Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1301/2022 13.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin tutulması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(026)-26/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakim Qalib Hacıyev) iddianın təmin edilməsi, Cavabdeh ******* (bir milyon dörd yüz doxsan min) manat əsas borc, 947353,28 (doqquz yüz qırx yeddi min üç yüz əlli üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu, cəmi 2437352,28 (iki milyon dörd yüz otuz yeddi min üç yüz əlli iki manat iyirmi səkkiz qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-yə verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Qobustan Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Vəkil Qobustan rayon məhkəməsinin 06 fevral 2017-ci il tarixli 2(026)-26/2017 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzrlü hesab edilməsi və prosessual müddətin bərpa olunması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərardadı ilə Qobustan rayon məhkəməsinin 06 fevral 2017-ci il tarixli 2(026)-26/2017 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Qobustan Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Vəkil Qobustan rayon məhkəməsinin 06 fevral 2017-ci il tarixli 2(026)-26/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilmədiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdeh yenidən qətnamədən apellyasiya şikayəti vermişdir. Qobustan Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Vəkil Qobustan rayon məhkəməsinin 06 fevral 2017-ci il tarixli 2(026)-26/2017 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzrlü hesab edilməsi və prosessual müddətin bərpa olunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İşdən göründüyü kimi Qobustan Rayon Məhkəməsinin 06.02.2017-ci il tarixli qətnaməsinin verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi şikayətin verilməsi üçün ötürülmüş müddəti bərpa etmişdir. Halbuki cavabdeh tərəfindən belə bir ərizənin verilməsi görünmür. Nəzərə almaq lazımdır ki, müddətin bərpası məsələsinə o halda baxılır ki, şikayət verən şəxs prosessual müddəti ötürmüş olur və müddətin bərpası barədə ərizə verir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı işdə mübahisələndirilən məhkəmə aktının tərəfə verilməsi (rəsmi qaydada təqdim edilməsi) və müddəti ötürməsini müəyyən etmək mümkün olmur. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Qobustan Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh tərəfindən Qobustan Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1301/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1301/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver