Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1229/2023 03.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 (sonuncu məhkəmə iclasına gəlməmişdir), tərcüməçi X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-127/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsi və 1 saylı Əlavəyə əsasən, İddiaçı ASC Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 10442,71 manat məbləğində kredit vermişdir.
2. xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli zaminlik müqavilələrinə əsasən, borclu Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 10442,71 manat məbləğində kredit verilmiş və sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi imzalanmışdır.
3. 12.08.2022-ci il tarixli maliyyə arayışına əsasən, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 7439,33 manat əsas borc, 27,42 manat faiz borcu, 74,45 manat cərimə borcu olmaqla, ümumilikdə 7541,2 manat borcu yaranmışdır.
4. 20.07.2022-ci il tarixli, KBD-8268 nömrəli xəbərdarlıq məktubuna əsasən, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq ünvanlanmışdır.
5. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən, "xxxx" ASC Cavabdeh1 24 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit vermişdir.
6. Problemli kreditlərin Kompensasiyasına dair xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Cavabdeh1 İddiaçı ASC-yə (Nikoyl İKB ASC) olan 10442,71 manat borcu restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilmişdir.
7. AZ İ 311053 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh3 ilə Cavabdeh2 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 65 nömrə ilə qeyd edilmişdir.
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli 1(101)-63/2021 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə Cavabdeh2 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 9 yanvar 2018-ci il tarixli hökmü ilə Cavabdeh2 təyin olunmuş 3.000 manat cərimə cəzasının çəkilməmiş hissəsi olan 2.550 manat cərimə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilərək ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və 2.550 manat cərimə cəzası təyin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı ASC cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7439,33 AZN əsas borc, 27,42 AZN faiz, 37,23 AZN cərimə borcu olmaqla, ümumilikdə 7503,98 AZN və 95,04 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4-M-1-0- 360-15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
10. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 10442,71 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 29 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il avqustun 12-dək Cavabdeh1 banka 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7439,33 AZN əsas borc, 27,42 AZN faiz, 74,45 AZN cərimə borcu olmaqla ümumilikdə 7541,2 AZN borcu vardır. Cavabdeh1 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 74,45 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 37,23 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımmca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-127/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7439,33 (yeddi min dörd yüz otuz doqquz manat otuz üç qəpik) manat əsas borc, 27,42 (iyirmi yeddi manat qırx iki qəpik) manat faiz borcu, 37,23 (otuz yeddi manat iyirmi üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7503,98 (yeddi min beş yüz üç manat doxsan səkkiz qəpik) və 95,04 (doxsan beş manat dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması, iş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xərci olaraq Cavabdeh2 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlərin Cavabdeh1 Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia tələbi cavabdehlərdən müştərək qaydada deyil, yalnız Cavabdeh2 münasibətdə təmin edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli 1(101)-63/2021 saylı hökmündən (vər.149-160) görünür ki, Cavabdeh2 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib təkrarən hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında və qeyrisinin köməkçiliyi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmiş, öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə rəsmi sənədlərə tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib təkrarən vəzifə saxtakarlığı törətmişdir. Göründüyü kimi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 adına rəsmiləşdirilmiş 10000 manat pul məbləğinin onun tərəfindən deyil, Cavabdeh2 Qaçay oğlu (və onunla əlbir olan bir qrup şəxs) tərəfindən mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır.
13. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 adına rəsmiləşdirilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə verilən kreditin Cavabdeh2 Qaçay oğlu (və onunla əlbir olan bir qrup şəxs) tərəfindən ələ keçirilərək mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapdığından, xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsi isə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin restrukturizasiyası məqsədilə bağlandığından hazırkı iddia tələbi yalnız Cavabdeh2 Qaçay oğluna münasibətdə təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6, 421, 423.2, 739.1, 739.2, 442, 443.1, 445.2.1, 472.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı ASC apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 127/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
16. Qətnamə qanunsuz və əsassız olduğu üçün aşağıdakı əsaslarla ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli kredit bağlanmış, kredit müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq cavabdeh tərəfindən ödənişlər tam və vaxtında edilmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş materiallarından da göründüyü kimi Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixil kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Beləliklə də, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında birgə məsuliyyət daşımaqlarını qəbul etmişlər. Cavabdeh3 məhkəmə iclasında zaminlik müqaviləsindəki imzanın ona məxsus olmasını mübahisələndirsə də Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1550№-li rəyinə əsasən xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli zaminlik müqaviləsində “Zamin” qrafalarındakı imzalar ilə mülki işin 50-ci vərəqində Cavabdeh3 eksperimental imza nümunələri – Eyni bir şəxs tərəfindən icra olunmuşdur.
17. Tərəflər arasında müqavilə bağlanarkən bütün tərəflər öz iradə ifadəsini həyata keçirmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1550№-li rəyi ilə də bu hal öz təsdiqini tapmışdır. Məhkəmə isə bu qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə pulu Cavabdeh2 mənimsəmişdirsə banka olan borc məbləği də yalnız ondan tələb olunmalıdır. Halbuki iddiaçı ilə hər üç cavabdeh arasında müvafiq olaraq kredit və zəminlik müqavilələri bağlanmışdır. Məhkəmənin belə qənaətə gəlməsi bankın hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, iddiaçının kredit müqaviləsi üzrə borc pul məbləğini həm əsas borcludan, həm də zaminlərdən tələb etmək hüququ vardır. Kredit müqaviləsi üzrə verilmiş pul məbləğinin cavabdehlərdən birinin yaxud hansısa qeyri-şəxs tərəfindən mənimsənməsi digər tərəfləri bank qarşısında öhdəliyini yerinə yetirmək vəzifəsindən azad etmir. Cavabdeh2 kimi Cavabdeh1 və Cavabdeh3 da xx.xx.2019-cu il tarixli müqavilə üzrə bank qarşısında öhdəlik daşıyırlar.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Cavabdeh2 tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazılığı yoxdur. Məhkəmə düzgün araşdırma aparıb iddiaçının iddiasının düzgün olmadığını qərara alıb.
19. Belə ki, eyni borcun iki ayrı məhkəmədə tələb edilməsi qanunauyğun deyildir. Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində çıxardığı hökmə əsasən zərərçəkmiş şəxs qismində İddiaçı ASC-nin 80000 manat ziyan tələbinə dair mülki iddiasının təmin edilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə götürdüyü 10000 manat kreditin qalıq borcu 7439,33 manat əsas borc və hesablanmış faizlərin məhz həmin 80000 manat maddi ziyanın tərkibinə daxil edilməklə məhkəməyə zərər kimi təqdim olunub. Bank yaranmış vəziyyətdən istifadə edib borcu əsassız olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən həm ondan, həm də hazırkı iş üzrə Cavabdeh1 və Cavabdeh3 tələb edir. Zərər kimi qəbul olunan 80000 mant tam şəkildə banka ödənilmişdir. Lakin bank həmin pulu kreditin silinməsinə yönəltməmişdir. Bu isə qanunsuz əməldir.
20. Bank əsas gətirir ki, kreditin cavabdehlərdən biri tərəfindən mənimsənilməsi digərlərini məsuliyyətdən azad etmir. Lakin əsas məlumatı məhkəmədən gizlədir. Həmin pul cavabdehlərdən biri, yəni onun tərəfindən banka ödənilmişdir. Bu halda digər cavabdehlərdən pulun tələb edilməsi qanunsuzdur. Odur ki, göstərilənləri nəzərə alaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən, iddia tələbinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 oğlu apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir.
24. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
25. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
30. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
31. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
32. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
33. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
34. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
35. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
41. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Apellyasiya şikayətlərindən görünür ki, İddiaçı ASC qətnamənin iddia tələbinin təmin olunmayan hissəsini mübahisələndirmişdir.
45. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-127/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, həmin hissədə iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7439,33 AZN əsas borc, 27,42 AZN faiz, 37,23 AZN cərimə borcu olmaqla, ümumilikdə 7503,98 AZN və 95,04 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır.
47. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun cavabdehlərdən yalnız Cavabdeh2 tutulması qənaətinə gəlmişdir. İddiaçı isə apellyasiya şikayətində cavabdehlərlə bağlanmış kredit müqaviləsini və həmin müqavilənin təminatı kimi bağlanmış zaminlik müqavilələrini əsas götürərək borcalan Cavabdeh1 və zamin Cavabdeh3 münasibətdə iddia tələbinin rədd edilməsi ilə bağlı məhkəmə qətnaməsində göstərilən hissədən narazılığını ifadə edərək, bankla hər üç cavabdeh arasında müvafiq olaraq kredit və zaminlik müqavilələri bağlandığı halda, borcun onlardan yalnız biri - Cavabdeh2 tutulması ilə razı olmadığını bildirmişdir.
48. Apellyasiya şikayətinin bu dəlili ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi digər cavabdehlərə münasibətdə iddia tələbini rədd etməklə səhvə yol vermişdir.
49. Belə ki, iş materiallarından aydın olur ki, Cavabdeh1 ilə “Yelo Bank ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Daha sonra həmin müqavilə Azərbaycan Respublikasının Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” 28 fevral 2019-cu il tarixli Fərmanın təsiri altına düşdüyündən Cavabdeh1 İddiaçı ASC-yə (Nikoyl İKB ASC) olan 10442,71 manat borcu restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilmiş və nəticədə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 4-M-1-0-360-15 nömrəli kredit müqaviləsi, eyni zamanda sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixli zaminlik müqavilələri imzalanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Göründüyü kimi borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 zamin durmuşlar.
51. Yuxarıda qeyd olunduğu kimi, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduqları üçün iddiaçının tərəflər arasında bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verilməsi, habelə müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır.
52. AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən hazırkı iş üzrə Cavabdeh2 İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə dair etirazında cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində çıxardığı hökmə əsasən zərərçəkmiş şəxs qismində İddiaçı ASC-nin 80000 manat ziyan tələbinə dair mülki iddiasının təmin edildiyi, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə götürdüyü 10000 manat kreditin qalıq borcu 7439,33 manat əsas borc və hesablanmış faizlərin məhz həmin 80000 manat maddi ziyanın tərkibinə daxil edildiyi, bununla da bank tərəfindən borcun əsassız olaraq Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən həm ondan, həm də hazırkı iş üzrə Cavabdeh1 və Cavabdeh3 tələb edildiyi göstərilmişdir.
53. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmənin sorğusu əsasında daxil olmuş İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli 1-21/2994-23 nömrəli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli 1(101 )-63/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və sair maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Cavabdeh2 qardaşı X4 10 mart 2023-cü il tarixli ərizə ilə Banka müraciət edərək Cavabdeh2 tərəfindən Banka vurulmuş ziyanın əvəzi olaraq 10000 (on min) manat məbləğində vəsaitin qəbul edilməsini və bu barədə müvafiq qəbz və məktub verilməsini xahiş etmiş, həmin tarixdə qeyd olunan vəsait cinayət işi üzrə vurulmuş ziyanın qismən əvəzi olaraq Banka ödənilmişdir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli 1(101 )-63/2021 saylı hökmünə əsasən Banka vurulmuş ziyanın qismən əvəzi olaraq Cavabdeh2 qardaşı X4 tərəfindən Banka ödənilmiş 10000 (on min) manat məbləğində vəsait hazırkı mülki iş üzrə iddia predmeti olan 29 dekabr 2019-cu il tarixli 4-M-1- Q-360-15 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 7.439,98 manat əsas, 27,42 manat faiz və 37,23 manat cərimə borcunu özündə ehtiva etmir.
54. Kollegiya həmçinin qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli 1(101)-63/2021 saylı hökmü ilə mübahisəli kredit müqaviləsi üzrə Cavabdeh2 hər hansı ittiham irəli sürülməsi öz təsdiqini tapmamışdır.
55. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, həmin hissədə iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7439,33 AZN əsas borc, 27,42 AZN faiz, 37,23 AZN cərimə borcu olmaqla, ümumilikdə 7503,98 AZN və 95,04 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-127/2023 nömrəli qətnaməsi qismən - cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh3 münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7439,33 (yeddi min dörd yüz otuz doqquz manat otuz üç qəpik) manat əsas borc, 27,42 (iyirmi yeddi manat qırx iki qəpik) manat faiz borcu, 37,23 (otuz yeddi manat iyirmi üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7503,98 (yeddi min beş yüz üç manat doxsan səkkiz qəpik) və 95,04 (doxsan beş manat dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.