Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1334/2021 04.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)-197/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)-197/2020 saylı qərardadı ilə (hakim C.İ.Səfiyeva) Cavabdeh tərəfindən Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh şikayət verib, Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)- 197/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(077)-197/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası qismən təmin edlib, İddiaçı ASC və Cavabdeh arsında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 800804-556053/5 saylı krdit müqaviləsinə xitam verilərək Cavabdeh 4239,13 manat əsas borc, 421,66 manat faiz borcu olmaqla, ümumilikdə 4660,79 manat məbləğində borcun tutularaq İddiaçı ASC-nin hesabına tutulması və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnamədən vermiş olduğu apelyasiya şikayətini geri qaytararkən onun tərəfindin dövlət rüsumunun ödənilmədiyinə istinad etmişdir. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinin tələbinə əsasən məcburi köçkün olduğundan o, Dövlət rüsumunun ödənilməsindən azaddır. Ona görə də, apelyasiya şikayətinin geri qaytarılması barərə qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etdikdə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, Cavabdeh Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verdikdə iddia qiymətinin 50 faizi məbləğində Dövlət rüsumunun ödəməsini təsdiq edən qəbzi apelyasiya şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4 və 8.4.1-ci maddələrinə əsasən apelyasiya və kassasiya şikayətləri verilərkən birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin tələbindən göründüyü kimi məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azad edilmişlər. Bu hal qeyd olunan Qanunun 8.4 və 8.4.1-ci maddələrində apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun 50 faizinin ödənilməsindən azad edilməsi halı kimi qəbul edilə bilməz. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apelyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh verdiyi şikayət təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)-197/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1334/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1334/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver