Məhkəmə qərarları › İş №2(105)-1256/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1256/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1256/2020 19.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X10 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, cavabdeh X4 nümayəndəsi X9 iştirakı ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(029)-60/2019 saylı qətnaməsindən cavabdeh X4 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(029)-60/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh X6 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka perdmetinin boşaldılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh X3 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə xx xxxx 2012-ci il tarixli, XF-577 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 17529,11 manat, xx xxx 2019-cu il tarixinə kimi 14 faiz ilə hesablanan faiz borcuna görə 10750,21 manat, cərimə borcuna görə 100 manat, cəmi 28.379,32 manat, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 61 manat pulun tutulması, tələbin mülkiyyət hüququ ilə X6 məxsus olan Qusar rayonu, Cibir kəndində yerləşən 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Məhəmmədov Tahir Məhəmməd oğlunun xx xxxx 2012-ci il tarixli, XF-577 saylı kredit müqaviləsi üzrə cəmi 28.379,32 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə X6 məxsus Qusar rayonu, Cibir kəndində yerləşən 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldildikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində X4 Qusar rayonu, Cibir kəndində yerləşən 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılməsı və evin boşaldılması, ipoteka predmeti olan mülkiyyət hüququ ilə X6 məxsus olan Qusar rayonu Cibir kəndində yerləşən 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 25500 manat müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan xx xxxx 2012-ci il tarixli, X-577 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdeh X3 xx.xx.2012-ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsi üzrə 17705,74 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1688,66 manat məbləğində faiz borcu, 3555 manat məbləğində cərimə borcu, cəmi 22949 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X15 bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 61 manat pulun tutulması, tələbin X6 məxus Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m olan yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X4 xx.xx.2012-ci il tarixli, XF-577saylı baş kredit müqaviləsi üzrə cəmi 22949 manat və ödənilmiş dövlət rüsumu 61 manat məbləğində pulun İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, Qusar rayonu, Cibir kəndində yerləşən X6 məxsus 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m fərdi yaşayış evinin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait xx.xx.2012-ci il tarixli, XF-577 saylı müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, tələbin cavabdeh X4 digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyətinin “Xaçmaz” filialı ilə bağlanmış xx.xx.2012-ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsinə əsasən X6 illik faiz dərəcəsi 14 faiz olmaqla 72 ay müddətinə 26000 manat kredit verilmişdir. Baş kredit müqaviləsinin şərtlərinə görə cavabdeh X2 üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq X7 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdeh X4 xx.xx.2012-ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə olan əsas borcu 17705,74 manat, kreditin istifadəyə görə faiz borcu 1688,66 manat, cərimə borcu 3555 manat, cəmi borcu 22949 manat təşkil edir. xx.xx.2012-ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi X6 məxus Qusar rayonu Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən X6 məxsus 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m olan yaşayış evi banka ipotekaya qoyulmuşdur və xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək X3 xx xxxx 2012-ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsi üzrə 17705,74 manat əsas borcun, 8213,49 manat faiz borcunun və 5200 manat cərimə olmaqla, cəmi 31119,23 manat pulun, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin X15 bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 61 manat pulun tutulması, tələbin mülkiyyət hüququ ilə X6 məxsus Qusar rayonu, Cibir kəndində 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən X6 məxsus 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş vəsaiti hesabına cavabdeh X4 xx xxxx 2012-ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsi üzrə cəmi 31119,23 manat və ödənilmiş dövlət rüsumu 61 manat məbləğində pulun İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Məhəmmədov Tahir Məhəmməd oğluna məxsus Qusar rayonu, Cibir kəndində 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci bir ay ərzində X4 Qusar rayonu, Cibir kəndində 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait xx xxxx 2012-ci il tarixli, XF-577 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdeh X3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək X3 xx xxxx 2012-ci il tarixli, XF-577 baş kredit müqaviləsi üzrə 17702,05 manat əsas borcun, xx xxxx 2018-ci il tarixinə kimi 14 faizlə hesablanan faiz borcuna görə 8482,20 manat, xx xxxx 2018-ci il tarixindən 5 faiz ilə hesablanan faiz borcuna görə 868,28 manat, cərimə borcuna görə 5200 manat, cəmi 32256,22 manat pulun, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin X15 bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 61 manat pulun tutulması, tələbin mülkiyyət hüququ ilə X6 məxsus Qusar rayonu, Cibir kəndində 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən X12 oğluna məxsus 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş vəsaiti hesabına cavabdeh X4 xx xxxx 2012-ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsi üzrə cəmi 32256,22 manat və ödənilmiş dövlət rüsumu 61 manat məbləğində pulun İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə X6 məxsus Qusar rayonu, Cibir kəndində 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci bir ay ərzində X4 Qusar rayonu, Cibir kəndində 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait xx xxxx 2012-ci il tarixli, XF-577 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdeh X3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin qəbul edilməsindən xəbəri olmamış, məhkəmə iclasının vaxtı və yeri haqqında onun məlumatı olmamışdır. Qətnaməyə əsasən ondan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə faiz borcuna görə 10750,21 manatın tutulmasını əsassız hesab edir. Məhkəmə ona faiz borcunu həddindən artıq çox hesablamışdır. Məhkəmə ona məxsus Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətini 25500 manat müəyyənləşdirmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı ipoteka müqaviləsində ipoteka predmeti olan ona məxsus Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilməmişdir və həmin müqavilədə hər hansı ilkin satış qiyməti barədə qeyd yoxdur. İpoteka predmeti olan ona məxsus Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsində yerləşən 2 nərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinin satış qiyməti ən azı 50000 manatdır. Onun haqlı olmağı müvafiq ekspertiza təyin edilməklə yoxlanıla bilər, iş üzrə verilmiş ekspertiza rəyi ilə razı deyildir. Cavabdeh X7 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onun 10750,21 manat faiz borcundan azad edilməsi, ipoteka predmeti olan ona məxsus Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin yenidən müvafiq eksperiza təyin etməklə müəyyənləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi X11 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı açıq səhmdar cəmiyyəti və cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, xx xxx 2019-cu il tarixinə kimi 14 faizlə hesablanan faiz borcuna, ipoteka predmetinin hərracda ilkin satış qiymətinə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manata aid hissələrdə dəyişiklik edilməli, iddianın təmin edilmiş qalan hissələrində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq faiz borcuna və ipoteka predmetinin hərracda ilkin satış qiymətinə aid hissələrdə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında xx xxxx 2012-ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı tərəfindən X6 72 ay müddətinə, illik 14% ödəmək şərti ilə 26.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə X7 arasında bağlanmış 19 fevral 2014-cü il tarixli, XF-577 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, XF-577saylı baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq X4 mülkiyyətində olan Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 35000 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m olan yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X4 adına xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X6 məxsus Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 09 dekabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx xxx 2018-ci il tarixli arayışından görünür ki, xx.xx.2012-ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsi üzrə X4 xx xxx 2018-ci il tarixə əsas borcu 17705,74 manat, xx xxxx 2018-ci il tarixinə kimi 14 faizlə hesablanan faiz borcu 8482,20 manat, xx xxxx 2018-ci il tarixindən 5 faiz ilə hesablanan faiz borcu 868,28 manat, cərimə borcu 5200 manat, cəmi borcu 32256,22 manat təşkil edir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 14 dekabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, X7 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmət Portalından çıxarışdan məktubundan görünür ki, X6 məxsus Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş xx xxxxxx 2016-cı il tarixdə qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ƏEM/S 104-904/18 saylı, xx xxxxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, X4 mülkiyyətində olan Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 148,6 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 25.500 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 34204 saylı, 26 aprel 2019-cu il tarixli rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və XF-577 saylı, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə X4 İddiaçı açıq səhmdar cəmiyyətinə xx xxxxxxxx 2015-ci il tarixə cəmi borcu 18.598,20 manat, o cümlədən əsas borc üzrə 17022,66 manat, faiz borcu üzrə 1575,54 manat müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21804 saylı, 27 noyabr 2019-cu il tarixli rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və XF-577 saylı, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə X4 İddiaçı açıq səhmdar cəmiyyətinə xx xxx 2019-cu il tarixə cəmi borcu 28.279,32 manat, o cümlədən əsas borc üzrə 17529,11 manat, faiz borcu üzrə 10.750,21 manat müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, X6 məxsus Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 35000 manat, likvid dəyəri 27000-28000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3244 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, X1 üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx xxxx 2012-ci il tarixli, XF-577 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxx 2018-ci il tarixə illik 14 faiz hesablanmaqla, xx xxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixə illik 5% hesablanmaqla X4 xx.xx.2019-cu il tarixə banka olan faiz borcu 9198,89 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, xx xxxx 2012-ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsinə əsasən İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı tərəfindən X6 72 ay müddətinə, illik 14% ödəmək şərti ilə 26.000 manat məbləğində kredit verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3244 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə müəyyən edilir ki, X1 üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx xxxx 2012-ci il tarixli, XF-577 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxx 2018-ci il tarixə illik 14 faiz hesablanmaqla, xx xxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixə illik 5% hesablanmaqla X4 xx.xx.2019-cu il tarixə olan faiz borcu 9198,89 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsindən görünür ki, xx xxxx 2018-ci il tarixə 14 faiz hesablanmaqla faiz borcu 8337,04 manat, xx xxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixə illik 5% hesablanmaqla faiz borcu 861,85 (9198,89 manat - 8337,04 manat) təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə xx xxx 2019-cu il tarixinə kimi 14 faizlə hesablanan faiz borcunun məbləğinə aid hissədə dəyişiklik edilməli, cavabdeh X3 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə faiz borcuna görə 9198,89 manat tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən olunur ki, X6 məxsus Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 35000 manat, likvid dəyəri 27000-28000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, X6 məxsus Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m olan fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişklik edilməli, həmin əmlakların açıq hərracda ilkin satış qiyməti 28000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, cavabdehdən xx xxxx 2012-ci il tarixli, XF- 577 saylı kredit müqaviləsi üzrə 17529,11 manat əsas borc, 100 manat cərimə borcunun və 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 61 manat pulun iddiaçının xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə X6 məxsus olan Qusar rayonu, Cibir kəndində yerləşən 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin xx xxxx 2012-ci il tarixli, XF-577 saylı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə X6 məxsus Qusar rayonu, Cibir kəndində yerləşən 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldildikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində X4 Qusar rayonu, Cibir kəndində yerləşən 0,14 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.metr olan fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan xx xxxx 2012-ci il tarixli, X-577 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh X7 apellyasiya şikayətində faiz borcundan azad edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx xxxx 2012-ci il tarixli, XF-577 saylı baş kredit müqaviləsinə əsasən X6 26.000 manat məbləğində kredit illik 14% ödəmək şərti ilə verilmişdir. Göründüyü kimi, X2 müqaviləsi üzrə faiz ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası onu da qeyd ki, birinci instansiya məhkəməsi cavabdehdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu tutmuşdur. İşdən görünür ki, bildiriş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində deyil, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Ona görə də qətnaməyə həmin hissədə dəyişiklik edilməli, cavabdehdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, xx xxx 2019-cu il tarixinə kimi 14 faizlə hesablanan faiz borcuna, ipoteka predmetinin ilkin satış qiymətinə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manata aid hissələrdə dəyişiklik edilməli, iddianın təmin edilmiş qalan hissələrində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat cavabdeh X3 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(029)-60/2019 saylı qətnaməsinə xx xxx 2019-cu il tarixinə kimi 14 faizlə hesablanan faiz borcuna, ipoteka predmetinin ilkin satış qiymətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manata aid hissələrdə dəyişiklik edilsin. Cavabdeh X3 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə xx xxxx 2012-ci il tarixli, XF-577 saylı kredit müqaviləsi üzrə 9198,89 (doqquz min yüz doxsan səkkiz manat 89 qəpik) manat faiz borcu tutulsun. X6 məxsus Qusar rayonu, Cibir kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 148,6 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat müəyyən edilsin. Cavabdeh X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu tutulsun. İddianın təmin edilmiş qalan hissələrində qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat cavabdeh X3 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar