Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1306/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-1768/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-1768/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin giriş-çıxışına dair yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək tikilmiş qanunsuz eyvan və bağçanın cavabdehin hesabına sökülməsi, həmin ərazinin tam şəkildə boşaldılması, piyadaların gedişi üçün nəzərdə tutulmuş yolun qanunsuz təsirlərdən, maneələrdən azad edilməsi, hüquqi yardıma görə ödənilmiş 230 manat vəsaitin, 10,40 manat dövlət rüsumunun, 12 manat notariat xərcinin və 5000 manat mənəvi zərərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məhəmmədli yaşayiş massivi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı binanın qeyri-yaşayış sahəsi "xxxx" MTK ilə bağlanmış 03 oktyabr 2014-cü il tarixli, 01924 saylı müqaviləyə əsasən mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin binanın 55 saylı mənzili də onun mülkiyyətindədir. Abşeron rayonu, Məhəmmədli yaşayış massivi, Əziz Əliyev küçəsi, 33 saylı binanın 43 saylı mənzilində yaşayan Cavabdeh qanunsuz olaraq yaşadığı mənzildən həyətə balkon çıxarmış və binanın sol və sağ tərəfində yerləşən piyada keçidini dəmir və taxta alətlərlə hörərək özünə bağça düzəltmişdir. Nəticədə qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun bağlanması, günəş işığının düşməməsi və havasızlıq kimi maneələr əmələ gəlmişdir. Eyni zamanda cavabdeh binanın sağ tərəfinin sakinlərinin, uşaqların istifadəsində olan piyada keçidini də zəbt edərək oranı hasarlayıb bağça kimi istifadə edir, halbuki, həmin ərazi hamının istifadəsində olan ümumi piyada yoludur, həmin yol bağlandığından sakinlər evlərinə, həyətlərinə girən zaman məcburiyyət qarşısında qalıb maşınların hərəkət etdiyi yolla gedirlər, bu da insan həyatı üçün hər an təhlükə törədir. Nəticədə binanın giriş-çıxış yolunun bağlanması onun mülkiyyət hüquqlarını həyata keçirməyinə maneə yaradır. Həmin qeyri-yaşayış sahəsi bu günə kimi onun qanuni mülkiyyətindədir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz olaraq eyvanın tikilməsi və binanın girişində piyada keçidinin zəbt olunaraq orada bağçanın salınması tamamilə qanunsuzdur. Bütün bu hallar cavabdeh tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddia tələbini əsaslandıran xeyli sayda sübutlar təqdim etsə də, məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş və iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin gəldiyi nəticə iddianın təmin edilməsinə yönəldiyi halda, qətnamənin nəticə hissəsi iddianın rədd olunması ilə yekunlaşmışdır. Məhkəmə iddia tələbinə düzgün hüquqi qiymət verməmiş və iş üçün əhəmiyyət kəsb edən halları tam araşdırmadan iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul etmişdir. Məhkəmə prosesində vəsatət təqdim edilərək Abşeron rayon İcra hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin, Abşeron rayonu Məmmədli bələdiyyəsinin və Abşeron rayon MKTB-nin Mənzil-Kommunal İstismar Sahəsinin (Məmmədli kəndi üzrə) məhkəmə prosesində üçüncü şəxslər qismində iştirak etməsinin zəruriliyi bildirilsə də, vəsatətə hüquqi qiymət verilmədən qətnamə qəbul edilmişdir. Həmçinin məhkəmə prosesində qanunsuz tikililərin şəkilləri təqdim edilərək yerli baxış keçirilməsi şifahi vəsatətlə bildirilsə də, buna da hüquqi qiymət verilməmişdir. Abşeron rayonu, Məhəmmədli yaşayış massivi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı binanın qeyri yaşayış sahəsi "xxxx" MTK ilə bağlanmış 03 oktyabr 2014-cü il tarixli, 01924 saylı müqaviləyə əsasən mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin binanın 55 saylı mənzili də onun mülkiyyətindədir. Abşeron rayonu, Məhəmmədli yaşayiş massivi, Əziz Əliyev küçəsi, 33 saylı binanın 43 saylı mənzilində yaşayan Cavabdeh qanunsuz olaraq yaşadığı mənzildən həyətə balkon çıxarmış və binanın sağ tərəfində yerləşən piyada keçidini dəmir və taxta alətlərlə hörərək özünə bağça düzəltmişdir. Nəticədə qeyri yaşayış sahəsinə giriş-çıxış yolu bağlanmış, günəş işığının düşməməsi və havasızlıq kimi maneələr əmələ gəlmişdir. Eyni zaman binanın sağ tərəfinin sakinlərinin, uşaqların istifadəsində olan piyada keçidini də zəbt edərək oranı hasarlayıb bağça kimi istifadə edir, halbuki həmin ərazi hamının istifadəsində olan ümumi piyada yoludur. Həmin yol bağlandığından sakinlər evlərinə, həyətlərinə girən zaman məcburiyyət qarşısında qalıb maşınların hərəkət etdiyi yolla gedirlər və bu da insan həyatı üçün hər an təhlükə törədir. Binanın giriş-çıxış yolunun bağlanması onun mülkiyyət hüquqlarını həyata keçirməyinə maneə yaradır. Qeyd olunan qeyri-yaşayış sahəsi bu günə kimi onun qanuni mülkiyyətindədir. Onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz olaraq eyvanın tikilməsi və binanın girişində piyada keçidinin zəbt olunaraq orada bağçanın salınması tamamilə qanunsuzdur. Göstərilən hallar cavabdeh tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasıdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MTK və Abşeron rayon Məmmədli bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 03.10.2014-cü il tarixli, 01924 saylı müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən 33 saylı binanın ümumi sahəsi 40 kv.m olan 01 saylı qeyri-yaşayış sahəsi MTK tərəfindən qaraj kimi İddiaçı satılmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 27 yanvar 2020-ci il tarixli 6/248 nömrəli məktubdan görünür ki, müraciətində qeyd etdiyi metal tordan quraşdırılmış çəpər həmin ərazidə əkilmiş ağacların mühafizəsi üçün nəzərdə tutulmuşdur. Tikinti işlərinin dayandırılması və ya söküntüsü Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir, İcra Hakimiyyətinin söküntü üçün maddi texniki bazası yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 21 may 2020-ci il tarixli, 17/99-165 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”nin təsdiq edilməsi haqqında 23 yanvar 2018-ci il tarixli 21 nömrəli qərarına əsasən ağacla bina arasında məsafə 5 m olmalıdır. İş materiallarına əlavə edilmiş 2563 saylı, 19 mart 2013-cü il tarixli orderin surətindən görünür ki, Abşeron rayonu, Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin ümumi sahəsi 39,14 kv.metr, yaşayış sahəsi 20,91 kv.metr olan bir otaqlı 43 saylı mənzil Cavabdeh verilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 10/2609 saylı, 23 avqust 2021-ci il tarixli rəyindən görünür ki, Abşeron rayonu, Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin sağ tərəfində Cavabdeh tərəfindən yaradılmış bağça piyadaların sərbəst hərəkətinə və həmin binada yerləşən 33 saylı evin ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsinə (qaraja) giriş-çıxışa maneçilik törətmir. Cavabdeh tərəfindən Abşeron rayonu, Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin 43 saylı mənzilindən həyətə çıxarılmış balkon "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 03.10.2014-cü il tarixli, 01924 nömrəli müqaviləyə əsasən İddiaçı satılmış Abşeron rayonu, Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsindən (qarajdan) istifadəyə hər hansı formada maneçilik etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın 10/2609 saylı, 23.08.2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Abşeron rayonu, Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin sağ tərəfində Cavabdeh tərəfindən yaradılmış bağça piyadaların sərbəst hərəkətinə və həmin binada yerləşən 33 saylı evin ümumi sahəsi 40 kv.m olan qeyriyaşayış sahəsinə (qaraja) giriş-çıxışa maneçilik törətmir. Cavabdeh tərəfindən Abşeron rayonu, Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin 43 saylı mənzilindən həyətə çıxarılmış balkon "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 03.10.2014-cü il tarixli, 01924 nömrəli müqaviləyə əsasən İddiaçı satılmış Abşeron rayonu, Məhəmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı evin ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsindən (qarajdan) istifadəyə hər hansı formada maneçilik etmir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təkzib edilir. İddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(012)-1768/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1306/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1306/2021
18.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver