Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1257/2023 08.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 31272 manat pul və ödənilmiş 184 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə qaytarılmamış məbləğin illik 5 faizi olaraq 10374 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 26670 manat pul vəsaiti, illik 5 faiz olaraq 10374 manat və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsindəki bina 5, mərtəbə 11, ümumi sahəsi 31.2 kv.m olan 1 otaqlı, 87 saylı, təmirli və mebel ilə təchiz olunmuş mənzili iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, iddiaçıya bank tərəfindən 87 saylı mənzilin alınması üçün 180 ay müddətinə, illik 10 faiz dərəcəsi hesablanmaqla 26670 manat kredit verilmişdir. Bu fakt Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-623/2022 saylı qətnaməsi ilə də təsdiq edilir. Qeyd edilən qətnamədən kassasiya şikayəti verilmiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3879/2022 saylı qərarı ilə təmin edilməmişdir. Ali Məhkəmənin sözügedən qərarının 23-25-ci bəndində qeyd edilmişdir ki, “tərəflər arasında kredit müqaviləsinin bağlanması, kassatorun həmin müqavilə üzrə öhdəliklərinin yaranması və onun həmin öhdəlikləri tam yerinə yetirməməsi işin müəyyən olunmuş hallarıdır. Həmçinin İddiaçı ilə "xxxx" MMC arasında mövcud olmuş müqavilə üzrə sonuncunun öhdəliklərini yerinə yetirməməsi kassatorun hazırki iş üzrə iddiaçıya qarşı öhdəliklərini yerinə yetirməsindən azad etmir. Eyni zamanda, icra olunmamış öhdəliyin yalnız zaminə aid olunması tələbinin hüquqi əsası yoxdur. Digər tərəfdən Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamələri ilə iddiaçı tərəfindən verilmiş və mənzilə görə ödənilmiş vəsaitin bir hissəsi "xxxx" MMC-dən tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mənzilin alğı-satqı müqaviləsinə xitam verilmiş, müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin 4-cü səhifəsində qeyd edilmişdir ki, “tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında mənzilin dəyəri olan 29640 manatı cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən məbləğin 2970 manat hissəsini ilkin ödəniş kimi özü ödəmiş, 26670 manatı isə "xxxx" ASC-dən kredit götürərək ödəmişdir. İddiaçı tərəfindən banka xx.xx.2020-ci il tarixədək 11653.31 manat ödəniş edilsə də "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş mənzil iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı sözügedən mənzilə marağının itdiyini və ödəmiş olduğu pul vəsaitinin cavabdehlərdən tutulmasını tələb edir.” Daha sonra, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən 11653.31 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin 5-ci səhifəsində qeyd edilmişdir ki, “"xxxx" MMC mənzilin dəyərini əvvəlcədən və tam şəkildə almasına, həmçinin, həmin puldan tam şəkildə yararlanmasına baxmayaraq sonuncu tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə, iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuş, halbuki, hər bir tərəf vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli idi. Belə olan təqdirdə məhkəmə hesab edir ki, baxmayaraq ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış təminatlı kredit müqaviləsi tərəflər arasında bağlanmış müstəqil müqavilədir, həmin müqavilənin təyinatı sonda iddiaçının mənzil əldə etməsi olmuş, lakin faktiki hallardan göründüyü kimi, cavabdehin təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heçnə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda iddiaçının banka ödədiyi 11653.31 manat pulun cavabdeh "xxxx" MMC-dən tələb etməsi tam qanuni və əsaslıdır.” Yəni, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən təminatlı kredit müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə onun tərəfindən ödənilmiş 11653.31 manatın ona ödənilməsini, mənzilin alğı-satqı müqaviləsinə xitam verilməsini, həmin müqaviləyə əsasən, ödənilmiş 2970 manat pul vəsaitinin alınaraq ona ödənilməsini, Abşeron Rayon Məhkəməsindən isə tərəfindən ödənilmiş 11653.31 manat pul vəsaitinin, dəymiş maddi zərərlə bağlı 12600 manat pul vəsaitinin və dəymiş mənəvi zərərlə bağlı 10000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq ona ödənilməsini və təminatlı kredit müqaviləsi üzrə hal-hazırda onun üzərinə qoyulmuş öhdəliklərin MMC-yə ötürülməsini xahiş etmişdir. Kredit müqaviləsinə əsasən 87 saylı mənzilin əldə edilməsi üçün "xxxx" ASC Müştəri Xidməti departamenti tərəfindən İddiaçı 26670 manat kredit rəsmiləşdirmişdir. Rəsmiləşdirilmiş kreditə görə 1 faiz komission haqqı tutularaq, qalan 26403 manat vəsait İddiaçı tərəfindən məxaric edilərək "xxxx" MMC-nin hesabına mədaxil edilmişdir. Göründüyü kimi, iddiaçı mənzilin alınması üçün "xxxx" ASC-dən müvafiq məbləğdə kredit götürmüş və ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəmələri həyata keçirmişdir. Buna baxmayaraq, müqavilə ilə nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
5. İddia tələbinə qarşı verilmiş etirazda göstərilmişdir ki, İddiaçı iddia tələbi əsassızdır. İddiaçının iddia tələbinin əsası qismində istinad etdiyi işin hallarına artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Belə ki, hazırki iddia tələbi üzrə cavabdeh "xxxx" MMC-dən 31272 manat məbləğinin iddiaçının xeyrinə tutulmasının hüquqi əsası yoxdur, ümumiyyətlə, iddiaçının tələb etmək hüququ yaranmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1461/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, müqavilə üzrə ödənilmiş 2970 manat vəsaitin MMC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (2970 manat məbləğ ilkin ödəniş məbləğini təşkil edir). Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, MMC-dən 11653.31 manat məbləğin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (11653.31 manat borcalan tərəfindən "xxxx" ASC-nə ödənilmiş məbləğ təşkil edir). Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 24327.23 manat əsas (əsas borcun 21984.46 manat hissəsi müştərək, qalan hissəsi İddiaçı tutulmaqla), 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat məbləğin "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-623/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə aktları ilə tərəflər arasında xx.xx.2015ci il tarixli 6-29-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə ödənilmiş və ödənilməmiş kredit vəsaitinə görə vəziyyətləri müəyyən edilmişdir. Lakin iddiaçının cavabdeh MMC-dən tələb etdiyi 31272 manat məbləğinin əsasını, necə formalaşdığını və ya yarandığını müəyyən etmək mümkün deyildir. Çünki bank tərəfindən kredit müqaviləsi üzrə 26670 manat kredit vəsaiti ayrılmış və istifadə edilmişdir. İddiaçı tərəfindən ödənilmiş 2970 manat məbləğinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə geri qaytarılması qət edilmişdir. Kredit müqaviləsi üzrə ödənilməyən kredit vəsaitinin müştərək qaydada banka geri qaytarılması Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət edilmişdir. Belə olan halda, tələb olunan 31272 manat məbləğinin əsasının nədən yarandığı iddia tələbindən müəyyən olunur. Xüsusilə, qətnamə üzrə tələb İddiaçı tərəfindən ödənilməmişdir. Ehtimal edilsə ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə məbləği banka ödədiyi halda həmin məbləğə münasibətdə reqres hüququ yaranardı. Belə olan halda, iddiaçının hazırki tələb üzrə hüququ ümumiyyətlə yaranmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı ümumiyyətlə pretenziya qaydalarına riayət etməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
6. Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən ödənilməli olan pul vəsaitinə görə 26670 (iyirmi altı min altı yüz yetmiş) manat və dövlət rüsumuna görə 184 (yüz səksən dörd) manat olmaqla, ümumilikdə, cəmi 26854 (iyirmi altı min səkkiz yüz əlli dörd) manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edlmişdir (hakim Habil Əhmədov).
7. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini bu cür əsaslandırmışdır ki, tərəflər arasında mənzilin alğı-satqısı müqaviləsi olmuş və cavabdeh qurum müqavilə ilə iddiaçıya satılmış mənzili ağlabatan müddətdə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, sözügedən müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsini xatırlatmaqla cavabdehin iddiaçı qarşısında müqaviləni icra etmək öhdəliyini yaratmışdır. xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklər 5 ildən artıq müddət ərzində icra edilmədiyindən və bu hal iddiaçının mənzillə təmin olunmaq hüququnu pozduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1461/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və ilkin ödənişin, yəni, 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən tutulması öz təsdiqini tapmışdır. Beləliklə, ilkin ödənişin ödənilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarıldığından iddiaçının mənzilin dəyəri olaraq qalıq qalmış 26670 manat pul vəsaitinin məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Cavabdehin müqavilə öhdəliklərini icra etməməsi iddiaçının müqavilə üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən iddia tələbləri həmin hissədə əsaslıdır. Tikinti şirkəti üçün çoxmənzilli binanın tikilib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağlabatan müddət 3 il müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən pozulmamış, lakin müqavilənin bağlanmasından 3 illik müddət başa çatmışdır. Beləliklə də müqavilənin bağlanma tarixi “xx.xx.2015-ci il tarixi” nəzərə alınsa, 3 illik ağlabatan müddətə əsasən, “xx.xx.2018-ci il tarix”dən etibarən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixədək olan müddət ərzində keçən 4 il 8 ay müddət üçün iddiaçıya illik 5 faiz hesablanmaqla ödənilməli olan 6400.8 (26670 x 5 / 100 = 1333.5, 1333.5 x 4.8 = 6400.8 manat) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir.
8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 389.1, 405.1, 442, 448.1, 567, 1096.1, 1097.1ci maddələrinə istinad edərək əısaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Şikayətin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə maddi hüquq normalarına zidd, əsassız məhkəmə aktıdır. Belə ki, cavabdeh MMC iddia tələbinə etirazda tərəflər arasında mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verən zaman artıq qanuni məhkəmə aktları üzrə müəyyən edilmiş halları təkrarən qiymətləndirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1461/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2015-ci il tarixli ABB YM-0215 saylı mənzilin alğı-satqı müqaviləsi üzrə ödənilmiş 2970 manat vəsaitin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM-0215 sa mənzilin alqı-satqı müqaviləsinə xitam verilmiş və ilkin ödəniş qismində ödənilmiş 2970 manat məbləğin tutulması qət edilmişdir. Daha sonra, Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, "xxxx" MMC-dən 11653,3 manat məbləğin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə İddiaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə Banka ödədiyi 11653.3 manat məbləğin cavabdeh MMC-dən tutulmasına qiymət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3879/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülk kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(105)-623/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 24327,23 manat əsas borc (əsas borcun 21984,46 manat hissəsi müştərək, qalan hissəsi İddiaçı tutulmaqla), 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272,58 manat məbləğin "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-623/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 nömrəli xx.xx.2021-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-623/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnamələri ilə iddiaçı "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli 6xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş borcun borclu İddiaçı və zamin "xxxx" MMC-dən müştərək qaydada tutulması müəyyən edilmişdir. Qeyd olunan hal qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunmasına baxmayaraq Abşeron Rayon Məhkəməsinin e-2(012)-802/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il tarixli 6-29-032015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ayrılmış 26670 (iyirmi altı min altı yüz yetmiş) manat məbləğini tamamilə qanunsuz olaraq, təkrar tutulmasını qət edir. Halbuki kredit vəsaiti üzrə 26670 manat məbləğindən ödənilmiş 2342.77 manat məbləğini (istinad: 2(012)-280/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi) təkrar olaraq cavabdeh MMC-dən tutulmasını qət edir. Buna baxmayaraq mübahisələndirilən qətnamədə əsaslandırıcı və nəticə hissələri ziddiyyət təşkil edir (səh.5, 6, 7). Bu da səthi, bitərəf araşdırmanın nəticəsidir. O ki qaldı, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 21984.46 manat əsas kredit borcunun tutulması qət edilməsinə və cavabdeh İddiaçı tərəfindən bankda ödənilməməsinə baxmayaraq məhkəmənin Həsənovanın xeyrinə “vizual” qaydada tələb hüququnu formalaşdırması aşağıda sadalanan maddi və prosessual hüquq normalarına tam ziddir. Bununla bağlı, ədalət mühakiməsinin həyata keçirilməsinə nəzarət edən müvafiq dövlət orqanına müraciət olunacaqdır. Çünki hazırki mübahisələndirilən məhkəmə aktı məhkəmə araşdırmasının obyektivliyi, ədalətliliyi və hərtərəfliyini əks etdirmir. Belə ki, "xxxx" ASC ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 11 (borcalanın hüquqları) və 12 (borcalanın vəzifələri) bəndlərində, ayrılmış kredit vəsaiti üzrə tələb hüququnu əldə etməsi barədə müddəa göstərilməmişdir. Həmin Təminatlı kredit müqaviləsinin 8-ci bəndində vaxtından əvvəl tələbetmə, 17-ci bəndində müqavilənin qüvvədə olma müddəti və 18-ci bəndində tətbiq edilən hüquq müddəaları öz əksini tapmışdır. Qeyd olunanlardan da görünür ki, ayrılmış kredit vəsaitinin cavabdeh MMC-dən ödənilməsi və kredit vəsaitinin tam şəkildə Banka ödənilməməsi borcalan İddiaçı tələb hüququnu yaratmışdır. Lakin hazırki iş üzrə rayon məhkəməsinin qənaətinə görə “ilkin ödənişin ödənilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarıldığından iddiaçının mənzilin dəyəri olaraq qalıq qalmış 26670 manat pul vəsaitinin məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır” Halbuki məhkəmə, qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə borclu İddiaçı Bank qarşısında kredit öhdəliyini icra etməməsini və Bankın tələb üzrə müştərək qaydada tələb etməsini müəyyən etmişdir. Belə qənaətə gəlmək olar ki, xx.xx.2015-ci il tarixli 6-xx-xx- 2015-YSAAAF-AE saylı Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə hər iki tərəfin: borcverən, iddiaçı qismində çıxış etmiş "xxxx" ASC-nin və borcalan, cavabdeh qismində çıxış etmiş İddiaçı tələb hüququ yaranır və istifadə edir. Maddi hüquq norması eyni müqavilə münasibətləri üzrə kredit öhdəlikləri icra edilmədiyi halqa qarşı tərəflərə qarşılıqlı şəkildə tələb hüququnu yaratmır. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhz həmin tələb etmək hüquq üzrə "xxxx" ASC çıxış etdiyi halda İddiaçı tərəfindən irəli sürülməsi və tələb edilməsi əsassızdır. Göründüyü kimi rayon məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Öhdəliklərin ayrı-ayrı növləri üzrə və müəyyən fəaliyyət növü ilə bağlı öhdəliklər üzrə qanunla zərərin əvəzinin tam ödənilməsi hüququ məhdudlaşdırıla bilər (məhdud məsuliyyət). Hazırda, cavabdeh "xxxx" MMC-nin məsuliyyət həddi Abşeron Rayon Məhkəməsinin 2(012)280/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə məhdudlaşmış və müəyyənləşdirilmişdır. Lakin hazırda mübahisələndirilən məhkəmə aktı isə cavabdeh MMC üçün əsassız və qanunsuz öhdəlik yaradır.Məhkəmə, müəyyən edilmiş faktlara istinad etməyərək, birtərəfli, cavabdeh "xxxx" MMC-dən Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 2342.77 manat məbləğini və "xxxx" MMC-dən Abşeron Rayon Məhkəməsinin e-2(012)-3907/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 21984.46 manat məbləğini təkrar olaraq İddiaçı xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə prosessual hüquq normasının tələbini pozmuşdur. Faktlara istinad edilməmişdir. Xüsusilə qeyd edir ki, artıq müəyyən edilmiş, lakin nəzərə alınmayan faktlar mübahisələndirilən məhkəmə aktının təsviri və əsaslandırıcı hissələrində göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olsa da birinci instansiya məhkəməsi həmin qətnamələri nəzərə almır. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1461/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə MMC arasındakı müqavilə ləğv edilib, iddiaçıya münasibətdə dəymiş ziyan məbləği MMC-dən tutulub və qətnamə qanuni qüvvəsini alıb. Bundan əlavə Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 nömrəli qətnaməsi ilə İddiaçı maddi və mənəvi zərərin ödənilməsi və üzərindəki öhdəliyin MMC-yə ötürülməsi barədə iddiası qismən təmin olunmaqla iddiaçıya münasibətdə MMC-dən 11653,31 manat pulun tutulması qət olunub. Bu qətnamə də qanuni qüvvəsini alıb. Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 nömrəli qətnaməsi ilə isə bankın xeyrinə də MMC-dən iddiaçı ilə müştərək qaydada məbləğin tutulması qət edilməklə qətnamə qanuni qüvvəsini almışdır. Hazırda MMC-dən 4-cü dəfə eyni mübahisə üzrə pul tələb olunur. Eyni tələb hüququndan məhkəmənin qənaətinə görə həm iddiaçı, həm də kreditor bank istifadə edə bilər. İş üzrə bank da üçüncü şəxs qismində cəlb olunmalıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.
14. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.1 maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1 maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1096.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir.
16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
19. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 1461/2020 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsinə xitam verilmiş, həmin müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-280/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, "xxxx" MMC-dən 11653.31 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3907/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 24327.23 manat əsas borc (əsas borcun 21984.46 manat hissəsi müştərək, qalan hissəsi İddiaçı tutulmaqla) və 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat borcun və 30.40 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-623/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)3879/2022 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-623/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli MXK-593 saylı məktubdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən, mənzilin alınması üçün 180 ay müddətinə, 26670 manat kredit rəsmiləşdirilmişdir. Müvafiq kredit müqaviləsi üzrə (sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 150 manat olmaqla) hazırki dövrədək cəmi 11653.31 manat, bundan 2342.77 manat əsas borc, 9310.54 manat isə faiz borcu ödənilmişdir. xx.xx.2020-ci il tarixə İddiaçı kredit müqaviləsi üzrə bank qarşısında 24327.23 manat əsas, 4492.47 manat faiz borcu, ümumilikdə isə 28819.70 manat icra edilməmiş borc öhdəliyi mövcuddur.
25. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında mənzilin alğı-satqısı müqaviləsi olmuş və cavabdeh qurum müqavilə ilə iddiaçıya satılmış mənzili ağlabatan müddətdə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsini xatırlatmaqla cavabdehin iddiaçı qarşısında müqaviləni icra etmək öhdəliyini yaratmışdır. xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklər 5 ildən artıq müddət ərzində icra edilmədiyindən və bu hal iddiaçının mənzillə təmin olunmaq hüququnu pozduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1461/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və ilkin ödənişin, yəni, 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən tutulması öz təsdiqini tapmışdır. Beləliklə, ilkin ödənişin ödənilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarıldığından iddiaçının mənzilin dəyəri olaraq qalıq qalmış 26670 manat pul vəsaitinin məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin və çıxarılmış məhkəmə aktlarını tədqiq edərək, iddiaçının iddia tələbinin “26670 manat pul vəsaitinin qaytarılması” hissəsinə hüquqi qiymət verib belə qənaətə gəlir ki, cavabdehin müqavilə öhdəliklərini icra etməməsi iddiaçının müqavilə üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən iddia tələbləri həmin hissədə əsaslıdır. İddiaçı iddia tələbində mənzillə təmin olunmadığı 2015-ci ildən etibarən illik 5 faiz olmaqla 10374 manat pul vəsaitinin tutulmasını tələb etmişdir. Müqavilənin bağlanma tarixi xx.xx.2015-ci il tarixi nəzərə alınsa, 3 illik ağlabatan müddətə əsasən, xx.xx.2018-ci il tarixdən etibarən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixədək olan müddət ərzində keçən 4 il 8 ay müddət üçün iddiaçıya illik 5 faiz hesablanmaqla ödənilməli olan 6400.8 (26670 x 5 / 100 = 1333.5, 1333.5 x 4.8 = 6400.8 manat) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz.
27. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tələbində "xxxx" ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015- YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən mənzil üçün ödənilmiş 11653,31 manat pul vəsaitinin, dəymiş zərərlə bağlı 12600 manat pulun, dəymiş mənəvi zərərlə bağlı 10000 manat məbləğində pulun tutulmasını tələb etmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1461/2020 saylı qətnaməsinə ilə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alğı-satqı müqaviləsinə xitam verilmiş, həmin müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
29. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-280/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 29 mart 2015-ci il tarixli 6xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi üzrə tərəfindən ödənilmiş 16653,31 manat məbləğində pul vəsaitinin, dəymiş maddi zərərlə bağlı 12600 manat məbləğində pul vəsaitinin və dəymiş mənəvi zərərlə bağlı 10000 manat məbləğində pul vəsaitinin, 30 manat dövlət rüsumunun, ümumilikdə 34283,31 manat vəsaitin "xxxx" MMC-dən alınaraq ona ödənilməsi və onunla "xxxx" ASC arasında bağlanmış 29 mart 2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı Kredit Müqaviləsi üzrə hal-hazırda onun üzərinə qoyulmuş öhdəliklərin "xxxx" MMC-yə ötürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, "xxxx" MMC-dən 11653.31 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
30. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3907/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" X6 Cəmiyyəti cavabdehlər İddiaçı və Cavabdehnə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 24327.23 manat, faiz borcu üzrə 5979.02 manat, olmaqla cəmi 30306.25 manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonradan iddiaçı "xxxx" X6 Cəmiyyəti iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 6-xx-xx-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 24327.23 manat əsas, 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 24327.23 manat əsas borc (əsas borcun 21984.46 manat hissəsi müştərək, qalan hissəsi İddiaçı tutulmaqla) və 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat borcun və 30.40 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
31. Qeyd edilən qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-623/2022 saylı qətnaməsinə əsasən apellysiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)3879/2022 saylı qərarı ilə təmin edilməmişdir.
32. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli mənzilə görə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2015ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş kimi ödədiyi 2970 manat pul vəsaiti, eləcə də mənzilə görə ödədiyi 11653.31 manat pulun Cavabdeh "xxxx" MMC-dən tutulmasına dair məhkəmə qərarları mövcuddur.
33. Belə olan halda müəyyən edilir ki, hazırki iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb etdiyi 11653.31 manat pul vəsaiti Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-280/2021 saylı qətnaməsinə əsasən cavabdehdən tutulmuşdur.
34. Bununla da müəyyən edilir ki, hazırki iddia tələbinin əsasını təşkil edən müqavilə üzrə mənzilə ödənilmiş 11653,31 manat məbləğində pul cavabdehdən tutulmuşdur.
35. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsinə əsasən mənzilə görə ödənilmiş 11653,31 manat pul məbləğinin cavabdehdən tutulması müəyyən edildiyindən həmin məbləğ təkrar məhkəmə qaydasında tutula bilməz.
36. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
37. Məhkəmə kollegiyası iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, tələbin dəymiş maddi zərərlə bağlı 12600 manat pul vəsaitinin və dəymiş mənəvi zərərlə bağlı 10000 manat pul vəsaitinin tələb edilməsi ödənilmiş 11653,31 manat məbləğində pulun tutulması tələbindən doğan tələb olduğundan və tələb həmin hissədə əsassız olduğu üçün təmin edilmədiyindən bu hissələrdə də təmin edilə bilməz.
38. bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmaq hüququ yoxdurş belə ki, iddiaçı banka olan borcu ödədiyi halda hazırki iddianı qaldıra bilərdi. Belə ki, iş materiallarından görünür ki ,iddiaçı banka olan borcunu ödəməmişdir.
39. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.
40. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və işin qeyd edlən hallarını araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelıyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir