Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1296/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilkin iddia, Cavabdeh İddiaçı MMC-nə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli № 81518 saylı müqaviləyə əsasən İMEİ Kodu **********64954 Hoffmann markalı telefon üçün 350 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 360 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iddiaçı «xxxx» MMC-yə qarşı xx.xx.2018-ci il tarixli № 81518 saylı müqavilənin ləğv edilməsi və ödənilmiş 118 manat pulun «xxxx» MMC-dən alınaraq ona ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********64954 Hoffmann markalı telefon üçün 350 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla, cəmi 385 manat, borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********64954 Hoffmann markalı telefon almışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli müqavilə üzrə 385 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, alqı-satqı qiyməti 468 manat olan İMEİ Kodu **********64954 Hoffmann markalı telefon üçün 350 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla, cəmi 385 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 118 manat təşkil edir. Cavabdeh «xxxx» MMC-yə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi və ödənilmiş 118 manat pulun «xxxx» MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» MMC tərəfindən aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ona verilən İMEİ Kodu **********64954 Hoffmann markalı telefon lazımi keyfiyyətdə olmamışdır. Halbuki ona verilən mobil telefon Qızıl zəmanətli olduğundan Hoffmann markalı telefonun təmir ediləcəyi bildirilsə də, nə mübahisə predmeti olan telefon təmir edilmiş, nə də ki yenisi verilmişdir. Hansı ki, iddiaçı tərəf telefonu geri qəbul etmədiyindən müdirin stolunun üstünə qoyub çıxmışdır. Onun tərəfindən İMEİ Kodu **********64954 Hoffmann markalı telefona görə 118 manat ödəniş edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə malın keyfiyyəti barədə mülki qanunvericiliyinin alqı-satqı haqqında müddəalarını, həmçinin «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun tələblərini nəzərə almamışdır. İddiaçı tərəfindən malın keyfiyyəti bir tərəfə, hətta öz müqaviləsinin şərtlərini də pozmuşdur. İşin hallarından görünür ki, tərəflər arasında müqavilənin yuxarıda qeyd olunan şərtləri barədə heç bir hərəkət edilməmişdir. O, 3 ay gecikmədən qrafikə əsasən ödəniş etmişdir. İndiki halda bu borc onun təqsiri olmadan yaranmışdır. Həttda mallarını da özlərinə qaytarmışdır. O, barışığa getsə də düzgün qətnamə çıxarılmasının tərəfindədir. Qarşı tərəf barışığa razılıq verən səlahiyyətlisi hər dəfə görüşümüzdən yayınır. Bu da qanunsuz çıxarılan qətnamənin qüvvəyə minməsinə hesablanmış gediş olduğunu ortalığa çıxarır. Məhkəmə şahid ifadələrinə düzgün qiymət verməmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını bildirsə də, bunu etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(012)-1440/2020 saylı qətnaməsini ləğv edib, iddia ərizəsinin təmin olunmaması, qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, qarşılıqlı iddiaya və şikayətə uyğun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi Y.M.Məmmədov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında olan müqavilənin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsinə, qarşılıqlı iddia tələbini təmin etməyərək, müqavilənin ləğvi üçün heç bir əsasın olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublik Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyalırn nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından və tərəflərin verdikləri mübahisə edilməyən izahatlarından müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, № 81518 saylı müqavilədən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında müqavilə bağlanmış və Cavabdeh «xxxx» MMC-dən İMEİ Kodu **********64954 Hoffmann markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********64954 Hoffmann markalı telefon üçün 350 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla, cəmi 385 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, № 81518 saylı müqavilə üzrə hesablanmış 35 manat cərimənin məbləği azaldılaraq 10 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə düzgün qətnamə qəbul edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı «xxxx» MMC ilə cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən alınan mobil telefonun sensoru sındırılmışdır, bununla əlaqədar xx xxx 2018-ci il tarixdə telefon təmir edilib cavabdehə qaytarılmışdır. Sonradan yenidən xx xxxx 2018-ci il tarixdə yenidən nazaslıgla bağlı iddiaçıya müraciət edilmişdir, lakin müştəri cihazın təmir olunmasını istəməmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş aktdan müəyyən olunmuşdur. Məhkəmə kollegiyası Cavabdeh qarşılıqlı iddianın xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi və ödənilmiş 118 manat pulun «xxxx» MMC-dən alınaraq ona ödənilməsi barədə rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, K.S.Comərdov «xxxx» MMC tərəfindən verilmiş İMEİ Kodu **********64954 Hoffmann markalı telefonun lazımi keyfiyyətdə olmamasına və telefonu şirkətə qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(012)- 1440/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1296/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1296/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver