Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-122/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(012)-210/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-park” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödənilmiş 8645 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair hazırki 2(105)-45/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair 2(105)-122/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair 2(105)-122/2023 nömrəli digər mülki iş üzrə 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1598/2022 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair icraat Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-118/2022 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi dayandırılması qərara alınmışdır. Göründüyü kimi, hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları üst-üstə düşür, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni alqı-satqı müqaviləsi üzrə yaranan öhdəliklərin icrası ilə bağlıdır, hər iki iş üzrə iddianın əsasını eyni alqı-satqı müqaviləsi əsasında yaranmış pul tələbi təşkil edir. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-nin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Qanunun mənasına görə iddia tələbinin birləşdirilməsinin əsas məqsədi qarşılıqlı əlaqəsi olan iddia tələblərinin tez və düzgün həll edilməsindən ibarətdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, hazırkı hər iki iş üzrə iddia tələblərinin qarşılıqlı əlaqəsi olduğundan bu tələblərin daha tez və düzgün həlli məqsədilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair hazırki 2(105)-45/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair 2(105)-122/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3,169.4, 263264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair hazırki 2(105)-45/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair 2(105)-122/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilsin. Həmin işə 2(105)-45/2023 nömrəsi verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-122/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-122/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver