Məhkəmə qərarları › İş №2(105)-1327/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1327/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1327/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(012)-232/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(012)-232/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31.10.2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşması üzrə 2752,85 ABŞ dolları məbləğində kredit borcu, 481,74 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3284,59 ABŞ dolları məbləğində borcun, 26.04.2013-cü il tarixli 03R000021851 saylı kredit razılaşması üzrə 1564,32 ABŞ dolları məbləğində kredit borcu, 309,47 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1923,79 ABŞ dolları məbləğində borcun, 28.11.2014-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 41303,25 ABŞ dolları məbləğində kredit borcu, 6153,12 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 47556,37 ABŞ dolları məbləğində borcun, 09.10.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 18733,35 ABŞ dolları məbləğində kredit borcu, 2871,21 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21704,56 ABŞ dolları məbləğində borcun, ümumilikdə dörd kredit razılaşması üzrə cəmi 74469,31 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə İddiaçı qapalı səhmdar cəmiyyəti arasında bağlanılmış 27.04.2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə, 31.10.2012-ci il tarixli, 03R000019647 saylı, 26.04.2013-cü il tarixli, 03R000021851 saylı, 28.11.2014-cü il tarixli, 003R********** saylı və 09.10.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 03R000019647 saylı kredit razılaşması üzrə 2752,85 ABŞ dolları məbləğində kredit borcu, 2909,38 ABŞ dolları məbləğində faiz borcu və 1420,33 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 7082,56 ABŞ dolları borcun, 03R000021851 saylı kredit razılaşması üzrə 1566,32 ABŞ dolları məbləğində kredit borcu, 2932,45 ABŞ dolları məbləğində faiz borcu və 1413,07 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5911,84 ABŞ dolları borcun, 003R********** saylı kredit razılaşması üzrə 41303,25 ABŞ dolları məbləğində kredit borcu, 29970,15 ABŞ dolları məbləğində faiz borcu və 22348,07 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 93621,47 ABŞ dolları borcun, 003R********** saylı kredit razılaşması üzrə 18752,35 ABŞ dolları məbləğində kredit borcu, 15693,65 ABŞ dolları məbləğində faiz borcu və 6784,09 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 41230,09 ABŞ dolları borcun, dörd kredit razılaşması üzrə ümumilikdə cəmi 147845 ABŞ dolları 96 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 27.04.2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 31.10.2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 39000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 02.04.2015-ci il tarixli, 03R000019647SA saylı, 04.04.2016-cı il tarixli, 03R000019647SB saylı, 21.04.2017-ci il tarixli, 03R000019647SC saylı, 25.10.2017-ci il tarixli, 03R000019647SD saylı, 26.02.2018-ci il tarixli, 03R000019647SE saylı, 28.06.2018-ci il tarixli, 03R000019647SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 36247,15 ABŞ dolları ödəmiş, onun 2752,85 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14.06.2019-cu il tarixə 113 gün üçün hesablanmış faiz borcu 2909,38 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 14.06.2019-cu il tarixə 113 gün üçün hesablanmış cərimə 1420,33 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 26.04.2013-cü il tarixli, 03R000021851 saylı kredit razılaşması əsasında 24 ay müddətinə,aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 84000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 02.04.2015-ci il tarixli, 03R000021851S saylı, 04.04.2016-cı il tarixli, 03R000021851SA saylı, 21.04.2017-ci il tarixli, 03R000021851SB saylı, 25.10.2017-ci il tarixli, 03R000021851SC saylı, 26.02.2018-ci il tarixli, 03R000021851SD saylı, 28.06.2018-ci il tarixli, 03R000021851SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 82433,68 ABŞ dolları ödəmiş, onun 1566,32 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14.06.2019-cu il tarixə 113 gün üçün hesablanmış faiz borcu 2932,45 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 14.06.2019-cu il tarixə 113 gün üçün hesablanmış cərimə 1413,07 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 28.11.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 77000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 02.04.2015-ci il tarixli, 003R**********S saylı, 04.04.2016-cı il tarixli, 003R**********SA saylı, 21.04.2017-ci il tarixli, 003R**********SB saylı, 25.10.2017-ci il tarixli, 003R**********SC saylı, 26.02.2018-ci il tarixli, 003R**********SC saylı, 28.06.2018-ci il tarixli, 003R**********SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 35696,75 ABŞ dolları ödəmiş, onun 41303,25 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14.06.2019-cu il tarixə 113 gün üçün hesablanmış faiz borcu 29970,15 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 14.06.2019-cu il tarixə 113 gün üçün hesablanmış cərimə 22348,07 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 09.10.2015-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 31000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 04.04.2016-cı il tarixli, 003R**********S saylı, 21.04.2017-ci il tarixli, 003R**********SB saylı, 25.10.2017-ci il tarixli, 003R**********SB saylı, 26.02.2018-ci il tarixli, 003R**********SC saylı, 28.06.2018-ci il tarixli, 03R**********SD saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 12247,65 ABŞ dolları ödəmiş, onun 18752,35 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14.06.2019cu il tarixə 113 gün üçün hesablanmış faiz borcu 15693,65 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 14.06.2019-cu il tarixə 113 gün üçün hesablanmış cərimə 6784,09 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o və qardaşı götürdükləri kredit məbləğini artıqlaması ilə ödəmiş, bankın ən yaxşı müştəriləri olmuşlar. Onlar devalvasiya ilə əlaqədar olaraq ziyana uğramış, lakin bankın da borcunu qaytarmışlar. Buna baxmayaraq məhkəmə yenə də onların üzərinə öhdəlik qoymuşdur. Müqavilələr üzrə əsas borc iddia ərizəsində göstərilən məbləğlərdə deyildir. Məhkəmə ekspertiza keçirərkən əsas borcu, ümumiyyətlə, müzakirə etməmiş, ancaq faiz məsələlərini həll etmişdir. Ona görə də işə apellyasiya qaydasında baxılarkən iş üzrə yeni ekspertiza təyin olunmaqla əsas borc da müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə və kredit razılaşmasına görə istənilən məbləğ 21 aprel 2009-cu il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan “Access Bank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə üzrə 31 oktyabr 2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh2 aylıq 1,5% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 39000 ABŞ dolları kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə üzrə 31 oktyabr 2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşmasına və ödəniş planına 02.04.2015-cı il tarixli, 03R000019647SA saylı, 04.04.2016-cı il tarixli, 03R000019647SB saylı, 21.04.2017-ci il tarixli, 03R000019647SC saylı, 25.10.2017-ci il tarixli, 03R000019647SD saylı, 26.02.2018-ci il tarixli, 03R000019647SE saylı və 28.06.2018-ci il tarixli, 03R000019647SF saylı sazişlərlə dəyişikliklər edilmişdir. İş materiallarında olan “Access Bank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə üzrə 26 aprel 2013-cü il tarixli, 03R000021851 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh2 aylıq 1,5% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 84000 ABŞ dolları kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə üzrə 26 aprel 2013-cü il tarixli, 03R000021851S saylı kredit razılaşmasına və ödəniş planına 02.04.2015-cı il tarixli, 03R000021851S saylı, 04.04.2016-cı il tarixli, 03R000021851SA saylı, 21.04.2017-ci il tarixli, 03R000021851SB saylı, 25.10.2017-ci il tarixli, 03R000021851SC saylı, 26.02.2018-ci il tarixli, 03R000021851SD saylı və 28.06.2018-ci il tarixli, 03R000021851SE saylı sazişlərlə dəyişikliklər edilmişdir. İş materiallarında olan “Access Bank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə üzrə 28 noyabr 2014-cü il tarixli, 003R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh2 aylıq 1,5% faiz dərəcəsi olmaqla, 15 ay müddətinə 77000 ABŞ dolları kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə üzrə 28 noyabr 2014-cü il tarixli, 003R********** saylı kredit razılaşmasına və ödəniş planına 02.04.2015-cı il tarixli, 003R**********S saylı, 04.04.2016-cı il tarixli, 003R**********SA saylı, 21.04.2017-ci il tarixli, 003R**********SB saylı, 25.10.2017-ci il tarixli, 003R**********SC saylı, 26.02.2018-ci il tarixli, 003R**********SD saylı və 28.06.2018-ci il tarixli, 003R**********SE saylı sazişlərlə dəyişikliklər edilmişdir. İş materiallarında olan “Access Bank” qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə üzrə 09 oktyabr 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh2 aylıq 1,5% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 31000 ABŞ dolları kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə üzrə 09 oktyabr 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasına və ödəniş planına 04.04.2016-cı il tarixli, 003R**********S saylı, 21.04.2017-ci il tarixli, 003R**********SA saylı, 25.10.2017-ci il tarixli, 003R**********SB saylı, 26.02.2018-ci il tarixli, 003R**********SC saylı və 28.06.2018-ci il tarixli, 003R**********SD saylı sazişlərlə dəyişikliklər edilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2011-ci il tarixli, 03S000009792 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh2 oğlu arasında bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 2591 saylı, 03.09.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh2 31 oktyabr 2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşması üzrə 14.06.2019-cu il tarixə əsas borcu 2752,85 ABŞ dolları, faiz borcu 2909,38 ABŞ dolları, cərimə borcu 1420,33 ABŞ dolları, cəmi borcu 7082,56 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 2592 saylı, 03.09.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh2 26 aprel 2013-cü il tarixli, 03R000021851 saylı kredit razılaşması üzrə 14.06.2019-cu il tarixə əsas borcu 1566,32 ABŞ dolları, faiz borcu 2932,45 ABŞ dolları, cərimə borcu 1413,07 ABŞ dolları, cəmi borcu 5911,84 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 2593 saylı, 03.09.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh2 28 noyabr 2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 14.06.2019-cu il tarixə əsas borcu 41303,25 ABŞ dolları, faiz borcu 29970,15 ABŞ dolları, cərimə borcu 22348,07 ABŞ dolları, cəmi borcu 93621,47 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 2590 saylı, 03.09.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh2 09 oktyabr 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 14.06.2019-cu il tarixə əsas borcu 18752,35 ABŞ dolları, faiz borcu 15693,65 ABŞ dolları, cərimə borcu 6784,09 ABŞ dolları, cəmi borcu 41230,09 ABŞ dolları təşkil edir. İş materiallarında olan “Access Bank” qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 və Cavabdeh1 oğluna göndərilmiş 10 may 2019-cu il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, kredit razılaşmaları üzrə borclarının ödənilməsi barədə xəbərdar edilmişlər. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30 iyul 2020-ci il tarixli, 9/2306 saylı rəyindən görünür ki, Cavabdeh2 “Access Bank” qapalı səhmdar cəmiyyətinə olan borcu 31.10.2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə əsas borc üzrə 2752,85 ABŞ dolları, faiz borcu üzrə 481,74 ABŞ dolları, 26.04.2013cü il tarixli, 03R000021851 saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə əsas borc üzrə 1564,32 ABŞ dolları, faiz borcu üzrə 309,47 ABŞ dolları, 28.11.2014-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə əsas borc üzrə 41303,25 ABŞ dolları, faiz borcu üzrə 6153,12 ABŞ dolları və 09.10.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə əsas borc üzrə 18733,35 ABŞ dolları, faiz borcu üzrə 2871,21 ABŞ dolları məbləğində müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Access Bank” qapalı səhmdar cəmiyyəti ilə bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə üzrə 31 oktyabr 2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşmasına əsasına əsasən Cavabdeh2 aylıq 1,5% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 39000 ABŞ dolları, 26 aprel 2013-cü il tarixli, 03R000021851 saylı kredit razılaşmasına əsasən aylıq 1,5% faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 84000 ABŞ dolları, 28 noyabr 2014-cü il tarixli, 003R********** saylı kredit razılaşmasına əsasən aylıq 1,5% faiz dərəcəsi olmaqla, 15 ay müddətinə 77000 ABŞ dolları və 09 oktyabr 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasına əsasən 1,5% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 31000 ABŞ dolları kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı qapalı səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2011-ci il tarixli, 03S000009792 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh2 oğlu arasında bağlanmış 27 aprel 2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehlərin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31.10.2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşması üzrə 2752,85 ABŞ dolları məbləğində kredit borcu, 481,74 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3284,59 ABŞ dolları məbləğində borcun, 26.04.2013-cü il tarixli 03R000021851 saylı kredit razılaşması üzrə 1564,32 ABŞ dolları məbləğində kredit borcu, 309,47 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1923,79 ABŞ dolları məbləğində borcun, 28.11.2014-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 41303,25 ABŞ dolları məbləğində kredit borcu, 6153,12 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 47556,37 ABŞ dolları məbləğində borcun, 09.10.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 18733,35 ABŞ dolları məbləğində kredit borcu, 2871,21 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21704,56 ABŞ dolları məbləğində borcun, ümumilikdə dörd kredit razılaşması üzrə cəmi 74469,31 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq kredit razılaşmaları üzrə cərimələrin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Cavabdeh apellyasiya şikayətində onun və qardaşının götürdükləri kredit məbləğini artıqlaması ilə ödədiklərini, müqavilələr üzrə əsas borcun iddia ərizəsində göstərilən məbləğlərdə olmadığını, məhkəmənin ekspertiza keçirərkən əsas borcu, ümumiyyətlə, müzakirə etmədiyini göstərmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlillər üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 30 iyul 2020-ci il tarixli, 9/2306 saylı rəyi ilə tam təkzib edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrdə faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissələrdə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi ekspertiza tədqiqatının dəyərinin ödənilməsi məsələsini həll etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizaları tədqiqatının dəyəri olan 290 manat müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(012)-232/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizaları tədqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar