Məhkəmə qərarları › İş №2(105)-125/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-125/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-125/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh vəkili və nümayəndəsi X6 iştirakları ilə İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X5 və Gəncəliyeva Xuraman Müslüm qızına qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-08/2019 saylı 04 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti və cavabdehlər Cavabdeh, X5, Gəncəliyeva Xuraman Müslüm qızı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-08/2019 saylı 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 32R000000695 saylı kredit razılaşması üzrə 17854,54 ABŞ dolları məbləğində kredit, 3897,56 ABŞ dolları məbləğində faiz, 1800 ABŞ dolları məbləğində cərimə, 32R000002595 saylı kredit razılaşması üzrə 177139,46 ABŞ dolları məbləğində kredit, 36667,86 ABŞ dolları məbləğində faiz və 18000 ABŞ dolları məbləğində cərimə, 032R********** saylı kredit razılaşması üzrə 85444,16 ABŞ dolları məbləğində kredit, 17686,94 ABŞ dolları məbləğində faiz və 9000 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 367 490 (üç yüz altmış yeddi min dörd yüz doxsan) ABŞ dolları 52 (əlli iki) sent ödəniş vaxtına manata məzənnə üzrə borc, eləcə də ödənilmiş 180 manat dövlət rüsumunun 77 %-i, yəni 138,60 (bir yüz otuz səkkiz manat 60 qəpik) manatın tutulması, 27 may 2013-cü il tarixli, 32R000000695 saylı, 29 may 2014-cü il tarixli, 32R000002595 saylı və 30 dekabr 2014-cü il tarixli, 032R********** saylı kredit razılaşmaları üzrə tutmanın Cavabdeh mülkiyyətində olan, ipotekaya qoyulmuş Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqlarına), Siyəzən rayonu Yenikənd kəndində 2 ha torpaq sahəsinə, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yardımçı, ümumi 216.5 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə, ünvan 2indəki 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yardımçı, ümumi 138.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə, eləcə də cavabdeh Gəncəliyeva Xuraman Müslüm qızının mülkiyyətində olan, ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, ümumi 69.4 kv.m sahədən ibarət olan 60 saylı mənzilinə yönəldilməsi, torpaq sahələri və üzərindəki fərdi yaşayış evləri, habelə mənzillərin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və əldə olunmuş pul vəsaitindən Cavabdeh İddiaçı QSC-yə olan cəmi 367490 (üç yüz altmış yeddi min dörd yüz doxsan) ABŞ dolları 52 (əlli iki) sent ödəniş vaxtına manata məzənnə üzrə borcu, eləcə də ödənilmiş 180 manat dövlət rüsumunun 77 %-i, yəni 138,60 (bir yüz otuz səkkiz manat 60 qəpik) manatın ödənilməsi, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan, ipotekaya qoyulmuş Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları) ilkin satış qiymətinin 75000 manat, Siyəzən rayonu Yenikənd kəndində 2 ha torpaq sahəsinin bazar dəyərinin 40000 manat, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yardımçı, ümumi 216.5 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 60000 manat, ünvan 2indəki 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yardımçı, ümumi 138.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 20000 manat, ipoteka predmeti olan Gəncəliyeva Xuraman Müslüm qızının mülkiyyətində olan, ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, ümumi 69.4 kv.m sahədən ibarət olan 60 saylı mənzilin ilkin satış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi, bu əmlaklar açıq hərracdan satıldıqdan sonra müvafiq olaraq cavabdehlər Cavabdeh və Gəncəliyeva Xuraman Müslüm qızının 1 ay ərzində həmin ünvanlardan çıxarılmaqla torpaq sahəsi, üzərindəki fərdi yaşayış evi, eləcə də mənzilin boşaldılması və bu əmlakların alıcıya təhvil verilməsi, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən cəmi 290 manatın 23 %-i, yəni 66,70 (altmış altı manat 70 qəpik) manatın iddiaçı "İddiaçı" QSC-dən, 77%-i, yəni 223,30 (iki yüz iyirmi üç manat 30 qəpik) manatın isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Bəylər Ələkbərov) Qətnamədən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti, cavabdehlər Cavabdeh, X5 və Gəncəliyeva Xuraman Müslüm qızı apelyasiya şikayətləri vermişdirlər. İŞİN HALLARİ : İddiaçı QSC cavabdehlər Cavabdeh, X3, Gəncəliyeva Xuraman Müslüm qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X1 və Gəncəliyeva Xuraman Müslüm qızından müştərək qaydada 32R000000695 saylı kredit razılaşması üzrə 17854,54 ABŞ dolları kredit, 3897,56 ABŞ dolları faiz və 9770,28 ABŞ dolları cərimə olmaqla, cəmi 31522,38 ABŞ dolları borcun, 32R********** saylı kredit razılaşması üzrə 177139,46 ABŞ dolları kredit, 36667,86 ABŞ dolları faiz və 90844,23 ABŞ dolları cərimə olmaqla, cəmi 304651,55 ABŞ dolları borcun, 032R********** saylı kredit razılaşması üzrə 85444,16 ABŞ dolları kredit, 17686,94 ABŞ dolları faiz və 35304,22 ABŞ dolları cərimə olmaqla, cəmi 138435,32 ABŞ dolları borcun, ümumilikdə 474 609.25 (dörd yüz yetmiş dörd min altı yüz doqquz ABŞ dolları 25 sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldrımaq üçün tərəflərindən ödənilmiş 30 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat dövlət rüsumunun və 105 manat xidmət haqqının tutulması, tələbin ünvan 2ində Cavabdeh mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yaşayış, ümumi 138.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə, Siyəzən şəhərində Cavabdeh mülkiyyətində olan 0,15 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları), Siyəzən rayonu Yenikənd kəndində Cavabdeh mülkiyyətində olan 2 ha torpaq sahəsi (digər təyinatlı torpaqları), Siyəzən rayonu Yenikənd kəndində Cavabdeh mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yaşayış, ümumi 216.5 kv.m sahədən ibarət fərdi yaşayış evinə və Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən Gəncəliyeva Xuraman Müslüm qızının mülkiyyətində olan 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, 69.4 kv.m sahədən ibarət 60 saylı mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 474609,25 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat dövlət rüsumunun və 105 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh, X1, Gəncəliyeva Xuraman Müslüm qızından ümumi qaydada tutulması və ünvan 2ində Cavabdeh mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yaşayış, ümumi 138.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə, Siyəzən şəhərində Cavabdeh mülkiyətində olan 0,15 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları), Siyəzən rayonu Yenikənd kəndində Cavabdeh mülkiyyətində olan 2 ha torpaq sahəsi (digər təyinatlı torpaqları), Siyəzən rayonu Yenikənd kəndində Cavabdeh mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yaşayış, ümumi 216.5 kv.m sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin əmlaklara istifadə hüququnun itirilməsi, onun həmin əmlaklardan çıxarılması, həmin əmlakların boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 55 saylı evin 8-ci mərtəbəsində yerləşən Gəncəliyeva Xuraman Müslüm qızının mülkiyyətində olan 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, 69.4 kv.m sahədən ibarət 60 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Gəncəliyeva Xuraman Müslüm qızının həmin mənzildən istifadə hüququnun itirilməsinə, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcmini artıraraq, İddiaçı QSC və Cavabdeh arasında bağlanılmış 27.11.2012-ci il tarixli, 32L000000024 saylı kredit xətti müqaviləsinin xitam olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank Cavabdeh 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açmış, kredit xətti müqaviləsinin təminatı olaraq 27 noyabr 2012-ci və 29 may 2014-cü il tarixlərdə müvafiq olaraq X5 və Gəncəliyeva Xuraman Müslüm qızı ilə İddiaçı QSC arasında bağlanmış zaminlik müqavilələrinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə 27 noyabr 2012-ci il tarixdə, 23 may 2013-cü il tarixdə və 23 may 2014-cü il tarixdə bağlanmış ipoteka müqavilələrinə əsasən Cavabdeh məxsus ünvan 2indəki 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yardımçı, ümumi 138.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evi (qarşılıqlı razılığa əsasən 9889,74 manat qiymətləndirilmiş), Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) (qarşılıqlı razılığa əsasən 70614 manat qiymətləndirilmiş), Siyəzən rayonu Yenikənd kəndində 2 ha torpaq sahəsi (qarşılıqlı razılığa əsasən 28245 manat qiymətləndirilmiş), Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yardımçı, ümumi 216.5 kv.m sahədən ibarət olan fərdi yaşayış evi (qarşılıqlı razılığa əsasən 62752 manat qiymətləndirilmiş) və Xuraman Gəncəliyevaya məxsus Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, ümumi 69.4 kv.m sahədən ibarət olan 60 saylı mənzil (qarşılıqlı razılığa əsasən 100403 manat qiymətləndirilmiş) bank qarşısında ipoteka ilə yüklü edilmiş, bu yüklülük qeydiyyata alınmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 27 may 2013-cü il tarixli, 32R000000695 saylı kredit razılaşması əsasında bankdan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 142000 ABŞ dolları məbləğində kredit götürmüş, tərəflərin imzaladıqları 29 aprel 2015-ci il tarixli sazişlə bu razılaşma üzrə ödəniş müddəti 17 aprel 2018-ci ilədək uzadılmışdır. Bundan sonra, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 29 may 2014-cü il tarixli saylı kredit razılaşması əsasında bankdan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 220000 ABŞ dolları məbləğində kredit götürmüş, tərəflərin imzaladıqları 29 aprel 2015-ci il tarixli sazişlə bu razılaşma üzrə ödəniş müddəti 17 aprel 2018-ci ilədək uzadılmışdır. Daha sonra, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 30 dekabr 2014-cü il tarixli kredit razılaşması əsasında bankdan 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 ABŞ dolları məbləğində kredit götürmüş, tərəflərin imzaladıqları 29 aprel 2015-ci il tarixli sazişlə bu razılaşma üzrə ödəniş müddəti 17 aprel 2018-ci ilədək uzadılmışdır. Hazırda, Cavabdeh 32R000000695 saylı kredit razılaşması üzrə 17854,54 ABŞ dolları kredit, 3897,56 ABŞ dolları faiz və 9770,28 ABŞ dolları cərimə olmaqla, cəmi 31 522,38 ABŞ dolları, 32R********** saylı kredit razılaşması üzrə 177139,46 ABŞ dolları kredit, 36667,86 ABŞ dolları faiz və 90844,23 ABŞ dolları cərimə olmaqla, cəmi 304 651,55 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 85444,16 ABŞ dolları kredit, 17686,94 ABŞ dolları faiz və 35304,22 ABŞ dolları cərimə olmaqla, cəmi 138 435,32 ABŞ dolları, ümumilikdə 474 609.25 (dörd yüz yetmiş dörd min altı yüz doqquz ABŞ dolları 25 sent) ABŞ dolları məbləğində borcu vardır. Dəfələrlə əsas borcun və faizlərin ödənilməsi barədə bank tərəfindən cavabdehlərə müraciətlər edilmiş, lakin onlar verdikləri vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini kobud surətdə pozmuşlar. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin qismən-iddia tələbinin X1 və Gəncəliyeva Xuraman Müslüm qızından zamin kimi borcun tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin zaminlər X5 və Gəncəliyeva Xuraman Müslüm qızına münasibətdə təmin edilməməsini belə əsaslandırmışdır ki, bank ilə borclu arasında bağlanmış kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədiyindən kredit xətti müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmalarına dəyişiklik və əlavələr edilməsi barədə 29.04.2015-ci il tarixli 5İR000000695S saylı, 29.04.2015-ci il tarixli 32R000002595S saylı və 29.04.2015-ci il tarixli 032R**********S saylı sazişlər bağlanarkən zaminlərin razılığı alınmamış bu sazişlər də zaminlərin məsuliyyətini artırmışdır. Cavabdeh İddiaçı QSC ilə bağladığı 27.11.2012-ci il tarixli 32L000000024 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 27.05.2013-cü il tarixli 32R000000695 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 142000 (yüz qırx iki min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 29.05.2014-cü il tarixli 32R000002595 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 220000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 30.12.2014-cü il tarixli 032R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Hər üç kredit razılaşması 29.04.2015-ci il tarixdə restrukturizasiya olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X5 və Gəncəliyeva Xuraman Müslüm qızı zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında əsas borclu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra eıməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Zaminlik müqavilələrində Cavabdeh veriləcək kreditin maksimal məbləği və verilmə müddəti konkret göstərilmişdir. Həm də kredit xətti müqaviləsində göstərilən pul məbləğinin kredit razılaşması əsasında verilməsi də zaminlik müqavilələrində öz əksini tapmışdır. Tərəflər arasında olan heç bir müqavilədə kredit razılaşmasının bağlanması üçün yenidən zaminlik müqaviləsinin bağlanmalı olması barədə şərt nəzərdə tutulmamışdır. Belə bir şərtin göstərilməsinə heç bir əsas da yoxdur. Çünki zaminliklə müəyyən edilməli olan əsas öhdəlik, yəni kredit xətti üzrə veriləcək pul məbləğinin yuxarı həddi (500.000 ABŞ dolları) və verilməsi müddəti (120 ay) zaminlik müqaviləsində öz əksini tapmışdır. Konkret olaraq zaminlər 120 ay müddətində, 500.000 ABŞ dolları həddində pul vəsaitinin borclu tərəfindən götürülməsi ilə bağlı öhdəliyin vaxtında icra edilməməsinə görə müqavilə imzalamışlar. Birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli qərarında da qeyd edilmişdir ki, zaminin razılığı olmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Cavabdehlər Cavabdeh, X5 və Gəncəliyeva Xuraman Müslüm qızı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdirlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx”QSC məhkəməyə müraciət etdikdən sonra 32R000000695 saylı kredit üzrə 142000 ABŞ dolları kreditin iddia ərizəsində göstərilən 17854.54 ABŞ dolları kredit, 3897.56 ABŞ dolları faiz və 9770.28 ABŞ dolları cərimə borcu 31 may 2017-ci il tarixində ödənilmişdir. Bu kredit xətti üzrə borc mövcud deyil. Halbuki, həmin kredit müqaviləsi 17 aprel 2018-ci il tarixinə kimi uzadılmışdır. Lakin, iddiaçı məhkəmə prosesində bu xətt üzrə ödənişin tamamilə ödənilməsini, yəni bu kredit xətti üzrə heç bir borcun qalmadığını bildirməyərək, təkrar həmin məbləği qətnamə yolu ilə almağı nəzərdə tutmuşdur ki, bu birmənalı yolverilməz hal olmaqla yanaşı, müvafiq qanunlara zidddir. Eynilə də 29.09.2017-ci il tarixində 6000 ABŞ dolları və 30 oktyabr 2018ci il tarixində 10000 ABŞ dolları isə 32R000002595 saylı kredit razılaşması üzrə alınan 220000 ABŞ dolları kreditin iddia ərizəsində göstərilən qalıq borcu olan 177139,46 ABŞ dolları məbləğində kredit, 36667,86 ABŞ dolları məbləğində faiz və ******* ABŞ dolları cərimə məbləğindən cəmi 16000 ABŞ dolları ödənilmişdir. Bu ödənişi də iddiaçı məhkəmədə bildirməmişdir. Hər iki kredit xətti üzrə edilən ödənişlər iddia ərizəsinin məhkəmənin icraatında olduğu vaxt ödənildiyindən iddiaçı müvafiq qaydaya uyğun olaraq məhkəməyə rəsmi qaydada bildirməyə borclu idi. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2018-ci il tarixli 16580 saylı və 11 oktyabr 2019-cu il tarixli 34080 saylı ekspert rəylərindən də görünür ki, bank məhkəməyə müraciət etdikdən sonra edilən ödənişləri öz arayışında qeyd etməmişdir. Odur ki, ekspert bankın arayışında göstərilən məbləği təsdiq etmişdir. Eyni zamanda bankın yüksək məbləğlərdə cərimə tələb etməsi müştəri ölkədə gedən iqtisadi durumun yəni, infliyasiyanın nəticəsində ödənişləri edə bilmədiyini nəzərə almamışdır. Hamıya bəllidir ki, 2015-ci ilin 21 fevral və 21 dekabr tarixlərində ölkədə manatın məzənnəsi kəskin şəkildə düşərək devalivasiya baş vermişdir. Bu barədə Mərkəzi Bankın qərarları olmuşdur. 21 fevral 2015-ci il tarixinə kimi ABŞ dolları uzun müddət sabit olduğundan risk faktoru çox aşağı olmuşdur. Məhkəmə cərimə ödənişlərinin də ödənilməsini qət edən zaman ölkədə gedən infliyasiyanı nəzərə almamışdır. Eyni zamanda məhkəmə Konstitusiya Məhkəməsinin devalivasiyadan sonra çıxardığı qərarda edilən tövsiyələri də nəzərə almamışdır. Konstitusiya Məhkəməsi məlum qərarda müştərilərin vəziyyətini alaraq müqavilə müddətinin uzadılması və faiz dərəcələrinin aşağı salınmasını qərara almaqla yanaşı cərimələrlə bağlı güzəştlər edilməsini də tövsiyə etmişdir. Məhkəmə cərimələrin də ödənilməli olmasını qət edən zaman birinci devalivasiyadan sonra müqavilənin uzadılmasını qeyd etsə də, ikinci dəfə ölkədə devalivasiya olması halına diqqət etməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi X3 və Gəncəliyeva Xuraman qızına (zamin kimi) münasibətdə təmin edilə bilməz. Belə ki, onlarla bağlanan zaminlik müqaviləsinin 1.1-ci bəndində zaminlik müqaviləsi müstəqil xarakter daşımamaqla 27 noyabr 2012-ci il tarixli 32R000000695 saylı, 29 may 2014-cü il 32R000002595 saylı və 30 dekabr 2014-cü il tarixli 032R********** saylı kredit razılaşması bağlanarkən onların razılıqları olsa da, 29 aprel 2015-ci il tarixli 32R000000695S, 29 aprel 2015-ci il tarixli 32R000002595S, 29 aprel 2015-ci il tarixli 032R **********S sazişləri imzalanarkən onların razılığı alınmamışdır. Belə olan halda, X3 və Gəncəliyeva Xuraman Müslüm qızının kredit xətti üzrə sonradan yaranan dəyişikliklər üzrə məsuliyyət daşımaları istisna edilir. Belə ki, işin hallarından da göründüyü kimi 29 aprel 2015-ci il tarixli 32R000000695S, 29 aprel 2015-ci il tarixli 32R000002595S, 29 aprel 2015-ci il tarixli 032R**********S sazişləri zaminlərin məsuliyyətinin artmasına və onlar üçün əlverişsiz nəticələrə səbəb olur. İşin faktiki hallarına və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia tələbi X2 və Gəncəliyeva Xuraman Müslüm qızına qarşı əsassız hesab edilməli və təmin edilməməlidir. Qətnamənin təsviri hissəsində məhkəmə belə qənaətə gəlsə də, qət etdi hissəsində zamin Gəncəliyeva Xuraman Müslüm qızının da mənzilinin hərrac yolu ilə satışa çıxarılmasını qət etmişdir. Eyni zamanda məhkəmə qətnamənin qət etdi hissəsində dövlət rüsumu kimi 180 manat göstərmişdir. Halbuki, bu məbləğin hamısı iddia ərizəsi üçün dövlət rüsumu deyil. 30 manat iddia ərizəsi üçün dövlət rüsumudur. 150 manat isə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilməsi və bunun qeydiyyata alınması üçün ödənilən məbləğdir. Məhkəmə bu iki rüsumu dövlət rüsumu kimi qət etdiyindən onlar apelyasiya şikayətinin qəbul edilməsi məqsədilə 90 manat - hər biri 15 manat olmaqla 6 qəbzlə ödəniş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddiaçının apelyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apelyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Həmçinin izahatında bildirmişdir ki, cavabdehlərin hazırda borcu-29.05.2014-cü il tarixli 32R000002595 saylı kredit razılaşması üzrə 174139,46 ABŞ dolları əsas, 36667,6 ABŞ dolları faiz və 18000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 228807,32 ABŞ dolları məbləğində təşkil edir. İpoteka predmetlərindən biri-Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsi ipoteka yüklülüyündən azad edilmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizədə isə kredit xətti müqaviləsinin xitamı dedikdə onun ləğvini nəzərdə tutmuşlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X10 hazırda Cavabdeh İddiaçı QSC qarşısında yalnız 29.05.2014-cü il tarixli 32R000002595 nömrəli kredit müqaviləsi üzrə 174139,46 ABS dolları əsas borc, 36667,86 ABS dolları faiz borcu öhdəliyinin qalması və Cavabdeh məxsus ünvan 2i ünvanında mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin 28000 manat, likvid dəyərinin 23000 manat, Siyəzən rayonu Yenikənd kəndində 2 ha torpaq sahəsinin bazar dəyərinin 50000 manat, likvid dəyərinin 40000 manat, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin 360000 manat, likvid dəyərinin 330000 manat, Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 60 saylı mənzilin bazar dəyərinin 160000 manat, likvid dəyərinin 152000 manat təşkil etməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər X3 və Gəncəliyeva Xuraman Müslüm qızına məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 385.1, 442, 448.1, 445.2.1, 477.01., 462.1, 465.2, 295, 296.1, 317.1, 319.1, 319.6, 279-ci və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 39.3.3, 41.2, 59.3.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan (İ cild, səh.100) iddiaçının nümayəndəsi X7 tərəfindən verilmiş iddia tələbinə əlavəyə dair ərizədən görünür ki, iddiaçı əvvəlki iddia tələbinin təmin edilməsi ilə yanaşı İddiaçı QSC ilə Cavabdeh arasında bağlanılmış 27 noyabr 2012-ci il tarixli 32L000000024 saylı kredit xətti müqaviləsinin xitam olunması barədə də qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan ərizəyə münasibət bildirməmiş, iddia tələbinə həmin hissədə qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. "İddiaçı" QSC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank Cavabdeh 120 ay müddətinə 500 000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Kredit xətti müqaviləsinin təminatı olaraq 27 noyabr 2012-ci və 29 may 2014-cü il tarixlərdə müvafiq olaraq X5 və Gəncəliyeva Xuraman Müslüm qızı ilə "İddiaçı" QSC arasında bağlanmış zaminlik müqavilələrinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş 27 noyabr 2012-ci il tarixli, 23 may 2013-cü il tarixli və 23 may 2014-cü il tarixli ipoteka müqavilələrindən görünür ki, 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 2indəki 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yardımçı, ümumi 138.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evi (qarşılıqlı razılığa əsasən 9889,74 manat qiymətləndirilmiş), Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) (qarşılıqlı razılığa əsasən 70614 manat qiymətləndirilmiş), Siyəzən rayonu Yenikənd kəndində 2.0 ha torpaq sahəsi (qarşılıqlı razılığa əsasən 28245 manat qiymətləndirilmiş), Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yardımçı, ümumi 216.5 kv.m sahədən ibarət olan fərdi yaşayış evi (qarşılıqlı razılığa əsasən 62752 manat qiymətləndirilmiş) və Xuraman Gəncəliyevaya məxsus Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, ümumi 69.4 kv.m sahədən ibarət olan 60 saylı mənzil (qarşılıqlı razılığa əsasən 100 403 manat qiymətləndirilmiş) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 27 may 2013-cü il tarixli, 32R000000695 saylı kredit razılaşması əsasında bankdan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 142 000 ABŞ dolları məbləğində kredit götürmüş, tərəflərin imzaladıqları 29 aprel 2015-ci il tarixli, 32R000000695S saylı sazişlə bu razılaşma üzrə ödəniş müddəti 17 aprel 2018-ci ilədək uzadılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 29 may 2014-cü il tarixli, 32R000002595 saylı kredit razılaşması əsasında bankdan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 220 000 ABŞ dolları məbləğində kredit götürmüş, tərəflərin imzaladıqları 29 aprel 2015-ci il tarixli, 32R000002595S saylı sazişlə bu razılaşma üzrə ödəniş müddəti 17 aprel 2018-ci ilədək uzadılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 30 dekabr 2014-cü il tarixli, 032R********** saylı kredit razılaşması əsasında bankdan 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100 000 ABŞ dolları məbləğində kredit götürmüş, tərəflərin imzaladıqları 29 aprel 2015-ci il tarixli, 032R**********S saylı sazişlə bu razılaşma üzrə ödəniş müddəti 17 aprel 2018-ci ilədək uzadılmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 30 noyabr 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsində nəzərdə tutulmuş əsas öhdəliyin təminatı kimi Cavabdeh məxsus olan ünvan 2indəki 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi 138.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evi iddiaçı bank qarşısında yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 24 may 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsində nəzərdə tutulmuş əsas öhdəliyin təminatı kimi Cavabdeh məxsus olan Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsi iddiaçı bank qarşısında yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 24 may 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsində nəzərdə tutulmuş əsas öhdəliyin təminatı kimi Cavabdeh məxsus olan Siyəzən rayonu Yenikənd kəndində 2.0 ha torpaq sahəsi iddiaçı bank qarşısında yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 27 may 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsində nəzərdə tutulmuş əsas öhdəliyin təminatı kimi Cavabdeh məxsus olan Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi 216,5 kv.m sahədən ibarət olan fərdi yaşayış evi iddiaçı bank qarşısında yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 27 may 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsində nəzərdə tutulmuş əsas öhdəliyin təminatı kimi Gəncəliyeva Xuraman Müslüm qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 60-cı mənzili iddiaçı bank qarşısında yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 2114 nömrəli reyestr kitabının 195603 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2018-ci il tarixli, 16580 saylı və 11 oktyabr 2019-cu il tarixli, 34080 saylı ekspert rəylərindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 27 may 2013-cü il tarixli, 32R000000695 saylı kredit razılaşması üzrə 02 dekabr 2016-cı il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) Cavabdeh "İddiaçı" QSC -yə olan borcu əsas məbləğ üzrə 17 854,54 ABŞ dolları, faiz borcu 3897,56 ABŞ dolları, 29 may 2014-cü il tarixli, 32R000002595 saylı kredit razılaşması üzrə əsas məbləğ üzrə 177139,46 ABŞ dolları, faiz borcu 36667,86 ABŞ dolları, 30 dekabr 2014-cü il tarixli, 032R********** saylı kredit razılaşması üzrə isə əsas məbləğ üzrə 85444,16 ABŞ dolları, faiz borcu 17686,94 ABŞ dolları müəyyən edilmişdir. İşdə olan "xxxx” MMC tərəfindən tərtib edilmiş torpaq sahəsinin, fərdi yaşayış evinin və mənzilin qiymətləndirilməsinə dair hesabatlardan görünür ki, ipoteka predmetini təşkil edən Cavabdeh məxsus Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları) bazar dəyəri 75000 manat, Siyəzən rayonu Yenikənd kəndində 2 ha torpaq sahəsinin bazar dəyəri 40000 manat, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yardımçı, ümumi 216.5 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin bazar dəyəri 60000 manat, ünvan 2indəki 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yardımçı, ümumi 138.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin bazar dəyəri 20000 manat və cavabdeh Xuraman Gəncəliyevaya məxsus Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, ümumi 69.4 kv.m sahədən ibarət olan 60 saylı mənzilin bazar dəyəri 120 000 manat təşkil edir. İşdə olan sənədlərdən görünür ki, "İddiaçı" QSC tərəfindən cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş və həmin bildirişlər qeydiyyat orqanı tərəfindən müvafiq qaydada qeydiyyata alınmışdır. Kredit müqaviləsinin ləğvi ilə bağlı tələbə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilənin ləğv edilməsi barədə iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə xəbərdarlıq etmiş, lakin cavabdehdən cavab almamışdır. Belə olan halda, məhkəmə kollegiyaslı hesab edir ki, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin borcun ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İş materiallarında olan (İİ cild, səh 268) iddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh 27.05.2013-cü il tarixli 32R000000695 saylı və 30.12.2014-cü il tarixli 032R********** saylı kredit razılaşmaları üzrə İddiaçı QSC qarşısındakı öhdəlikləri yerinə yetirmişdir və hazırda həmin kredit razılaşmaları üzrə banka borcu yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, 27.05.2013-cü il tarixli 32R000000695 saylı və 30.12.2014-cü il tarixli 032R********** saylı kredit razılaşmaları üzrə öhdəliklər yerinə yetirildiyindən iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. İş materiallarından həmçinin müəyyən olunur ki, 32R000002595 saylı, 29.05.2014-cü il tarixli kredit razılaşması üzrə öhdəlik isə tam yerinə yetirilməmiş və cavabdeh borcunu ödəməmişdir. Qeyd olunan kredit razılaşması üzrə Cavabdeh 220000 ABŞ dolları məbləğində kredit verilmişdir ki, həmin kredit borcundan 42860,54 ABŞ dolları ödəninilmiş, 177139,46 ABŞ dolları məbləğində kredit borcu ödənilməmiş qalmışdır. Daha sonra, Cavabdeh 32R000002595 saylı, 29.05.2014-cü il tarixli kredit razılaşması üzrə 3000 ABŞ dolları da ödəmişdir. İddiaçı QSC tərəfindən verilmiş 15235 nömrəli, 29.06.2021-ci il tarixli ərizədən görünür ki, hazırda Cavabdeh 32R000002595 saylı, 29.05.2014-cü il tarixli kredit razılaşması üzrə 174139,46 ABŞ dolları məbləğində əsas borcu, 36667,86 ABŞ dolları faiz borcu və 18000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 228807,32 ABŞ dolları borcu var. İşdən görünür ki, Cavabdeh da həmin əsas və faiz borc məbləğini qəbul edərək mübahisələndirmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 32R000002595 saylı, 29.05.2014-cü il tarixli kredit razılaşması üzrə 174139,46 ABŞ dolları əsas borc, 36667,86 ABŞ dollar faiz borcu tutulmalıdır. Cərimə borcunun tutulması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cərimə tələbi əsaslı olsa da, tələb edilən cərimə məbləğinin azaldılması cavabdehin kredit müqaviləsi üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar. Belə olan halda, bank tərəfindən tələb edilən 32R000002595 saylı, 29.05.2014-cü il tarixli kredit razılaşması üzrə üzrə 18000 ABŞ dolları cərimə məbləği azaldılaraq 5000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Borc məbləğinin zaminlərdən tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. İş materiallarından müəyyən olunur ki, zaminlik müqaviləsi 27 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsinin icrasının təminatı olsa da, 27 may 2013-cü il tarixli 32R000000695 saylı, 29 may 2014-cü il tarixli 32R000002595 saylı və 30 dekabr 2014-cü il tarixli 032R********** saylı kredit razılaşmalarına və ödəniş planlarına dəyişiklik edilməsi haqqında 29 aprel 2015-ci il tarixli 32R000000695S saylı, 29 aprel 2015-ci il tarixli 32R000002595S saylı və 29 aprel 2015-ci il tarixli 032R**********S saylı sazişlər bağlanarkən X2 və Gəncəliyeva Xuraman Müslüm qızının razılıqları alınmamışdır. Belə olan halda, X2 və Gəncəliyeva Xuraman Müslüm qızının kredit razılaşmaları üzrə sonradan yaranan dəyişikliklər üzrə məsuliyyət daşımaları istisna edilir. 29 aprel 2015ci il tarixli 32R000000695S saylı, 29 aprel 2015-ci il tarixli 32R000002595S saylı və 29 aprel 2015-ci il tarixli 032R**********S saylı sazişlər zaminlərin məsuliyyətinin artmasına və onlar üçün əlverişsiz nəticələrə səbəb olur. İpoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Göründüyü kimi, ipoteka müqaviləsi kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh Əmiraş oğlu və Gəncəliyeva Xuraman Müslüm qızı (ipoteka qoyanlar) ipoteka müqaviləsini imzalayaraq həmin müqavilədən yaranan öhdəlikləri qəbul etmişdirlər. Beləliklə də, Cavabdeh tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçının ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə iddia tələbi qismən əsaslıdır və tələb ipoteka qoyulmuş ünvan 2indəki 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 68.8 kv.m yaşayış, 69.3 kv.m yardımçı, ümumi 138.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 2.0 ha torpaq sahəsinə, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 60.4 kv.m yaşayış, 156.1 kv.m yardımçı, ümumi 216.5 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, ümumi 69.4 kv.m sahədən ibarət olan 60 saylı mənzilə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalıdır. Cavabdeh mülkiyyətində olan ipoteka qoyulmuş Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı QSC-nin ******* nömrəli, 29.09.2020-ci il tarixli ərizəsindən (ll cild, səh 268) görünür ki, qeyd olunan ipoteka predmeti bank qarşısında ipoteka yüklülüyündən azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mülkiyyətində olan ipoteka qoyulmuş Siyəzən şəhərində yerləşən 0,15 ha torpaq sahəsi ipoteka yüklülüyündən azad edildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdehlər apelyasiya şikayətində zamin kimi iddia tələbinin Gəncəliyeva Xuraman Müslüm qızına və X3 aid hissədə təmin edilmədiyi halda, X.Gəncəliyevaya məxsus ipoteka predmetinə tutmanın yönəldilməsini mübahisələndirmişdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka borclunun kreditor qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Cavabdeh X.Gəncəliyeva da kredit müqaviləsinin təminatı olaraq mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 60 saylı mənzili ipoteka ilə yüklü etmişdir. Zaminliyə xitam verilməsi etibarsız və ya ləğv edilməmiş ipoteka müqaviləsi üzrə cavabdeh X.Gəncəliyevanı öhdəlikdən azad etmir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. “xxxx” MMC-nin 188/AB/21 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 2i ünvanında mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 23000 manat təşkil edir. “xxxx” MMC-nin 189/AB/21 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 3 kəndi ünvanında mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 330000 manat təşkil edir. “xxxx” MMC-nin 190/AB/21 nömrəli qiymətləndirmə rəyindən görünür ki, cavabdeh Gəncəliyeva Xuraman Müslüm qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 55 saylı evin 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 46.8 kv.m yaşayış, 22.6 kv.m yardımçı, ümumi 69.4 kv.m sahədən ibarət olan 60 saylı mənzilin likvid dəyəri 152000 manat təşkil edir. “xxxx” MMC-nin 191/AB/21 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 3 kəndi ünvanında mülkiyyətdə olan 2,0 ha torpaq sahəsinin likvid dəyəri 40000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetləri açıq hərraca çıxarılarkən onların likvid dəyəri qiymətləndirmə rəyinə müvafiq olaraq müəyyən edilməlidir. İddia tələbinin ipoteka predmetlərinə tutma yönəldikdən sonra cavabdehlər Cavabdeh və Gəncəliyeva Xuraman Müslüm qızının 1 ay müddətində çıxarılmaları hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ipoteka predmetlərinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin müvafiq olaraq evdən (mənzildən) və torpaq sahəsindən çıxarılmaları hissəsində təmin edilməlidir. İddia tələbinin yuxarıda adları çəkilən ipoteka predmeti olan əşyalardan müvafiq olaraq cavabdehlər Cavabdeh və Gəncəliyeva Xuraman Müslüm qızının istifadə hüquqlarının itirilməsi və ipoteka predmetlərinin İddiaçı QSC-yə təhvil verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bu hissələrdə təmin edilə bilməz. Belə ki, ipotekaya qoyulmuş mənzil və fərdi yaşayış evi satıldıqdan, münasibətlərə yeni mülkiyyətçi daxil olduqdan sonra, yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi və həmin əşyaların ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçının, yəni ipoteka saxlayanın belə tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur. Belə olan halda, iddia tələbi cavabdehlərin istifadə hüquqlarının itirilməsi və ipoteka predmetlərinin İddiaçı QSC-yə təhvil verilməsi hissələrində təmin edilə bilməz. İddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Göründüyü kimi, tələbin təmin edilməsi üçün yetərli pul vəsaiti olmayan borcludan borcun tutulması qaydası qətnamənin icra mərhələsində həll edilən məsələ olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat rüsumun və 105 manat xidmət haqqının tutulması hissəsində hesab edir ki, həmin məbləğlər də iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 290 manat isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün keçirilmiş tədqiqatın dəyəri olan - 1000 (bir min) manat Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-08/2019 saylı 04 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2012-ci il tarixli, 32L000000024 saylı kredit xətti müqaviləsi ləğv edilməli, Cavabdeh 32R000002595 saylı kredit razılaşması üzrə 174139,46 ABŞ dolları məbləğində əsas, 36667,86 ABŞ dolları məbləğində faiz və 5000 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 215807 (iki yüz on beş min səkkiz yüz yeddi) ABŞ dolları 32 (otuz iki) sent məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan manatı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 50 (əlli) manat və 105 (bir yüz beş) manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, tələb Cavabdeh mülkiyyətində olan, ipotekaya qoyulmuş Siyəzən rayonu Yenikənd kəndində yerləşən 2.0 ha torpaq sahəsinə, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 216.5 kv.m olan fərdi yaşayış evinə, ünvan 2ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 138.1 kv.m olan fərdi yaşayış evinə, cavabdeh Gəncəliyeva Xuraman Müslüm qızının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 60 saylı mənzilə yönəldilsin, həmin əmlaklar açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılsın və əldə olunmuş pul vəsaitindən Cavabdeh İddiaçı QSC-yə olan borcu ödənilməli, ipoteka predmetləri olanünvan 2i ünvanında mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 23000 manat, ünvan 3 kəndi ünvanında mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 330000 manat, ünvan 4 ünvanında yerləşən 60 saylı mənzilin likvid dəyəri 152000 manat, ünvan 3 kəndi ünvanında mülkiyyətdə olan 2,0 ha torpaq sahəsinin likvid dəyəri 40000 manat məbləğində müəyyən edilməli, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh və Gəncəliyeva Xuraman Müslüm qızı tərəfindən tərk edilmədikdə, onlar müvafiq olaraq həmin yaşayış evindən, mənzildən və torpaq sahəsindən çıxarılmaqla, qeyd olunan torpaq sahəsi, yaşayış evi və mənzil boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 290 (iki yüz doxsan) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, ipoteka predmetinin qiymətləndirilməsi üçün keçirilmiş tədqiqatın dəyəri-1000 (bir min) manat Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayətləri qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 2(059)-08/2019 saylı 04 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2012-ci il tarixli, 32L000000024 saylı kredit xətti müqaviləsi ləğv edilsin. Cavabdeh 32R000002595 saylı kredit razılaşması üzrə 174139,46 ABŞ dolları məbləğində əsas, 36667,86 ABŞ dolları məbləğində faiz və 5000 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 215807 (iki yüz on beş min səkkiz yüz yeddi) ABŞ dolları 32 (otuz iki) sent məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan manatı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 50 (əlli) manat və 105 (bir yüz beş) manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan, ipotekaya qoyulmuş Siyəzən rayonu Yenikənd kəndində yerləşən 2.0 ha torpaq sahəsinə, Siyəzən rayonu Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 216.5 kv.m olan fərdi yaşayış evinə, ünvan 2ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 138.1 kv.m olan fərdi yaşayış evinə, cavabdeh Gəncəliyeva Xuraman Müslüm qızının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 60 saylı mənzilə yönəldilsin, həmin əmlaklar açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılsın və əldə olunmuş pul vəsaitindən Cavabdeh İddiaçı QSC-yə olan borcu ödənilsin. İpoteka predmetləri olan-ünvan 2i ünvanında mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 23000 manat, ünvan 3 kəndi ünvanında mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 330000 manat, ünvan 4 ünvanında yerləşən 60 saylı mənzilin likvid dəyəri 152000 manat, ünvan 3 kəndi ünvanında mülkiyyətdə olan 2,0 ha torpaq sahəsinin likvid dəyəri 40000 manat məbləğində müəyyən edilsin. İpoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh və Gəncəliyeva Xuraman Müslüm qızı tərəfindən tərk edilmədikdə, onlar müvafiq olaraq həmin yaşayış evindən, mənzildən və torpaq sahəsindən çıxarılmaqla, qeyd olunan torpaq sahəsi, yaşayış evi və mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 290 (iki yüz doxsan) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün keçirilmiş tədqiqatın dəyəri - 1000 (bir min) manat Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar