Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-131/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı1 Yazəf qızının Cavabdeh MMC-yə qarşı əvəzetmə və məcburi işburaxma ilə bağlı ödənilməyən əmək haqqının, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsindən İddiaçı2 və Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilib, Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi 08 dekabr 2016-cı il tarixdən 14 fevral 2018-ci ilin fevral ayına qədər olan müddət üçün şirkət üzrə baş direktorun 2016- 2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməsi, Cavabdeh MMC-dən 03 dekabr 2018-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək olan məcburi işburaxma müdəti üçün ödənilməyən əmək haqqı İddiaçı1 Yazəf qızının xeyrinə tutulması və Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması və qalan hissədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. (hakim S.M.Quliyeva) İddiaçı1 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2019cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(012)- 982/2019 saylı qətnaməsinin qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(105)- 131/2022 saylı qətnaməsilə İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə 03 dekabr 2018-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək olan dövr üçün 1331,43 manat əmək haqqı və 2017-ci ilin dekabr ayından 2018-ci ilin dekabr ayınadək Baş direktoru əvəz etdiyinə görə ona ödənilməli olan əmək haqqına əlavələr üzrə 444,32 manat tutulması, qətnamənin “iddia qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-458/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 30.03.2021-ci il tarixli, 2(102)-2094/21 qərarı ilə İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-458/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi iddianın qərarın əsaslandırıcı hissəsində qeyd edilmiş apellyasiya kollegiyası tərəfindən təmin olunmayan hissələrində ləğv edilərək mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, 05.01.2015-ci il tarixdən etibarən Cavabdeh MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsində işləmişdir. İşlədiyi zaman ərzində vəzifə səlahiyyətlərini yüksək səviyyədə yerinə yetirmiş və heç vaxt nöqsan və pozuntulara yol verməmişdir. Dörd il ərzində tutduğu vəzifənin icrası ərzində Cəmiyyətin hüquq sistemində bir çox islahatlar etmiş və üzərinə qoyulan bütün öhdəlikləri yerinə yetirərək Cəmiyyəti böyük məbləğlərdə cərimələrdən, reputasiya risklərindən, qanun pozuntularından qorunmasını təmin etmişdir. İddia ərizəsində göstərəcəyi qanun və hüquq pozuntuları haqqında dəfələrlə "xxxx" MMC-nin və onun Baş ofisi olan “Carlsberg Breweries” A/S-nin rəhbərliyinə xəbərdarlıq etmiş, lakin heç bir nəticəsi olmamışdr. İş o yerə gəlib çatmışdır ki, cəmiyyət tərəfindən qanunsuz üsullarla ona aid xüsusi kateqoriyalı fərdi məlumatlar (məhkəmə qərarı) araşdırılıb toplanmış və həmin məlumatın yayılması ilə onu nüfuzdan salınması ilə hədələnməklə onunla olan əmək müqaviləsinin ləğv olunması ona təklif edilmişdir. Baxmayaraq ki, qanunsuz yollarla əldə edilən məhkəmə qərarı Cavabdeh MMC-yə işə düzəldiyindən 3 il əvvəl verilmişdir və Cəmiyyətə məhkumluğun olmadığına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən arayış təqdim edilmişdir. Cəmiyyət məsələ ilə bağlı artıq qərarını vermişdir və hal hazırda Hüquq Şöbəsinin rəhbəri olaraq onun bütün səlahiyyətləri qanunsuz olaraq alınaraq, Rusiyanın Saratov şəhərindən gələn Çiçeva Mariyaya verilmişdir. Şirkət rəhbərliyinə onların bu hərəkətlərinin Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduğuna dair məlumat verdiyinə baxmayaraq, onlar qanunazidd hərəkətlərini davam etməkdə israr edirlər. Onun ərizə və məktubları cavablandırılmır, hətta, Cəmiyyətin İnsan Resursları Departamentinin rəhbəri Nərgiz Muradova ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müsabiqədə iştirak etmək üçün tələb olunan və Kollegiyanın rəsmi internet səhifəsində təqdim olunan sənədlərin siyahısında yer alan “X8 Vərəqəsini” təqdim etməkdən imtina etmişdir və bununla da onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsində yer alan sənədlərin surətlərini və arayışların alınması hüququnu pozmuşdur. Cəmiyyət onu ruhdan salmaq üçün, kollektiv qarşısında alçaltmaq, illərlə zəhməti ilə qazandığı təmiz ad və yüksək kvalifikasiyalı hüquqşünas olmasını sual altına qoymaq məqsədi ilə “şirkətin etimadını itirməsi” səbəbini göstərərək onu vəzifəsiylə bağlı yerinə yetirdiyi işlərdən uzaqlaşdırmışdır. Təcili olaraq Rusiyanın Saratov şəhərindən hüquqşünas Çiçeva Mariya Bakıya ezam olunaraq onun bütün səlahiyyətləri ona həvalə olunmuşdur, işçilərdə tələb edilmişdir ki, hüquq məsələləri bağlı yalnız ona müraciət etsinlər. Təbii ki, bu hal onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi deməkdir. Bu hal artıq bir aya yaxındır ki, baş verir. Ona görə də məhkəmədən onun şərəf və ləyaqətini alçaldan məhkumluğu barədə yəqin olmayan məlumatları şirkətin daxili informasiya vasitəsi ilə, kvartal iclas zamanı və ExCo (icraçı komitə) iclaslarında elan edilməklə təkzib etmək üçün cavabdehin üzərinə vəzifə olaraq qoyulması, cavabdehdən onun xeyrinə 300.000 (üç yüz min) manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulması, vakant hüquqşünas vəzifəsini 3 ay müddətində icrasına görə qanunvericiliyə uyğun olaraq əlavə ödənişin məbləğinin hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması, 132 saylı, 08 dekabr 2016-ci il tarixli və 02/a saylı, 14 fevral 2017-ci il tarixli etibarnamələr əsasında Cavabdeh MMC-nin Baş direkror vəzifəsinin 2016-2017–ci il ərzində icra etdiyi üçün əlavə ödənişin məbləğinin məhkəmə tərəfindən hesablanması və hesablanan məbləğin Cavabdeh MMC tərəfindən ödənilməsinin təmin olunmasını xahiş edir. Ona görə də, onun şərəf və ləyaqətini alçaldan məhkumluğu barədə yəqin olmayan məlumatları şirkətin daxili informasiya vasitəsi ilə, kvartal iclas zamanı və Exco (icraçı komitə) iclaslarında elan edilməklə təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən onun xeyrinə 300.000 manat miqdarında mənəvi zərərin tutulması, cavabdehin ona vurduğu maddi ziyanın məbləğininmüəyyən olunması və ona ödənilməsinin təmin olunması, cavabdehin hüquq departamentində işçilərin sayı və ştatların ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18.12.2018-ci il tarixli qanunsuz əmrinin ləğv edilməsi, onun bütün vəzifə səlahiyyətlərinin qaytarılması, elektron ünvanının bərpa edilməsi, cəmiyyətin Lotus, Monolit, Carlsberg Sharepoint, My Carlsberg informasiya sistemlərinə giriş və istifadə hüququnun bərpa edilməsi, qanunsuz olaraq əldə edilən ona aid məhkəmə qərarının ona qaytarılması, cavabdehdə və onun tərəfindən verilən üçüncü şəxslərdə həmin qərarın elektron və kağız üzərində olan bütün surətlərinin məhv edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-də 07.12.2016-ci ildən 07.12.2018-ci ilə qədər müddətdə cavabdehin Baş direktoru vəzifə tarif maaşının 12688 (on iki min altı yüz səksən səkkiz min) manat olaraq müəyyən olunması və ona həmin müddət üçün hüquq departamentinin rəhbərinin əmək haqqı məbləği və baş direktorun əmək haqqı arasında olan fərqin və ödənişin hər gecikdirildiyi günə görə 1% cərimənin məhkəmə tərəfindən hesablanması və ona Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, 03.12.2018-dən 07.12.2018-ci il tarixədək iddiaçının iş yerinə buraxılmaması və həmin müddət üçün ona ödənilməyən əmək haqqı məbləğindən və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimə məbləğində 2422.5 manat maddi ziyanın ona Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, onun iş günü olmayan bayram və istirahət günlərində işlədiyi günlərə görə ödənilməyən əlavə əməkhaqqının və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin hesablanmasının vəzifə olaraq Cavabdeh MMC-nin üzərinə qoyulması və ödənilməsi, onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə təmin edilməsi, iddiaçıya iş vaxtından artıq işlədiyi saatlara görə əmək haqqına əlavənin məbləği və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin hesablanmasının vəzifə olaraq Cavabdeh MMC-nin üzərinə vəzifə olaraq qoyulması və ödənilməsi, onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə təmin edilməsi, 01.08.2017-ci ildə vəzifə dəyişiklikliyi nəticəsində Hüquq İşlər üzrə Departament Rəhbəri vəzifəsinə təyin olunmasından sonra rəhbər vəzifəsi və menecer vəzifəsi arasındakı ödənilməyən 133 626.5 (yüz otuz üç min altıyüz iyirmi altı manat əlli qəpik) məbləğində əməkhaqqı və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin Cavabdeh MMC tərəfindən onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin təmin olunması, qanun pozuntusu nəticəsində ona Cavabdeh MMC-dən 10000 (on min) manat məbləğində mənəvi ziyanın ödənilməsinin, onun "xxxx" KB ASC-də olan AZ14UBAZ**********1010AZN001 əməkhaqqı hesabına təmin edilməsi, cavabdehin qanunazidd hərəkətləri nəticəsində 01 aprel 2019-ci il tarixdə Cavabdeh MMC-nin işçilərinə bonus siyasətinə əsasən ödənilməsi nəzərdə tutulan, lakin ona naməlum və qərəzli şəkildə ödənilməyən 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin və ödənilməyən hər gün üçün 1% cərimə məbləğinin hesablanması və onun Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 09 sentyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin172-ci maddəsini tətbiq etməmiş və hesab etmişdir ki. əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa. hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda isə həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə görə işçinin əmək və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam məsuliyyət daşıyır. Cavabdeh MMC-nin hərəkətlərinə görə 9 aydan artıq müddətdə əmək haqqından məhrum olmuş, qanunsuz olaraq iş yerinə buraxılmamış və ona 2018-ci il üçün qanunsuz olaraq mükafat verilməmişdir. O, vəzifə səlahiyyətlərinin icrasından qanunsuz olaraq kənarlaşdırılmış və 2 il ərzində icra etdiyi Baş direktor vəzifəsinə görə əmək haqqı verilməmişdir. Məhkəmə hansı səbəbdən AR Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinin tətbiq edilməməsi səbəbi kimi tərəflər arasındakı mübahisənin fərdi əmək mübahisəsinə çevrilməsi ilə əsaslandırmasını absurd hesab etmişdir. Belə ki, nəyə görə fərdi əmək mübahisəsi olmadıqda əmək haqqı ödənişinin işəgötürənin günahı üzündən gecikdirilməsində hər gecikdirilən gün üçün 1% cərimə ödəməli olduğu halda, fərdi əmək mübahisəsi yarandıqda və cavabdehin təqsiri məhkəmə araşdırması nəticəsində tam sübuta yetirildikdə ödəməməsini düzgün hesab etməmişdir. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində Cavabdeh MMC-nin Baş direktoru və Hüquq Departamentinin rəhbərinin tarif (vəzifə) maaşları arasındakı fərq 08 dekabr 2016-ci il tarixdən 01 oktyabr 2019-cu il tarixinədək ödənilməmişdir və belə olduqda ona ödənilməli olan məbləğ 967 gün gecikdirilmişdir. Bu pozuntu nəticəsində ona külli miqdarda maddi ziyan vurulmuşdur. Cavabdeh tərəfindən ona ödənilməli olan maddi ziyanın məbləği aşağıdakı qaydada hesablanmalıdır. (967 gecikdirilmiş gün) x ( Baş direktorun orta aylıq əmək haqqı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar və Hüquq Departamentinin Rəhbərinin tarif (vəzifə) maaşı arasındakı fərqin məbləği= məbləğ x 1% = ödəniləcək məbləğ (manatla) . Məhkəmə tərəfindən eyni qaydada əsassız olaraq 03.12.2018-ci ildən 07.12.2018-ci il tarixədək onun cavabdeh tərəfindən işə buraxılmamasına görə məcburi işburaxma müddəti üçün ödənilməyən əmək haqqının hesablanması və ödilməsi qət edilməsinə baxmayaraq, yenə də həmin qaydada əsassız olaraq əmək haqqının vaxtında ödənilməyən hissəsinin 1% məbləğinin ödənilməsi aşağıdakı qaydada hesablanmalıdır: (331 gecikdirilmiş gün) x (ödənilməyən əmək haqqı məbləği 1275 manat)= 4220,25x1%= 4220,25 manat. Məhkəmə tərəfindən eyni qaydada cavabdehin ona 2018-ci il üçün müəyyən olunmuş 25% mükafatın ödənilməsi qət edilmiş, lakin yenə də vaxtında ödənilməyən əmək haqqının 1% məbləğində ödəncin ona ödənilməsi və cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin ( 183 gecikdirilmiş gün x ödənilməyən mükafatın məbləği= məbləğ x 1%=ödənilən yekun məbləğ) tam şəkildə ödənilməsi təmin edilməmişdir.Cavabdehin hərəkətlərinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və nəticədə mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Qeyd olunan halları nəzərə alaraq hesab edir ki, onun mənəvi zərərin əvəzi kimi 10.000 manat tələbi ağlabatan tələbdir və cavabdehdən onun xeyrinə tutulmalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 09 sentyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə cavabdehin iddiaçıya pul vermək öhdəliyi müəyyən edilsə də, həmin pulun məbləğləri qeyd olunmamışdır. Bu hal prosessual qanunvericiliyin normasının pozulmasına gətirib çıxarır və ümumilikdə qətnamənin qeyri-müəyyənliyinə səbəb olur. Qətnamədə istifadə olunan “illik mükafat” ifadəsinin anlayışı, məbləği heç bir normativ aktda qeyd olunmamışdır. Bu səbəbdən 25% (iyirmi beş faizin) hansı məbləğdən hesablanmalı olduğu qeyrimüəyyəndir. Ümumiyyətlə 25% rəqəmini məhkəmənin hansı qaydada hesabladığı, necə müəyyən etdiyi də məlum deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.2-ci (Əlavə qətnamə) maddəsinə əsasən, hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin miqdarını göstərməmişsə iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər.Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh əlavə qətnamənin çıxarılması üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etməsinə baxmayaraq məhkəmə əsassız olaraq həmin ərizəni təmin etməmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində Azərbaycan Resbublikası Əmək Məcəlləsinin 162-ci (Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) maddəsinin 1-ci hissəsinə istinad edilsə də, qətnamənin nəticə hissəsində hazırki münasibətlərə heç bir aidiyyəti olmayan Əmək Məcəlləsinin 163-cü maddəsinin 2-ci hissəsinin mətni yazılmışdır. Məhkəmə düzgün normanın nömrəsinə istinad etsə də səhvən başqa (yanlış) normanın mətnini qətnamədə əks etdirmişdir. Belə ki, iddiaçı ilə cavabdehin arasındakı əmək münasibətlərinə Əmək Məcəlləsinin 162-ci (Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) maddəsi tətbiq edilməlidir. Əmək Məcəlləsini 163-cü maddəsinin bu münasibətlərə heç bir aidiyyəti yoxdur. 162-ci maddə müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsini nəzərdə tutur, 163-cü maddə isə əvəzçilik üzrə əmək haqqının ödənilməsini nəzərdə tutur. Əmək Məcəlləsinin 58-ci (Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi) maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Beləliklə əvəzçilik işçinin iş vaxtından sonra başqa iş yerində işləməsinə deyilir. Əmək Məcəlləsinin 163-cü maddəsi də bu hallarda işçiyə verilən ödənişləri sadalayır. İddiaçı2 Baş direktoru əsas iş yeri üzrə iş vaxtından sonra əvəz etməyib, o müəyyən tarixlərdə hər iki vəzifəni eyni iş vaxtında icra etmişdir. Bu fakt işin mübahisəsiz halıdır. Bu səbəbdən məhkəmə Əmək Məcəlləsinin 162ci maddəsinin 1-ci hissəsinə istinad etdikdən sonra məhz həmin maddənin mətnini qətnamədə yaza bilərdi. Həmin maddədə isə qeyd edilib ki, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Beləliklə, iddiaçı yalnız müvəqqəti işə çıxmayan Baş direktoru əvəz etdiyi günlər üçün tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərqin ödənilməsini tələb edə bilər. Qətnamənin əsaslandırıcı hissəsində də məhkəmə məhz Əmək Məcəlləsinin 162-ci maddəsinə istinad etmişdir. Həmin hissədə məhkəmə ümumiyyətlə Əmək Məcəlləsinin 163-cü maddəsinə istinad etməmişdir. Bu fakt da sübut edir ki, qətnamənin nəticə hissəsinə Əmək Məcəlləsinin 163-cü maddəsinin mətninin yazılması yanlış olmuşdur, qətnamənin əsaslandırıcı hissəsinə uyğun deyil. Məhkəmənin yol verdiyi digər yanlışlıq ondan ibarətdir ki, hakim qətnamədə 08.12.2016-cı il tarixdən 14.02.2018-ci il tarixə kimi olan dövr üçün Baş direktorun vəzifəsini müvəqqəti icra etdiyinə görə iddiaçıya əmək haqqının ödənilməsini müəyyən etmişdir. Halbuki, 03.08.2017-ci il tarixli, 107 nömrəli əmrə əsasən iddiaçı 08.12.2016-cı il tarixdən 14.02.2018-ci il tarixədək cavabdehin Baş Direktoru işdə olmadığı halda onu əvəz etməli idi. 08.12.2016-cı il tarixdən 14.02.2018-ci il tarixə kimi dövrdə cavabdehin Baş direktoru müəyyən günlərdə müvəqqəti işdə olmamışdır və məhz həmin günlərdə iddiaçı onu müvəqqəti əvəz etmişdir. Hakim bu məsələyə də diqqət yetirməmiş və əlavə haqqın məhz Baş direktorun işdə olmadığı günlər üçün hesablanmasını qeyd etməmişdir. Əlavə haqqın 08.12.2016-cı il tarixdən 14.02.2018-ci il tarixə kimi hesablanması işin hallarına uyğun deyil. Həmin dövrdə cavabdehin Baş direktoru əksər vaxtlarda özü öz vəzifə funksiyalarını icra etmişdir. Bununla yanaşı iddiaçı Əmək Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsinə əsasən ödənişini almışdır. Bu barədə əmək müqavilələrini, rəsmi arayışları, hesablamaları cavabdeh məhkəməyə təqdim etmişdir. Həmin hesablamalrda hər ay ərzində Baş direktorun işdə olmadığı günlərin sayı və onu əvəz etdiyinə görə iddiaçıya ödənilmiş əlavə haqqlar əks olunmuşdur. Lakin, məhkəmə qətnaməsində bu faktları təhrif edərək qeyd etmişdir ki, cavabdeh həmin məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qətnaməsində Baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla iddiaçıya kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsini cavabdehin üzərində qoymuşdur. Məhkəmə özü qətnaməsində təsdiq edir ki, iddiaçı yuxarıda qeyd edilən əmrə əsasən 14.02.2018-ci il tarixə qədər Baş direktor işdə olmadıqda onu əvəz etmişdir. Belə olan halda 2019-cu ilin əmək haqqısının 14.02.2018-ci il tarixə qədər davam edən münasibətlərə tətbiq edilməsi tamamilə əsassızdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl iki il ərzində həmin ödənişi alırdı və bununla bağlı heç bir şikayət, iddia verməmişdir. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçının əmək haqqısı onun müəyyən tarixlərdə əvəz etdiyi Baş direktorun əmək haqqısından az olmuşdur. Bu səbəbdən Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsinə əsasən, əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. İddiaçıya verilən əlavə haqq yuxarıda qeyd edilən cavabdehin əmri ilə müəyyən olunmuşdur. İddiaçı bu əmrlə razı deyildisə o Baş direktorun vəzifəsini müəyyən tarixlərdə icra etməkdən imtina edə bilərdi. Lakin, iddiaçı bu tapşırığı icra etməyə öz hərəkəti ilə razılıq vermişdir. Cavabdeh tərəfindən iddiaçıya Baş direktorun müvəqqəti işdə olmadığı tarixlərdə onun funksiyalarını icra etmək tapşırığını əmrlə vermişdir və bu tapşırığın icrasına görə iddiaçıya aylıq 100 manat hesabı ilə muzd təyin etmişdir. İddiaçı bu təklifi qəbul etmişdir və iki il ərzində vaxtaşırı həmin qaydada tapşırığı icra etmişdir. Buradan görünür ki, hər iki tərəf tapşırıq müqaviləsinin şərtlərini qəbul etmişlər. Belə olan halda məhkəmənin müəyyən edilmiş muzdun məbləği ilə razılaşmaması tamamilə əsassızdır və qanunsuzdur. Birinci instansiya məhkəməsi tərəfindən növbəti sübut təhrif edilmişdir. Cavabdehin V.V.Semak ilə bağladığı və məhkəməyə sübut kimi təqdim etdiyi 06.06.2016cı il tarixli 312A saylı əmək müqaviləsində V.V.Semakın əsas iş yerinin Karlsberg Qazaxıstan olması haqqında heç bir müddəa yoxdur. Məhkəmə özündən dəlil uydurmuşdur və həmin uydurulmuş dəlillərə əsaslanaraq yanlış qənaətə gəlmişdir. V.V.Semak cavabdehlə bağladığı əmək müqaviləsində onun əvəzçiliklə işləməsi qeyd olunmamışdır. İkincisi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Beləliklə, cavabdeh məhkəməyə V.V.Semak ilə qanunvericiliyə əsasən münasibətlərini tənzimləyən rəsmi sənədi təqdim etmişdir. Məhkəmə isə uydurulmuş əsaslarla həmin sübutu qəbul etməkdən imtina etmişdir. Bu yanaşma tamamilə qanunsuzdur. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə araşdırması dövründə 08.12.2016-cı il tarixdən 14.02.2018-ci ilədək Cavabdeh MMC-nin Baş direktorunun orta aylıq əmək haqqının hansı məbləği təşkil etməsi barədə sənəd təqdim edilməsi dəfələrlə məhkəmə tərəfindən cavabdehdən tələb edilsə də, sonuncu tərəfindən konkret olaraq həmin dövrlərdə baş direktorun orta aylıq əmək haqqı barədə mötəbər sənəd təqdim olunmamışdır. Ona görə də məhkəmə Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə Baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi 08.12.2016-cı il tarixdən 14.02.2018-ci ilin fevral ayına qədər olan müddət üzrə şirkət üzrə Baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla ödənilməsini ədalətli hesab edir.” Burada yenə də məhkəmə iş materiallarını təhrif etmişdir. Cavabdehin nümayəndəsi 09.09.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddia ərizəsinə qarşı etiraza əlavəsini təqdim edərək bildirmişdir ki, “08.12.2016-cı il tarixdən 05.09.2017-ci il tarixədək cavabdehin Baş direktoru X2muşdur. V.V.Semakla bağlanmış 6 iyun 2016-cı il tarixli, 312A saylı əmək müqaviləsinin 6.1-ci bəndinə əsasən, aylıq əmək haqqı vergilər daxil 105 AZN təşkil edir. Cavabdehin 05.09.2017-ci il tarixli, 168-T/HR saylı əmrə əsasən, həmin tarixdə V.V.Semak 05.09.2017-ci il tarixindən Baş direktor vəzifəsinin icrasını dayandırmışdır. Cavabdehin 23.10.2017-ci tarixli, 50-H/HR saylı əmrinə əsasən 23.10.2017-ci il tarixdən X4 cavabdehin Baş direktoru vəzifəsini icra etməyə başlamışdır. Beləliklə, 23.10.2017-ci il tarixədək olan dövr üçün iddiaçıya ödənilən əlavə əmək haqqının V.O.Maltsevin əmək haqqısına əsasən hesablanması barədə mülahizəsi əsassızdır və qanuna ziddir. 2016-cı ilin dekabr ayından 2017-ci ilin avqust ayına kimi Baş direktorun işdə olmadığı günlər üçün iddiaçıya ödənilməli olan əlavə əmək haqqı 752 manat 66 qəpik təşkil edir. V.O.Maltsevin aylıq əmək haqqısı 5,173 manat təşkil edir. Onun işlədiyi dövr üçün iddiaçıya ödəniləcək əlavə əmək haqqı Baş direktorun aylıq maaşına (oklada) əsasən hesablanmışdır və həmin məbləğ 2017-ci ilin noyabr ayından 2018-ci ilin fevral ayına qədər olan dövr üçün 500 manat 11 qəpik təşkil edir. Beləliklə, Baş direktorun işdə olmadığı günlərdə onu əvəz etdiyinə görə iddiaçıya ödənilməli olan əlavə əmək haqqı 1252 manat 11 qəpik (752.66+500.11) təşkil edir. Faktiki olaraq, həmin dövr üçün iddiaçıya 1300 manat əlavə əmək haqqı ödənilmişdir. Buradan görünür ki, iddiaçı Baş direktoru əvəz etdiyi günlər üçün artıqlaması ilə əmək haqqını almışdır. Bu hesablamaları təsdiq edən cədvəllər məhkəməyə təqdim edilir.” Həmin etirazla birlikdə cavabdehin nümayəndəsi məhkəməyə 05.09.2017-ci il tarixli, 168-T/HR saylı əmrin, 06.06.2016-cı il tarixli, 312A saylı əmək müqaviləsinin, 03.08.2017-ci il tarixli, 107 saylı əmrin, 23.10.2017-ci il tarixli, 50-H/HR saylı əmrin, İddiaçı1 2017-ci ilin sentyabr ayından 2018-ci ilin yanvar ayına kimi ödənilən əmək haqqı barədə haqq-hesab vərəqələrinin, V.V.Semakın işdə olmadığı günlər üçün İddiaçı1 hesablanmış əlavə əmək haqqı haqqında cədvəl, V.O.Maltsevin işdə olmadığı günlər üçün İddiaçı1 hesablanmış əlavə əmək haqqı haqqında cədvəl təqdim olunmuşdur. Məhkəmə növbəti dəfə bu sübutları görməzliyə qoyaraq, qətnamədə yalandan yazmışdır ki, guya onun şifahi qaydada tələb etdiyi sübutlar məhkəməyə təqdim edilməmişdir. Birincisi, bu yalandır. İkincisi, əlavə haqqların düzgün və ya səhv ödənilməsini yoxlamaq üçün məhkəmə şübhəsi vardırsa məhkəmə muhasibat ekspertizası təyin etməli idi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi belə bir vəsatət də vermişdir. Lakin, məhkəmə bunu etmək əvəzinə qeyri-müəyyən, icrası mümkün olmayan qətnamə qəbul etməyə üstünlük vermişdir. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinə iş üzrə muhasibat ekspertizasının təyin edilməsi barədə vəsatətini də əlavə etmiş və hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi qüsuru aradan qaldırmalıdır və iş üzrə muhasibat ekspertizasını keçirməlidir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, mübahisə üzrə cavabdeh iddiaçının işdə olmadığını iddia edir və iddiaçı isə işdə olmamasına səbəb olaraq mühafizəçi tərəfindən elektron buraxılış nəzarət sisteminə yaxın buraxılmamasını əsas gətirir. Haızrki halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi iddiaçının həmin dövrdə məhkəmə proseslərində olması səbəbindən işə gəlmədiyini iddia etsə də, məhkəmə həmin fikri əsassız hesab edir və qeyd edir ki, həmin dövrdə iddiaçı məhkəməyə iddia ərizəsi belə təqdim etməmişdir. İddiaçının hansı əsasla işə buraxılmamasına dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.Həmin dövrdə tərəflər arasında gərgin münasibətlər olduğundan məhkəmə iddiaçının qərəzli şəkildəcavabdeh tərəfindən işə buraxılmamasını daha inandırıcı və ağlabatan hesab edir.” Cavabdehin nümayəndəsi iddiaçının həmin dövrdə məhkəmə proseslərində olması səbəbindən işə gəlmədiyini məhkəmədə deməmişdir. Bu məlumat növbəti yalnış əsasdır. Cavabdehin nümayəndəsi iddiaya qarşı etirazlarını yazılı formada məhkəməyə təqdim etmişdir və onların heç birində belə bir fikir yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi elektron buraxılış sistemindən çıxarışdan görünür ki, iddiaçı 2018-ci ilin dekabr ayının 3-dən 7-nə kimi işə gəlməmişdir. Həmin tarixlərdə onun buraxılış kartı buraxılış sistemində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 6 saylı region üzrə X6 05.02.2019-cu il tarixli, **********6 saylı məktubuna Cavabdehin həmin sorğuya verdiyi 07.03.2019-cu il tarixli 480 saylı cavab məktubunun 9cu bəndində qeyd edilmişdir ki, İddiaçı1 Cavabdeh MMC-də işlədiyi dövr ərzində işdən kənar edilməmişdir. Həmin məktubun 10-cu bəndində isə qeyd edilir ki, İddiaçı1 Cavabdeh MMC-də 03-07 dekabr 2018-ci il tarixlərində işdən kənar edilməmişdir və bunu əsaslandıran heç bir sənəd mövcud deyil. Elektron buraxılış sistemindən qabaqda cavabdehin ərazisində ümumiyyətlə heç bir muhafizəçi yoxdur və heç zaman olmamışdır. Cavabdehin giriş qapısının düz qarşısında elektron buraxılış sistemi quraşdırılıb. Bu səbəbdən iddiaçının guya həmin sistemə yaxınlaşmaq üçün ona hansısa muhafizəçinin mane olması barədə dəlili tamamilə uydurmadır. Məhkəmədə belə bir şübhə yaranmışdırsa hakim yerində baxış keçirməli idi və özü əmin olmalı idi ki, elektron buraxılış sisteminin qarşısında heç bir muhafizəçi xidmət daşımır. Bundan əlavə məhkəmə qətnamədə qeyd edir ki, “Göründüyü kimi 01 aprel 2019-cu il tarixdə verilmiş əmr 2018-ci ilin iş yekunlarına görə illik mükafatı müəyyən edir. 19 mart 2019-cu il tarixdə, yəni 2018-ci ildən sonra verilmiş intizam tənbehinin qüvvədə olması ilə, ona əvvəlki 2018-ci il üçün ödənilməli olan mükafat məbləğinin verilməməsi əsassızdır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci (Əməyin ödənilməsi sistemi və növləri) maddəsinin 6-cı bəndinə əsasən, mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin məcəllənin 190-cu (İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi) maddəsinin 4-cü bəndinə əsasən, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Cavabdeh MMC-nin Baş direktorunun 02.06.2017-ci il tarixdə təsdiq etdiyi R-71-08 nömrəli "xxxx" MMC-nin işçilərinin mükafatlandırılması barədə Əsasnamə”nin 10.1-ci bəndinə əsasən, “intizamın pozulmasına görə tənbehin qüvvədə olduğu işçilər üçün illik bonus qismən daxil edilə və ya tamamilə daxil edilməyə bilər.” Beləliklə, həm Əmək Məcəlləsinin 190-cı maddəsinin 4-cü bəndinə əsasən, həm də "xxxx" MMC-nin işçilərinin mükafatlandırılması barədə Əsasnamənin 10.1-ci bəndinə əsasən,iddiaçının intizam tənbehi olduğuna görə cavabdeh ona bonus (mukafat) verməmək hüququna malikdir. 19.03.2019-cu il tarixli 01 saylı əmrlə cavabdeh iddiaçıya əmək intizamını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. 2 aprel 2018-ci il tarixli 1 saylı əmrə əsasən cavabdeh 2017-ci ildə şirkətin nəticələrinə görə illik bonus ödənilməsi ilə bağlı əmr vermişdir. Bundan bir il sonra 1 aprel 2019-cu il tarixli 1 saylı əmrlə cavabdeh 2018-ci ilin yekunlarına görə illik mükafatın korporativ hissəsinin müəyyən edilməsi barədə əmr verilmişdir. 2 aprel 2018-ci il tarixli 1 saylı əmrə əsasən iddiaçıya mükafat ödənilmişdir. 2 aprel 2019-cu il tarixli 1 saylı əmrə əsasən iddiaçıya mükafatın ödənilməməsi iddiaçının qüvvədə olduğu intizam tənbehinin olması ilə bağlıdır. Beləliklə, aprel 2018-ci ildən aprel 2019-cu ilə qədər olan iş ili üçün cavabdehin iddiaçıya bonusu (mukafatı) verməməsi tamamilə əsaslıdır. Cavabdeh MMC 08.12.2016-cı il tarixdən 14.12.2017-ci il tarixə kimi olan dövrdə hər ay Baş direktoru əvəz etdiyinə görə 100 manat əlavə haqq aldıqda özünün mülahizəsinə görə hüququnun pozulduğunu bilməli idi. Bu səbəbdən məhkəmə qeyd edilən dövrlə bağlı pul tələbinə iddia müddətini tətbiq etməli idi. Lakin, məhkəmə qanunsuz olaraq cavabdehin verdiyi iddia müddətinin tətbiqi haqqında ərizəsini də təminetməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddianın təmin edilmiş hissəsində ləğv edilib, iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 verdikləri apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 Verdikləri apellyasiya şikayətini müdafiə edib, iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı2 ilə Cavabdeh MMC arasında 31.03.2017-ci il tarixdə bağlanmış 398 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı2 şirkətə hüquqi işlər üzrə menecer vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 01.04.2017-ci il tarixdən 31.03.2018-ci il tarixədək bağlanmışdır. Aylıq əmək haqqı gəlir vergisi tutulmamış 4356 manat məbləğində təyin edilmişdir. İş materiallarında olan 06.06.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin Baş direktorunun aylıq vəzifə maaşı 105 manat olmuşdur. Yenə işdə olan Cavabdeh MMC-nin Baş direktoru V.V.Semak tərəfindən verilmiş 107 saylı, 03.08.2017-ci il tarixli Cavabdeh MMC-nin baş direktoru cəmiyyətdə olmadığı vaxtda onun səlahiyyətlərini müvəqqəti icra edilməsi haqqında əmrdən görünür ki, baş direktorun mütəmadi olaraq ezamiyyətdə olduğunu nəzərə alaraq,Cavabdeh MMC-nin Baş direktoru vəzifəsi üzrə səlahiyyətləri Baş direktor cəmiyyətdə olmadığı təqdirdə 08.12.2016-cı il tarixdən etibarən 14.02.2018-ci il tarixinədək əsas vəzifəsindən azad edilməmək şərti ilə Hüquq İşlər üzrə menecer İddiaçı1 həvalə edilmişdir. İddiaçı1 öz vəzifəsindən əlavə Baş direktorun vəzifəsini müvəqqəti icra etdiyinə görə 100 manat məbləğində əlavə ödəniş təyin olunmuşdur. Yenə də işdə olan Cavabdeh MMC tərəfindən verilmiş 489 saylı,18.03.2019-cu il tarixli arayışından görünür ki, 04.12.2017-ci il tarixdən 07.12.2017-ci il tarixədək İddiaçı2 iş yerində olmamışdır və bu səbəbdən işdə olmadığı müddət üçün ona əmək haqqı hesablanıb ödənilməmişdir. İşçinin işdə olmamasına sübut olaraq müəssisədə quraşdırılmış elektron buraxılış nəzarət sisteminin çıxarışı arayışa əlavə edilmişdir. İşə əlavə edilmiş Cavabdeh MMC üzrə 17.12.2018-ci il tarixli, 131 saylı əmrin surətindən görünür ki, “Hüquq departamenti”nin Cavabdeh MMC-nin strukturundan çıxarılması, həmin departamentdə olan vəzifələrin ştat cədvəlindən çıxarılmasının səbəbləri (əsasları) Azərbaycan Respublikası Əmək Məcəlləsinin (“Əmək Məcəlləsi”) 71-ci maddəsinin 3-cü bəndinin tələblərinə əsasən geniş və aydın şəkildə göstərilmişdir. Belə ki, həmin əmrdə, əmrin qəbul edilməsində məqsəd kommersiya fəaliyyətində işlərin optimallaşdırılması və səmərəliyin yüksəldilməsi göstərilmişdir, eləcə də Cavabdeh MMCyə hüquqi dəstəyin təqdim edilməsi səlahiyyətli kənar hüquq şirkətinə (hüquq şirkətlərinə) həvalə edilmişdir. 17.12.2018- ci il tarixli, 131 saylı əmrin qəbul edilməsinə əsas kimi isə Əmək Məcəlləsinin 11.1(ə) maddəsi və Cavabdehin nizamnaməsinin 4.27.4-cü maddəsi göstərilmişdir. Yenə işə əlavə edilmiş Cavabdeh MMC-nin 18.12.2018-ci il tarixli, 25 saylı əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin “Hüquq departamentində işçilərin sayı və ştatların ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında” 25 saylı, 18.12.2018-ci tarixli əmrin 1-ci bəndin (i) yarımbəndində ixtisara salınan vəzifə kimi Hüquqi işlər üzrə menecer vəzifəsi qeyd olunmuşdur. Hüquqi işlər üzrə menecer İddiaçı2 05 yanvar 2015-ci il tarixli əmək müqaviləsinə 15 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 (b) maddəsinə ( işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Baş direktorunun 02.06.2017-ci il tarixdə təsdiq etdiyi R-71-08 nömrəli "xxxx" MMC-nin işçilərinin mükafatlandırılması barədə Əsasnamə”nin 10.1-ci bəndinə əsasən, “intizamın pozulmasına görə tənbehin qüvvədə olduğu işçilər üçün illik bonus qismən daxil edilə və ya tamamilə daxil edilməyə bilər.” Bundan başqa, iş materiallarında olan Cavabdeh MMC-nin baş direktorunun təsdiq etdiyi R-71-04 nömrəli "xxxx" MMC-nin işçilərinin əməyinin ödənilməsi barədə Təlimat”ın 8.1.2-ci bəndinə əsasən, mükafatın faktiki məbləği göstəricilərin yerinə yetirilməsi məlumatlarına əsasən hesabat dövründə hesablanan əmək haqqından faiz nisbətində müəyyən edilir.” Yenə işdə olan 19.03.2019-cu il tarixli, 01 saylı əmrdən məlum olur ki, cavabdeh iddiaçıya əmək intizamını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. 2 aprel 2018-ci il tarixli, 01 saylı əmrə əsasən cavabdeh 2017-ci ildə şirkətin nəticələrinə görə illik bonus ödənilməsi ilə bağlı əmr vermişdir. Bundan bir il sonra 01 aprel 2019-cu il tarixli, 01 saylı əmrlə cavabdeh Cəmiyyət tərəfindən 2018-ci ilin yekunlarına görə illik mükafatın korporativ hissəsinin müəyyən edilməsi barədə əmr verilmişdir. 01 aprel 2019-cu il tarixli, 01 saylı əmrə əsasən 38 nəfər işçidən yalnız iki nəfərə, iddiaçıya və digər bir şəxsə mükafat verilməsi nəzərdə tutulmamışdır. 01 aprel 2019-cu il tarixli, 01 saylı əmrə əsasən iddiaçıya mükafatın ödənilməməsi iddiaçının qüvvədə olduğu intizam tənbehinin olması ilə və illik fəaliyyətinin aşağı səviyyədə qiymətləndirilməsi ilə əlaqələndirilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin təqdim etdiyi X7 hüquqi məsələlər üzrə Vitse-Prezidentinin Cavabdeh MMC-yə ünvanlandığı məktubun surətindən görünür ki, “Carlsberg” şirkətinin X9 üzrə hüquqi funksiyaların rəhbəri tərəfindən İddiaçı2 2018-ci il üçün göstəricilərin yerinə yetirilməsi “0” faiz dəyərləndirilmişdir.” Həmin qiymətləndirmə cavabdehin təsisçisi tərəfindən həyata keçirilmişdir və cavabdeh qeyd edilən məsələ ilə bağlı təsisçinin qərarını icra etməyə borcludur. İş materiallarında olan elektron buraxılış sistemindən çıxarışdan görünür ki, iddiaçı 2018-ci ilin dekabr ayının 3-dən 7-nə kimi işə gəlməmişdir. Həmin tarixlərdə onun buraxılış kartı buraxılış sistemində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 6 saylı region üzrə X6 05.02.2019-cu il tarixli **********6 saylı məktubuna Cavabdehin həmin sorğuya verdiyi 07.03.2019-cu il tarixli, 480 saylı cavab məktubunun 9-cu bəndində qeyd edilmişdir ki, İddiaçı1 Cavabdeh MMC-də işlədiyi dövr ərzində işdən kənar edilməmişdir. Həmin məktubun 10-cu bəndində isə qeyd edilir ki, İddiaçı1 Cavabdeh MMCdə 03-07 dekabr 2018-ci il tarixlərində işdən kənar edilməmişdir və bunu əsaslandıran heç bir sənəd mövcud deyildir. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı həmin dövrdə üzürsüz səbəbdən işə gəlmədiyinə görə intizam təhbehi tətbiq etməmişdir. Bu halı nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən dövr üçün iddiaçıya əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2020-ci il tarixli, 4708 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin Baş direktorunun 2016-2019-cu illər üçün (hər il ayrı-ayrılıqda olmaqla) orta aylıq tarif vəzifə maaşının məbləği nə qədər olmasını, "xxxx" MMC-nin Baş direktorunun tarif vəzifə maaşı, mükafatlandırılması, əmək haqqına əlavələri, artımları və "xxxx" MMC-nin Hüquq Departamenti Rəhbərinin vəzifə tarif maaşı arasındakı fərqin nə qədər olmasını, "xxxx" MMC-dən 03.12.2018-ci il tarixdən 07.12.2018-ci il tarixədək olan məcburi iş buraxma müddəti üçün İddiaçı2 ödənilməyən əmək haqqının məbləğinin nə qədər olmasını. İddiaçı2 2018-ci il üçün müəyyən edilmiş 25% illik mükafatının məbləği nə qədər olmasını, "xxxx" MMC tərəfindən İddiaçı2 19 dekabr 2017-ci il tarixdən 19 dekabr 2018-ci iXl tarixə olan dövrdə iddiaç: İddiaçı2 Baş direktor əvəzi vəzifəsini icra etdiyi dövrlər üzrə əmək haqqına əlavələrin düzgün hesablanıb-hesablanmamasını və "xxxx" MMC-nin 19 dekabr 2017-ci il tarixdən 19 dekabr 2018-ci il tarixə kimi olan dövr üçün İddiaçı2 Baş direktoru əvəz etdiyinə görə ödənilməli olan əmək haqqına əlavələr üzrə İddiaçı2 borcunun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 20220-ci il tarixli, 9/7463 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin baş direktorunun vəzifə maaşı 105 manat olduğu təqdirdə iddiaçının əmək haqqına əlavələr ümumilikdə 70,0 manat müəyyən edilir. 5173,60 manat götürüldükdə isə 71030,40 manat müəyyən edilir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı2 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsi qismən, Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi 08 dekabr 2016-cı il tarixdən 14 fevral 2018-ci ilin fevral ayına qədər olan müddət üçün şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməsi, Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi 08 dekabr 2016-cı il tarixdən 14 fevral 2018-ci ilin fevral ayına qədər olan müddət üçün şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməsi hissəsində təmin edilməməli, iddia tələbi Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması hissəsində qismən təmin edilməli, 2018-ci ilin yekunlarına görə Cavabdeh MMC-nin baş direktorunun 01.04.2019-cu il tarixli, 01№-li əmri ilə müəyyən edilmiş qaydada mükafatın hesablanıb İddiaçı1 Yafəs qızına verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, qətnamə Cavabdeh MMC-nin mübahisələndirdiyi qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında əsas mübahisə Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi 08 dekabr 2016-cı il tarixdən 14 fevral 2018-ci ilin fevral ayına qədər olan müddət üçün şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla onun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməsi, Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş illik mükafat məbləğinin tutulması və Cavabdeh MMC-dən 03 dekabr 2018-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək olan məcburi işburaxma müdəti üçün ödənilməyən əmək haqqının İddiaçı1 Yazəf qızının xeyrinə tutulması barədədir. Digər tələblər isə həmin tələblərdən doğur. Məhkəmə kollegiyası, Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi 08 dekabr 2016-cı il tarixdən 14 fevral 2018-ci ilin fevral ayına qədər olan müddət üçün şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla onun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 61-ci maddəsinin 1-ci bəndinin tələblərinə görə müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Yenə həmin Məcəllənin 162-ci maddəsinin (müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) 1-ci və 2-ci bəndlərinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Daha öncə qeyd olunduğu kimi Cavabdeh MMC-nin Baş direktoru V.V.Semak tərəfindən verilmiş 107 saylı, 03.08.2017-ci il tarixli, Cavabdeh MMC-nin baş direktoru cəmiyyətdə olmadığı vaxtda onun səlahiyyətlərini müvəqqəti icra edilməsi haqqında, əmrdən görünür ki, baş direktorun mütəmadi olaraq ezamiyyətdə olduğunu nəzərə alaraq,Cavabdeh MMC-nin Baş direktoru vəzifəsi üzrə səlahiyyətləri Baş direktor cəmiyyətdə olmadığı təqdirdə 08.12.2016-cı il tarixdən etibarən 14.02.2018-ci il tarixinədək əsas vəzifəsindən azad edilməmək şərti ilə Hüquq İşlər üzrə menecer İddiaçı1 həvalə edilmişdir. İddiaçı1 öz vəzifəsindən əlavə Baş direktorun vəzifəsini müvəqqəti icra etdiyinə görə 100 manat məbləğində əlavə ödəniş təyin olunmuşdur. Yenə yuxarıda qeyd edildiyi kimi İddiaçı2 ilə Cavabdeh MMC arasında 31.03.2017-ci il tarixdə bağlanmış 398 saylı əmək müqaviləsinə əsasən İddiaçı2 şirkətə hüquqi işlər üzrə menecer vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 01.04.2017-ci il tarixdən 31.03.2018-ci il tarixədək bağlanmışdır. Aylıq əmək haqqı gəlir vergisi tutulmamış 4356 manat məbləğində təyin edilmişdir. İş materiallarında olan 06.06.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin Baş direktoru Viktor Semakın aylıq vəzifə maaşı 105 manat olmuşdur. Başqa sözlə, əvəz edilən baş direktorun tarif (vəzifə) maaşı əvəz edən işçinin, yəni İddiaçı1 maaşından az olduğu üçün ona əmək haqqına 100 manat əlavə müəyyən edilib verilmişdir. Bu əlavənin işçi kimi İddiaçı1 və işgötürən olaraq baş direktorun qarşılıqlı razılığı ilə müəyyən edilməsi işin mübahisəsiz halıdır. Belə ki, həmin əmrin layihəsinin şirkətin hüquqi işləri üzrə meneceri olaraq İddiaçı1 tərəfindən hazırlanması şübhəsizdir. Digər tərəfdən İddiaçı1 qeyd edilən müddət ərzində əmək haqqına 100 manat əlavəni almış və bununla bağlı tərəflər arasında hər hansı mübahisə olmamışdır. İşdən görünür ki, sonrakı dövr üçün də əvəzetmə barədə əlavə bir əmr, yaxud həmin əmrə hər hansı bir dəyişiklik olmamışdır. Bundan əlavə, əmrdə qeyd edildiyi kimi İddiaçı1 Cavabdeh MMC-nin Baş direktoru vəzifəsi üzrə səlahiyyətləri Baş direktor cəmiyyətdə olmadığı vaxtlarda icra etməli idi. Yəni əvəzetmə iddia edildiyi kimi 08.12.2016-cı ildən 14.02.2018-ci il tarixinədək bütün müddət üçün yox, müəyyən günlər üçün olmuşdur. Bununla bağlı isə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfin bildirdiyinə görə bu günlərin sayı elə də çox olmamışdır. Buna görə də, məhkəmə kollegiyası qeyd edilən hissədə iddia tələbini əsassız hesab edir. Ona görə də, hesab edir ki, həmin hissədə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, gəlinmiş nəticə işin faktik hallarına uyğun olmadığından qətnamə ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının qənaətin görə iddiaçı hazırki tələb üzrə iddia müddətini də ötürmüşdür. Qeyd edildiyi kimi Cavabdeh MMC-nin baş direktoru cəmiyyətdə olmadığı vaxtda onun səlahiyyətlərini müvəqqəti icra edilməsi haqqında əmr 03.08.2017-ci il tarixində verilmişdir. Həmin əmrlə qeyd edilən məqsədlər üçün İddiaçı1 əmək haqqına 100 manat əlavə verilməsi müəyyən edilmişdir. Başqa sözlə, əmrin məzmunundan İddiaçı1 həmin tarixdən artıq məlumatlı idi. Daha öncə qeyd edildiyi kimi İddiaçı1 həmin əmrlə müəyyən edilmiş şərtlərlə razı olmuşdur. Sonradan da həmin əmr onun tərəfindən mübahisələndirilməmişdir. İddiaçı1 hazırki iddia tələbi ilə məhkəməyə 20.12.2018-ci il tarixində müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) maddəsinin 4-ci hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə nəzərdə tuutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Bu məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün- işçiyə müvafiq əmrin (sərəncamın,qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin,çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.( Əmək Məcəlləsinin 296-cı maddəsinin 1,2,3-cü hissələri) Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 3 2001-ci il tarixli Qərarında göstərilir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” Məhkəmə kollegiyası, iddia tələbinin Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması hissəsi ilə qismən razılaşır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh MMC üzrə 2018-ci ilin yekunlarına görə illik mükafatın korporativ hissəsinin müəyyən edilməsi barədə 01 aprel 2019-cu il tarixli, 01 saylı əmr verilmişdir. 01 aprel 2019-cu il tarixli, 01 saylı əmrə əsasən iddiaçıya mükafat ödənilməmişdir. 01 aprel 2019-cu il tarixli, 01 saylı əmrə əsasən iddiaçıya mükafatın ödənilməməsi onun barəsində intizam tənbehinin olması ilə və illik fəaliyyətinin aşağı səviyyədə qiymətləndirilməsi ilə əlaqələndirilmişdir. İşdə olan 19.03.2019-cu il tarixli, 01 saylı əmrdən məlum olur ki, cavabdeh Cəmiyyət tərəfindən iddiaçıya əmək intizamını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Cavabdeh MMC-nin işçilərinə mükafatların verilməsi haqqında Əsasnamənin 5.1-ci bəndinə əsasən işçilər müvafiq dövrdə intizamın pozulmasına görə cərimələndirildiyi təqdirdə, onlar aylıq və rüblük mükafatlardan məhrum edilə bilər. Göründüyü kimi işçi yalnız həmin dövr üçün intizam tənbehi aldığı dövrdə mükafatdan məhrum edilə bilər. Ali Məhkəmənin mülki kollegiyasının iş üzrə qərarında da qeyd edildiyi kimi 01 aprel 2019-cu il tarixdə verilmiş əmr 2018-ci ilin iş yekunlarına görə illik mükafatı müəyyən edir. 19 mart 2019-cu il tarixdə, yəni 2018-ci ildə sonra iddiaçıya verilmiş intizam tənbehinin qüvvədə olması ilə, ona əvvəlki 2018-ci il üçün ödənilməli olan mükafat məbləğinin verilməməsi əsassızdır. 2018-ci il üzrə iddiaçı barəsində hər hansı inzibati tənbeh tətbiq edilmədiyindən, göstərilən mükafatın iddiaçıya münasibətdə hesablanmaması və ödənilməməsi əsassız olmuşdur. Bununla belə iddiaçının 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləği tələbini hansı əsasla irəli sürməsi başa düşülən deyil. Çünki, daha öncə qeyd olunan Əsasnamədə illik mükafatın hesablanması qaydası müəyyən edilmiş və buna uyğun 01.04.2019-cu il tarixli, 01№-li əmr verilmişdir. Həmin əmrlə 2018-ci ilin iş yekunlarına görə illik mükafatın korporativ hissəsinin ümumi illik mükafat həcminin 300 faizi nisbətində mükafat təyin edilmişdir. Cavabdeh də apellyasiya şikayətində bu hala xüsusi diqqət yetirərək qeyd etmişdir ki, 25% hansı məbləğdən hesablanmalı olduğu qeyri-müəyyəndir. Ümumiyyətlə, 25% rəqəmini məhkəmənin hansı qaydada hesabladığı, necə müəyyən etdiyi də məlum deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci (Əməyin ödənilməsi sistemi və növləri) maddəsinin 6-cı bəndinə əsasən, mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən mükafatlandırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda Cəmiyyətin Baş direktoru vəzifəsi üzrə səlahiyyətlərin Baş direktor cəmiyyətdə olmadığı təqdirdə icra edilməsinin İddiaçı1 etibar edilməsi onun həmin dövrə fəaliyyətinin müsbət qiymətləndirməsi üçün yetərlidir. Daha öncə qeyd olunduğu kimi 01 aprel 2019-cu il tarixli, 01 saylı əmrə əsasən 38 nəfər işçidən yalnız iki nəfərə, iddiaçıya və digər bir şəxsə mükafat verilməsi nəzərdə tutulmamışdır. Qeyd edildiyi kimi işə baxan məhkəmə Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması nəticəsinə gəsə də, gəldiyi nəticəni əsaslandırmamışdır. Hətta təmin edildiyi təqdirdə belə qeyri-müəyyən olduğu üçün iddianın icrası mümkün ola bilməzdi. İddia tələbindən göründüyü kimi iddiaçının əsas niyyəti 2018-ci ilin yekunlarına görə ona da mükafat verilməsinə nail olmaqdır. Ona görə də, məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh MMC üzrə 01 aprel 2019-cu il tarixli, 01 saylı əmrə əsasən 36 nəfər işçiyə mükafatın hesablanması qaydasına uyğun olaraq İddiaçı1 da həmin qaydada mükafat hesablanıb verilməsi onun iddia tələbinə uyğundur. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməli, 2018-ci ilin yekunlarına görə Cavabdeh MMC-nin baş direktorunun 01.04.2019-cu il tarixli, 01№-li əmri ilə müəyyən edilmiş qaydada mükafatın hesablanıb İddiaçı1 Yafəs qızına verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Qeyd edildiyi kimi, tərəflər arasında mübahisə doğuran və cavabdeh tərəfin apellyasiya şikayətində toxunduğu məsələlərdən biri də Cavabdeh MMC-dən 03 dekabr 2018-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək olan məcburi işburaxma müdəti üçün ödənilməyən əmək haqqının İddiaçı1 Yazəf qızının xeyrinə tutulması barədədir. İşə baxan birinci instansiya məhkəməsi Cavabdeh MMC-dən 03 dekabr 2018-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək olan məcburi işburaxma müdəti üçün ödənilməyən əmək haqqının İddiaçı1 Yazəf qızının xeyrinə tutulması nəticəsinə gəlmişdir. İş materiallarında olan elektron buraxılış sistemindən çıxarışdan görünür ki, iddiaçı 2018-ci ilin dekabr ayının 3-dən 7-nə kimi işə gəlməmişdir. Həmin tarixlərdə onun buraxılış kartı buraxılış sistemində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 6 saylı region üzrə X6 05.02.2019-cu il tarixli **********6 saylı məktubuna cavabdehin həmin sorğuya verdiyi 07.03.2019-cu il tarixli, 480 saylı cavab məktubunun 9-cu bəndində qeyd edilmişdir ki, İddiaçı1 Cavabdeh MMC-də işlədiyi dövr ərzində işdən kənar edilməmişdir. Həmin məktubun 10-cu bəndində isə qeyd edilir ki, İddiaçı1 Cavabdeh MMCdə 03-07 dekabr 2018-ci il tarixlərində işdən kənar edilməmişdir və bunu əsaslandıran heç bir sənəd mövcud deyildir. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı həmin dövrdə üzürsüz səbəbdən işə gəlmədiyinə görə intizam təhbehi tətbiq etməmişdir. Bu halı nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən dövr üçün iddiaçıya əmək haqqı ödənilməlidir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Ali Məhkəmənin də iş üzrə mövqeyini də nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, qətnamə bu hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi İddiaçı2 iddia tələbini qalan hissələrdə rədd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Əvvəla, Ali Məhkəmə iş üzrə qərarında cərimənin hesablanması və mənəvi zərərin tutulması hissələrinə dair iddiaçının dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbinin bu hissələri üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı isə tələbinin bu hissələrinin təsdiqi ola biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən kasasiya şikayətinin bu hissələrlə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. İddiaçı tərəfindən irəli sürülmüş əmək haqqının ödənilməsinin gecikdirilmiş hər gün üçün bir faiz ödənc məbləğinin hesablanması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci (Əmək haqqının verilməsi müddətləri) maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hazırki işdə əmək haqqının gec ödənilməsi mübahisə yaratdığından onun ödənilməsinin gecikdirilməsi üçün faiz hesablanmır. İddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır Qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi kimi iddiaçının tələb etdiyi 10.000 manat ağlabatan məbləğ kimi qiymətləndirilmədiyindən və həmin tələbin heç bir əsası olmadığına görə təmin edilməməlidir. Maddi zərərin ödənilməsi tələblərinə dair kollegiya qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Əmək Məcəlləsinin 191-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin işəgötürən qanunazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulması, zərərlə işəgötürənin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olması, zərər vuran işəgötürənin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Məhkəmə baxışında iddia tərəfi apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi isə apellyasiya şikayətinin dəlillərini qismən sübuta yetirə bilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tam düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(012)-982/2019 saylı qətnaməsi qismən, Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi 08 dekabr 2016-cı il tarixdən 14 fevral 2018-ci ilin fevral ayına qədər olan müddət üçün şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməsi, Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması hissələrində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi 08 dekabr 2016-cı il tarixdən 14 fevral 2018-ci ilin fevral ayına qədər olan müddət üçün şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh MMC-nin baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların arasında olan fərq hesablanmaqla ödənilməsi hissəsində təmin edilməsin. İddia tələbi Cavabdeh MMC-dən İddiaçı1 Yazəf qızının xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması hissəsində qismən təmin edilsin. 2018-ci ilin yekunlarına görə Cavabdeh MMC-nin baş direktorunun 01.04.2019-cu il tarixli, 01№-li əmri ilə müəyyən edilmiş qaydada mükafatın hesablanıb İddiaçı1 Yafəs qızına verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamə Cavabdeh MMC-nin mübahisələndirdiyi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-131/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-131/2022
17.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver