Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1255/2023 07.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(067)-29/2019 nömrəli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ “X7 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(067)-29/2019 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır (hakim Anar Sadıqov). Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilərək həmin qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(067)-29/2019 nömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 29/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və Xaçmaz Rayon Məhkəməsinin 2(067)-29/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə mahiyyəti üzrə baxılaraq iddia tələbləri üzrə yekun qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ‘‘X7 Olmayan Kredit Təşkilatı” MMC-nin (bundan sonra “İddiaçı”) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra “Cavadehlər”) qarşı kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə Xaçmaz rayon məhkəməsinin (bundan sonra “Məhkəmə”) 2(067)- 29/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından verdiyi şikayət 2(067)-29/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadı (bundan sonra “Qərardad”) üzrə geri qaytarılmışdır. Məhkəmə öz qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.2-ci (köhnə redaksiyada) maddəsinə əsasən, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddətinin qərardadın elan olunduğu vaxtdan hesablanması və beləliklə prosessual müddətin ötməsi, həmçinin iddiaçının nümayəndələrinin məhkəmə qərardadının nəticə hissəsini həmin tarixdə alaraq məhkəmə qəbzini imzalaması ilə əsaslandırmışdır. Hesab edir ki, qərardad qanunsuz və əsassızdır. AR MPM-nin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilir. MPM-nin 266.1-ci maddəsinə əsasən, qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Hazırkı halda isə məhkəmə yalnız qərardadın nəticə hissəsini iddiaçının nümayəndələrinə təqdim etməklə və qərardadı rəsmi surətdə iddiaçıya göndərməməklə iddiaçının AR Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilmiş təməl hüquqlarından olan məhkəmə müdafiəsi hüququndan məhrum etmiş olmuşdur. Belə ki, MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı isə qərardadın yalnız nəticə hissəsi ilə tanış olmaqla asaslandırıcı hissədə nə yazıldığından, məhkəmənin qərardad çıxararkən hansı dəlil və sübutlara istinad etdiyindən məlumatsız olmuşdur və qərardadın əsaslandırıcı hissəsində qeyd olunanları mübahisələndirmək və sübutlar təqdim etmək imkanından məhrum olmuşdur. Beləliklə də, iddiaçı formal səbəblərdən məhkəmə müdafiəsi hüququndan məhrum edilmişdir. Məhkəmə qərardadı tam formada göndərməməklə iddiaçını sadalanan hüquqlardan məhrum etmiş olmuşdur. Yuxarıda göstərilənlərə və AR MPM-nin 267-269cu maddələrinə əsasən, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-29/2019 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və Xaçmaz Rayon Məhkəməsinin 2(067)-29/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə mahiyyəti üzrə baxılaraq iddia tələbləri üzrə yekun qərar qəbul olunmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(067)-29/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(067)- 29/2019 nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 10 iyul 2019-cu il tarixli 2(067)-29/2019 nömrəli qərardadı həmin tarixli məhkəmə iclasında iştirak etmiş şikayət vermiş iddiaçının nümayəndələrinin yanında elan edilmişdir. İddiaçı tərəfindən verilmiş hazırkı şikayət isə 19 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.2-ci (köhnə redaksiyada) maddəsinə əsasən, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Bundan başqa, iddiaçının nümayəndələri X1 və X2 işin 10 iyul 2019-cu il tarixli məhkəmə iclasında iştirak etməklə, məhkəmənin xx.xx.2019-cu il tarixli 2(067)-29/2019 nömrəli qərardadını həmin tarixdə X1 alaraq məhkəmə qəbzini imzalamışdır. Bununla da iddiaçı qanunla qərardaddan şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürmüş, həmçinin o, buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosesssual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır Göründüyü kimi, Xaçmaz rayon məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(067)- 29/2019 nömrəli qərardadından şikayətin verilmə müddəti ötürüldüyündən iddiaçı tərəfindən verilmiş şikayət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin elektron qaydada verilməməsi əsası ilə şikayəti geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(067)-29/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1255/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1255/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver