Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1283/2023 07.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsi üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Siyəzən Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2(059)- 437/2016 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. İşin məhkəmə baxış iclası 18 noyabr 2019-cu il tarixə saat 10:20-yə təyin edilmiş, tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin, lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və ya onların nümayəndələri göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən 18 noyabr 2019-cu il tarixli, 2(059)- 437/2019 saylı qərardadı ilə işi baxılmamış saxlamışdır. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, Siyəzən Rayon Məhkəməsinin icraatında iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(059)-437/2019 saylı mülki iş vardır. Həmin iş üzrə məhkəmə baxış iclası 18 noyabr 2019-cu il tarixinə təyin edilmişdir, lakin üzürlü səbəblərdən prosesdə iştirakları mümkün olmamışdır. Bildirmək istəyirlər ki, Siyəzən Rayon Məhkəməsi tərəfindən məhkəmə baxış iclasının 18 noyabr 2019-cu il tarixə təyin olunması barədə məhkəmə bildirişi Banka rəsmi qaydada daxil olmamışdır. Buna görə də, məhkəmə baxış iclasından məlumatları olmamış, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin edə bilməmişlər. Siyəzən Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2(059)-437/20169 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmiş, ərizənin baxılmamış saxlanılması haqqında Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, iddiaçı tərəfə, həmin tələblə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olduğunun izah edilməsi qərara alınmışdır (hakim Bəylər Ələkbərov). İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB şikayət verərək Siyəzən Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2(059)-437/2019 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(059)-437/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli e- 2(059)-437/2019 nömrəli nömrəli qərardadı ləğv edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada (poçt vasitəsilə) kağız daşıyıcıda bildiriş göndərilsə də, həmin bildirişin iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən alınması barədə məlumat (sənəd) iş materiallarına əlavə edilməmişdir. Bundan başqa iş materiallarında olan tərtib olunma tarixi müəyyən olunmayan arayışlarda (səh.35, 41, 50) məhkəmə baxış iclaslarına dair bildirişlərin iddiaçının nümayəndəsi Nümayəndə şəxsi kabinetinə yönləndirilməsi göstərilsə də, elektron məhkəmə informasiya sistemində bildirişlərin elektron qaydada tərtib edilməsi və şəxsi kabinetə yerləşdirilməsi aşkar olunmadı. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Siyəzən Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2(059)-437/2016 nömrəli qərardadı ləğv edilməli və göstərilən halların araşdırılması üçün iş Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2(059)-437/2019 nömrəli ləğv edilsin. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin mülki işin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilərək iddia ərizəsi üzrə icraatın təzələnməsinə dair ərizəsinə, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Siyəzən Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1283/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1283/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver