Məhkəmə qərarları › İş №2(105)-129/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-129/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-129/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)-4510/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)-4510/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin3 Mixaylovna, Zamin1 və Zamin2 qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi və ipotekaya qoyulmuş əmlaka tələbin yönəldilməsinə dair iddiası təmin edilmiş, iddiaçı Amrahbank” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.01.2018-ci il tarixli, 240118/222679 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, Zamin3 Mixaylovnadan, Zamin1 və Zamin2 əsas borc üzrə 5994 manat, faiz borcu üzrə 1765 manat, cərimə borcu 300 manat olmaqla, cəmi 8059 manat və iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş 31 manat dövlət rüsumu və xidmət haqqının tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, kreditin qaytarılma təminatı ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmış 2 saylı evin 3 saylı mənzil sahəsinə yönəldilməsi, 24 yanvar 2018-ci il tarixli, 240118/222679 saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialına ipotekaya qoyulmuş və qarşılıqlı razılaşma əsasında ipoteka predmetinin ilkin satış qiymətinin 22000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(105)-780/2020 saylı qətnaməsi ilə Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)- 4510/2019 saylı qətnaməsi Cavabdeh, Zamin3 Mixaylovna, Zamin1 və Zamin2 əsas borc üzrə 5994 manat, faiz borcu üzrə 1765 manatın İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə qismən təmin edilib əsas borcun 5993 manat 16 qəpik və faiz borcunun 1621 manat 56 qəpik məbləğində müəyyən edilməsi, qətnamənin ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmış 2 saylı evin 3 saylı mənzilinin ilkin satış qiymətinin 22.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 35000 manat məbləğində müəyyən edilməsi, qətnamənin İddiaçı açıq səhmdar cəmiyyətinə və Cavabdeh arasında bağlanmış 24.01.2018-ci il tarixli, 240118/222679 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, Zamin3 Mixaylovna, Zamin1 və Zamin2 300 manat cərimə borcu, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş 31 manat dövlət rüsumu və xidmət haqqının tutulub, İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, kreditin qaytarılma təminatı ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmış 2 saylı evin 3 saylı mənzil sahəsinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(105)-780/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(102)-1122/21 saylı qərarı ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-780 /2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin qiymətləndirilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında işə baxılarkən Cavabdeh ərizə ilə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)-4510/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib, apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilərək, apellyasiya şikayətindən imtinasının qəbul edilib ona münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər Zamin3 Mixaylovna, Zamin1 və Zamin2 məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş Cavabdeh 10.03.2022-ci il tarixli ərizəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)- 4510/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)- 4510/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A A L D İ: Cavabdeh Abşeron Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(012)- 4510/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, onun apellyasiya şikayətindən imtinası qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar