Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1230/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(060)-570/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadı ilə (hakim A.Behbudova) İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iddiaçı Qurbanov Rəşid Faiq oğlunun nümayəndəsi və vəkili Vəkil Oktay oğlunun Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-570/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərardadından verdiyi şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4900 (dörd min doqquz yüz) manat məbləğində pul vəsaitinin və 69 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qanunsuz və əsassız olaraq iş üzrə icraata xitam verilmiş, həmin qərardaddan verilmiş şikayəti cılız və formal əsaslarla geri qaytararaq fundamental hüquq olan məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Həm iş üzrə icraata qanunsuz və əsassız olaraq xitam verilmiş, bununla kifayətlənməyərək həmin qərarddadan verilmiş şikayəti formal mülahizələrlə geri qaytarmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış müqavilə ilə icra qeydi aparıldığından və bu qeyd icra sənədi hesab olunduğuna görə tərəflər onun şərtlərinə əməl etməli olduğundan, tərəflər müqavilədə ödəniş müddətinin keçməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması barədə qayda müəyyən edildiyindən və iddiaçı bu qaydaya əməl etmədiyindən, icraata xitam verilməsi qənaətinə gəlmiş, bu nəticədən İddiaçı narazı qalaraq şikayət vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, tərəflər arasında 23 noyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh tərəfindən İddiaçı 4900 manat məbləğində borc pul verilmişdir. Müqavilənin şərtinə əsasən Cavabdeh krediti xx.xx.2019cu il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 7-ci bəndində borc müqaviləsinə notarius tərəfindən icra qeydi əsasında mübahisəsiz qaydada alınması qeyd olunmuşdur. İşdən həmçinin müəyyən edilir ki, İddiaçı əqd üzrə icra qeydinin verilməsi ilə notariat orqanına müraciət etmiş və sonuncunun ərizəsinə əsasən icra qeydi icra məmuru tərəfindən geri qaytarılmışdır. Qeyd olunmalıdır ki, icra sənədinin geri qaytarılması icra sənədinin mövcud olmaması deyil. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tələb üzrə icra qeydi mövcud olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq işin icraatına xitam verməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli və onunla bağlı 04 may 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli və onunla bağlı 04 may 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1230/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1230/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver