Məhkəmə qərarları › İş №2(105)-130/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-130/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-130/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin təsisçisi X5, Cavabdeh, onun vəkili Vəkil1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X5 Cavabdeh qarşı müqavilə öhdəlikləri üzrə tikilən binanın 1-ci və 2-ci mərtəbəsində 400 kv.m-lik qeyriyaşayış sahəsinin, 3-cü mərtəbəsində inşa edilən 2 otaqlı mənzilin və keçən müddət ərzində ödənilməyən 154.000 ABŞ dollarının alınıb iddiaçı “xxxx” MMC-nə verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-7960/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7960/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2004-cü il tarixli pay müqaviləsinə əsasən Sumqayıt şəhəri, köhnə avtovağzal ərazisində müqavilə öhdəlikləri üzrə tikiləcək binanın 1-ci və 2-ci mərtəbəsində 400 kv.metrlik qeyri-yaşayış sahəsinin, 3-cü mərtəbəsində inşa edilən 2 otaqlı mənzil və keçən müddət ərzində ödənilməyən 154.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla alınıb iddiaçı “xxxx” MMC-yə verilməsi, Cavabdeh iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı“xxxx” MMC-yə ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixli pay müqaviləsinə əsasən Sumqayıt şəhəri, köhnə avtovağzal ərazisində müqavilə öhdəlikləri üzrə tikiləcək binanın 1-ci və 2-ci mərtəbəsində 400 kv.metrlik qeyri-yaşayış sahəsinin, 3-cü mərtəbəsində inşa edilən 2 otaqlı mənzilin və keçən müddət ərzində ödənilməyən 154.000 ABŞ dollarının cavabdehdən alınıb iddiaçı “xxxx” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ Məhkəmə kollegiyasinın iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı ilə bağlanan müqavilədə tikilməsi planlaşdırılan kompleks tikilməmiş, tikilidə dəyişikliklər edilmişdir. Belə ki, nəzərdə tutulan layihəyə əsasən hər biri dörd blokdan ibarət iki hündürmərtəbəli yaşayış binası və bir binanın ilk iki mərtəbəsində qeyriyaşayış sahəsinin tikintisi nəzərdə tutulmuşdur. Lakin həmin kompleks kənar müdaxilə nəticəsində inşa edilməmişdir. Hal-hazırda Sülh küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində (əvvəlki Dostluq küçəsi) yalnız üç blokdan ibarət bir bina mövcuddur. Digər dörd bloklu binanın isə tikintisinə başlanılsa da, sonradan, yəni üç mərtəbə tikildikdən sonra dövlət və bələdiyyə orqanları tərəfindən sökülmüşdür. Həmin binanın üç mərtəbəsindən ikisi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş və razılaşdırılmışdır. Lakin xx.xx.2011-ci ildə iki mərtəbəsi ofis kimi nəzərdə tutulan tikili Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə sökülmüşdür. İddiaçının hal-hazırda təqdim etdiyi müqaviləyə əsasən tələb edilən qeyri-yaşayış sahəsinin yeri məlum deyil. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7960/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, ekspertizanın rəyi ilə razı deyil. Natiq Qubadovun iddia etdiyi qeyri-yaşayış sahələrinin hazırki hündürmərtəbəli binaya aid olmadığını dəqiqləşdirməyə çalışmışlar. Orada ərazi böyükdür, bir çox tikili var. Bir çox tikili sökülüb. Bununla bağlı şəkillər təqdim etmişdir. İki mərtəbədən ibarət qeyri-yaşayış sahəsi mövcud olan bina sökülüb. Bunu bildirmişlər. Bununla bağlı Ağır Cinayətlər Məhkəməsində proseslər olub, iddiaçı zərərçəkmiş qismində tanınıb. Orada ona dəymiş ziyan iki yüz min ABŞ dolları həcmində müəyyənləşdirilib. Vəfat etmiş şəxsin üzərinə tikilib təhvil verilmə öhdəliyi qoyulmuşdur. Deməli tikili mövcud deyil ki, onun üzərinə tikilib təhvil vermə öhdəliyi qoyulur. Ekspert qeyd edir ki, bu gün iddia olunan 400 kvadrat sahəni müəyyən etmək mümkün deyil. Natiq müəllim öz torpaq sahəsini istəmir. Ona məxsus olan qeyri-yaşayış sahələrini istəyir. Bu da həmin tikiliyə uyğun gəlmir. Ekspert lazım olan sualı cavablandırmadığı üçün rəyi natamam hesab edir. Digər tərəfdən rəy elə iddiaçının tələblərinə də uyğun deyil. Orada qeyri-yaşayış sahəsi yoxdur. Kiminsə evini alıb iddiaçıya vermək də mümkün deyil. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7960/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləöv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” MMC-nin təsisçisi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, xx xxxxxx 2004-cü il təsisçisi olduğu “xxxx” MMC-nin adından onunla sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs Şakir Hüseynov arasında bağlanan pay müqaviləsinin 1.1-ci bəndinə əsasən mülkiyyətində olan Sumqayıt şəhəri, köhnə avtovağzalın ərazisində yerləşən kafesi 500 kv. metr torpaq sahəsi ilə birlikdə çoxmərtəbəli yaşayış binası tikintisi məqsədilə sahibkar Ş.Hüseynovun sərəncamına vermişdir. Sahibkar isə müqavilə şərtlərinə uyğun olaraq onu həmin ərazidə tikiləcək binanın payçı etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən Ş.Hüseynov öz növbəsində ona verilmiş torpaq sahəsində tikiləcək yaşayış kompleksinin 1 -ci mərtəbəsində 200 kv.metr olmaqla, 2-ci mərtəbəsində 200 kv.metr olmaqla, ümumilikdə 400 kv.metrlik sahəsi, H.Əliyev prospekti istiqamətində ticarət və iaşə xidməti ilə məşğul olmaq üçün “xxxx” MMC-nin mülkiyyətinə verməyi öz üzərinə götürmüşdür. Bundan başqa sahibkar gələcəkdə tikiləcək yaşayış kompleksində verilmiş yaşayış sahəsinin üstündə, 3-cii mərtəbədə 2 otaqlı mənzili “xxxx” MMC-nin təsisçisi N.Q.Babayevin şəxsi mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa sahibkar gələcəkdə tikiləcək yaşayış kompleksində, 3-cü mərtəbədə 2 otaqlı mənzili də mülkiyyətinə verməyi, mülkiyyətinə veriləcək 400 kv.metr sahənin tam istifadəyə verilənə qədər ayda “xxxx” MMC-nin təsisçisi N.Q.Babayevə tikinti işlərinin aparıldığı dövrə itirilmiş qazanc həddində hər ay 1000 ABŞ dolları, ilkin olaraq 10 ayın ərzində əvvəlcədən birdəfəlik 10.000 ABŞ dolları məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür, müqavilə əsasında bu günədək ona 164000 ABŞ dolları ödənilməli olduğu halda cəmi 10000 ABŞ dolları ödənilmiş, 154000 ABŞ dolları borc yaranmışdır. Həmin müqaviləyə əsasən sahibkar, yəni fiziki şəxs Ş.Hüseynov cəmiyyətə məxsus yaşayış kompleksi tikiləcək torpaq sahəsini və onun üzərindəki tikiliyə bu və ya digər formada üçünçü şəxslərə özgəninkiləşdirərsə, tərəflər arasında bağlanmış müqavilə öz qüvvəsində qalır, sahibkarın öz üzərinə götürdüyü öhdəliklər həmin üçüncü şəxslər üçün də qüvvədə qalmış hesab olunur. Əgər sahənin tikintisi üçün Mənzil Tikinti Kooperativi və ya hər hansı başqa hüquqi şəxs yaradılarsa və cəlb edilərsə, sahibkarın həmin hüquqi şəxsin təsisçisi olubolmamasından asılı olmayaraq müqavilə şərtləri həmin hüquqi şəxs üçün də qüvvədə qalır. Bu halda cəmiyyətin təsisçisi ilə həmin hüquqi şəxsin arasında da bu müqavilədəki şərtlərə uyğun pay müqaviləsi bağlanılır. Əks halda sahibkarla həmin hüquqi şəxs arasındakı hər hansı razılaşma etibarsız hesab olunur. Sahibkar Ş.Hüseynov çoxsaylı yaşayış kompleksinin tikintisi zamanı yol verdiyi nöqsanlara, bir neçə şəxslə bağladığı müqavilə şərtlərinə əməl etmədiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə 9 il azadlıqdan məhrum edilmiş, sonradan həbsxanada dünyasını dəyişmişdir. Hazırda tikinti işlərini Ş.Hüseynovun hüquqi varisi və oğlu Cavabdeh aparır. Hazırda tikinti işləri başa çatdırılıb. Bina istismara tam hazırdır. Bir neçə dəfə yazılı və şifahi formada tikinti işlərini aparan Cavabdeh müraciət edərək tikinti işləri yekunlaşdığı üçün keçən müddət ərzində ona ödənilməyən 154000 ABŞ dollarının, 2 otaqlı mənzilin eləcə də 400 kv.metr qeyri-yaşayış sahəsi ilə təmin olunmağını, cavabdehə müqavilə öhdəliklərinə əməl etməsini xahiş etmişdir. Lakin müraciətlərinə cavab verilməmiş, məsələyə heç bir münasibət bildirilməmişdir. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən hesab edir ki, yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsi ilə həyata keçirilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İndiki halda cavabdeh ona yalan vədlər və məlumatlar vermiş, bununla da həqiqəti təhrif edərək, etibar və inamından istifadə edərək qarşındakı öhdəliyini yerinə yetirməmiş, əmlak və pulu mənimsəmişdir. Qeyd olunanlara əsasən apleyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən iddiaçı “xxxx” MMC-nin təsisçisi X5 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdeh və vəkilinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli pay müqavəslinin surətindən görünür ki, Nizamnamə əsasında fəaliyyət göstərən, xx.xx.2002-ci il tarixdə Ədliyyə Nazirliyi Hüquqi X3 üzrə Sumqayıt Bölgə şöbəsində qeydiyyatdan keçmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Natiq Babayev öz mülkiyyətində olan Sumqayıt şəhəri, Köhnə Avtovağzalın ərazisində yerləşən kafeni və Sumqayıt şəhər İcra Hakimiyyətinin həmin kafe üçün ayırdığı 500 kv.metr torpaq sahəsini yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən fiziki şəxs X6 öz növbəsində Cəmiyyətin sərəncamına verilmiş torpaq sahəsi və tikililərin müqabilində fiziki şəxs X1 verilmiş torpaq sahəsində tikiləcək yaşayış kompleksinin 1-ci mərtəbəsində 200 kv.m olmaqla, 2-ci mərtəbəsində 200 kv.m olmaqla, ümumilikdə 400 kv.metrlik sahəsi, H.Əliyev prospekti istiqamətində ticarət və iaşə xidməti ilə məşğul olmaq üçün “xxxx” MMC-nin mülkiyyətinə verməyi öz öhdəsinə götürür. Sahibkar gələcəkdə tikiləcək yaşayış kompleksində, verilmiş qeyri-yaşayış sahəsinin üstündə, yəni 3-cü mərtəbədə iki otaqlı mənzili “xxxx” MMC-nin təsisçisi N.Q.Babayevin şəxsi mülkiyyətinə verməyi öz öhdəsinə götürür. Sahibkar “xxxx” MMC-nin mülkiyyətinə veriləcək 400 kv.metr sahənin tam istifadəyə verilənə qədər ayda “xxxx” MMC-nin təsisçisi N.Q.Babayevə tikinti işlərinin aparılması ilə əlaqədar itirilmiş qazancın müqabilində hər ayın birinci 5 günlüyündə 1000 ABŞ dolları, ilkin olaraq 10 ayın müqabilində birdəfəlik 10000 ABŞ dolları məbləğində pulu N.Babayevin şəxsi hesabına köçürür. İş materiallarında olan fiziki şəxs X2 möhürü ilə təsdiq edilmiş xx.xx.2004-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, “xxxx” kəndli fermer MMC-yə məxsus sahənin əvəzinə ona veriləcək Sumqayıt şəhəri, Köhnə Avtovağzal ərazisində inşa etdikləri yüksək mərtəbəli yaşayış binasındakı 400 kv.m qeyri-yaşayış sahəsi və iki otaqlı mənzil üçün Cəmiyyətinin təsisçisi ilə fiziki şəxs Şakir Hüseynov arasında bağlanmış pay müqaviləsinə əsasən N.Q.Babayevin ona heç bir maliyyə borcu yoxdur. İş materiallarında olan Bakı şəhər 9 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, vərəsəlik işi ilə əlaqədar olaraq xx.xx.2016-cı ildə vəfat etmiş ünvan 1 ünvanda qeydiyyatda olan X2 vərəsəsinin dairəsi müəyyən edilmiş, vərəsəsi oğlu Cavabdehdur. İş üzrə keçirilmiş xx xxxxxx 2021-ci il tarixli, 10/2167 saylı ekspert rəyinə əsasən Sumqayıt şəhəri, köhnə avtovağzal ərazisində yerləşən «xxxx» kəndli fermer MMC-nin mülkiyyətinə verilməli olan və sahibkar fiziki şəxs Şakir Hüseynovun sərəncamına verilmiş torpaq sahəsində tikilməli olan 1-ci və 2-ci mərtəbəsində 200 kv.m olmaqla ümumilikdə iki mərtəbəli 400 kv.m-lik sahənin çox mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsinin hansı hissəsində ayrılmasına dair plan sxem mülki iş materillarında olmadığından həmin 400 kv.m sahənin üç blokdan ibarət mövcud yaşayış binasına uyğun gəlməsini müəyyən etmək mümkün olmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı və qərarı ilə və həmin sənədlərə əlavə olunmuş sxemə əsasən «xxxx» kəndli-fermer MMC-yə ayrılmış sahələr Dostluq (hazırkı H.Əliyev) küçəsi ilə 20 yanvar küçəsinin kəsişməsindlə yerləşdiyi müəyyən olundu. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən «xxxx kəndli-fermer» MMC-nin sahibkar fiziki şəxs Şakir Hüseynova təhvil verilənədək istifadəsində olmuş köhnə avtovağzal ərazisində yerləşən obyektin hal-hazırda mövcud olan hər biri dörd blokdan ibarət tikilmiş iki hündürmərtəbəli yaşayış binasının və qarşısında olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olunur. Lakin iş materiallarında olan «xxxx kəndlifermer» MMC-yə verilmiş şəhadətnamə üzrə yerləşdiyi torpaq sahəsinə dair sxem əlavə olunmadığı üçün həmin torpaq sahəsinin harada yerləşməsini və həmin obyektin halhazırda mövcud olan hər biri dörd blookdan ibarət tikilmiş iki hündürmərtəbəli yaşayış binası ilə üst-üstə düşdüyünü müəyyən etmək mümkün olmadı. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qanunvericiliyin tələblərinə görə borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır. Birincisi qanunsuz saxlama, ikincisi qaytarmaqdan boyun qaçırma, üçüncüsü ödənilməsini digər şəkildə gecikdirmə, dördüncüsü başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplamaqla. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə Şakir Hüseynov könüllü olaraq pay müqaviləsi bağlamış, özünə məxsus olan yeri tikinti məqsədləri üçün sonuncuya verərək bunun müqabilində tikiləcək binadan qeyri-yaşayış və yaşayış sahələri verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, iddiaçının, yəni təsisçi N.Q.Babayevin heç bir maliyyə borcu yoxdur. Eyni zamanda məhkəmə iclasında iddiaçı Natiq Babayev pay müqaviləsinin 5.2-ci bəndində göstərilən müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğin, yəni 10.000 (on min) ABŞ dollarının sahibkar Ş.Hüseynov tərəfindən ona verilməsini etiraf etmişdir. Bundan başqa Ş.Hüseynovun vəfat etməsindən sonra onun vərəsəsi oğlu Cavabdeh müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı tələbi əsaslıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinin özü dolayısı ilə onun tərəfindən tələb edilən məbləğin etirafı kmi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-c il tarixli qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2004-cü il tarixli pay müqaviləsinə əsasən Sumqayıt şəhəri, köhnə avtovağzal ərazisində müqavilə öhdəlikləri üzrə tikiləcək binanın 1-ci və 2-ci mərtəbəsində 400 kv.metrlik qeyri-yaşayış sahəsinin, 3-cü mərtəbəsində inşa edilən 2 otaqlı mənzilin və keçən müddət ərzində ödənilməyən 154.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla alınıb iddiaçı “xxxx” MMC-yə verilməli və Cavabdeh iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı “xxxx” MMCyə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiaysı hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı öz iddiasını müqavilə ilə əsaslandırır. Həmin müqavilə də hazırda qüvvədədir və mübahisələndirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7960/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri olaraq 100 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar