Məhkəmə qərarları › İş №2(105)-1241/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1241/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1241/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil Hafiz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(060)-1436/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(060)-1436/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6121/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 19 iyun 2012-ci il təvəllüdlü X2 və 21 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iş üzrə ödənilmiş mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(060)-1436/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6121/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilərək, 19 iyun 2012-ci il təvəllüdlü X2 və 21 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat, ümumilikdə 386 manat miqdarında alimentin Mahmudova (Mehtiyeva) Günel Osman qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdehlə 21.01.2012-ci il tarixdə ailə qurmuş, birgə nikahdan 2 uşağı doğulmuşdur. Cavadbeh uşaqların təhsil, tibbi xərcləri ilə maraqlanmır. Uşaqların aylıq xərcləri qətnamə ilə tutulan alimentdən artıqdır. Hazırda ölkə ərazisində qida və qeyri-qida məhsullarının qiyməti qalxmışdır. Qətnamə ilə müəyyən edilmiş 160 manat alimeni uşaqların lazımı yaşayış səviyyəsi ilı, sağlamlıq, təhsil xərcləri ilə təmin etməyə yetmir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(060)-1436/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil Hafiz oğlu apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, hazırki gündə ölkə ərazisində uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilib. Məhkəmənin müəyyən etdiyi 160 manat məbləğində pul uşaqların yaşayışı üçün azdır. Uşaqlar böyüyür, inkişaf edir, bununla da onların tələbatları artır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(060)-1436/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh sonuncu məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı tərəfi izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(060)-1436/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə Mehtiyeva Günel Osman qızı arasında olan nikah 21.01.2012-ci il tarixdə bağlanmış, tərəflərin birgə nikahından 19.06.2012-ci il təvəllüdlü Mircavid və 21.04.2017-ci il təvəllüdlü Miryusif oğlu doğulmuşdur. İş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6121/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə Mehtiyeva Günel Osman qızı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 21.01.2012-ci il tarixdə bağlanmış, 75 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan 19.06.2012-ci il təvəllüdlü X2 və 21.04.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası Mehtiyeva Günel Osman qızının yanında qalmaları və 24 iyun 2019-cu il tarixdən etibarən 19.06.2012-ci il təvəllüdlü X2 və 21.04.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşaq üçün hər ay sabit pul məbləğində 125 manat, ümumilikdə 250 manat miqdarında alimentin Cavabdeh tutularaq Mehtiyeva Günel Osman qızına verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22.12.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri Mediasiya Şurasının mediatoru X6 tərəfindən 22.12.2021-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini tətbiq etsə də yekunda düzgün nəticəyə gəlməmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin bu normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçının alimentin məbləğinin artırılması barədə iddia tələbi qanuni və əsaslıdır və iddia tələbi tam təmin edilməlidir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflərin faktiki nikahlarından doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş 125 manat aliment 2019-cu ildə, uşağın 7 və 2 yaşı olanda tutulmuşdur. Hazırda uşaqlarıdan birinin 10, digərinin isə 5 yaşı var və onların tələbatları da artmışdır. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaq üçün yaşayış minimumu artırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin hüquq mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləği dəyişdirilərək uşaq üçün 193 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, artırılmış aliment məbləği qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanmalıdır. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan dövlət rüsumuna görə 66,32 manat məbləğində pul cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti . iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbbədən məhkəmə kollegiyası hesab edir ki, dövlət rüsumuna görə 66,32 manat (30+36,32 ((12*386)=4632, 4632-1000+ 3632%1=36,32) məbləğində pul cavabdehdən tutularaq dövlət nəfinə ödənilməli, həmçinin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini əsaslı sayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6121/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 19 iyun 2012-ci il təvəllüdlü X2 və 21 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üz yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, dövlət rüsumuna görə 66,32 manat məbləğində pul cavabdehdən tutularaq dövlət nəfinə, həmçinin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(060)-1436/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6121/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 19 iyun 2012ci il təvəllüdlü X2 və 21 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 193 ( yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üz yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Dövlət rüsumuna görə 66,32 manat məbləğində pul cavabdehdən tutularaq dövlət nəfinə ödənilsin. Ödənilmiş mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar