Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1291/2020 28.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X11 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4500 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 2700 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim A.İsmayılov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilərək, Cavabdeh 4500 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq İddiaçı ödənilməsi barədə hissəsində qismən ləğv etməklə, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7100 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq) və 710 manat (yeddi yüz on) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki,o, 2005-ci ildən Teürkiyə Respublikası İstanbul şəhərində yaşayır. 2008-ci ilin əvvəllərində o, cavabdeh Sabirlə söhbət zamanı Sumqayıt şəhərində həyətyanı torpaq sahəsi almaq istədiyini bildirmişdir. 2008-ci ilin may ayında Sabir ona zəng vurub Sumqayıtda Dəmiryolu vağzalının arxasında 4500 ABŞ dollarına satışa çıxarılan 6 sot torpaq sahəsinin olduğunu bildirmişdir. O, Türkiyə Respublikasından Sumqayıt şəhərinə gəlmiş və qardaşı Sabirlə, eləcə də torpaq alqı-satqısı ilə məşğul olan həmyerlisi X7 ilə birlikdə həmin torpaq sahəsinə baxmağa getmişlər. Yaşıl Dərə adlanan yaşayış massivində, dəmir yolundan təxminən 500 metr aralıda, yaşayış evlərinin olduğu ərazidə 4-5 mişar daşından hörülmüş hasarla əhatə olunan torpaq sahəsinə baxıb bəyənmiş və oradan Sabirgilə qayıtdıqdan sonra 4500 ABŞ dollarını cavabdehin evində cavabdehə vermişdir. Ona üzərində “Azərboru” ATSC-nin “Metallurq” bağçılıq cəmiyyətinin 1452 nömrəli “Bağçının üzvülük kitabçası” yazıları qeyd olunmuş bir kitabça verilmişdir. Həmin kitabçada onun soyadı, adı və atasının adı, eləcə də xx.xx.2008-ci il tarixdə, 1 nömrəli protokola əsasən “Metallurq” bağçılıq cəmiyyətinə üzv qəbul edildiyi, sahəsi 6 sot olan 1452 nömrəli bağ sahəsinin ona daimi istifadə üçün verildiyi qeyd olunmuşdur. Həmin sənəd dairəvi möhürlə təsdiqlənmişdir. Sabir həmin kitabçanı almaq üçün sənəd verən şəxsə 100 ABŞ dolları verdiyini də bildirmişdir. 2013-cü ilin mart ayında o, İstanbul şəhərindən Sumqayıt şəhərinə gələrkən, qardaşı Sabir ona aldığı torpaq sahəsinin Nuşirəvan adlı şəxsə məxsus olduğunu, pulları həmin şəxsə verdiyini, Nuşirəvanın isə torpağı yaxın vaxtlarda başqasına satdığını deyib, Nuşirəvanı məhkəməyə verməyi təklif etmişdir. O, da etiraz etməmiş məhkəmə prosesində onun adından çıxış etmək üçün notarial qaydada qardaşı Sabirə vəkalətnamə vermişdir. 2014-cü ilin fevral-mart aylarında X22 başqa yerdən torpaq sahəsi tapdığını, torpaq sahəsinin əlverişli yerdə olduğunu deyərək, torpaq sahəsinin sənədli şəkildə alınması üçün 3000 manat mələğində pul tələb olunduğunu bildirmişdir. O, Sabirin bacanağı X8 2600 ABŞ dolları və 710 manat məbləğində pul göndərmiş və bildirmişdir ki, həmin pulu qardaşı Sabirə çatdırsın. X13 da həmin pulu qardaşına çatdırmışdır. Təxminən bir ay sonra Sabirlə telefon əlaqəsi saxlayarkən, deyilən torpağı aldığını, sənədlərinin isə yaxın vaxtlarda hazırlanıb başa çatacağını bildirmişdir. 2016-cı ilin yanvar ayında o, Sabirgilə gələndə Sabir, ona ağ kağız parçasında əllə yazılmış bir arayış vermiş, pulu əvvəllər bələdiyyədə işləmiş Bilal adlı şəxsə verdiyini, torpaq sahəsini ona həmin şəxsin verəcəyini bildirmişdir. 2017-ci ilin iyul ayının axırlarında o, Sabirlə birlikdə Sumqayıt şəhəri N.Nərimanov adına mədəniyyət evi yaxınlığında, avtomobil yollarının orta hissəsindəki yaşıllıq zolağında fəaliyyət göstərən kafedə Billala görüşmüş və Bilal şəhər İcra başçısının dəyişməsi ilə əlaqədar işlərin alınmadığınıdeyib, əvvəlki torpaq sahəsi ilə ikinci torpaq sahəsi üçün verilmiş pulları tam məbləğdə ona qaytaracağına söz vermiş, onun satlıq torpaq sahəsinin olduğunu və pulları həmin torpaq sahəsini satdıqdan sonra verə biləcəyini bildirərək, bunun üçün bir qədər gözləmək lazımgələcəyini izah etmişdir. Buna baxmayaraq Bilal nə başqa yerdən torpaq sahəsi alıb ona verməmiş, nə də pullarını qaytarmamışdır. Qardaşı Sabirin hərəkətlərindən onun da Bilalla əlbir olub ona qarşı dələduzluq etdiyini başa düşərək, onun hərəkətlərindən şikayət etmiş, xx xxxxxx 2018-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. O, pulu cavabdehə vermişdir. X3, eləcə də X9 tanımır və ona görə də iddia tələbini məhz cavabdeh Sabirə qarşı qaldırmışdır. Hesab edir ki, 7100 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq) və 710 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıdan 2700 manat pul almış, Bilal Əzizova vermişdir. Sonuncu yalnız 500 manat hissəsini qaytarmışdır. O, pulu qaytaran kimi iddiaçıya verəcəkdir. İddia tələbinin 4500 ABŞ dolları hissəsi böhtandır. İddiaçı həmin pulu özü maklerə vermişdir. İddiaçı özü maklerə müraciət etmiş, torpaq sahəsinə baxıb bəyənmiş, 4500 ABŞ dollarını özü Nuşirəvana vermişdir. İşdə heç bir hal 4500 ABŞ dollarını ona verdiyini təsdiq etmir. Məhkəmə kollegiyası iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsinin xahiş etdi. İddiaçı apelyasiya baxışı zamanı apelyasiya şikayətinin qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olanSumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı cavabdeh olan qardaşına torpaq sahəsinin alınması üçün müraciət etmiş, cavabdeh bununla bağlı iddiaçıdan 2700 manat almış, 4500 ABŞ dollarını iddiaçının iştirakı ilə Nüşrəvan adlı şəxsə verdiyini əsas gətirərək, həmin pulu qaytarmalı olmadığını bildirir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, tərəfləri həmkəndliləri kimi tanıyır. Bir gün onlar onun mağazasına gəlmiş və torpaq almaq istədiklərini bildirmişlər. O da torpaq alqı-satqısı ilə məşğul olan Nuşirəvan adlı şəxsə müraciət etmiş, Nuşirəvan onalara satılan torpaq sahəsini göstərmiş, sonra ofisə qayıtmış, həmin vaxt iddiaçı cavabdehə 4500 ABŞ dolları vermiş, o da içəri keçmiş və bir-neçə dəqiqədən sonra çıxıb pulu Nuşirəvana verdiyini bildirmişdir. Yenə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 məhkəmədə və Sumqayıt şəhər Polis İdarəsində ifadəsində və izahatında göstərmişdir ki, 0,06 ha sənədsiz torpağı olmuş, 2015-ci ildə Sabir ona müraciət etmiş, o da torpağın sənədinin olmadığını bildirmiş, torpağı ona 2700 manata satmışdır. 2016-cı ildə Sabir sənəd ala bilmədiyini bildirib pulunu geri istəmiş, o da pulu uşağının xeyir işinə xərclədiyini bildirmişdir. Bundan sonra Sabirin hay-küy saldığını görübü xərc-borc 500 manat tapıb Sabirə vermişdir. O, iddiaçını tanımır. İş materiallarına əlavə edilmiş X1 Sumqayıt şəhər Polis İdarəsində verdiyi izahatından məlum olur ki, o, torpaq sahəsinin alınması ilə bağlı Bilalla tərəflər arasında vasitəçilik etdiyini, qalan məsələlərdən xəbərsiz olduğunu bildirib. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi ha-ki-min məruzəsini və apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işmateriallarınıaraşdırıbişdəolansübutlarıtədqiqedərəkhesabedirki,apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi 4500 ABŞ dolları məbləğində pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilib iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı torpaq sahəsi almaq istəmiş, cavabdeh ona satlıq torpaq sahəsinin tapılmasında köməklik göstərmiş, iddiaçı bunun üçün ona 7100 ABŞ dolları və 710 manat manat məbləğində pulu verdiyini bildirərək cavabdeh tərəfindən ödənilməsini tələb edir. Cavabdeh isə qeyd edilən məbləğdən 2700 manat hissəsini etiraf edir, qalan hissə ilə razılaşmır. İşin faktiki hallarını tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıdan aldığı 2700 manat pulu qaytarmamışdır. İddiaçı 4500 ABŞ dolları məbləğində pulu məhz cavabdehə verilməsinə dair məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim etməmişdir. Cavabdeh isə Sumqayıt ŞPİ-nin İŞ-də izahatında, o cümlədən apelyasiya şikayətində 2700 manat pulu aldığını etiraf etmişdir. AR MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Daha öncə qeyd olunduğu kimi iddiaçı iddianın 4500 ABŞ dolları hissəsində öz dəlilləri ilə bağlı izahatından başqa, yanaşı yoxlanılması və qiymətləndirilməsi üçün məhkəməyə heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının, cavabdehin hazırki izahatı ilə, şahidlərin izahat və ifadələrini müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, bu sübutlar iddianın 4500 ABŞ dolları hissəsində təmin edilməsi üçün yetərli deyildir. Başqa sözlə, iddiaçı torpaq sahəsi almaq üçün 4500 ABŞ doları pulu cavabdehə verdiyini, sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq, sübut edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X16 Məhkəməsi "X2rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, hazırki halda Cavabdeh iddiaçıdan ona torpaq sahəsi almaq üçün 2700 manat pul aldığı təsdiq olunsa da, 4500 ABŞ dolları məbləğində iddianın təsdiqi üçün heç bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçıya 2700 manat məbləğində pulu qaytarmalıdır. Azərbaycan Republikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında yalnız 2700 manat məbləğində öhdəliyi yaranmışdır, digər 4500 ABŞ dolları ilə bağlı mülki məsuliyyəti işdə olan sübutlarla təsdiq edilməmişdir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən,cavabdehin apelyasiya şikayəti verilməsi üçün ödədiyi 15 manat dövlət rüsumunun əvəzi iddiaçıdan tutulub ona verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin 2(060)-8628/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi, Cavabdeh 4500 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə Cavabdeh 2700 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti verilməsi üçün ödədiyi 15 manat dövlət rüsumunun əvəzi İddiaçı tutulub ona verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1291/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1291/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver