiymət verərək icra qeydini ləğv etmişdir. İddiaçı tərəfindən iddia olunan tələb tam əsassızdır, bağlanmış borc müqaviləsi başqa müqaviləni pərdələmək məqsədi daşımışdır. Əslində tərəflər arasında əldə olunan razılaşma qarşılıqlı öhdəliklərin icra olunması ilə əlaqədar olmuşdur. Yəni daşınmaz əmlakın alğı-satqısı üzrə satıcı X9 alıcı Cavabdeh həmin torpaq sahəsi üzrə əskik olan ərazini çıxarışa uyğun olaraq bərpa edib alıcının faktiki mülkiyyətinə keçirməyi və bununla bağlı bütün lazımi tədbirləri görməyi öz üzərinə götürmüş, alıcı Namiq isə satıcı tərəfindən bütün işlər tam icra olunduqdan sonra nəzərdə tutulan 5000 manatı alıcıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə sadəcə həmin razılaşma üzrə satıcını təmsil etmişdir. Heç vaxt tanımadığı insana faizsiz kredit verməkdə iddiaçının nə məqsədi olmuşdur? Həmçinin həmin gün Cavabdeh üzərində 45000 manat real pul ola-ola o, niyə iddiaçıdan 5000 manat borc pul alsın. Notariusun depozit hesabına qoyulan 5000 manat cavabdehin öz pulu olmuş, həmçinin aparılan bütün sənədləşmə formal olmuş və hər iki müqaviləni təsdiq edən notarius İlham Məmmədov da bütün bunlardan məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 2-ci abzasda qeyd etdiyi kimi icra qeydinin ləğvi ilə bağlı Abşeron Rayon Məhkəməsinin 2(012)-693 /2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilən zaman borc müqaviləsinin yalan əqd olmasına dair dəlillər məhkəməyə təqdim edilmiş və məhkəmə həmin sübutlara hüquqi qiymət vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi yalan əqd olması səbəbindən əhəmiyyətsiz əqddir və əslində real olan başqa əqdi pərdələmək məqsədi daşımışdır. İddiaçının alğı-satqı müqaviləsi üzrə təmsil etdiyi tərəf öz vədinə əməl etməmişdir, bu əsasla hər hansı pul tələb etməsi də düzgün deyildir. Tərəflər arasında bağlanmış borc müqaviləsi yalan əqddir, alğı-satqı müqaviləsi üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin icrası barədə razılaşmanı pərdələmək məqsədi daşımışdır.
5. Abşeron Rayon Məhkəməsinin e-2(012)-760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva).
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən müqavilə tərəflər arasında pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə borc verilməsi ilə bağlı bağlansa da məhkəmədə tərəflərin izahatlarından göründüyü kimi həmin müqavilə başqa bir əqdi pərdələmək məqsədilə bağlanmışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəməyə təqdim etdiyi yazılı izahatında 5000 manat pul vəsaitini cavabdehə torpaq sahəsinin sənədləşmə işlərini aparması üçün borca verdiyini, cavabdeh və onun nümayəndəsi isə torpaq sahəsinin alğı-satqısı müqabilində iddiaçıya 45000 manat vəsait verdiyi halda, torpaq sahəsinin sxem üzrə ölçüsünün razılaşdıqları ölçüdən əskik olması səbəbindən 5000 manat pul vəsaitini geri aldığını və torpaq sahəsinin əskik hissəsinin tam verilməsindən sonra həmin pul vəsaitini qaytaracağını və sözügedən müqaviləni bu məqsədlə bağladığlarını bildirmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1,324.5, 404.1, 404.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına MPM-nin 119.1, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)- 760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 06 mart 2022-ci il tarixli, 3M-362 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 5000 manat pul borc vermiş və cavabdeh də həmin borcu iki ay müddətində, yəni 06 may 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, bu müddət ərzində dəfələrlə cavabdehlə telefon əlaqəsi yaradaraq borcun qaytarılmasını tələb etsə də borcun qaytarılması süni şəkildə cavabdeh tərəfindən uzadılmışdır. Borc müqaviləsi bağlanmamışdan bir neçə dəqiqə öncə aralarında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə öz bacısının adından etibarnamə üzrə çıxış etmiş və bacısının mülkiyyətində olan 4,0101 ha torpaq sahəsini Cavabdeh 40000 manat müqabilində satılmışdır. Müqavilə bağlanmamışdan öncə cavabdeh torpaq sahəsinin sənədi (çıxarış) ilə faktiki ölçülər arasında fərq olduğunu və qiymətin aşağı salınmasını tələb etmişdir. Bu isə torpaq sahəsinin sərhədlərinin düzgün müəyyənləşdirilməməsi ilə bağlı olmuşdur və sənəd üzrə sahib olduğu torpağın sərhədlərini müəyyənləşdirmək üçün mütəxəssis cəlb etməklə rəsmi qaydada müraciət etməyin lazım olduğunu bildirmişdi. Belə razılaşmışlar ki, daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alğı-satqıdan alınan 40000 manat vəsaitdən Cavabdeh 5000 manat faizsiz borc olaraq verəcək ki, cavabdeh 2 ay ərzində torpağa dair sənədləşmə işinə xərc çəksin və bundan sonra Cavabdeh həmin pulu ona qaytaracaq. Çünki, həmin vaxt Cavabdeh əlində olan pulunu alğı-satqıya xərcləmişdir və kifayət qədər pulunun qalmadığını bildirmişdir. Həmin borc pul vəsaiti Cavabdeh notarius vasitəsilə notarisun depozit hesabına qoyulmuş və o, həmin pulu şəxsən özü götürmüşdür. Həmin müqavilə onun iradəsindən kənar və ya zidd formada bağlanmamışdır. Bundan başqa, cavabdeh müqavilədə qeyd olunan 2 ay keçdikdən sonra borc məbləğinin ilk əvvəl qaytarılmasından imtina etməmişdir, sadəcə ona bir az vaxt verilməsini xahiş etmişdir. Onun həmin pul vəsaitini sənədləşmə işinə xərclədiyini müəyyənləşdirmək onların aralarında bağlanmış müqavilənin predmeti olmamışdır. Borcun qaytarılması tələb olunan müddət ərzində dəfələrlə Cavabdeh bildirmişdir ki, sənədlə faktiki arasında mövcud olan torpaq sahəsini ona satsın və artıq özü mülkiyyətçi kimi həmin məsələni həll etsin. Lakin Cavabdeh buna razılaşmamışdır. Cavabdeh bu müddət ərzində bağlanılmış kredit müqaviləsini mübahisələndirməmişdir, halbuki buna hüququ və imkanı olmuşdur. Cavabdehlə bağlanmış məlum borc (kredit) müqaviləsində qanunvericiliyin bütün tələblərinə əməl edilməsi açıq-aşkar görünür. Belə ki, öz mülkiyyətində olan 5000 manatı məhz aralarında danışıb razılaşdırdıqları məqsədlərə görə Cavabdeh borc vermişdir. Bu borc müqaviləsi isə 3000 manat məbləğindən çox olduğu üçün notarial qaydada bağlanmışdır ki, həm qanunvericiliyin tələbləri gözlənilsin, həm də gələcəkdə əgər borc ödənilməzsə öz hüquqlarını məhkəmədə rahat müdafiə və bərpa etmək imkanları mümkün olsun. Bu səbəblə ki, Cavabdeh müqavilənin bağlanması zamanı çox qısa müddət idi ki, tanıyırdı və borc verməyinin əsl məqsədi və səbəbləri bundan ibarət olmuşdur ki, bacısına məxsus torpağın alğı-satqısında bütün mərhələlərdə etibarnamə əsasında onun adından çıxış edirdi və alıcı Cavabdehlə də o, əlaqə saxlayırdı. Müqavilənini bağlanmasından sonra diqqətə çarpan uyğunsuzluq problemini gördükdə isə istəməyib ki, bacısının ona etibar etdiyi işi yarımçıq və qarşı tərəfdən narazılıqla bitirsin. Bu səbəbdən də onunla olan danışığa əsasən 5000 manatı rəsmi qaydada ona borca vermişdir ki, o bu pul ilə artıq mülkiyyətçisi olduğu torpağın sənədləşmə işlərini özü düzəldərək yekunlaşdırsın və sonra pulunu qaytarsın. Çünki, həmin vaxt o əlində olan bütün pulları yığaraq alğı-satqıya xərclədiyini bildirmiş və əlində pulunun qalmadığını bildirmişdir və onun səmimiyyətinə inanmışdır. Bütün qeyd edilənlərə baxmayaraq, məhkəmə qətnamədə bu müqavilənin hüquqi qüvvəsini tanımaqdan əssasız olaraq imtina etmişdir. Bir daha bildirmək istəyir ki, məhkəmənin gəldiyi bu nəticə əsassız və qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin, işin faktiki hallarından göründüyü kimi burada heç bir başqa əqdi pərdəl əmək məqsədi olmamışdır. Mövcud olan münasibətlərdən birincisi alqı-satqı müqaviləsi ilə əhatə olunmuş və digər sonradan yaranan münasibət isə borc müqaviləsinin bağlanmasına zərurət yaratmışdır ki, bu da yekunda notarial təsdiqli borc müqaviləsinin bağlanmasına gətirib çıxarmışdır. Pərdələnməsi məqsədi güdülə biləcək digər müqavilə ümumiyyətlə olmamışdır. Əgər, 5000 manat həqiqətən də hər hansı digər məqsədlə (yuxarıda qeyd ediləndən fərqli) cavabdehə verilsəydi, bu halda ümumiyyətlə heç notarial borc müqaviləsi belə bağlanmazdı və bu pul sadəcə ona nağd formada bağışlanardı. Borc müqaviləsinin notarial qaydada bağlanması, borcun qaytarılması üçün konkret müddətin təyin edilməsi, borc məbləğinin cavabdeh tərəfindən şəxsən təhvil alınması, öhdəliyin icra müddəti bitdikdən sonra borcun iddiaçı tərəfindən istənilməsi və cavabdehin xahişinə əsasən əlavə öhdəliyin icrası müddətlərinin təyin edilməsi, iddiaçı tərəfindən icra qeydinin aparılması və icra sənəndinin icra olunması üçün müvafiq addımların atılması və cavabdehin müqavilə bağlandığı tarixdən heç vaxt bu müqaviləni mübahisələndirməməsi faktı və digər diqqətçəkən faktları birlikdə nəzərdən keçirdikdə məlum olur ki, bu müqavilə əsl borc müqaviləsidir və heç bir halda digər naməlum əqdi pərdələmək üçün bağlanmış bir müqavilə kimi təqdim edilə bilməz. Bu baxımdan bir daha nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının əskik torpaq sahəsini tamamlaması üçün sənədləşmə işlərini aparmasına görə cavabdehə borca pul verməsi real görünmür. Çünki torpaq sahəsinin ölçüsünün əskik olan hissəsini tamamlanmasını tələb edən və bunda maraqlı olan tərəf cavabdehdir. Lakin, məhkəmə bu zaman bütün halları və iddiaçının borc vermə motivini nəzərə almamışdır. Nəticədə isə hakimin formalaşmış daxili inamı reallıqla uyğunsuzluq təşkil etmişdir. Belə ki, o, müqavilənin bağlanması zamanı çox qısa müddət idir ki, tanıyırdı və borc verməyinin əsl məqsədi və səbəbləri bundan ibarət olmuşdur ki, bacısına məxsus torpağın alqı-satqısında bütün mərhələlərdə etibarnamə əsasında onun adından çıxış edirdi. Torpaq satan tərəfin nümayəndəsi və qohumu olaraq satılan bu torpağın sənədləşmə işlərinin də qısa müddətdə yoluna düşməsi onların marağında olmuşdur. Çünki, əks təqdirdə cavabdeh gələcəkdə bu torpaqğın alqı-satqısını mübahisələndirə və narahatlıqların yaranmasına səbəb ola bilər deyə düşünmüşdür. Bunların olmasını istəmədiyi üçün isə əlbəttə ki, torpaq sahəsinin ölçüsünün əskik olan hissəsini tamamlanmasında maraqlı olan tərəf cavabdehlə yanaşı həm də onlar olmuşdur. Lakin məhkəmə, sadəcə olaraq qarşı tərəfin etirazına və bir şahidin təxəyyülününə əsaslanaraq bu həqiqəti görə bilməmişdir. Məhkəmə yekun olaraq bağlanan müqaviləninin yalan əqd olması qənaətinə gələrkən bu halı heç bir ciddi sübut ilə təsdiq etməmişdir. Belə ki, məhkəmə özü də bildirmişdir ki, “beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi proseduru həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.”. Göründüyü kimi, yalan əqdin bağlanılması zamanı hər iki tərəfin məqsədi məhz digər şəxsləri (üçüncü) aldatmaq, onlarda yanlış təsəvvür yaratmaq olur. Bu isə müxtəlif qeyri legitim məqsədlər (vergidən yayınmaq, əmlak müsadirəsindən yayınmaq, əmlak bölgüsündən yayınmaq və s.) üçün atılır. Lakin, hazır ki, işin hallarından görünür ki, hətta əgər cavabdeh tərəf borc müqaviləsi bağlanan zaman bu müqavilənin yalan əqd olduğunu hesab etmişdirsə belə, borc verən tərəfdə heç bir halda belə bir niyyət olmamışdır. Məhkəmə iddiaçı tərəfin niyyətinin necə forlamaşdığını tam aydınlaşdırmayaraq tələsik nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, borc almamışdır. Onlar öz aralarında sövdələşmişlər və müqavilə bağlanılıb. O, həmin anda anlamamışdır ki, borc müqaviləsi bağlayır. Eyni anda 20 səhifəyə yaxın sənəddə imza icra etmişdir. Notariusla qarşı tərəf tanış idilər. Sənədləri ona verdilər və imzalayıb. Torpağın alğı-satqısında problem yoxdur. Amma borc almamışdır. 5000 manat onda qalmışdı. Çünki torpaq ona deyilən ölçüdən az ölçüdə idi. Ölçü tamamlandıqdan sonra 5000 manatı verəcəkdi. Əskik ölçü hələ də düzəlməyib. Torpağı dəmir torlarla hasara alıb, təsərrüfatla məşğuldur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin e-2(012)-760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbərləri barədə məlumat verməmişdir.
13. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarındakı mövqeyindən çıxış edərək hesab edir ki, hazırki mübahisə müqavilə üzrə mübahisə olduğundan, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır.
16. Azərbaycan Republikası Mülki Məcəlləsinin Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin e- 2(012)-760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, hər iki tərəfi tanıyır, Namiq dostudur. İddiaçı torpaq sahəsi almışdır. Alğı-satqı zamanı Nizami rayonunda yerləşən Notariat kontorunda olmuşlar. Torpaq sahəsinin qiyməti olaraq 45000 manata razılaşmışlar. Sxem üzrə torpaq sahəsi əskik gəldiyindən Namiq pul məbləğinin 5000 manat hissəsini götürüb, torpaq sahəsinin əskik olan hissəsinin verilməsindən sonra pulu verəcəyini bildirmişdir. Torpağın sahibi torpaq sahəsini tam vermədiyindən 5000 manat pul ona verilməmişdir. Hal-hazıradək torpaq sahəsi verilməmişdir.
20. İş materiallarında olan 06 mart 2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Müslümov X3 Namiq İdris oğluna 5000 manat məbləğində borc pul verməyi, borc alan isə 06 may 2020-ci il tarixədək krediti borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür.
21. AN-İ 084224 saylı, 06 mart 2020-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X2 rayonu, Hacıəlibəy kəndi ünvanında yerləşən 4,0101 ha torpaq sahəsini alıcı Cavabdeh satmış və sonuncu bunun müqabilində satıcıya 40000 manat məbləğində pul vəsaiti ödəmişdir.
22. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən ********** saylı, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 4,01 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır.
23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən müqavilə tərəflər arasında pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə borc verilməsi ilə bağlı bağlansa da məhkəmədə tərəflərin izahatlarından göründüyü kimi həmin müqavilə başqa bir əqdi pərdələmək məqsədilə bağlanmışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəməyə təqdim etdiyi yazılı izahatında 5000 manat pul vəsaitini cavabdehə torpaq sahəsinin sənədləşmə işlərini aparması üçün borca verdiyini, cavabdeh və onun nümayəndəsi isə torpaq sahəsinin alğı-satqısı müqabilində iddiaçıya 45000 manat vəsait verdiyi halda, torpaq sahəsinin sxem üzrə ölçüsünün razılaşdıqları ölçüdən əskik olması səbəbindən 5000 manat pul vəsaitini geri aldığını və torpaq sahəsinin əskik hissəsinin tam verilməsindən sonra həmin pul vəsaitini qaytaracağını və sözügedən müqaviləni bu məqsədlə bağladığlarını bildirmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticəni əsaslı hesab edir.
25. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı Müslümov X3 Namiq İdris oğlu arasında 06 mart 2020-ci il tarixli borc müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Müslümov X3 Namiq İdris oğluna 5000 manat məbləğində borc pul verməyi, borc alan isə 06 may 2020-ci il tarixədək krediti borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Halhazırda İddiaçı iddia qaldıraraq qeyd olunan müqavilə üzrə pul vəsaitinin ona qaytarılmasını məhkəmədən tələb edir.
26. İddianın tələbinin əsasını təşkil edən müqavilə tərəflər arasında pul vəsaitinin borc verilməsi ilə bağlı bağlansa da, tərəflərin izahatlarından göründüyü kimi həmin müqavilə başqa bir əqdi pərdələmək məqsədilə bağlanmışdır.
27. Belə ki, iddiaçının nümayəndəsi məhkəməyə təqdim etdiyi yazılı izahatında 5000 manat pul vəsaitini cavabdehə torpaq sahəsinin sənədləşmə işlərini aparması üçün borca verdiyini, cavabdeh və onun nümayəndəsi isə torpaq sahəsinin alğı-satqısı müqabilində iddiaçıya 45000 manat vəsait verdiyi halda, torpaq sahəsinin sxem üzrə ölçüsünün razılaşdıqları ölçüdən əskik olması səbəbindən 5000 manat pul vəsaitini geri aldığını və torpaq sahəsinin əskik hissəsinin tam verilməsindən sonra həmin pul vəsaitini qaytaracağını və sözügedən müqaviləni bu məqsədlə bağladığlarını bildirmişdir.
28. Həmçinin şahid qismində dindirilmiş X8 da ifadəsində qeyd edilən halı təsdiqləmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əskik torpaq sahəsini tamamlaması üçün sənədləşmə işlərini aparmasına görə cavabdehə borca pul verməsi real görünmür. Çünki torpaq sahəsinin ölçüsünün əskik olan hissəsini tamamlanmasını tələb edən və bunda maraqlı olan tərəf cavabdehdir. Bu halda əskik hissənin tamamlanması üçün iddiaçı tərəfindən cavabdehə borca deyil, sənədləşmənin aparılmasının haqqı olaraq pul verilə bilər və bu isə tərəflər arasında borc münasibətlərinin yarandığını istisna edir.
30. Digər tərəfdən tərəflər arasında bağlanmış AN-İ ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və kredit müqaviləsinin tarixlərindən göründüyü kimi hər iki müqavilə eyni tarixdə bağlanmışdır ki, bu da tərəflərin arasında bağlanmış ikinci müqavilənin, yəni kredit müqaviləsinin məhz alğı-satqı müqaviləsi ilə əlaqədar bağlanmasına dəlalət edir.
31. Eyni zamanda iddiaçının və cavabdehin izahatlarından görünür ki, həqiqətən də tərəflər arasında torpaq sahəsinin ölçüsü ilə bağlı narazıçılıq olub və bağlanan digər müqavilə məhz bu narazıçılığın aradan qaldırılması səbəbilə bağlanmışdır.
32. Bununla da müəyyən edilir ki, hazırki borc müqaviləsi başqa əqdi pərdələmək üçün bağlandığından yalançı əqd olmaqla etibarsız əqddir.
33. İddiaçının hazırki tələbi əhəmiyyətsiz əqd olmaqla etibarsız olduğundan onun həmin müqaviləyə əsaslanmaqla pul tələb etməsinə dair iddiası da əsassızdır. Çünki etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Cavabdeh borc müqaviləsi üzrə 5000 manat əsas borc tələbi hissədə iddia sübut edilmədiyindən və əsaslı olmadığından təmin edilə bilməz, eyni zamanda tələbin digər hissəsi, gecikdirilmiş vaxt üçün 500 manat hissədə isə əsas iddia tələbi təmin edilmədiyindən təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
36. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirmişdir.
38. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq iddia tələbi təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz.
40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Abşeron Rayon Məhkəməsinin e-2(012)-760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir