Məhkəmə qərarları › İş №2(105)-1255/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1255/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1255/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-247/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-247/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, 77/1 saylı kredit müqaviləsi üzrə 60000 manat əsas borc, 32375 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 92385 manat pulun, xx xxxxxx 2013-cü il tarixli, 77 saylı kredit müqaviləsi üzrə 20000 ABŞ dolları əsas borc, 1563,97 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 21583,97 ABŞ dolları məbləğində ödənilməmiş borcun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaitinin ləğv prosesində olan «xxxx» ASC-nın xeyrinə tutulması, iş üzə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat və məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 127 manat olmaqla, ümumilikdə cəmi 277 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. hakim R.Həsənov) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-247/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılmalıdır. Belə ki, işə apelyasiya qaydasında baxılarkən məlum olmuşdur ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-247/2020 saylı qətnaməsindən hazırda iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu da apelyasiya şikayəti vermişdir. Bu halı işdə olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(027)-247/2020 saylı məktubu təsdiq edir. Quba Rayon Məhkəməsinin həmin məktubundan görünür ki, məhkəmənin qətnaməsindən iddiaçı tərəf də apelyasiya şikayəti vermişdir. Həmin şikayətin müzakirə edilməsi üçün mülki iş geri tələb olunur. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Quba Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinin AR MPM-nin 133 və 361-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamaq üçün mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq, həmin məhkəməyə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 361-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-247/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinin AR MPM-nin 133 və 361-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq, həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar