Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1335/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: X1 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Abı oğluna qarşı müqavilənin ləğv edilməsi və borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.M.Süleymanova) Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(060)- 2981/2020 saylı qətnaməsindən Cavabdeh Abı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(060)-2981/2020 saylı qətnaməsi ilə iddiaçı «xxxx» ASC-nin Cavabdeh Abı oğluna qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 9580,94 manat əsas, 2617,75 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 12.398 (on iki min üç yüz doxsan səkkiz) manat 69 (altmış doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz) manat 50 (əlli) qəpik «xxxx» ASC-nin xeyrinə tutulması qət edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə qətnaməsini guya o,xx xxxxxxx 2020-ci il tarixdə poçt qəbzinə imza atmaq yolu ilə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz. O, rəsmi qaydada 41-ci məhəllə, ev 2-də qeydiyyatda olsa da, faktiki olaraq Saray qəsəbəsi yeni yaşayış massivi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə qətnaməsinin mövcüdluğundan icra şöbəsinə çağırıldıqdan sonra məlumatı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(060)-2981/2020 saylı qərardadının ləğv olunmasını, apellyasiya şikayətinin icraata qəbul olunması və işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(060)-2981/2020 saylı qətnaməsi ilə iddiaçı «xxxx» ASC-nin Cavabdeh Abı oğluna qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 9580,94 manat əsas, 2617,75 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 12.398 (on iki min üç yüz doxsan səkkiz) manat 69 (altmış doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz) manat 50 (əlli) qəpik «xxxx» ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarından müəyyən olunur ki, həmin qətnamə qanunla nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verilmədiyindən xx xxxxxx 2020-ci il tarixdə icraya yönəldilmişdir. Bundan sonra xx xxxxxx 2021-ci il tarixdə Cavabdeh məhkəmə qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə qətnaməsi cavabdehin yaşayış yeri üzrə göndərilmiş və xx xxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İşə əlavə edilmiş poçt xəbərnaməsi ilə qeyd olunan xüsusat öz təstiqini tapır (i.v.56). Qanunun tələbinə görə cavabdeh tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti həmin vaxtdan hesablanmaqla bir ay müddətində verilə bilərdi. Lakin cavabdeh bu hüquq imkandan istifadə etməmişdir. Məhkəmə kollegiyası Cavabdeh qeydiyyatda olan ünvanda başqa bir şəxsin yaşaması barədə və həmin qətnamədən orada yaşayan şəxslər tərəfindən alınması barədə dəlili qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh Abı oğlunun şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli 2(060)-2981/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1335/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1335/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver