Məhkəmə qərarları › İş №2(105)-1347/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1347/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1347/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, İddiaçı QSC-nin nümayəndəsi X15, Cavabdeh5 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il il tarixli, 2(060)-995/2018 saylı qətnaməsindən iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Ş.B.Sadıqovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(060)-995/2018 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh4 oğlu, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetlərinə yönəldilməsi və əmlakın hərracdan satılaraq tələbin ödənilməsinə dair iddiası qismən təmin edilib, ipoteka predmetləri olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 350000 manat və mənzilin ilkin satış qiymətinin 45000 manat olmaqla açıq hərracdan satılmaları və satışdan əldə olunan vəsait hesabına Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(060)-5651/2016 saylı qətnaməsi ilə cavabdehlər Mirzəyev Hüseyinbala Həsənbala oğlu, X19, X5, X21, X3 və Cavabdeh5 müştərək qaydada Bankın xeyrinə tutulması qət edilmiş, ümumilikdə 250.912 ABŞ dolları 29 sent məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 20 manatın, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu üçün ödənilmiş 30 manatın, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün 20 manat və 40 manat xidmət haqqına yönəldilməsi, borc ödənildikdən sonra fərdi yaşayış evinin satışından artıq qalan məbləğin Cavabdeh5, mənzilin satışından artıq qalan məbləğin X12 qaytarılması qət edilmiş, iddia tələbi fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X19 və X16 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissələrində iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Ş.B.Sadıqov və cavabdehlər Cavabdeh1a və Ş.Cavabdeh1a birgə qaydada apelyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2020-ci il tarixli, 2(105)- 112/2020 saylı qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(060)-995/2018 saylı qətnaməsi qismən, Cavabdeh5 məxsus və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 288000 manat müəyyən edilmiş və qalan hissələrdə qətnamə apelyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı QSC-nin nümayəndəsi Ş.B.Sadıqov və Cavabdeh3 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(102)-105/2021 saylı qərarı ilə İddiaçı QSC-nin kasasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 19 mart 2020-ci il tarixli, 2(105)-112/2020 saylı qətnaməsi qismən – ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş, işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması, Cavabdeh3 kassasiya şikayətinin təmin olunmaması və qətnamə iş üzrə keçirilmiş qiymətləndirmə xərcinin bir hissəsinin iddiaçıya aid edilməsi və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 08 fevral 2010-cu il tarixli, 03M000000759 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh Mirzəyev Hüseyinbala Həsənbala oğlu arasında bağlanmış 17 may 2007-ci il tarixli, 03L000000181 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə öhdəliyin icrasının təmini kimi cavabdeh X12 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0,165 ha torpaq sahəsində yerləşən 67 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində, 54,81 kv.m ümumi, 31,35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 5 nömrəli mənzili ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 22495,02 manat müəyyən edilmişdir. 16 dekabr 2010-cu il tarixli, 759 saylı sazişə əsasən Bankla Borcalan arasında bağlanmış 17 may 2007-ci il tarixli, 03L000000181 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi ilə, yəni kreditin məbləğinin 1.000.000 manat, müddətinin 163 ay müəyyən edilməsi ilə əlaqədar Bankla cavabdeh X19 arasında bağlanmış 08 fevral 2010-cu il tarixli, 03M000000759 saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanmışdır. İpoteka predmeti olan mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18 noyabr 2011-ci il tarixli, 17M000000279 saylı ipoteka müqaviləsinə əsasən Bankla Borcalan arasında bağlanmış 17 may 2007-ci il tarixli, 03L000000181 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində (xüsusi mülkiyyətdə olan) 0,0225 ha torpaq sahəsində yerləşən 366,2 kv.m ümumi, 156,4 kv.m yaşayış, 209,8 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı 257 nömrəli fərdi yaşayış evi (bundan sonra - ipoteka predmeti olan fərdi yaşayış evi) ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 192.535,20 manat müəyyən edilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Borcalan sözügedən kredit xətti müqaviləsi üzrə Bank qarşısında öhdəliklərini tam icra etmədiyindən qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(060)-5651/2016 saylı qətnaməsi ilə Mirzəyev Hüseyinbala Həsənbala oğlu, X19, X5, X21, X6 və Cavabdeh5 müştərək qaydada 17R000001829 saylı kredit razılaşması üzrə 163782,58 ABŞ dolları əsas borc, 31942,73 ABŞ dolları faiz borcu, kreditin gecikdirilməsinə görə hesablanmış 5060,25 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, cəmi 200785,56 ABŞ dolları; 017R********** saylı kredit razılaşması üzrə 35843,03 ABŞ dolları əsas borc, 7311,31 ABŞ dolları faiz borcu, kreditin gecikdirilməsinə görə hesablanmış 1053,29 ABŞ dolları cərimə daxil olmaqla, cəmi 44207,63 ABŞ dolları və 017K000000115 kredit razılaşması üzrə 4998,57 ABŞ dolları əsas borc, 833,03 ABŞ dolları faiz borcu, kreditin gecikdirilməsinə görə hesablanmış 87,50 ABŞ dolları cərimə daxil olmaqla, cəmi 5919,10 ABŞ dolları, ümumilikdə hər üç kredit razılaşması üzrə 250912,29 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq bankın xeyrinə ödənilməsi qət edilmişdir. Borcalan sözügedən kredit xətti müqaviləsi və kredit razılaşmaları ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulacaq məbləğin ipoteka predmetlərinə yönəldilməsi və həmin əmlakların açıq hərracda satılması hissədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Ona görə də, cavabdehlər Mirzəyev Hüseyinbala Həsənbala oğlu, X7, X19, Cavabdeh5 və X13 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 250912,29 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun, eyni zamanda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ipoteka predmetləri olan Cavabdeh5 məxsus fərdi yaşayış evinə və X12 məxsus mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və hərracdan satışdan əldə olunan vəsait hesabına Banka olan borcun ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, həmçinin mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X9 və X16 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı QSC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 26 noyabr 2018-ci il il tarixli qətnaməsi tələbin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların mülkiyyətçilərinin həmin əmlaklardan çıxarılmasının və əmlakların boşaldılmasının təmin edilməməsi hissələrində əsassızdır. Bu səbəbdən də apelyasiya qaydasında baxılaraq həmin hissələrdə iddia tələbi tam təmin edilməlidir. Belə ki, ipoteka qoyanın tutduğu yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. Hazırki halda mübahisə olmadan iddia tələbinin ipoteka predmeti olan mənzilin boşaldılması hissəsində qeyri-müəyyən zaman və şərt altında təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə ziddir. Borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşmar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Cavabdehlər mülkiyyətində olan əmlakları kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında ipoteka ilə yüklü edərkən həmin əmlaklara tutma yönəldildiyi təqdirdə onları qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Göstərilən müddəaların tələbləri baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin tələbə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X19 və X16 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissələrində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X15 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apelyasiya şikayətinə etirz edib, təmin olunmamsını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh4 oğlu, Cavabdeh2, Cavabdeh1 və X4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər D.M.Əliyev, Cavabdeh2, Cavabdeh1 Ş.Cavabdeh1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin daşınmaz əmlaklardan cavabdehlər X19 və X16 çıxarılmaqla onların boşaldılmasına dair iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılması və qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin daşınmaz əmlaklardan cavabdehlər X19 və X16 çıxarılmaqla onların boşaldılması hissəsində yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(060)-5651/2016 saylı qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Mirzəyev Hüseyinbala Həsənbala oğluna və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Mirzəyev Hüseyinbala Həsənbala oğlundan, X8, X1, X10, X2 və Cavabdeh5 müştərək qaydada 17R000001829 saylı kredit razılaşması üzrə 163782,58 ABŞ dolları əsas borc, 31942,73 ABŞ dolları faiz borcu, kreditin gecikdirilməsinə görə hesablanmış 5060,25 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, cəmi 200785,56 ABŞ dolları, 017R********** saylı kredit razılaşması üzrə 35843,03 ABŞ dolları əsas borc, 7311,31 ABŞ dolları faiz borcu, kreditin gecikdirilməsinə görə hesablanmış 1053,29 ABŞ dolları cərimə daxil olmaqla, cəmi 44207,63 ABŞ dolları, 017K000000115 kredit razılaşması üzrə 4998,57 ABŞ dolları əsas borc, 833,03 ABŞ dolları faiz borcu, kreditin gecikdirilməsinə görə hesablanmış 87,50 ABŞ dolları cərimə daxil olmaqla, cəmi 5919,10 ABŞ dolları, ümumilikdə hər üç kredit razılaşması üzrə 250912,29 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli, 2(105)- 2310/2016 saylı qətnaməsi ilə cavabdeh Mirzəyev Hüseyinbala Həsənbala oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5651/2016 saylı, 16 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 may 2017-ci il tarixli, 2(102)-2598/2017 saylı qərarı ilə cavabdeh Mirzəyev Hüseyinbala Həsənbala oğlunun kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli, 2(105)-2310/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 08 fevral 2010-cu il tarixli, 03M000000759 saylı ipoteka müqaviləsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Mirzəyev Hüseyinbala Həsənbala oğlu arasında bağlanmış 17 may 2007-ci il tarixli, 03L000000181 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə öhdəliyin icrasının təmini kimi X12 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0,165 ha torpaq sahəsində yerləşən 67 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində, 54,81 kv.m ümumi, 31,35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 5 nömrəli mənzili ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 22495,02 manat müəyyən edilmişdir. 16 dekabr 2010-cu il tarixli, 759 saylı sazişdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Mirzəyev Hüseyinbala Həsənbala oğlu arasında bağlanmış 17 may 2007-ci il tarixli, 03L000000181 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi ilə, yəni kreditin məbləğinin 1.000.000 manat, müddətinin 163 ay müəyyən edilməsi ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X19 arasında bağlanmış 08 fevral 2010-cu il tarixli, 03M000000759 saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X12 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 67 saylı evin 5 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi 17 dekabr 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində əlavə qeydiyyata alınmışdır. 18 noyabr 2011-ci il tarixli, 17M000000279 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Mirzəyev Hüseyinbala Həsənbala oğlu arasında bağlanmış 17 may 2007-ci il tarixli, 03L000000181 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində xüsusi mülkiyyətində olan 0,0225 ha torpaq sahəsində yerləşən 366,2 kv.m ümumi, 156,4 kv.m yaşayış, 209,8 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 5 otaqlı 257 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 192.535,20 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində xüsusi mülkiyyətində olan 0,0225 ha torpaq sahəsində yerləşən 366,2 kv.metrdən ibarət 257 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 24 noyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı QSC-nin 25 sentyabr 2017-ci il tarixli bildirişinin surətindən görünür ki, X19 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. X12 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 67 saylı evin 5 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildiriş 08 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı QSC-nin 25 sentyabr 2017-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh5 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində xüsusi mülkiyyətində olan 0,0225 ha torpaq sahəsində yerləşən 366,2 kv.metrdən 257 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair bildiriş 09 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinadən cavabdehlərin müqavilə və sazişlər üzrə öhdəliklərini lazımınca icra etməməsini müəyyən edərək, iddianı yuxarıda qeyd edilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 296.1, 279, 317.1, 319, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 442, 443.1, 448.1, 462.1, 465.2, 470.1, 472, 739, 741-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 39.3.3 və 59.3.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit sazişlərinə əsasən, cavabdeh Mirzəyev Hüseyinbala Həsənbala oğlu həmin razılaşmalar üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyanın tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və digər şəxslər ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Göründüyü kimi, qanunvercilik ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadığı halda, həmin şəxslərin evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan çıxarılması qaydasını müəyyən etmişdir. Bu baxımdan, ipoteka predmeti olan əmlakların hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə ayrıca iddia verilməsinə də zərurət yoxdur. “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin yeni redaksiyasına əsasən də həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ipoteka predmetinə yönəldilmə hissəsində əsaslı hesab edilməli, cavabdeh X12 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0,165 ha torpaq sahəsində yerləşən 67 nömrəli, 9 mərtəbəli binanın 1ci girişində, 3-cü mərtəbəsində, 54,81 kv.m ümumi, 31,35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 5 nömrəli mənzili ipoteka ilə yüklü edilmiş yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər X19 və X22 həmin mənzildən çıxarılmalı, həmin ev boşaldılaraq "İddiaçı" QSCyə təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC apelyasiya şikayətinin dəlillərini mübahisələndirilən hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın – ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində qətnamə ləğv olunmalı və həmin hissədə iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin verdiyi apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2018-ci il il tarixli, 2(060)-995/2018 saylı qətnaməsi qismən ləğv edilsin. İddia «mənzildən çıxarılma və mənzilin boşaldılması» hissəsəsində təmin edilsin. X12 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0,165 ha torpaq sahəsində yerləşən 67 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində, 54,81 kv.m ümumi, 31,35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 5 nömrəli mənzili ipoteka ilə yüklü edilmiş yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər X19 və X22 həmin mənzildən çıxarılsın və həmin ev boşaldılaraq "İddiaçı" QSC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar