Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1280/2023 09.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2859/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı X8 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay sabit məbləğdə 220 manat miqdarında alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2859/2023 saylı qərardadına əsasən iddiaçı X6 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, iddiaçıya ya özünün, ya da cavabdehin qeydiyyat yeri üzrə məhkəməyə müraciət etməsi hüququ izah edilməsi qərara alınmışdır.
3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, elektron məhkəmə sistemindən çıxarılmış şəxsi məlumatlardan müəyyən edilir ki, iddiaçı X3 rayonu, Ağdam şəhəri, R.Gözəlov küçəsi, döngə 2, ev 1, cavabdeh Əliyev X5 rayonu, Goranboy şəhəri, Nizami küçəsi, ev 5 ünvanında rəsmi qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli A/644 nömrəli arayışdan görünür ki, respublikada yaranmış vəziyyətlə əlaqədar olaraq X4 rayonundan məcburi köçkün düşmüş və hal-hazırda Abşeron rayonu Masazır kəndində məskunlaşmışdır. Təqdim olunan arayış onun həqiqətən Ağdam rayonundan məcburi köçkün olmasını və məcburi köçkün kimi Abşeron rayonu ərazisində məskunlaşmasını sübut etmir. İddiaçının Abşeron rayonu ərazisində məcburi köçkün kimi məskunlaşması barədə yaşayış sahəsinə dair sənəd təqdim olunmamışdır. Həmçinin, Ağdam Rayon Məhkəməsi isə fəaliyyət göstərir.
4. İddiaçı X2 Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, e-2(012)-2859/2023 saylı qərardadından şikayət ilə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2859/2023 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli A /644 nömrəli arayışda X9 deyil, İddiaçı köçkün düşməsi göstərilmişdir. Həmçinin həmin arayış onun Ağdam rayonundan köçkün düşərək Abşeron rayonu, Masazır kəndində məskunlaşdığını göstərir, yəni hal-hazırda həmin ünvanda yaşadığını təsdiq edir. Göründüyü kimi, məhkəmə həmin arayışda onun Abşeron rayonu, Masazır kəndində məskunlaşdığını qəbul edir, lakin daha sonra qeyd edir ki, həmin ünvanda məskunlaşnması ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir, halbuki həmin arayışda bu hal öz təsdiqini tapır. Bundan əlavə olaraq məhkəmə qeyd etmişdir ki, Ağdam Rayon Məhkəməsi fəaliyyət göstərir. ünvan 4 ünvanında qeydiyyatda olsa da, hal-hazırda ünvan 5 ünvanında yaşayır və qanunverilikdə də göstərildiyi kimi, öz seçimi ilə yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.http://e-qanun.az/framework/47704 (...)
Maddə 36. İddiaçının seçməsinə görə aidiyyət (...) 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
9. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
10. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
12. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli A/644 nömrəli arayışdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün düşmüş və hal-hazırda Abşeron rayonu Masazır kəndində məskunlaşmışdır.
13. Birinci instansiya məhkəməsi təqdim olunan arayışın iddiaçının həqiqətən Ağdam rayonundan məcburi köçkün olmasını və məcburi köçkün kimi Abşeron rayonu ərazisində məskunlaşmasını sübut etmədiyinə istinad edərək iddia ərizəsini geri qaytarmışdır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının Ağdam rayonundan məcburi köçkün olması və məcburi köçkün kimi Abşeron rayonu ərazisində məskunlaşması barədə səlahiyyətli orqan olan QMKİDK-nın yerli orqanından bunu təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
16. Həmçinin, Mülki Prosessual Məcəllədə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddiaların iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilməsi də nəzərdə tutulmuşdur.
17. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5.1-ci bəndinə əsasən, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq (5.1.6), ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək (5.1.9) inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinə aiddir.
18. İş materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyi İddiaçı Ağdam rayonundan məcburi köçkün düşdüyünü və hal-hazırda Abşeron rayonu Masazır kəndində məskunlaşdığını xx.xx.2023-cü il tarixli A/644 nömrəli arayış verərək təsdiq etmişdir.
19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2859/2023 nömrəli qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2859/2023 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.