Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1231/2025 02.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X4 və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: təbiətə dəymiş ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1362/2025 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı 5 X4 və Təbii Sərvətlər İdarəsi məhkəmədə iddia qaldıraraq təbiətə dəymiş ziyana görə 410.48 (dörd yüz on manat qırx səkkiz qəpik) manat məbləğin Cavabdeh tərəfindən 5 X4 vs Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Xudat şəhəri, S.Stalski küçəsi, ev 10-da yaşayan Cavabdeh tərəfindən Xaçmaz rayonu Nərəcan kəndində 5 m3 həcmində oduncağın əldə olunaraq istifadə edilməsi faktı aşkar edilərək İdarə əməkdaşları tərəfindən qanuna müvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh “Yaşıllığın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 636 saylı və xx.xx.2004-cü il tarixli, 145 saylı qərarı ilə “Meşə təsərrüfatına dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən onun tərəfindən təbiətə dəymiş ziyana görə 410.48 (dörd yüz on manat qırx səkkiz qəpik) manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəlini Cavabdeh xx.xx.2023-cü il tarixli, Ç-İM/4423-010-177 saylı məktubla göndərilsə də o, iddia məbləğini ödəməkdən imtina etmişdir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1362/2025 saylı qətnaməsi ilə (hakim Aynur Əliyeva) iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh tərəfindən Xaçmaz rayonu Nərəcan kəndində 5 m3 həcmində oduncağın əldə olunaraq istifadə edilməsi faktı aşkar edilərək İdarə əməkdaşları tərəfindən sənədləşmə işləri aparılmışdır. Cavabdeh tərəfindən təbiətə dəymiş ziyana görə 410.48 manat iddia məbləği hesablanmışdır. Cavabdeh iddia tələbini qəbul etməmişdir. İddiaçı tərəf təbiətə zərər vurulduğunu və bu zərərin cavabdeh tərəfindən vurulduğunu iddia etsə də, bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəf öz iddiasının əsası kimi yalnız müvafiq aktları məhkəməyə təqdim etmiş, qanunsuz kəsildiyi iddia edilən ağacların foto və ya video görüntüsünü, ağacların qanunsuz kəsilməsi ilə bağlı tərtib olunmalı olan inzibati xəta haqqında protokolu, bu protokol əsasında inzibati məsuliyyətə cəlbetmə barədə müvafiq qərarı o cümlədən, həmin ağacların məhz cavabdeh tərəfindən kəsildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Yaşılllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15, 24-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1362/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Xudat şəhəri, S.Stalski küçəsi ev 10-da yaşayan Cavabdeh tərəfindən Xaçmaz rayonu Nərəcan kəndində 5 m3 həcmində oduncağın əldə olunaraq istifadə edilməsi faktı aşkar edilərək akt tərtib edilmiş və akt cavabdeh tərəfindən imzalanmışdır. Bundan əlavə cavabdeh izahat verərək təbiətə maddəsi dəymiş ziyanı könüllü şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh “Yaşıllığın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 636 saylı və xx.xx.2004-cü il tarixli, 145 saylı qərarı ilə Meşə təsərrüfatına dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən onun tərəfindən təbiətə dəymiş ziyana görə 410.48 (dörd yüz on manat qırx səkkiz qəpik) manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəlini Cavabdeh xx.xx.2023-cü il tarixli, Ç-İM/4423-010-177 saylı məktubla göndərilsə də o, iddia məbləğini ödəməmişdir. Bu səbədən də məhkəməyə müraciət edilmişdir. Xaçmaz Rayon Məhkəməsi iş üzrə olan sübutları araşdırmadan, cavabdehin təbiətə dəymiş zyana görə tərtib edilmiş aktı imzalamasını, dəymiş ziyanın ödəniləcəyinə dair izahatını nəzərə almamış, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Bu cür hallarda vətəndaşların təbiətin qorunmasına laqeyid yanaşmasına zəmin yaradır və nəticədə təbiətə ziyan dəyir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuş dur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 77287 nömrəli akt və Cavabdeh izahatı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki qeyd olunan sənədlər məhkəmə tərəfindən araşdırılsaydı obyektiv qərar qəbul edilərdi. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3 apellaysiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh sex işlədir, qanunsuz olaraq meşə materialından istifadə edir. Təbiətə vurulmuş ziyanla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən barəsində akt tərtib olunub, vurulmuş zərər 410 manat qiymətləndirilib. Özü vurulmuş zərəri etiraf etmiş və akta imza etmişdir. Lakin birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə qərar qəbul edib. Cavabdehin yaş oduncaqlardan istifadə etməsi təsbit olunub. Cavabdeh tərəfindən kəsilməsinə dair sübut olmasa da, kəsilmiş formada yaş oduncaqlardan istifadə etməsi ilə faktı ilə bağlı akt tərtib olunub. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmayıb, olunmamasının səbəbini bilmir. Cavabdeh ağacların qanuni olaraq kəsilib cavabdehə təqdim edilməsi barədə hər hansı sənəd təqdim etməyib. Cavabdehin istifadə etdiyi yaş oduncağa münasibətdə təbiətə dəymiş zərər hesablanıb, iddia qaldırılıb. Nazirlər Kabinetinin qərarına əsasən kəsilmiş materilların ölçülərinə uyğun olaraq zərər məbləğləri müəyyənləşdirilib
11. X1 əvvəlki məhkəmə iclasında məhkəməyə teleqram vuraraq qeyd etmişdir ki, atası Cavabdeh hal-hazırda səhhəti ağır olduğundan Xaçmaz rayon Mərkəzi Xəstəxanasındadır. Odur ki, məhkəmə iclasında iştirak edə bilməyəcək. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddasinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. xx.xx.2023-cü il tarixli 77287 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən Xaçmaz rayonu Nərəcan kəndində 5 m3 həcmində oduncağın əldə olunaraq istifadə edilməsi faktı aşkar olunmuşdur.
13. Təbiətə dəymiş ziyanın hesablama cədvəlindən görünür ki, Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan 410.48 manat hesablanmışdır.
14. xx.xx.2023-cü il tarixdə 5 X4 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Adil Məcidovun, Mövlüddin Ağamuradovun, Murad Muradovun və Cavabdeh iştirakı ilə tərtib olunmuş baxış aktından görünür ki, Xudat-Xaçmaz yolunun sağ tərəfində köhnə “Sovxozstroy” adlanan ərazidə fəaliyyət göstərən ağac emalı-tara sexində monitorinq keçirmişlər. Bu zaman sexin ərazisində 5 m3 həcmində qovaq cinsinə mənsub (çinar) işliyə yararlı oduncaq aşkar olundu, oduncaq üçün hər hansı bir sənəd təqdim olunmadı.
15. Cavabdeh izahatından görünür ki, Xudat-Xaçmaz yolunun kənarında köhnə “Sovxozstroy”un həyətində tara istehsalı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə Ekologiya işçilərinin monitorinqi zamanı beş kub metr həcmində sənədi olmayan kəsilən yeri naməlum işliyə yararlı qovaq (çinar) cinsinə mənsub ağac materialı aşkar olundu. Oduncağı tanımadığı şəxsdən almışdır. Qanunsuz oduncağa görə dövlətə dəymiş ziyanı könüllü ödəməyə söz verir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. “Yaşılllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir.
18. Azərbaycan Respublikasının Meşə Məcəlləsi
Maddə 25. Meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir. Order özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac törtöküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçüq hüquq verən sənəddir. Order meşəqırma bileti əsasında verilir. Maddə 79. Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar.
19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1362/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1362/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
22. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdeh tərəfindən təbiətə zərər vurulduğunu iddia etsə də bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəf öz iddiasının əsası kimi yalnız müvafiq aktları məhkəməyə təqdim etmiş, qanunsuz kəsildiyi iddia edilən ağacların foto və ya video görüntüsünü, ağacların qanunsuz kəsilməsi ilə bağlı tərtib olunmalı olan inzibati xəta haqqında protokolu, bu protokol əsasında inzibati məsuliyyətə cəlbetmə barədə müvafiq qərarı o cümlədən, həmin ağacların məhz cavabdeh tərəfindən kəsildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb ediməsinə dair müvafiq qərarın olmaması, vurulması müəyyən edilən zərər məbləği üçün şəxsi mülki məsuliyyətdən azad etməməkdədir. Cavabdehə məxsus emalatxanada qanuni əsaslarla tədarük olunması sübut olunmayan, kəsilən yeri naməlum olan beş kub metr həcmində işliyə yararlı qovaq cinsinə mənsub ağac materialının aşkar olunması işin mübahisəsiz halı olmuşdur. Belə ki, cavabdeh qeyd olunan emalatxanada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, sahibliyində olan mallara dair elektron qaimə-faktura, malların təhvil-qəbul aktı və ya malın alınmasına dair hər hansı bir sənəd təqdim edə bilməmiş, aşkar olunmuş ağac materialını tanımadığı şəxsdən aldığını bildirmiş və vurulmuş zərəri ödəməyi öhdəsinə götürməklə, zərərin vurulmasını təsdiq etmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd ilən hallarını nəzərə almayaraq, iddianı rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellaysiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1362/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 410,48 manat və 30 manat dövlət rüsüumu tutularaq, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 5 X4 və Təbii Sərvətlər İdarəsinin bank hesabına (Alan bank: Dövlat xəzinədarlıq agentliyi Kodu: 210005 VÖEN: ********** Müxbür hesab: Az41 NABZ******************** SW.İ.F.T. CTREAZ22 Alan müştəri: 5 X4 və təbii sərvətlər idarəsi Hesab: AZ78CTFE******************** VÖEN: ********** Büdcə təsnifat kodu: 142595 Büdcə səviyyəsi kodu: 3) ödənilməlidir.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Apellyasiya şikayəti edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1362/2025 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 410,48 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 440,48 manat (dörd yüz qırx manat, 48 qəpik) tutularaq, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında 5 X4 və Təbii Sərvətlər İdarəsinin bank hesabına (Alan bank: Dövlat xəzinədarlıq agentliyi Kodu: 210005 VÖEN: ********** Müxbür hesab: Az41 NABZ******************** SW.İ.F.T. CTREAZ22 Alan müştəri: 5 X4 və təbii sərvətlər idarəsi Hesab: AZ78CTFE******************** VÖEN: ********** Büdcə təsnifat kodu: 142595 Büdcə səviyyəsi kodu: 3) ödənilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.