Məhkəmə qərarları › İş №2(105)-1256/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1256/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1256/2025 09.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin e-2(059)-616/2025 nömrəli, 25 iyul 2025-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli qərardadı ilə (hakim G.Quluzadə) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ödənilmiş 183,41 manat dövlət rüsumu ilə birlikdə icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC qərardaddan şikayət vermişdir. Siyəzən Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli qərardadı ilə (hakim G.Quluzadə) Siyəzən Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(059)-616/2025 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətlər geri qaytarılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC qərardaddan şikayət vermişdir. Siyəzən Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, e-2(059)-616/2025 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 9156,30 ABŞ dolları əsas, 2816,86 ABŞ dolları faiz, 5039,02 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 1303,02 ABŞ dolları cərimə olmaqla, cəmi 18315,20 ABŞ dolları borcun və ödənilmiş 183,41 manat məbləğində məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC Siyəzən Rayon Məhkəməsinin 25 iyul 2025ci il tarixli qərardadından şikayət verərək, Siyəzən Rayon Məhkəməsinin e-2(059)- 616/2025 nömrəli 25 iyul 2025-ci il tarixli qərardadının ləğv edilməsini, Siyəzən Rayon Məhkəməsinin e-2(059)-616/2025 nömrəli 15 iyul 2025-ci il tarixli qərardadından verilmiş şikayətin icraata qəbul edilərək baxılmasını, əks təqdirdə hazırki şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Belə ki, məhkəmə hazırki qərardadında qeyd edir ki, “Azərbaycan Respublikası MM-nin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir.” Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2-1(103)-3194/2017 nömrəli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Yuxarıda sadalanan normalardan müəyyən olunur ki, qanunvericilik hüquqi şəxsin dövlət reyestrində qeydiyyata alındığı vaxtdan onun dövlət reyestrində qeydiyatdan çıxarıldığı vaxta kimi olan fəaliyyətini hüquqi şəxsin fəaliyyət müddəti kimi nəzərdə tutmuşdur. Buradan da aydın şəkildə görünür ki, ləğv prosesində olan İddiaçı ASC hüquqi şəxs olaraq öz fəaliyyətini davam etdirir, ləğv prosesi başa çatmadığına görə hüquq qabiliyyətini itirməmişdir, yəni adından da göründüyü kimi ləğv prosesindədir. Məhkəmə həmin qərardadında qeyd edir ki, “Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(059)- 616/2025 nömrəli qərardadından ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 22 iyul 2025-ci il tarixdə verilmiş şikayət elektron ərizə formasında tərtib edilməklə elektron qaydada verilsə də, şikayəti ləğvedici deyil, LPO İddiaçı ASC imzalamış, 23 iyul 2025-ci il tarixli şikayət isə elektron imza ilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilərək onlar tərəfindən imzalansa da, elektron ərizə formasında tərtib edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, şikayətlər geri qaytarılmalıdır”. Qeyd edilir ki, İddiaçı ASC hüquqi şəxs olaraq öz fəaliyyətini davam etdirir və hazırda ləğv prosesindədir. İddiaçı tərəfindən Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(059)-616/2025 nömrəli qərardadından verilmiş şikayət qanunla müəyyən olunmuş forma və məzmuna tam riayət edilməklə elektron ərizə formasında tərtib edilərək elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin bildirir ki, iddiaçı tərəfindən verilmiş şikayətdən müəyyən olunur ki, həmin şikayət onu imzalamağa hüququ olan şəxs tərəfindən və xidməti vəzifəsi göstərilən şəxs tərəfindən imzalanmışdır. Belə ki, elektron məhkəmə sistemi vasitəsi ilə sadələşdirilmiş iddia, iddia icraatı qaydasında ərizələrin, məhkəmə aktlarından şikayətlərin, iddia tələbinin artırılması və ya azaldılmasına dair ərizələrin verilməsi üçün imza səlahiyyətlərinin ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən LPO İddiaçı ASCnin Məhkəmələrlə iş şöbəsinin müdiri X2 verilməsinə dair xx.xx.2025-ci il tarixli, 12-5/3- 4732/2025 saylı etibarnamə və əmək müqaviləsinə dair bildiriş “elektron kabinet” vasitəsi ilə göndərilən şikayət ərizəsinə əlavə edilmişdir. Beləliklə, hazırki iş üzrə yuxarıda qeyd edilən əsaslı hallar məhkəmə tərəfindən nəzərə alınmamış, eləcə də, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi şikayətlərin geri qaytarılmasını Siyəzən Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(059)-616/2025 nömrəli qərardadından ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 22 iyul 2025-ci il tarixdə verilmiş şikayət elektron ərizə formasında tərtib edilməklə elektron qaydada verilsə də, şikayəti ləğvedici deyil, LPO İddiaçı ASC imzalamış, 23 iyul 2025-ci il tarixli şikayət isə elektron imza ilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilərək onlar tərəfindən imzalansa da, elektron ərizə formasında tərtib edilməməsi ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). İşdən görünür ki, xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev tərəfindən X4 imza səlahiyyətləri verilmiş və sonuncuda öz növbəsində həmin səlahiyyətlər həddində X2 elektron məhkəmə sistemi vasitəsi ilə sadələşdirilmiş iddia, iddia icraatı qaydasında ərizələrin, məhkəmə aktlarından şikayətlərin, iddia tələbinin artırılması və ya azaldılmasına dair ərizələrin verilməsi üçün imza səlahiyyətlərinin verilməsi barədə xx.xx.2025-ci il tarixli etibarnamə vermişdir. İşdə həmçinin görünür ki, hər iki şikayət LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilməklə şikayətlərdən biri xx.xx.2025-ci il tarixdə elektron qaydada, digər şikayət isə xx.xx.2025-ci il tarixdə kağız daşıyıcı formasında verilmişdir. Göründüyü kimi elektron qaydada verilmiş şikayətin imza qrafasında İddiaçı ASC göstərilmiş olsa da, mövcud şikayət yuxarıda qeyd olunan etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X5 tərəfindən imzalanmışdır. Bu baxımdan məhkəmə kollegiyası şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli və onunla bağlı 06 avqust 2025-ci il tarixli qərardadları ləğv edilməli və xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayətin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 25 iyul 2025-ci il tarixli və onunla bağlı 06 avqust 2025-ci il tarixli qərardadları ləğv edilsin. Şikayətin icraata götürülməsi barədə məsələnin qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər yenidən müzakirə edilməsi üçün mülki iş Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar