Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1220/2020 15.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8862/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8862/2019 qətnaməsi ilə (sədrlik edən, hakim Aynur Behbudova) iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçı qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/136406/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 19334,49 ABŞ dolları məbləğində əsas, 4674.68 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 100 ABŞ dolları məbləğində cərimə, 702.09 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 24811,26 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətlə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/136406/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 19334,49 ABŞ dolları məbləğində əsas borc, 4674,68 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 6247,02 ABŞ dolları məbləğində cərimə borcu, 702,09 manat ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 30958,28 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsümunun cəmiyyətin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/136406/15 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 23900 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 1xx/xx/136406/15 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən illik 18 faiz ödənilməsi şərti ilə müqavilə müddəti xx.xx.2018-ci il tarixinə qədər uzadılmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 19334,49 ABŞ dolları məbləğində əsas borc, 4674,68 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 6247,02 ABŞ dolları məbləğində cərimə borcu, 702,09 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 30958,28 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarını araşdırmamış, ekspertiza təyin etməmişdir. Ondan tələb olunan əsas, faizlər və dəbbə yüksək hesablanmış, maddi hüquq normaları pozulmuşdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ekspertizanın təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% hesablanmaqla faiz borcuna aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 1xx/xx/136406/15 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, qapalı səhmdar cəmiyyəti “Bank Standard” kommersiya bankının “Nəsimi” filialı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 20% ödənilməklə 23900,00 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 1xx/xx/136406/15 saylı kredit müqaviləsinə xx xxxxx 2016-cı il tarixli, 1 saylı əlavə sazişdən görünür ki, “Bank Standard” kommersiya bankının “Nəsimi” filialı ilə Cavabdeh arasında bağlanmış 1xx/xx/136406/15 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin müddəti illik 18% faiz ödənilməklə 36 ay, xx.xx.2018-ci il tarixə qədər uzadılmışdır. İş materiallarında olan ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, cəmiyyət ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 1xx/xx/136406/15 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə Cavabdeh banka 19334,49 ABŞ dolları məbləğində əsas, 4674,68 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz, 6247,02 ABŞ dolları məbləğində cərimə borcu, 702,09 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan 5 faiz məbləğ, ümumilikdə 30958,28 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xx xxxxxxxx 2019-cu il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3245 saylı, xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən xx xxxxxx 2015-ci il tarixli, 1xx/xx/136406/15 saylı kredit müqaviləsi və 01 sayl əlavənin şərtlərini nəzərə alaraq Cavabdeh iddiaçı banka xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixə əsas borcu 19.356,30 ABŞ dolları, faiz borcu üzrə 8.244,69 ABŞ dolları, xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% hesablanmaqla 693,60 ABŞ dolları müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, qapalı səhmdar cəmiyyəti “Bank Standard” kommersiya bankının “Nəsimi” filialı ilə bağlanmış 1xx/xx/136406/15 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, illik 20 % ödənilməklə 23900,00 ABŞ dolları məbləğində kredit verilmiş, xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavə sazişə əsasən 1xx/xx/136406/15 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin müddəti illik 18% faiz ödənilməklə 36 ay, xx.xx.2018-ci il tarixə qədər uzadılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq, cavabdehdən 19334,49 ABŞ dolları məbləğində əsas, 4674,68 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu tutmuşdur. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirib həmin məbləği azaldaraq 100 ABŞ dolları müəyyən etmiş və bu zaman Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh oğlundan xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% hesablanmaqla faiz borcu olaraq 702,09 ABŞ dolları tutmuşdur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3245 saylı, xx xxxxxxxx 2020-ci il tarixli rəyi ilə Cavabdeh xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% hesablanmaqla faiz borcu 693,60 ABŞ dolları təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% hesablanmaqla faiz borcuna aid hissədə dəyişiklik edilməli, Cavabdeh ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə 693,60 ABŞ dolları faiz borcu tutulmalıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə təkzib olunur. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% hesablanmaqla faiz borcuna aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrəSumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8862/2019 saylı qətnaməsinə xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% hesablanmaqla faiz borcuna aid hissədə dəyişiklik edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə xx.xx.2018-ci il (müqavilə müddəti bitən) tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% hesablanmaqla qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 693,60 (altı yüz doxsan üç dollar 60 sent) ABŞ dolları faiz borcu tutulsun. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150(bir yüz əlli) manat Cavabdehtutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabınaköçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1220/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1220/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver