Məhkəmə qərarları › İş №2(105)-1340/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1340/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1340/2020 27.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-1815/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-1815/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sevinc Quliyeva) İddiaçı1 açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı1 açıq səhmdar cəmiyyətinin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8745,05 manat əsas, 3948,96 manat faiz, 100 manat cərimə olmaqla, cəmi 12794,01 manat borcun və 61 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı qəsəbəsi, 12 saylı evə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun və 61 manat dövlət rüsumunun İddiaçı1 açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 25000 manat müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxx 2017-ci il tarixdə İddiaçı1 açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 9867,5 manat, faiz borcuna görə 718,52 manat, cərimə borcuna görə 949,87 manat olmaqla, cəmi 11535,89 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması və tələbin Cavabdeh2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı baş kredit müqaviləsi üzrə cəmi 11535,89 manat və 61 manat dövlət rüsumu məbləğində pulun İddiaçı1 açıq səhmdar cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Cəfər Cabbarlı küçəsi, 12 saylı fərdi yaşayış evindən çıxarılması və evin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı1 açıq səhmdar cəmiyyətinin “Sumqayıt” filialı ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı baş kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 öhdəliklərin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx xxx 2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 9867,5 manat, faiz borcuna görə 718,52 manat, cərimə borcuna görə 949,87 manat olmaqla, borcun cəmi məbləği 11535,89 manat təşkil edir. xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı fərdi yaşayış evi İddiaçı1 açıq səhmdar cəmiyyəti qarşısında xx xxxxxx 2014-cü il tarixli, SUNPT- 0036 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı baş kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (bank) girova ödəniş yönəldə bilər. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. İddiaçı1 açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı baş kredit müqaviləsi üzrə kreditə görə 8745,05 manat, faiz borcuna görə 2240,77 manat, dəbbə borcuna görə 2800 manat olmaqla, cəmi 13785,82 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı evə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı baş kredit müqaviləsi üzrə cəmi 13785,82 manat və dövlət rüsumu kimi ödənilmiş 61 manat məbləğində pulun İddiaçı1 açıq səhmdar cəmiyyətinə ödənilməsi və ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı evə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ev 12-də yerləşən fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı baş kredit müqaviləsi üzrə kreditə görə 8745,05 manat, faiz borcuna görə 3948,96 manat, dəbbə borcuna görə 2800 manat olmaqla, cəmi 15494,01 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı evə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 25.000 manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı baş kredit müqaviləsi üzrə cəmi 15494,01 manat və dövlət rüsumu kimi ödənilmiş 61 manat məbləğində pulun İddiaçı1 açıq səhmdar cəmiyyətinə ödənilməsi və ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı evə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 Mrzə-Baba qızının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ev 12-də yerləşən fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1815/2018 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-1815/2018 saylı qətnaməsində yol verilmiş texniki yanlışlığa düzəliş edilməsi, qətnamənin əsaslandırıcı və qət etdi hissəsində Cəfər Cabbarlı qəsəbəsinin Cəfər Cabbarlı küçəsi kimi oxunması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnaməsi əsassız, qeyri-qanuni və ədalətsizdir. Belə ki, kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə, kreditin 60 ay ərzində qaytarılması şərti ilə bağlanmış, 2015-2016-cı illərdə kredit ödəniş cədvəli üzrə mütəmadi surətdə ödənilmişdir. 2017-ci ilin ikinci yarısında maddi-maliyyə durumlarının ağırlaşması səbəbindən ödənişlərdə gecikmə baş vermişdir. İddiaçı daha çox, mənzili dəyər-dəyməzinə satdırıb əllərindən alınmasında maraqlı olduğu üçün, müqavilə müddətinin başa çatmasına 19 aya yaxın vaxt qalmış, 2018-ci ilin yanvar ayında Abşeron Rayon Məhkəməsinə iddia verərək evin hərracda satılmasını tələb etmişdir. İddiaçının yeganə məqsədi onların mənzilini əllərindən almaq olduğu üçün, hüquqlarından sui istifadə etmişdir. Əsas borcun azalmasına süni surətdə mane olmaqla bərabər, iddiaçı faiz və cərimə borcunu əsassız olaraq şişirtmişdir. 14000 manat kreditə görə faktiki olaraq 12712,04 manat ödədiyi halda, həmin məbləğin faiz borcuna görə silinən hissəsi əsas borcuna görə silinən hissədən təxminən 2 dəfə çox olmuşdur. İddiaçı kredit məbləğindən 2 dəfə artıq məbləğ tələb edir. Evin ilkin satış qiyməti də açıq-aşkar azaldılmışdır və Abşeron rayonunun Ceyranbatan qəsəbəsində 5 otaqlı mənzillər 110-120 min manata satıldığı halda, onların evinin qiyməti 25000 manat müəyyən edilmişdir. Cavabdehlər apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin əsas məbləğ hissəsinin azaldılaraq 7851,23 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin faiz və cərimə borcu hissəsində və borcun ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında İddiaçı1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində cavabdehlərin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı istehlak kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh1 illik 24 faiz olmaqla, 60 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı1 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı1 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı ev ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 25000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx xxxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı evin ipoteka ilə yüklü edilməsi xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı1 açıq səhmdar cəmiyyətinin xx xxxxxx 2018-ci il tarixli arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı müqavilə üzrə Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə əsas borcu 8745,05 manat, faiz borcu 3948,96 manat, cərimə borcu 2800 manat, cəmi borcu 15494,01 manat təşkil edir. İş materiallarında olan bildirişlərin surətlərindən görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı1 açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 göndərilmiş xx xxxxx 2017-ci il tarixli, 03-02/337 saylı bildirişin surətindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı müqavilə üzrə banka olan borc ödənilmədiyi üçün ipoteka predmeti olan evə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx xxxxx 2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı evə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 20851 saylı rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə Cavabdeh1 İddiaçı1 açıq səhmdar cəmiyyətinə olan borcu 11.232,85 manat məbləğində, o cümlədən əsas kredit borcu 9981,04 manat, faiz borcu 1251,8 manat müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/822 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu 13.182,47 manat məbləğində, o cümlədən əsas kredit borcu 9981,04 manat, faiz borcu 3201,43 manat müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının M187/20 saylı, xx xxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsindəki 12 saylı evin bazar dəyəri 45000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsindəki 12 saylı evin bazar dəyəri 50000 manat, likvid dəyəri 42500 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı1 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı istehlak kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24 faiz olmaqla, 60 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/822 saylı rəyinə görə Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 9981,04 manat müəyyən olunsa da, İddiaçı1 açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizədə Cavabdeh1 8745,05 manat əsas borc tələb etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/822 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı1 açıq səhmdar cəmiyyətinə olan faiz borcu 3201,43 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, Cavabdeh1 İddiaçı1 açıq səhmdar cəmiyyətinin xeyrinə 3201,43 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. İddiaçı1 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, SUNPT-0036 saylı ipoteka müqaviləsinin 6.1.1-ci bəndinə görə ipoteka verən bu müqavilənin 2.1-ci bəndində qeyd olunmuş müqavilələr üzrə və bu müqavilə ilə yaranmış öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsindəki 12 saylı evin likvid dəyəri 42500 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsindəki 12 saylı evin açıq hərracda ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişklik edilməli, həmin evin açıq hərracda ilkin satış qiyməti 42500 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, Cavabdeh1 İddiaçı1 açıq səhmdar cəmiyyətinin xeyrinə 8745,05 manat əsas borc, 100 manat cərimənin və 61 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 12 saylı evə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun və 61 manat dövlət rüsumunun İddiaçı1 açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində qeyd etdikləri digər dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsinə qismən, faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində cavabdehlərin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 345 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 manat tutularaq “S-X4 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN:**********, Hesab nömrəsi: AZ06AİİB********************, Bank: “xxxx” ASC Sumqayıt filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ013501**********1944, kod 200253, SWİFT kod: AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-1815/2018 saylı qətnaməsinə faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişiklik edilsin. Cavabdeh1 İddiaçı1 açıq səhmdar cəmiyyətinin xeyrinə 3201,43 (üç min iki yüz bir manat 43 qəpik) manat faiz borcu tutulsun. Cavabdeh2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Cəfər Cabbarlı küçəsindəki 12 saylı evin açıq hərracda ilkin satış qiyməti 42500 (qırx iki min beş yüz) manat müəyyən edilsin. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 345 (üç yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 (beş yüz) manat tutularaq “S-X4 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN:**********, Hesab nömrəsi: AZ06AİİB********************, Bank: “xxxx” ASC Sumqayıt filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ013501**********1944, kod 200253, SWİFT kod: AİİBAZ2X hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar