Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-124/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1820/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 30 ay müddətinə, illik 27% ödəmək şərtilə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 110008364/ZM saylı zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borclu Cavabdeh3 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərinə öhdəlik götürmüşlər.
3. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx.xx.2015ci il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə sazişə əsasən kreditorun borcalana 12700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 12394,07 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır.
4. İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 oğlu arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 110008364/ZM saylı zaminlik müqaviləsi üzrə 1№ əlavə sazişə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır.
5. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2015ci il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 10668,87 manat təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır.
6. İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 110008364/ZM saylı zaminlik müqaviləsi üzrə 2№ əlavə sazişə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır.
7. İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 110008364/ZM saylı zaminlik müqaviləsi üzrə 2№ əlavə sazişə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır.
8. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka 4923,88 manat əsas, 2738,86 manat faiz, 5269,54 manat cərimə, illik 5%-lə hesablanmış 718,08 manat faiz borcu olmaqla, cəmi 13650,36 manat məbləğində borcu mövcuddur.
9. LPO İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılması məqsədilə cavabdehə illik 27% dərəcəsi ilə, 30 ay müddətinə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında ZM-110008364 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit borcalana “Dövriyyə vəsaiti” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh3” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq, həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 12394,07 ABŞ dolları müəyyən edilmişdir. Kreditin müddəti 14 ay uzadılaraq, xx.xx.2018-ci il tarixədək müəyyənləşdirmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 7620,62 ABŞ dolları konvertasiya edilməklə (1USD = 1.40 manat) 10668,87 manat təşkil etmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh3 cəmi borcu 13650,36 manat təşkil edir. Bundan 4923,88 manat əsas, 2738,86 manat faiz, 5269,54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 718,08 manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən cəmi borcu 13650,36 manat - bundan 4923,88 manat əsas, 2738,86 manat faiz, 5269,54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 718,08 manat faiz borcu və iş üzrə ödənilmiş 130,95 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, 2015-ci il tarixində dollar məzənnəsi ilə bankdan pul götürmüşdür. 2015-ci il tarixindən 2019-cu il tarixinə qədər ödənişlər etmişdir. Həmin vaxtdan sonra, ödənişlər etməmişdir. 3 ilə yaxın ödəniş etməmiş, lakin bu müddət ərzində bankın əməkdaşları ödəniş etməklə bağlı heç bir məlumat verməmişlər. 2022-ci ilin yay aylarında bankın əməkdaşı zəng edib borcu ödəməli olduğunu bildirdi. Onun 6000 manatdan çox ödənişi qalmışdı. Son bir ildə ödənişlər etdi. Bankın əməkdaşları ödənişlərdən narazı olduqları üçün məhkəməyə müraciət etmişlər. Borcla bağlı 4 il ödənişlər etmişdir. Sonuncu dəfə son bir ildə ödənişlər etmişdir. Məbləğlə razı deyildir, faiz və cərimə məbləğləri şişirdilmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2514 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 03 fevral 2017-ci il tarixli, 02 saylı razılaşma müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2023-cü il tarixə 9142,01 manat olmaqla, ondan əsas borc üzrə 4785,55 manat, faiz borcu üzrə 4356,46 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, 03 fevral 2017-ci il tarixli, 02 saylı razılaşma müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh3 cərimə borcu hesablanmadı. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1820/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 4785,55 (dörd min yeddi yüz səksən beş manat, əlli beş qəpik) manat əsas, 2738,86 (iki min yeddi yüz otuz səkkiz manat, səksən altı qəpik) manat faiz, 400 (dörd yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 718,08 (yeddi yüz on səkkiz manat, səkkiz qəpik) faiz, ümumilikdə 8642,49 (səkkiz min altı yüz qırx iki manat, qırx doqquz qəpik) manat məbləğində pul və 130,95 (bir yüz otuz manat, doxsan beş qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh3 tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 4785,55 manat təşkil edir. İş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə müqavilə müddəti üçün əsas borcun 4785,55 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyində cavabdehin banka 4356,46 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 2738,86 manat faiz borcu tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, iddia ərizəsində göstərilən məbləğdə, yəni 2738,86 manat faiz borcu tutulmalıdır. İddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 400 (dörd yüz) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda hazırki halda tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrində onun verilmə müddəti konkret təyin edildiyindən, həmin müddət qurtardıqda zaminlik müqaviləsinə xitam verilməlidir.
16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 449.1, 445.7, 467, 470.1, 472.1, 477.0.4, 739, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 101.3, 119.1, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixində ********* saylı kredit müqaviləsi bağlanmış, bank tərəfindən ona 30 ay müddətinə, illik 27% dərəcəsi ilə 12700 manat kredit verilmişdir. Sonradan həmin müqaviləyə edilən 1 və 2 saylı əlavə kreditin valyutası ABŞ dolları olmuşdur. 2015-ci ildən sonra dolların məzənnəsi yüksəlmiş və kreditin ödənilməsində çətinliklər yaranmışdır. Sonradan Covid-19 pandemiyası səbəbindən uzun müddət işləməmişdir. Sahibkarlıq fəaliyyəti göstərmədiyinə görə bank qarşısında ödənişlər edə bilməmiş, nəticədə kredit borcu yaranmışdır. Göründüyü kimi İddiaçı ASC qarşısında kredit borcunun yaranmasına Azərbaycar Respublikasında Covid-19 pandemiyası və ABŞ dolları kursunun Azərbaycan Respublikasına Azərbaycan manatına nisbətdə xeyli yüksək olması səbəb olmudur. Məhkəmə qətnamə qəbul edərkən yaranmış fors-major vəziyəti qiymətləndirməmiş, ədalətsiz, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən kredit borcunun yaranma səbəblərini nəinki araşdırıb ona hüquqi qiymət verməmiş, hətta yaranmış vəziyyəti araşdırmağa belə cəhd göstərməmişdir. O, kredit müqaviləsi bağlayarkən vəziyyətin belə kritik həddə çatacağını bilsə idi İddiaçı ASC ilə kredit müqaviləsi bağlayıb kredit götürməzdi. Həmçinin məhkəmə hesablanmış dəbbə pulunun həddən çox hesablandığını göstərsə də onu tam ləğv etməmiş, məbləği azaldaraq 400 manat həddində saxlamışdır. Halbuki kredit borcunun yaranması səbəbləri araşdırılsa idi məhkəmə bu məbləği tam ləğv etməli idi. Həmçinin iddiaçı tərəfindən əsas məbləğə hesablanmış faiz məbləği də real deyil. İddiaçı borc məbləğinə hesablanmış faiz borcunun hesablanmasını şişirtmişdir. O, faiz borcunun və dəbbə pulunun real olmadığını, həddən artıq şişirdildiyini göstərsə də məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
25. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
26. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
27. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
29. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
30. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
35. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi faiz və dəbbə borcunun tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməlidir.
38. Belə ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, sonuncu dəfə İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 10668,87 manat təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.
40. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
41. Apellyasiya şikayətinin dəlillərini nəzərə alınaraq, tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir.
42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10696 nömrəli, 06 mart 2025-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 03 fevral 2017-ci il tarixli, 02 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 İddiaçı ASC-yə olan borcu: xx.xx.2021-ci il tarixə əsas borc üzrə 6.085,55 manat, faiz borcu üzrə 1.805,38 manat, xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 4.785,55 manat, faiz borcu üzrə 1.805,38 manat, faiz borcu üzrə 5% ilə 850,36 manat təşkil edir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 03 fevral 2017-ci il tarixli, 02 №-li əlavə sazişdə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh3 cərimə borcu hesablanmadı.
43. Ekspert rəyindən müəyyən edilir ki, faiz borcunun məbləği bankın təqdim etdiyi maliyyə arayışı əsasında irəli sürülmüş tələbdən azdır.
44. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
45. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, kredit müqaviləsi üzrə hesablanan əsas və faiz borcunun məbləği rəyə uyğun hesablanmalıdır.
46. Birinci instansiya məhkəməsi əsas borcun məbləğini ekspert rəyinə əsasən 4785,55 manat müəyyən etsə də, faiz borcunun maliyyə arayışında göstərilən məbləğdə müəyyən olunmasını məqsədəuyğun hesab etmişdir. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi barədə qərardadında xx.xx.2023-cü il tarixədək hesablanan faiz borcunun düzgünlüyünün müəyyən edilməsi barədə sual qoymuşdur.
47. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
48. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tələb olunan faiz borcu xx.xx.2015ci il tarixli, ********* saylı kredit müqaviləsi və əlavə sazişlər üzrə Cavabdeh3 müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixədək hesablanmalı və 9/10696 nömrəli, 06 mart 2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq faiz borcu üzrə 1.805,38 manat Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməlidir.
49. Bundan başqa, iddiaçı kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən hesablanmış 718,08 manat faiz borcunu da tələb etmiş və həmin tələb birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Apellyasiya icraatı zamanı isə keçirilmiş ekspertiza tədqiqatına dair 06 mart 2025-ci il tarixli ekspert rəyi ilə xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla həmin faiz borcunun 850,36 manat təşkil etdiyi müəyyən edilmişdir.
50. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.
51. Verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır. Lakin müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunduğundan, bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.
52. Konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.
53. Belə olan halda, məhkəmə kollegiyası cərimə məbləğinin azaldılaraq cavabdehdən 400 manat cərimə borcunun tutulması hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
54. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
55. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
56. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1820/2024 nömrəli qətnaməsi Cavabdeh3 2738,86 (iki min yeddi yüz otuz səkkiz manat, səksən altı qəpik) manat faiz borcunun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh3 1805,38 (bir min səkkiz yüz beş manat, otuz səkkiz qəpik) manat faiz borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 manat Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1820/2024 nömrəli qətnaməsi - Cavabdeh3 2738,86 (iki min yeddi yüz otuz səkkiz manat, səksən altı qəpik) manat faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh3 1805,38 (bir min səkkiz yüz beş manat, otuz səkkiz qəpik) manat faiz borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri - 100 (bir yüz doxsan) manat Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.