Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1227/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin e-2(034)-197/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 7237.10 manat məbləğində əsas borc, 144.35 manat faiz borc, 0.12 manat cərimə borcu olmaqla, cəmi 7381.57 manat məbləğində borcun və iş üzrə ödənilmiş 94 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-197/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 7237.10 manat məbləğində əsas borc, 144.35 manat faiz borcun, 0.12 manat cərimə borcu olmaqla, cəmi 7381.57 manat məbləğində borc və 94 manat ödənilmiş dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ekspertiza xərci olan 100 manatın Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdeh Həsənov X1 Rayon Məhkəməsinin 2(034)197/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(034)-197/2022 nömrəli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(034)-197/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual normalara riayət edilmədən verildiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Həsənov X1 Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(034)- 197/2022 nömrəli qərardadın şikayət verərək həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətini baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(034)-197/2022 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» mülki iş üzrə Cavabdeh Zəngilan Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(034)- 197/2022 nömrəli qərardadından verdiyi şikayət təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(034)-197/2022 nömrəli qərardadı ləğv edilmiş, Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(034)- 197/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti prosessual normalara riayət edilərək verildiyindən baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Zəngilan Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qəraradından şikayət vermiş, şikayətdə qərardadın ləğv olunması, cavabdeh tərəfindən verilən şikayətin və ərizənin rədd olunmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(034)-197/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə məhkəmə tərəfindən 11 yanvar 2023cü il tarixdə cavabdehə göndərilmiş və məhkəmənin göndərdiyi məktub məhkəməyə geri qayıtmadığı üçün həmin qətnamə verilmiş sayılmalıdır. Eyni zamanda məhkəmə öz qərardadında qeyd edir ki, qeyd olunan qətnamə xəbərnaməli zərfdə göndərilmişdir. Xəbərnaməli zərflə vətəndaşa poçt vasitəsi ilə məktub göndərəndə məhkəməyə həmin məktubun göndərilməsini təsdiq edən möhürlü qəbz verilir. Həmin qəbzdə məktubun SS kodu yazılır. "xxxx" MMC-nin saytına daxil olmaqla həmin qəbzdə yazılan SS kod ilə qətnamənin çatdırılıb çatdırılmamasını yoxlamaq olardı, məhkəmə isə bunu etməmişdir. Eyni zamanda məhkəmə Poçta sorğu verməklə qətnamənin hansı vaxtda cavabdehə çatdırılması barədə məlumat ala bilərdi, məhkəmə bunu da etməmişdir. 11 yanvar 2023-cü il tarixində cavabdehə göndərilən qətnamənin onun tərəfindən alınmamasını təsdiq edən heç bir sənəd iş materiallarında yoxdur. Barəsində şikayət verilən qərardaddan görünür ki, Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(034)-197/2022 saylı qətnaməsi cavabdehin məskunlaşdığı ünvan 1 ünvana xəbərnaməli poçt reyestri 11 yanvar 2023-cü il tarixdə göndərilsə də cavabdeh tərəfindən məhkəmənin müvafiq qətnaməsinin alınması ilə bağlı iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(034)-197/2022 saylı qətnaməsi Cavabdeh 03 fevral 2023-cü il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmiş, apellyasiya şikayəti isə bir aylıq müddət ötürülmədən 02 mart 2023-cü il tarixdə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)- 50/2022 saylı qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa olunması barədə gəldiyi nəticəni əsaslı saymışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(034)- 197/2022 saylı qətnaməsi cavabdehin məskunlaşdığı ünvan 1 ünvana xəbərnaməli poçt reyestri 11 yanvar 2023-cü il tarixdə göndərilmiş, lakin həmin məktubun cavabdehə rəsmi qaydada çatıdırlmasına dair xəbərnamə, eləcə də məktubun geri qayıtması ilə əlaqədar zərf iş materiallarında mövcud deyildir. Belə olan halda qətnamənin cavabdeh tərəfindən rəsmi qaydada alınması müəyyən edilmir. Eyni zamanda Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(034)- 197/2022 saylı qətnaməsini Cavabdeh 03 fevral 2023-cü il tarixdə məhkəmə qəbzinə imza atmaqla qəbul etmiş, belə olan halda qətnamədən apellyasiya şikayəti vermə müddəti xx.xx.2023-cü il tarixdən başlamış və şikayətin verilmə müddəti xx.xx.2023-cü il tarixi müəyyən ediməlidir. Hazırki işdən də görünür ki, cavabdeh apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə üvnalamışdır. Bununla da müəyyən edilir ki. cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin Zəngilan Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(034)- 197/2022 nömrəli qərardadından verdiyi şikayəti təmin edərək Zəngilan Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(034)-197/2022 nömrəli qərardadının ləğv edilməsi, qətnamədən apellyasiya şikayəti prosessual normalara riayət edilərək verildiyindən baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qətnamədən verilmiş şikayətin müddətin ötürülməsi əsası ilə geri qaytarılması barədə öz qərardadını ləğv edilməsi barədə məhkəmənin gəldiyi nəticəni qanunvericilik normalarına uyğun hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələrdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-197/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zəngilan Rayon Məhkəməsinin e-2(034)-197/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1227/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1227/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver