Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-13/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Şəbiyeva Məhbubə Sərhəd qızına, X4, Cavabdeh2, X5, Cavabdeh4 və X11 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” Kommersiya Bankı ASC və cavabdehlər Cavabdeh1 ilə Şəbiyeva Məhbubə Sərhəd qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Abıyev) iddianın qismən təmin edilməsi, İddiaçı iləCavabdeh1 arasında bağlanmış 19.09.2014-cü il tarixi 48-1/14SU saylı və 20.11.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 17.09.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.09.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 36.334,49 ABŞ dolları, faiz borcu üzrə 11.363,49 ABŞ dolları, cərimə borcu üzrə 1.000 ABŞ dolları, cəmi 48.697 (qırx səkkiz min altı yüz doxsan yeddi) ABŞ dolları 98 (doxsan səkkiz) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 20.11.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.995,75 AZN, faiz borcu üzrə 403,50 AZN, cəmi 3.399 (üç min üç yüz doxsan doqquz) manat 25 (iyirmi beş) qəpik məbləğində borcun İddiaçı xeyrinə tutulması, tutmanın ünvan 1a yerləşən 40 saylı mənzilə yönəldilməsi, ünvan 1a yerləşən 40 saylı mənzilin ilkin satış qiymətinin 62.000 (altmış iki min) manat müəyyən edilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 48.697 (qırx səkkiz min altı yüz doxsan yeddi) ABŞ dolları 98 (doxsan səkkiz) sent və 3.399 (üç min üç yüz doxsan doqquz) manat 25 (iyirmi beş) qəpiyin İddiaçınə ödənilməsi, qalan vəsaitin isə X14 qaytarılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və məhkəmə xərcləri kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir İddiaçı “xxxx” Kommersiya Bankı ASC, cavabdehlər Cavabdeh1 və Məhbubə Şəbiyeva qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, X20, X6, Cavabdeh2, X2, Cavabdeh4, X9 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh1 arasında çağlanmış 19.09.2014-cü il tarixi 48- 1/14SU saylı və 20.11.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 17.09.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.09.2014-cü il tarixli 48- 1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 36.334,49 ABŞ dolları, faiz borcu üzrə 4.279,03 ABŞ dolları, cərimə borcu üzrə 3.255,04 ABŞ dolları, cəmi 43.868,56 ABŞ dolları, cəmi 43,868,56 ABŞ dolları; 20.11.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.995,75 AZN, faiz borcu üzrə 274,97 AZN, cəmi 3.270,72 AZN borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması; tələbin ipoteka predmeti olan X13 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 40 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 19.09.2014-cü il tarixli 48- 1/İ4SU saylı əlavə kredit müqaviləsi üzrə 43.868,56 ABŞ dolları, 20.11.2014-cü il tarixli 29mspSUM saylı əlavə kredit xətti müqaviləsi üzrə 3.20,72 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 AZN məbləğində pulun tutularaq iddiaçı ’xxxx” KB ASC-yə ödənilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 (altmış iki min) manat məbləğində müəyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 40 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X15 və onun ailə üzvləri Cavabdeh1, X3, Cavabdeh2, X1, Cavabdeh4, X7, Sadiq Cahangirlinin, Aysun Cahangirlinin, İlahə Cahangirlinin, Fidan Cahangirlinin, Məhəmməd Cahangirlinin və Nəzrin Cahangirlinin çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.09.2014-cü il tarixli 48- 1/14SU saylı və 20.11.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə vaxtından əvvəl xitam verilməsi; Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 17.09.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.09.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 36.334,49 ABŞ dolları, faiz borcu üzrə 11.363,49 ABŞ dolları, cərimə borcu üzrə 27.669,49 ABŞ dolları, cəmi 75.367,47 ABŞ dolları; 20.11.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.995,75 AZN, faiz borcu üzrə 403,50 AZN, cəmi 3.399,25 AZN borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması; tələbin ipoteka predmeti olan X15 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 40 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 19.09.2014-cü il tarixli 48- 1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 75.367,47 ABŞ dolları, 20.11.2014-cü il tarixli 29mspSUM saylı əlavə kredit xətti müqaviləsi üzrə 3.399,25 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 (altmış iki min) manat məbləğində müəyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 40 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X15 və onun ailə üzvləri Cavabdeh1, X3, Cavabdeh2, X1, Cavabdeh4, X7, Sadiq Cahangirlinin, Aysun Cahangirlinin, İlahə Cahangirlinin, Fidan Cahangirlinin, Məhəmməd Cahangirlinin və Nəzrin Cahangirlinin çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında 17.09.2014-cü il tarixli 48/14SU saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 19.09.2014-cü il tarixi 48-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, 19.09.2017-ci il tarixədək, illik 19 faiz ödəmək şərtilə 50.000 ABŞ dolları, 20.11.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, 20.11.2016-cı il tarixədək, illik 28 faiz ödəmək şərtilə 3.000 AZN məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “xxxx” KB ilə X22 arasında bağlanmış 17.09.2014-cü il tarixli 48İ/14SU saylı ipoteka müqaviləsinə əsasən X16 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 65 saylı evin 40 saylı mənzili “xxxx” КВ-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 18.09.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “xxxx” КВ-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” Kommersiya Bankı ASC Sumqayıt şəhər məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən iddianın olunmayan, cavabdehlərin yaşayış sahəsindən çıxarılmaları hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdehlər Cavabdeh1, Şəbiyeva Məhbubə Sərhəd qızı Sumqayıt şəhər məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ipotekaya yönəldilməsi, borcun tutulması hissəsində ləğv edilməsi, ipoteka predmetinə yönəldilməsi hissəsində iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faiz borcu bank tərəfindən düzgün hesablanmamış və məhkəmə bunu nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X21 apellyasiya şikayətini müdafiə edərək, cavabdehlərin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdehlərin apellyasiya şikayəti qismən edilməli, Sumqayıt şəhər məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi qismən, yaşayış sahəsindən çıxarılma, 20.11.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə borcun və 19.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış cərimə borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissələrdə üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qətnamənin ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində, yəni iddianın təmin edilməyən hissəsində, cavabdehlər isə ipoteka predmetinə tutmanın yönəldilməsi, qətnamənin faiz və cərimə məbləğinin tutulması hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə tərəflərin mübahisələndirdikləri hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq hesab edir ki, ilkin olaraq iddiaçının apellyasiya şikayətinə qiymət verilməlidir. İşdən görünür ki, cavabdehlərin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ipoteka predmetinin hesabına cavabdehlərin öhdəliyi icrasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması hissəsində mübahisələndirilmiş və iddianı həmin hissədə təmin edilməsini, cavabdehlər isə öz növbəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində rədd edilməsini, faiz və cərimə borcunun tutulması hissəsində azaldılmasını xahiş etmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli əmtəşünaslıq ekspertizası rəyi ilə X18 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin orta bazar dəyəri 55.000 manat, likvid dəyəri 50.000 manat məbləğində müəyyən edilmişdir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.4. maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X18 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin likvid dəyəri 50.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3. maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ipoteka qoyulduğundan, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Cavabdehlərin apellyasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, sonuncular apellyasiya icraatı zamanı kredit müqaviləsi üzrə yaranmış əsas və faiz məbləğini mübahisələndirmiş, məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin cavabdehlər tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 5491 saylı 27 sentyabr 2018-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, 19 sentyabr 2014-cü il tarixli 48-1/14SU saylı kredit müqaviləsi üzrə əsas borc məbləği 36334,49 ABŞ dolları, faiz borcu 11382,47 ABŞ dolları təşkil edir. 20 noyabr 2014-cü il tarixində 29 mspSUM/14 saylı əlavə kredit xətti və Bank hesabı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 21.11.2016-cı il tarixə banka borcu olmaması müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etmiş olduqları və iddiasının əsasını təşkil edən maliyyə arayışdan əsas borca hesablanmış faiz məbləği 11.363,49 ABŞ dolları təşkil etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kredit borcu üzrə hesablanmış faiz məbləği ekspertiza rəyində göstərilən məbləğdə deyil, iddia tələbində göstərilən məbləğdə nəzərə alınmalıdır. 20.11.2014-cü il tarixli 29 mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə isə borc müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icrasının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə kollegiyası götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcu və ona hesablanmış faizləri cavabdehlərin ödəyə bilmədiyi halda, cavabdehdən 19.09.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən 1.000 ABŞ dolları cərimənin tutulması kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətini ağırlaşdırmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdehlər barəsində hesablanan cərimə məbləği azaldılaraq 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi hissəsində iddianın rədd edilməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi cərimə və 20.11.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində çıxarılması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh1, Şəbiyeva Məhbubə Sərhəd qızından müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X17, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi qismən yaşayış sahəsindən çıxarılma, 20.11.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə borcun və 19.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış cərimə borcunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 40 saylı mənzilin likvid dəyəri 50.000 (əlli min) manat müəyyən edilsin. Cavabdehlər X24, Cavabdeh1, X12, Cavabdeh2, X8, Cavabdeh4, X19 ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 40 saylı mənzil boşaldaraq, həmin yaşayış sahəsindən çıxarılsın. Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Şəbiyeva Məhbubə Sərhəd qızından müştərək qaydada 500 (beş yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə borcu iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulsun. 20.11.2014-cü il tarixli 29 mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə isə borcun tutulması hissəsində iddia tələbi rədd edilsin. Cavabdehlər Cavabdeh1, Şəbiyeva Məhbubə Sərhəd qızından müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X17, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-13/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-13/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver