Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1255/2025 10.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-301/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 7285.70 manat borcun və 93 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət verərək, mülki işin baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, Şuşa rayonu, Xəlfəli kəndində qeydiyyatda olmasına baxmayaraq, hazırda Bərdə rayonunda yaşayır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-301/2025 nömrəli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır (hakim Abusət Qasımov). Cavabdeh Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-301/2025 saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, mülki işin aidiyyəti üzrə baxıması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, faktiki olaraq uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayır. Bərdə rayon İcra və Probasiya şöbəsində qeydiyyatdadır. Bu qeydiyyat Mingəçevir Məhkəməsinin azadlığının məhdudlaşdırılması barədə çıxardığı hökm əsasında rəsmiləşdirilmişdir. Həmin məhdudiyyətlərə əsasən yalnız günün müəyyən saatlarında Bərdə şəhəri ərazisində hərəkət etmək hüququ var və məhkəmə iclaslarında yalnız Bərdə şəhərində şəxsən iştirak edə bilər. Şuşa Rayon Məhkəməsinin yerləşdiyi faktiki ünvan Xırdalan şəhəridir, bu isə azadlığının məhdudlaşdırılması rejiminə ziddir və məhkəməyə şəxsən getməsi hüquqi baxımdan mümkünsüzdür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yerinə dair qeydiyyat yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Lakin xüsusi hallar – məsələn, məhkəmə qərarı ilə hərəkət azadlığının məhdudlaşdırılması və probasiya qeydiyyatı – şəxsin real, faktiki yaşayış yerini və məhkəməyə çıxma imkanlarını müəyyən etməkdə əsas rol oynayır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-301/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Sərdar Mehrəliyev). Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-301/2025 nömrəli qərardadı ləğv edilməli, cavabdehin vəsatəti təmin olunaraq İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azəbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 578 nömrəli arayışında qeyd edilmişdir ki, Şuşa rayonundan məcburi köçkün Cavabdeh Bərdə rayonu, Həsənqaya kəndi ünvanına yerləşən 588 yerlik məcburi köçkün qəsəbəsi bina 5, mənzil 16-da müvəqqəti məskunlaşmışdır. Həmçinin iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-40/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilərək hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-301/2025 nömrəli qərardadı ləğv edilməli, cavabdhein vəsatəti təmin edilərək mülki iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 və 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-301/2025 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh vəsatəti təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1255/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1255/2025
10.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver