Məhkəmə qərarları › İş №2(105)-1272/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1272/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1272/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə katibi X7, iddiaçı “X13 Azərbaycan”QSC-nin nümayəndəsi X10, Cavabdeh1 vəkili X8 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(060)-4584/2013 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(060)-4584/2013 saylı qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddiaçı “X13 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 MMC-yə qarşı kredit üzrə borcun qaytarılması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracda satılması tələbinə dair iddiası qismən təmin edilib, 23 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 7437.26 manat məbləğində əsas borc, 1427.37 manat məbləğində faiz borcu, 2573.39 manat məbləğində cərimə borcunun cavabdeh X1 “X13 Azərbaycan” QSC-nin xeyrinə tutulması, borcun ödənilməsi üçün tutma ipoteka qoyulmuş 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borc “X13 Azərbaycan” QSC -yə ödənilməsi, 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan minik avtomobilinin hərraca çıxarılacaq ilkin satış qiymətinin 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh5 MMC-yə qarşı hissədə baxılmamış saxlanması və Dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 manat və 6.50 manat məbləğində poçt xərcinin cavabdeh X2 tutularaq iddiaçı “X13 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. Cavadeh Cavabdeh1 apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(060)-4584/2013 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “X13 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 16 faiz hesablanmaqla 9660 manat məbləğində kredit verilmişdir və o, 23 sentyabr 2013-cü il tarixinədək kreditin əsas məbləği və ona hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Kreditin ayrılması və qaytarılması üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 MMC qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin, təminatı kimi Cavabdeh1 aldığı 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan markalı minik avtomobilini bankın xeyrinə ipotekaya qoymuşdur. Hazırda cavabdeh “Ödəniş cədvəli’nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 MMC-dən müştərək qaydada və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ipotekaya qoyulmuş 2009-cu il buraxılış tarixli ** CD *** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli minik avtomobilinin açıq hərracdan satılması ilə əldə edilən məbləğdən 7,437.26 AZN (yeddi min dörd yüz otuz yeddi manat 26 qəpik) məbləğində əsas kredit borcun, 1,427.37 AZN (bir min dörd yüz iyirmi yeddi manat 37 qəpik) məbləğində əsas məbləğə faiz borcun, 2,573.39 AZN (iki min beş yüz yetmiş üç manat 39 qəpik) məbləğində gecikdirilmiş günə görə cərimə borcu, 6.50 AZN (altı manat 50 qəpik) məbləğində ipoteka (girov) qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair cavabdehə bildirişin göndərilməsi üzrə poçt xərci, 30 AZN (otuz manat) iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu olmaqla, cəmi 11,474.52 AZN (on bir min dörd yüz yetmiş dörd manat 52 qəpik) məbləğində borcun «X13 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 27 sentyabr 2013-cü il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili S.E.Qasımov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X10 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh5 MMC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 23 sentyabr 2010-cu il tarixli, 902 nömrəli kredit müqaviləsindən görünür ki, “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 16 faiz hesablanmaqla 9660 manat məbləğində kredit verilmişdir və sonuncu əsas borcu və faizləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 23 sentyabr 2010-cu il tarixli, 902 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 aldığı 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan minik avtomobilini bankın xeyrinə ipoteka qoymuşdur. 23 sentyabr 2010-cu il tarixli məktubdan görünür ki, ”Cavabdeh5” Məhdud Məsuliyyətli Cəmiyyət Cavabdeh1 iddiaçı ilə bağladığı və hal-hazırda onlar arasında mübahisə yaranmasına əsas olmuş kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 22 iyun 2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 iddiaçı ile bağladığı və hal-hazırda onlar arasında mübahisə yaranmasına əsas olmuş kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. “X13 Azərbaycan” QSC-nin 20 avqust 2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan minik avtomobilinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilmişdir. “X13 Azərbaycan” QSC tərəfindən Cavabdeh1 qızma ünvanlanmış 07.08.2013-cü il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. 06.08.2013-cü il tarixli kredit hesab çıxarışından görünür ki, Cavabdeh1 “X13 Azərbaycan” QSC-nə 7437.26 manat məbləğində əsas borcu, 1427.37 manat məbləğində faiz borcu, 2573.39 manat məbləğində cərimə olmaqla, ümumilikdə 11438.02 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli, 9/3135 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 03 sentyabr 2010-cu il tarixli, 902 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddəti bitən 23 sentyabr 2013-cü il tarixinə iddiaçı “X13 Azərbaycan” QSC-yə olan borcu 8864,63 manat müəyyən edilir, həmin məbləğin 7437,26 manat əsas borc və 1427,37 manat hissəsi faiz borcudur. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi kredit müqaviləsi üzrə ödənilmədən qalmış əsas və faiz borcu hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 2573,39 manat məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, 23 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 2573,39 məbləğində cərimə borcunun 257 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İşin araşdırılan halları ilə müəyyən olur ki, 22 iyun 2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 iddiaçı ilə bağladığı və hal-hazırda onlar arasında mübahisə yaranmasına əsas olmuş kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverciliyin tələbinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında müqavilənin olması zəruridir, bir şərtlə ki, öhdəlik zərər vurmadan, əsassız varlanmadan yaranmasın. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göstərilən normaların məzmunundan görünür ki, müqavilənin bağlanması üçün onun standart şərtlərinin tam razılaşdırılması, onun mühüm şərtlərinin tərəflər arasında müəyyənləşdirilməsi qanunverici tərəfindən zəruri hal kimi göstərilmişdir. Əks halda müqavilənin hüquqi qüvvəsi və əhəmiyyəti mövcud olmayacaqdır. Məhkəmə qeyd edir ki, sadalananlar zaminlik müqaviləsinə də aiddir. Belə ki, zaminin müqavilə əsasında borclunun kreditor qarşısında yarana biləcək öhdəliklərinə borclu ilə birlikdə (müştərək) və ya subsidiar qaydada məsuliyyət daşıması forması müəyyən edilərkən, onunla kreditor arasında bağlanmış müqavilənin mühüm şərtlərinin dəqiq müəyyən edilməsi vacibdir. Başqa sözlə zamin hansı müqavilə üzrə, hansı müddətə, hansı məbləğə və bu məbləğ üçün hesablanacaq hansı faiz dərəcəsinə zamin dayanması barədə müqavilədə iradə ifadələri açıq şəkildə öz əksini tapmalı, müqavilənin bu mühüm şərtləri ona aydın olmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair˝ 04.09.2012-ci il tarixli Qərarında deyilir ki, rotiderK…˝ qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz…˝. Lakin birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh zaminlər Cavabdeh2 və Cavabdeh5 Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı tutulmasından imtina etdikdə gəldiyi nəticənin hüquqi əsası kimi hesab etmişdir ki, ipoteka predmetinin dəyəri 13800 manatdır, həmin əmlakın dəyəri tələb olunan borcdan çox olduğu üçün mövcud borc ödənilməzsə bank yenidən məhkəməyə müraciət edə bilər və iddia tələbi Azərbaycan Respublikası MPMnin 259.0.1-ci maddəsinə istinad edilməklə baxılmamış saxlanmışdır. Qeyd olunan hal iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas olmamışdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia baxılammış saxlanılır. Göründüyü kimi iddiaçının tələbi qeyd olunan prosessual hüquq normasının təsiri altına düşmür. Bununla yanaşı Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Lakin işin araşdırlan hallarından göründüyü kimi birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə zamin cavabdehlərə qarşı iddia tələbini baxılmamış saxladıqda həkəmə aktı qətnamə formasında qəbul etmişdir. Digər tərəfdən iddiaçı “X13 Azərbaycan” QSC və Cavabdeh5 Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 05 iyun 2009-cu il tarixli Əməkdaşlıq haqqında 1 nömrəli müqaviləyə bağlamışlar. Müqavilənin 2.1.1-ci bəndinə əsasən satıcı avtomobillərin kreditləşdirilməsi ilə bağlı müştərilərini “X13 Azərbaycan” QSC-yə yönəldir. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə satıcı borcalanın öhdəlikləri üzrə məbləğləri bu müqavilənin 2.1.2-ci bəndinə uyğun olaraq bankla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Əgər bu müavilənin müddəti bitmişdirsə və müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdirsə, bu müqavilə həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır. Həmin müqavilənin məzmunundan görünür ki, Cavabdeh5 MMC, “X13 Azərbaycan” QSC və borclu Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2010-cu il tarixli, 902 nömrəli kredit müqaviləsi üzrə heç bir öhdəlik daşımır və bu barədə başqa bir hüquqi əsası olan müqavilə mövcud deyildir. 23 sentyabr 2010-cu il tarixli, 902 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 aldığı 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan minik avtomobilini bankın xeyrinə ipoteka qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Tərəflər arasında bağlanmış 23 sentyabr 2010-cu il tarixli, 902 nömrəli ipoteka müqaviləsindən görünür ki, 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan minik avtomobilinin ilkin satış qiyməti tərəflərin razılaşması ilə 13800 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam rədd edilməsini heç bir sübutla əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli, 9/3135 saylı ekspert rəyi ilə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 100 (yüz) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Dövlət rüsumu kimi ödənilmiş 30 manat və 6.50 manat məbləğində poçt xərci cavabdehlər X3 və Cavabdeh2 tutularaq iddiaçı “X13 Azərbaycan” QSC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(060)-4584/2013 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X13 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 MMC-yə qarşı kredit üzrə borcun qaytarılması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracda satılması tələbinə dair iddiası qismən təmin edilsin. 23 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 7437.26 manat məbləğində əsas borc, 1427.37 manat məbləğində faiz borcu, 257 manat məbləğində cərimə borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “X13 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Tələb borcun ödənilməsi üçün tutma ipoteka qoyulmuş 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracdan satılsın və əldə olunmuş vəsait hesabına borc “X13 Azərbaycan” QSC-yə ödənilsin. İddia tələbi Cavabdeh5 MMC-yə aid hissədə təmin edilməsin. 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan minik avtomobilinin hərraca çıxarılacaq ilkin satış qiyməti 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat və 6.50 manat məbləğində poçt xərci cavabdehlər X3 və Cavabdeh2 tutularaq iddiaçı “X13 Azərbaycan” QSC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar