Məhkəmə qərarları › İş №2(105)-1266/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1266/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1266/2023 12.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Dəryaqulu qızına qarşı pul və dəymiş maddi ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(060)-3290/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Dəryaqulu qızına qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərinin geri qaytarılması, iddiaçılara, ərizənin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilməsi qərara alınmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3290/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3290/2023 nömrəli qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3290/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması, İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3290/2023 nömrəli qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Dəryaqulu qızına qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Dəryaqulu qızından ona - İddiaçı2 olan 70000 manat məbləğində borcun və həmin pula görə köçürdüyü 355 manat dövlət rüsumunun, Cavabdeh Dəryaqulu qızından ona - İddiaçı1olan 6000 manat məbləğində borcun və həmin pula görə köçürdüyü 80 manat dövlət rüsumunun alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı1 Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində hər iki iddiaçı bir tələb-pul tələbini irəli sürmüş və həmin tələb də eyni cavabdehə qarşı olmaqla hər ikisinin tələbi arasında bağlılıq mövcuddur, bu tələb də eyni maddi normalarla tənzimlənən tələbdir, əgər bu tələblə yanaşı AR Mülki Məcəlləsi ilə deyil, ailə, əmək və s. Məcəllərlə tənzimlənən və qaldırılmış iddia tələbi ilə əlaqəli olmayan tələblər də irəli sürülsəydi, məhkəmə qərardadına haqq qazandırmaq olardı, lakin konkret halda belə hesab edir ki, hər ikisinin eyni şəxsə qarşı irəli sürdüyü tələb üzrə sənədləri məhkəmə icraata qəbul etməklə baxmalı idi. İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 şikayəti onunla əsaslandırmışdır ki, iddia ərizəsində hər iki iddiaçı bir tələbpul tələbini irəli sürmüş və həmin tələb də eyni cavabdehə qarşı olmaqla hər ikisinin tələbi arasında bağlılıq mövcuddur, bu tələb də eyni maddi normalarla tənzimlənən tələbdir, əgər bu tələblə yanaşı AR MM-si ilə deyil, ailə,əmək və s. Məcəllərlə tənzimlənən və qaldırılmış iddia tələbi ilə əlaqəli olmayan tələblər də irəli sürülsəydi, məhkəmə qərardadına haqq qazandırmaq olardı, lakin konkret halda belə hesab edir ki, hər ikisinin eyni şəxsə qarşı irəli sürdüyü tələb üzrə sənədləri məhkəmə icraata qəbul etməklə baxmalı idi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasını iddiaçıların iddia tələblərinin bir-biri ilə əlaqəsi olmayan müstəqil tələblər olması, bu səbəbdən iddiaçıların hər biri ayrıayrılıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Mülki Prosessual Məcəllənin 149.3. maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 149.3 və 152.1.7-ci maddələrinin tələblərinə uyğun olmadığından, razılaşmaq olmaz. Belə ki, mülki qanunvericilik iddiaçının bir və ya bir neçə cavabdehə qarşı iddia tələblərinin bir iddia ərizəsində birləşdirmək hüququnu nəzərdə tutur. İddia tələblərinin birləşdirilməsinin məqsədi həmin tələblərə dair işlərin daha tez və düzgün həll olunmasıdır. İddiaçının bu hüququnun həyata keçirilməsi üçün zəruri şərt odur ki, həmin iddia tələbləri bir-biri ilə bağlı olsun. İşdən görünür ki, iddiaçıların iddia tələbi pulunödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddia tələblərinin bir-biri ilə əlaqəsi olmayan müstəqil tələblər olduğunu əsas gətirərək, iddia ərizəsinin geri qaytarılması barədə nəticəyə gələrkən birgə iddiaçıların eyni cavabdehə qarşı vahid pul tələbi ilə çıxış etməsini, hər birinin cavabdehdən tutulmalı olan məbləğin dəqiq göstərməklə ayrıca dövlət rüsumunu ödəmələrini nəzərə almamış və nəticədə Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə geri qaytarmanın əsası kimi düzgün istinad etməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.7. maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi prosessual qanunvericiliyə görə iddia ərizəsi o halda geri qaytarılır ki, cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş olsun. Lakin hazırkı işdə cavabdehlərə qarşı belə bir müstəqil tələblərin birləşdirilməsi görünmür. Əksinə hazırkı tələb bir-biri ilə bağlıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 may, 11 may və 15 may 2023-cü il tarixli qərardadları ləğv edilməli və iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 may, 11 may və 15 may 2023-cü il tarixli qərardadları ləğv edilsin. İddia ərizəsinin icraata götürülməsi barədə məsələnin qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar