Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1343/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı X4, Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-284/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Zəngilan Rayon Məhkəməsinin 2(034)-284/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin məhkəmənin xx.xx.2010-cu il tarixli 2(034)- 112/2010 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. (hakim G.İmanova) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-284/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün uşağa hər ay 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxırlımaısnı xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(034)-29/2010 saylı qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş, Cavabdeh birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X5 iddaçının yanında saxlanmışdır. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(034)-112/2010 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə 25 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda alimentin artırılmasına böyük ehtiyac vardır. Belə ki, cavabdeh tərəfindən ödənilən 25 manat məbləğində aliment hazırda uşağın heç bir maddi təminatını ödəmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuzdur. Məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, onun vəziyyəti barədə izahat verməsi üçün şərait yaradılmamışdır. O, İİ qrup əlildir və heç bir yerdə işləmir. Aldığı təqaüd öz tələbatını belə ödəmir. Alimentin artırılması üçün onun gəlirlərində hər hansı artım baş verməmişdir. Belə olan halda, iddia təmin edilə bilməzdi, lakin mübahisəni araşdıran məhkəmə sadalanan hallara düzgün qiymət verməmiş, qanunsuz nəticəyə gəlmişdir. Buna görə də qətnamə ləğv olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında apelyasiya şikayəti vermiş Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, onlar hər ay 100 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Ona görə də bu halın nəzərə alınmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı X6 da təsdiq etdi ki, birgə nikahdan doğulmuş Kənan adlı uşağın saxlanılması üçün ona hər ay 100 manat alimentin ödənilməsi barədə Cavabdeh ilə razılığa gəlmişlər. O da bu halın nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 18701783 saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı ildə X5 adlı uşaq doğulmuşdur. Yenə iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(034)-29/2010 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, Cavabdeh birgə nikahdan xx.xx.2006-cı il tarixdə doğulmuş X5 adlı uşağın iddaçının yanında saxlanması qət edilmişdir. Yenə də iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(034)-112/2010 saylı qətnaməsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 25 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdəki xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh müddətsiz ümumi xəstədir, İ qrup əlil kimi kənar şəxsin daimi qulluğuna ehtiyacı var. İşdə olan 08636 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh müddətsiz İ qrup əlildir. Yenə işdə olan xx xxxx 2021-ci il tarixli ərizədən görünür ki, tərəflər birgə nikahdan doğulmuş X1 üçün hər ay cəmi 100 manat alimentin tutulması barədə razılığa gəlmişlər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-284/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməli, hər ay tutulacaq alimentin məbləği 100 manat müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx xxx 2005-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə X5 adlı uşaq doğulmuşdur. Tərəflərin nikahı məhkəmə qaydasında pozulmuş, uşaq anasının himayəsində qalmışdır. Eyni zamanda, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(034)-112/2010 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə 25 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün uşağa hər ay 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxırlımaısnı xahiş etmiş, qətnamə ilə bu iddia təmin edilmiş, cavabdeh isə həmin məbləği mübahisələndirmişdir. Bununla belə, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər tutulmalı alimentin məbləği barədə razılığa gəlmiş, bu barədə ərizə vermişlər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləğinin tərəflərin razılaşdıqları məbləğdə, yəni 100 manat sabit məbləğdə müəyyən edilməsi onların hər birinə münasibətdə bərabərlik prinsipinin gözlənilməsi, habelə birgə nikahdan doğulmuş azyaşlı Kənanın mənafeyinin qorunması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası tərəflərin ərizələrini və işin faktiki hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-284/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməli, hər ay tutulacaq alimentin məbləği 100 manat müəyyən edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 404-1ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-284/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(034)-112/2010 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, qətnamə qanuni qüvvəsini aldığı tarixdən, hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1343/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1343/2021
19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver