Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1347/2025 14.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-895/2025 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 1499.56 manat əsas, 223.32 manat faiz, cəmi 1722.88 manat pul vəsaitinin və 37.23 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB5350013B166 saylı müqaviləyə əsasən ona debet kart verilmişdir. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə razılaşmaya əsasən onun kartına 59 ay müddətinə 1500 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 1499.56 manat əsas, 223.32 manat faiz, cəmi 1722.88 manat borcu yaranmışdır.
3. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şikayəti əsasında Xaçmaz RPŞ-nin müstəntiqi polis baş leytenantı X1 vəsatəti əsasında Xaçmaz rayon Polis Şöbəsində istintaqı aparılan HK- 1/2501 nəmrəli material üzrə bank hesablarının vəziyyəti barədə məlumatların ələ keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimat vermişdir. Təqdimat və vəsatətin təmin edilərək HK-1/2501 nömrəli material üzrə Xaçmaz Rayon Məhkəməsi qərara alıb ki, Xaçmaz rayonu, Müşkür kəndində yaşayan Cavabdeh məxsus 2539-1517- 2866-4072 saylı kart hesabından 06 iyul 2024-cü il tarixdə naməlum şəxs(lər) tərəfindən 1500 manat məbləğdə pul vəsaitinin kredit formasında götürərək, həmin pulun 2539-1517-0625-6834 nəmrəli kart hesabına köçürülməsi faktı ilə bağlı sorğulanan kart hesabından həmin pulun çıxarılması, çıxarılan pulun köçürüldüyü 5239-1517-0625-6834 nömrəli kart hesabının sahibi barədə məlumatlar (soyad, ad, ata adı, ünvanı) pulun hansı üsulla və ünvanda nağdlaşdırılması, habelə pulun kartdan çıxarılıb nağdlaşdırarkən olduğu halda həmin müddətin videogörüntüsünün (fotoşəklin) əldə edilməsi, habelə nağdlaşdırıldığı təqdirdə həmin şəxsin kimliyi barədə məlumatlar Kapital Bankın ASC-dən (Ələ keçirilsin) təqdim olunsun (Xaçmaz rayon Prokurorluğuna) Qərarın icrasını Kapital Bank ASC-nin həvalə edilsin. Lakin məhkəmənin qərarına baxmayaraq İddiaçı ASC onu məhkəməyə verərək 1499.56 manat əsas, 223.32 manat faiz, cəmi 1722.88 manat və 37.23 manat dövlət rüsumunun ondan tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Halbu ki, işin icrası İddiaçı ASC-yə həvalə olunması ilə bağlı məhkəmə qərar çıxarıb. Lakin İddiaçı ASC video və foto şəkilləri polisə və prokurorluğa təqdim etmir, qərəzli şəkildə boyun qaçırır. Odur ki, İddiaçı ASC tərəfindən verilən iddia ərizəsini təmin olunmaması barədə qərardan çıxarılmasını xahiş edir.
4. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlə bank arasında xx.xx.2023-cü il tarixdə debet kart müqaviləsi bağlanmışdır. Cavabdeh bankın tətbiqini yükləmiş və həmin birbank tətbiqindən istifadə etmişdir. İş üzrə cavabdeh özünə məxsus istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə bankın tətbiqindən qeydiyyatdan keçmişdir. Qeydiyyat olunduqdan sonra həmin sistemə cavabdehin özünün icazəsi olmadan heç kim istifadə edə bilməz. xx.xx.2024-cü il tarixdə cavabdehlə əlavə razılaşma əsasında cavabdehə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli sifarişlə də sübut olunur ki, kredit cavabdehin istifadə etdiyi ***-***-**-** mobil nömrədən sifariş verilmişdir. Buna dair müqavilə və sifariş iş materiallarına əlavə edilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 5-ci bəndində kartdan istifadə qayda və şərtlərində qeyd edilmişdir ki, kartla bağlı hər hansı bir hərəkət edilməsi, itirilməsi və ya oğurlanmasında birbaşa məsul şəxs müştəridir. Bununla da subut olunur ki, cavabdeh hər hansı bir məlumatı kiməsə veribsə birbaşa məsuliyyət onun üzərinə düşür. Tərəflər arasında kreditin rəsmiləşdirilməsi tam qaydalara uyğun aparılmışdır. Azərbaycan Mərkəzi Bankının “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq Bank məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Qaydanın 5.10-cu bəndində (məsafədən bank hesabının açılması bankın və ya Mərkəzi Bankın operatoru olduğu informasiya sistemi və ya onların mobil tətbiqi vasitəsilə həyata keçirilir) nəzərdə tutulmuş vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. Qaydaların tələblərinə əsasən Məsafədən Satış və Xidmət Şöbəsinin (bundan sonra - MSXŞ) əməkdaşı ilk növbədə onlayn kredit sifarişi üçün müraciət etmiş şəxsi identifikasiya edir və rəsmiləşmə üçün lazım olan aşağıdakı eyniləşdirmə məlumatlarını əldə edir: Müştərinin adı, soyadı, ata adı müəyyən edilir. Müştərinin eyniləşdirilməsi zamanı hər hansı şübhə yaranarsa digər məlumatlar (eyniləşdirmə sualları, şəxsiyyəti təsdiq edən sənədin fin kod və ya seriya nömrəsi, doğum tarixi, əmək haqqı, kartına mədaxillər, kartın üzərindəki son 4 rəqəm, kartla aparılmış sonuncu əməliyyat və s.) soruşula bilər. MSXŞ əməkdaşı yalnız müştərini tam eyniləşdirdikdən və verilən məlumatların və razılığın həqiqətən müştərinin iradə ifadəsini əks etdirdiyindən tam əmin olduqdan sonra prosesi davam etdirir. Bundan sonra müştərinin seçimi üzrə kredit məhsulu MSXŞ tərəfindən rəsmiləşdirilir. Rəsmiləşmə zamanı kredit risklərinin təhlili departamentinin (bundan sonra KRTD) rəyi tələb olarsa, MSXŞ əməkdaşı tərəfindən KRTD-yə yönləndirilir. KRTD-nin rəyi müsbət olduğu təqdirdə rəsmiləşmə davam edir (skorinqin nəticəsi mənfi və ya KRTD-nin rəyi mənfi olduqda MSXŞ əməkdaşı müştəriyə məlumat verir və müraciətə imtina olunur). Rəy müsbət olduğu təqdirdə MSXŞ əməkdaşı tərəfindən yığılmış tapşırığın rəsmiləşdirilməsinin yekunlaşdırılması üçün müştəriyə avtomatik link göndərilir. Növbəti mərhələdə müştərinin sonrakı eyniləşdirilməsi prosesi Virtual eyniləşdirmə sistemi (bundan sonra – DVS) vasitəsi ilə davam etdirilir. Eyniləşdirməni 3 üsulla həyata keçirmək mümkündür: -10 saniyəlik video çarx yazılması (müştəri tərəfindən çəkilən video çarx); - Rəqəmsal satışlara xidmət bölməsinin (bundan sonra - RSXB) əməkdaşı ilə video zəng; - Fotoşəkil əsasında üztanıma; Müştərinin müəyyən olunmuş mobil nömrəsinə OTP kod və təsdiqlənmə linki göndərilir, müştəri OTP kodu linkdəki müvafiq xanaya daxil edir və eyniləşdirmə prosesi bitdikdə müştəri sənədlər səhifəsinə keçid edir. Burada müştəri sənədləri yükləyə bilər. Müştəri sənədlərlə tanış olduqdan sonra xanaları işarələyir və təsdiqləyir. Eyniləşdirmə nəticəsi təyin olunan identifikasiya meyarlarına uyğundursa RSXB əməkdaşı prosesi həyata keçirir. Müştəri tərəfindən proses yekunlaşdıqdan sonra MSXŞ-nin RSXB əməkdaşları bankın əməliyyat sistemində formalaşmış aktiv tapşırığın cari şərtlərə uyğunluğunu yoxlayaraq təsdiq və ya imtina edir. İdentifikasiya uğurlu olduğu halda vəsait müştərinin kreditə bağlı cari hesabına və ya kart hesabına köçürür və proses tamamlanır. Müvafiq qaydada kreditlərin rəsmiləşdirilməsi prosesi qeyd olunan kredit müqaviləsinin şərtlərində də təsbit edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli BRCB5350013B166 saylı Birbank cashback kredit xətti Birbank cashback debet kart müqaviləsinin 4-cü bəndinə əsasən müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Həmin müqavilənin 7.2.6-cı bəndinə əsasən müştəri Kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır) Həmin müqavilənin 8.5-ci bəndinə əsasən tərəflər razılaşır ki, Bankın 11 noyabr 2016-cı il tarixli “Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər” (bundan sonra “Şərtlər”) bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. Müştəri bu Müqaviləni imzalamaqla razılığını bildirir və təsdiq edir ki, şərtlərlə tanış olmuşdur və şərtlərdə, o cümlədən bu Müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ona izahat da verilmişdir, habelə Şərtlərdə və bu Müqavilədə qeyd edilənlərə dair etirazı yoxdur. Şərtlər Bankın rəsmi internet ünvanında (www.kapitalbank.az) və Bankın filiallarında çap versiyasında mövcuddur. Rəsmiləşmə zamanı müştərinin müraciət etdiyi telefon nömrəsinə OTP kodu göndərilmiş və müştəri həmin kodu sistemə daxil edərək aktiv etmiş (təsdiqlənmə kodu əlavə edilir) və müştərinin razılığını bildirən video rolik mövcuddur və disk şəkilində məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2027-cü il tarixli xx.xx.2023 tarixli BRCB5350013B166 saylı Birbank cashback kredit xətti Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən cavabdehin müraciəti əsasında 1500 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh əlavə etdiyi sənədlərdən görünür ki, cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə onu da bildirirlər ki, cinayət işinin olması belə əsas vermir ki, cavabdeh məsuliyyətdən azad olunsun. Çünki, məxfi məlumatlar cavabdeh tərəfindən kiməsə ötürülmüşdürsə birbaşa məsul şəxs özüdür. Cavabdeh kiminsə tərəfindən aldadıla bilər, onun kiməsə məxfi məlumatları (kodu) verməsi nəticəsində rəsmiləşmə baş verə bilər. Buna isə bank məsuliyyət daşımır. Həmin qeyd edilənlərin hazırda baxımalı olan iddiaya aidiyyəti yoxdur, çünki bank cavabdehlə müqavilə bağlamış, onunla rəsmiləşmə aparmışdır. Bütün subutlar onu deyir ki, iş üzrə Cavabdehdur. Bir daha qeyd edirlər ki, cinayət işinin açılması belə o demək deyil ki, kredit cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən götürülmüşdür. Cavabdeh bildirir ki, bank qərəzli şəkildə sənədləri verməkdən boyun qaçırır. Bu həqiqəti əks etdirmir, cavabdehin dedikləri özünümüdafiə məqsədi daşıyır. Hazırki mərhələdə bu barədə nəsə demək mümkün deyil, cavabdeh özü məxfi məlumatları (kodu) kiməsə vermiş, indi isə məsuliyyətdən yayınmaq üçün belə bir etirazla müraciət etmişdir. Bu gün hələ o sübut olunmur ki, cavabdeh kiminsə tərəfindən aldadılıb, bəlkə özünün razılığı ilə bu məbləğ götürülmüş başqa şəxsin götürdüyü kimi qeyd etmişdir. Cavabdeh tərəf müqavilənin əsassız olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bu cür işlə bağlı məhkəmə qətnaməsi var, Sumqayıt Apellyasiya Məhkəməsinin, Gəncə Apellyasiya Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə qüvvədə saxlanılmışdır. Onlayn qaydada bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı Banka qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qaldırılmış iddia rədd edilmişdir. Qeyd edilən işlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Müqavilələrin onlayn qaydada imzalanması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı mövcuddur. Qeyd edilən qərarda Azərbaycan Respublikası Mülki Məcələsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “müvafiq qaydada imzalanma” tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa sürətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan istifadə etməklə imzalanmasıdır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur. 5 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-895/2025 saylı qətnaməsi ilə (hakim Samir Bayramov) iddia tələbi təmin edilməmiş, Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında bağlanması göstərilmiş xx.xx.2024-cü il tarixli “Birbank cashbank kredit xətti /// Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma”nın etibarsız hesab edilməsi, ödənilmiş 37.23 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-yə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2024-cü il tarixdə naməlum şəxs məsafədən cavabdehin xəbəri olmadığı halda sonuncunun Birbank mobil tətbiqinə çıxış əldə edərək onlayn qaydada kredit sifariş vermiş və kredit xətti açılmasına nail olmuşdur. xx.xx.2024cü il tarixli “Birbank cashbank kredit xətti /// Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma” əsasında iddiaçı "xxxx" ASC cavabdehə məxsus plastik kart hesabına 1500 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ cavabdehə məxsus hesabdan naməlum olan başqa şəxsin kart hesabına, ondan isə başqa hesablara köçürülmüşdür. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Əməliyyatlardan bir müddət sonra cavabdeh ona kredit ayrıldığını və həmin pulun başqa karta yükləndiyi bilmişdir. Bununla bağlı Banka və polisə məlumat vermişdir. Cavabdeh iddiaçı bankın xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə kredit razılaşması bağlanarkən üztanıma aparılmadığına görə bank tərəfindən qaydalara əməl olunmadığını bildirir. Qaydalarda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. Qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya gücləndirilmiş müştəri autentifikasiyası (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırkı halda isə bank tərəfindən iddiaçıya 1500 manat keditin ayrılması zamanı yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, səs tanınması, barmaq izi və s. kimi elementlərdən istifadə təmin edilməmişdir. Bankın “müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin məsuliyyət daşıması”na dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək məsuliyyəti yalnız müştərinin üzərinə qoymaqla, özünü baş verə biləcək neqativ hallardan sığortalaması, mövcud reallıq üzrə baş verən dələduzluq hallarının yayılması fonunda bank müvafiq problemlərlə bağlı məhkəmənin icraatında kifayət qədər analoji işlərin olmasını bildiyi halda, təhlükəsizlik tədbirlərini lazımi qaydada, yəni, yuxarıda göstərilən tələblərə uyğun həyata keçirməmişdir ki, bu da çoxsaylı məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarmaqdadır. Halbuki Qaydaya 6 saylı əlavədə video eyniləşdirmə zamanı mümkün əməliyyat və digər risklər nəzərə alınaraq məlumat mübadiləsinin təhlükəsizliyinin təmini üçün lazımi səviyyədə təhlükəsizlik tədbirlərinin görülməsi Bankın vəzifələrinə aiddir. Göstərilən qaydalarda müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda iddiaçı bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən 1500 manat məbləğində kredit ayrılmasına dair müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına salır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın olur ki, əlavə kredit razılaşması cavabdehin iradəsinə uyğun olmadan bağlanmış, müştərinin eyniləşdirilməsi tələblərinə lazımi şəkildə əməl olunmamış, təqdim olunmuş videofayldakı görüntü müştərinin 2023-cü ildə debet kartı sifarişi zamanı bank filialında çəkilmişdir, əlavə kredit razılaşması bağlanarkən çəkilmiş fotoşəkillər isə başqa şəxslərə aiddir. Cavabdeh debet kartı kimi istifadə etdiyi plastik kart üzrə ona limitin ayrılması ilə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın kredit götürülmə ilə bağlı dələduzluq hallarının yayıldığı vaxtda bundan məlumatlı olaraq, təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi səbəbindən onun tərəfindən götürülməmiş 1500 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır. Kredit xəttinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə razılaşma tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda cavabdehin iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 339.2, 339.3, 331.1,406.3, 746-2.5, 746-2.6-cı maddələrinə, Azərbaycan Respublikası Mərkəzi X3 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 3, 5, 6-cı bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
8. İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-895/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi X3 04 fevral 2022-ci il tarixli, 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. (5.5.2.) Bundan başqa, bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. İddia tələbindən görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış 1500 manat kreditin verilməsinə dair xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə kredit razılaşmasını mübahisələndirilir. Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.5.2.1-ci yarımbəndinə əsasən, məsafədən istehlak krediti müqaviləsinin bağlanması gücləndirilmiş elektron imza və videozəng vasitəsilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və videozəng vasitəsilə həyata keçirilə bilər. Göründüyü kimi, qanunvericilik istehlak krediti müqaviləsinin hansı formada və hansı texniki vasitələrdən istifadə olunmaqla bağlanmasını konkret şəkildə müəyyən etmiş və bu prosesi adi kredit müqaviləsinin bağlanmasından fərqləndirmişdir. Lakin məhkəmə mübahisəli məsələyə hüquqi qiymət verərkən kredit müqaviləsinin bağlanmasına düzgün olaraq yanaşmamışdır. Müştəri ilə onlayn qaydada debet kartın verilməsi ilə bağlı müqavilə bağlanmış, 10 saniyəlik video rolik vasitəsi ilə şəxsiyyət müəyyən edilmiş və OTP kodu müştəriyə göndərilmiş, müştəri isə şərtlərlə razılaşdığından təsdiq verdikdən sonra ona kart təqdim edilmişdir. Sonradan müştəri telefonunda olan mobil tətbiq vasitəsi ilə xx.xx.2024-cü il tarixdə üz tanıma olmadan 59 ay müddətinə 1500 manat məbləğində kredit götürmüşdür. Müştəri mobil tətbiqdən keçdiyi üçün təkrarən üz tanımaya ehtiyac duyulmur. Belə ki, həmin tətbiqə yalnız özü daxil ola bilər, digər şəxslərin həmin tətbiqə daxil olması yalnız müştərinin özü tərəfindən ona aid olan məxfi kodların kiməsə verməsi səbəbindən baş verə bilər. Buna isə birbaşa məsul şəxs müştərinin özüdür. Həmin kodların cavabdehin özü tərəfindən digər şəxslərə ötürülməsini cavabdehin özü etiraf etmişdir. İzahatında bildirmişdir ki, kredit üçün müraciət etməmişdir. O, sosial şəbəkədə oyun oynayırdı. Ona bildirdilər ki, 300 manat pul qazanmısan, kart şifrəni göndər. Göndərdi, daha sonra təsdiq kodunu yığ dedilər, yığdı. Sonra kartına giriş edə bilmədi. Buradan da görünür ki, cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, məxfiliyi qoyub saxlamamışdır. Bu isə birbaşa müştərinin üzərinə düşən vəzifədir. Bir daha bildirilir ki, məhkəmə bankın təqdim etdiyi sübutlara deyil, cavabdehin məhkəmədə veriyi izahatına və öz mülahizələrinə əsaslanmışdır. Bundan başqa cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bundan əlavə özü ilə dəfələrlə əlaqə saxlanılmış, bildirmişdir ki, onun kartından pul oğurlanıb polisə müraciət edib, bir daha onu narahat etməsinlər. Təqdim olunmuş sənədlərdən də görünür ki, əlavə razılaşmaya əsasən kredit məbləği cavabdehin kartına köçürülmüşdür. Məhkəmə isə qeyd etmişdir ki, əlavə razılaşma etibarsızdır, düzgün bağlamamışdır. Bank müştəri ilə birinci müqaviləni bağladıqdan sonra kartı cavabdehə vermiş, cavabdehin özüdə bunu etiraf edir. Sonradan həmin kartla aparılmış əməliyatlar və s. bir başa cavabdehin məsuliyyətidir. Çünki mobil tətbiqə ondan başqa heç kim daxil ola bilməz, orada məxfi kod vardır. Onu isə müştəridən başqa heç kim bilmir. Tərəflər arasında bağlanmış, cavabdehin özü tərəfindən bağlanmasını etiraf etdiyi xx.xx.2023-cü il tarixli BRCB5350013B166 saylı müqaviləsinin 7.2.6-cı bəndinə əsasən Kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır). Buradan da görünür ki, həmin kodun məxfiliyi qorumaq bir başa cavabdehin öz üzərinə düşür. Belə ki, mobil tətbiq vasitəsi ilə əlavə razılaşma bağlandıqdan sonra pul cavabdehə məxsus karta köçürülmüş, sonradan həmin kartdan hansısa karta köçürülməsinə iddiaçı tərəf heç bir məsuliyyət daşımır. Bir daha qeyd edirlər ki, məhkəmə tərəfindən işə düzgün qiymət verilməmiş, məhkəmə cavabdehin maraqları tərəfdən işə yanaşmışdır. Bu isə yol verilməzdir. Qəbul edilmiş qətnamə həm maddi həm də prosessual hüquqlar pozularaq qəbul edilmiş, sübtulara düzgün qiymət verilməmiş, müqavilə və əlavə razılaşma məhkəmə üçün əhəmiyətli olduğu halda müqavilənin şərtləri məhkəmə tərəfindən tam və düzgün araşdırılmamış, məhkəmə cavabdehin qeyd etdiklərinə və daha doğrusu öz mülahizələrinə əsasən qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə məhkəmə sübutları tam və obyektiv qiymətləndirməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışın giriş hissəsində hesabın kimə məxsus olduğu, hesab nömrəsi və hesabın bağlanma tarixi və.s göstərilmişdir. Bu isə həmin müqavilənin məhz bu hesaba bağlı olduğunu sübut edir. Məlum olduğu kimi məsafədən verilən kreditlər üzrə “kassa məxaric orderi” anlayışı tətbiq edilmir. Bu isə o nəticəyə gəlməyə imkan verir ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışla məxaric və mədaxil edilən məbləğlərdən müştərinin (borclunun) bərpaolunan müqavilə üzrə nə qədər kredit borcu mövcud olduğunu müəyyən etmək olar. Lakin məhkəmə işin faktiki hallarını ətraflı araşdırmadığından əlavə razılaşmanı etibarsız sayılması qənaətinə gəlmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş çıxarışdan daha aydın olur ki, iddia ərizəsində kredit məbləği müştərinin hesabına köçürüldüyü müəyyən olunur. Cavabdehlə İddiaçı ASC arasında bağlanmış Müqaviləsinin predmetindən görünən odur ki, Bank Müştəriyə kartı verir, həmin Karta bağlı bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir. Müqavilənin bəndlərindən görünən odur ki, müştəriyə(dəlillər) ilkin olaraq ödəniş kartı verilmişdir və daha sonra həmin karta bağlı olan və həmin kart daxilindən müəyyənləşdirilmiş məbləğə dair kredit ayrılmışdır. Göründüyü kimi müştəriyə ilkin olaraq bağlanmış müqaviləyə əsasən əlavə razılama əsasında 1500 manat məbləğində kredit verilmiş və həmin məbləğ müştəriyə məxsus debet karta köçürülmüşdür. Təqdim edilmiş çıxarışla da bu subut olunur. Borclu, hesabdan çıxarışdan göründüyü kimi, həmin kredit üzrə ödənişlər etməklə müqavilə üzrə öhdəliklərini icra etməsi barədə etirafedici hərəkətlər etmişdir. Deməli, bu, işin faktiki hallarının kifayət qədər aydınlaşdırılmaması mənasına gəlir. Həmçinin apellyasiya şikayətinə sübut kimi əlavə etdiyimiz elektron daşıyıcıda müştəri ilə Bank arasında müqavilənin gücləndirilmiş müştəri autentifikasiyası və elektron vasitədən istifadə edilməklə təsdiq edildiyinə dair sübutlar mövcuddur. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırıq ki, məsafədən kreditin verilməsinə dair işlər üzrə məhkəmə mübahisələri son dövrlərdə məhkəmələrin icraatına daxil olur. Bu isə mövcud müqavilə üzrə borclunun Bank qarşısında öhdəliklərinə ümumilikdə xitam verilməsi və ya iddianın rədd edilməsi üçün əsas hesab edilməməlidir. Bundan əlavə, məhkəmə tərəfindən konkret olaraq əlavə hər hansı sübutun təqdim edilməsinə dair Banka hər hansı bir göstəriş və ya təklif verilməmişdir. Bank hesabından çıxarışda qeyd olunan təyinatlardan aydın olur ki, cavabdeh Bank tərəfindən ayrılmış kredit vəsaitdən istifadə etmişdir. Bu səbəbdən hesab edirlər ki, məhkəmə işin halları və təqdim edilmiş sübutları yetərincə düzgün qiymətləndirməmiş və nəticə etibarilə əsassız olaraq Bankın iddiasının rədd edilməsi ilə nəticələnən qənaətə gəlmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bank tərəfindən cavabdehə debet kart verilmiş, sonradan əlavə razılaşma əsasında 1500 manat məbləğində kredit verilmişdir. Təqdim edilmiş bank hesabı çıxarışından açıq şəkildə görünür ki, cavabdeh ona ayrılmış kreditdən istifadə etmişdir. Lakin məhkəmə cavabdehlə bağlanmış əlavə razılaşmanı etibarsız hesab etmişdir. Bu yanaşma isə sübutların düzgün təhlil edilməməsi və hüquqi baxımdan səhv qiymətləndirilməsi ilə nəticələnmişdir. Təqdim edilən materiallardan açıq şəkildə görünür ki, cavabdeh məsafədən müqavilələr bağlamışdır. Bu da bir daha təsdiq edir ki, cavabdehə kredit onun iradəsinə və razılığına əsasən təqdim olunmuş, kredit münasibətləri qanunvericiliyə uyğun şəkildə yaranmışdır. Məhkəmə öz qətnaməsində Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışı, həmin çıxarışda əks olunan əməliyyatları, eləcə də əməliyyatların təyinatlarını sübut kimi düzgün qiymətləndirməmişdir. Halbuki, hesabdan çıxarışda cavabdehin Bank tərəfindən ayrılmış kredit çərçivəsində aparılan əməliyyatlar və onların təyinatı açıq şəkildə görünməkdədir. Nəticə etibarilə, sübutlara düzgün hüquqi qiymət verilməməsi məhkəmənin iş üzrə qeyridəqiq və əsassız qənaətə gəlməsinə səbəb olmuşdur. Bir daha qeyd edilir ki, Azərbaycan Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.1-ci bəndinin tələblərinə uyğun olaraq Bank məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Qaydanın 5.10-cu bəndində (məsafədən bank hesabının açılması bankın və ya Mərkəzi Bankın operatoru olduğu informasiya sistemi və ya onların mobil tətbiqi vasitəsilə həyata keçirilir) nəzərdə tutulmuş vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. Qaydaların tələblərinə əsasən Məsafədən Satış və Xidmət şöbəsinin (bundan sonra - MSXŞ) əməkdaşı ilk növbədə onlayn kredit sifarişi üçün müraciət etmiş şəxsi identifikasiya edir və rəsmiləşmə üçün lazım olan aşağıdakı eyniləşdirmə məlumatlarını əldə edir: Müştərinin adı, soyadı, ata adı. Müştərinin eyniləşdirilməsi zamanı hər hansı şübhə yaranarsa digər məlumatlar (eyniləşdirmə sualları, şəxsiyyəti təsdiq edən sənədin fin kod və ya seriya nömrəsi, doğum tarixi, əmək haqqı kartına mədaxillər, kartın üzərindəki son 4 rəqəm, kartla aparılmış sonuncu əməliyyat və s. ) soruşula bilər. MSXŞ əməkdaşı yalnız müştərini tam eyniləşdirdikdən və verilən məlumatların və razılığın həqiqətən müştərinin iradə ifadəsini əks etdirdiyindən tam əmin olduqdan sonra prosesi davam etdirilir. Bundan sonra ETE - MSXŞ tərəfindən rəsmiləşdirilmə aşağıdakı formada həyata keçirilir. Müştərinin seçimi üzrə kredit məhsulu MSXŞ tərəfindən rəsmiləşdirilir. Rəsmiləşmə zamanı kredit risklərinin təhlili departamentinin rəyinə (bundan sonra – KRTD) tələb olarsa, MSXŞ əməkdaşı tərəfindən KRTD-yə yönləndirilir. KRTD-nin rəyi müsbət olduğu təqdirdə rəsmiləşmə davam edilir (skorinqin nəticəsi mənfi və ya KRTD-nin rəyi mənfi olduqda MSXŞ əməkdaşı müştəriyə məlumat verir və müraciətə imtina olunur). Rəy müsbət olduğu təqdirdə MSXŞ əməkdaşı tərəfindən yığılmış tapşırığın rəsmiləşdirilməsinin yekunlaşdırılması üçün müştəriyə avtomatik link göndərilir. Növbəti mərhələdə müştərinin sonrakı eyniləşdirilməsi prosesi Virtual eyniləşdirmə sistemi (bundan sonra – DVS) vasitəsi ilə davam etdirilir. Eyniləşdirməni 3 üsulla həyata keçirmək mümkündür. 10 saniyəlik video çarx yazılması (müştəri tərəfindən çəkilən video çarx); Rəqəmsal satışlara xidmət bölməsinin (bundan sonra - RSXB) əməkdaşı ilə video zəng; Fotoşəkil əsasında üztanıma; Müştərinin müəyyən olunmuş mobil nömrəsinə OTP kod və təsdiqlənmə linki göndərilir, müştəri OTP kodu linkdəki müvafiq xanaya daxil edir və eyniləşdirmə prosesi bitdikdə müştəri sənədlər səhifəsinə keçid edir. Burada müştəri sənədləri yükləyə bilər. Müştəri sənədlərlə tanış olduqdan sonra xanaları işarələyir və təsdiqləyir. Eyniləşdirmə nəticəsi təyin olunan identifikasiya meyarlarına uyğundursa RSXB əməkdaşı prosesi həyata keçirir. Müştəri tərəfindən proses yekunlaşdıqdan sonra MSXŞ-nin RSXB əməkdaşları bankın əməliyyat sistemində (dəlillər) formalaşmış aktiv tapşırığın cari şərtlərə uyğunluğunu yoxlayaraq təsdiq və ya imtina edir. İdentifikasiya uğurlu olduğu halda RSXB əməkdaşı vəsaiti müştərinin kreditə bağlı cari hesabına köçürür və proses tamamlanır. Müştərinin razılığını bildiriən video rolik mövcuddur və disk şəkilində məhkəməyə təqdim edilir. Bundan əlavə iş üzrə hesabdan çıxarışla da subut olunur ki, cavabdeh həmin məbləğdən istifadə etmiş lakin geri qaytarmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB5350013B166 saylı müqaviləsinin 7.2.6-cı bəndinə əsasən Kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır). Buradan da görünür ki, həmin kodun məxfiliyi qorumaq bir başa cavabdehin öz üzərinə düşür. Məxfi kodu kiməsə veribsə artı məsuliyyəti öz üzərinə düşür. Cavabdeh özüdə bildirir ki, bununla bağlı polisə müraciət etmiş, bununla bağlı cinayət işi açılmışdır. Bu işin isə hazırki işlə heç bir bağlılğı yoxdur, gələcəkdə qanuni qüvvəyə minmiş hökm olduğu halda reqres qaydada iddia qaldırmaq hüququ yaranacaq. Bir daha bildirilir ki, müqavilə tam qanuna uyğun olaraq bağlanmışdır. Demək olar ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş subutlara deyil cavabdehin verdiyi izahata və öz mülahizələrinə əsaslanmış, iddia üzrə borcu borc kimi qəbul etməmiş, əlavə razılaşmanı etibarsız hesab etmişdir. Məhkəmə tərəfindən qeyd edilənlər iddianın rədd edilməsi üçün əsas ola bilməz.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlə müqavilə bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq cavabdehə onlayn qaydada debet kart verilmiş, gələcəkdə müqavilə əsasında kredit götürmə imkanı qeyd olunmuşdur. Məhkəmə öz mülahizəsinə əsasən qərar qəbul edib. Müqavilə şərtlərinə əsasən kart və pin kod heç kimə verilməməlidir, məsul şəxs kartı əldə edən şəxsin özüdür. Cavabdeh aldadıldığını bildirir, bununla bağlı, cinayət işi açılıb, araşdırma gedir. Gələcəkdə təqsirli şəxsin müəyən edildiyi təqdirdə cavabdeh reqres qaydada pulu tələb edə bilər. Əgər sifariş cavabdehə məxsus mobil nömrə ilə edilmiş və köçürmələr cavabdeh tərəfindən məxfi kodun paylaşılması nəticəsində baş vermişsə, o zaman bankın hər hansı məsuliyyətindən söhbət gedə bilməz. Müqavilə bağlanan zaman üztanınma olub, şəkil və video görüntü götürülüb, ikinci müraciət isə eyni telefondakı mobil tətbiq vasitəsilə edildiyindən həmin zaman yenidən üztanınmaya ehtiyac qalmayıb. İki dəfə OTP kod göndərilib. Birinci OTP kod müqavilənin bağlanması və üztanınma zamanı olub, ikinci dəfə isə saytdan istifadə zamanı olub. Cinayət işi başlanıb, işin yekununda yəqin ki təqsirli şəxs tapılacaq. Mobil tətbiq ilk dəfə açılanda fotoşəkil, videozəng və 10 saniyəlik videorolik olmaqla 3 cür tanınma həyata keçirilir, DİN-in portalı ilə üzləşdirilir. İkinci müraciət mobil tətbiqdən olduğu üçün yenidən üztanınma tələb olunmayıb. Məhkəmənin mövqeyi ilə razı deyil, mobil tətbiqdən müraciət zamanı üztanınmaya ehtiyac yoxdur. Kart məlumatları paylaşılıb, digər şəxs mobil tətbiqi ələ keçitmiş, pin kod şəxsin özünə məxsusdur, paylaşılmasa heç kəs kartdan istifadə edə bilməz. Müqavilədə sadəcə 15000 manata qədər kredit götürülə biləcəyi qeyd olunub, kredit məbləğinin artırılması zamanı videogörüntü, yaxud fotoşəkil tələb etmə ilə bağlı hər hansı bir şərt nəzərdə tutulmayıb. Limitin verilməsi ilə bağlı əlavə razılaşma da var. Mobil tətbiqdən istifadə zamanı yenidən tanınmaya ehtiyac olmur, çünki şəxs artıq öncədən tanınmış olur. Müqavilə bağlanan zaman OTP kod istənilir, təsdiq edən kimi hesab ələ keçirilir. İkinci üztanınmaya ehtiyac yoxdur, çünki müqaviləni heç bir tərəf mübahisələndirməyib, cavabdeh özü də bildirib ki, kodu başqa şəxsə verib, bununla bağlı məsuliyyət müqavilə şərtlərində öz əksini tapıb. Cavabdehə birinci dəfə bank hesabı açılmış, debet kart verilmiş, müqavilədə gələcəkdə kredit xəttinin açılmasının mümkünlüyü nəzərdə tutulub, cavabdehə ikinci dəfə hesab açılmamışdır. Cavabdehin mobil tətbiqindən sifariş verilmiş, mobil tətbiq isə birbaşa cavabdehə məxsusdur. Kredit xətti açıldığından faizi də tələb edirlər, bağlanmış müqavilə etibarlı müqavilədir. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, instagram sosial platformasında qarşısına reklam çıxmış və çarxı fırlamışdır, 300 manat qazanmağı barədə məlumat gəlmiş, 300 manatın kartına köçürülməsi üçün ilk olaraq kartın 16 rəqəmli kodu istənilmiş, daha sonra isə mobil nömrəsinə gələn OTP kodu tələb etmişlər. Həmin məlumatları qarşı tərəfə ötürdükdən sonra sonra qeyd edilən hadisə baş vermişdir. 1 ay sonra bankdan kredit borcu olması barədə xəbərdarlıq almışdır. Ondan sonra məhkəməyə müraciət edib. Pul onun kartından götürülüb başqa birbank karta köçürülüb. Kartında müəyyən qədər kredit məbləği olsa və kimsə tərəfindən ələ keçirilsə idi, o zaman təqsirli o, olardı, lakin onun kartında pul vəsaiti olmadan pul çıxarılıb. Bu isə bankın təhlükəsizlik tədbirlərindəki boşluqdan irəli gəlir. Cinayət işinin gedişi barədə məlumat almaq üçün mütəmadi olaraq polisə gedir, ortada hələki bir şey yoxdur, kartından köçürmələrin həyata keçirildiyi kartın kimə məxsus olmasını öyrənmək istəsə də ona məlumat verilməyib. Sonradan həmin şəxsin Manafova Leyla adlı biri olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs qismində tanınmışdır. Üztanınması olmadan müştərilərə kredit verilmir, hazırki situasiya bankın təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmasının nəticəsidir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
İşdə olan sübutlar
13. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB5350013B166 saylı debet kart müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh kart verilməklə, kredit xətti ayrır, həmin kartla bağlı və kredit xəttinin istifadəsi ilə bağlı müvafiq hesablar açır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən Müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən X6 şəxsi imzası ilə imzalandıqda və ya Bankın texnoloji vasitələrindən istifadə edilməklə Müştəri tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və s.) ilə təsdiq edildikdə qüvvəyə minir və Tərəflər bu Müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Müqavilənin imzalanma qaydası ilə bağlı müddəa həm bu Müqavilə bağlanarkən imzalanan, həm də bu Müqavilə üzrə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlərə) də tətbiq olunur. Bank bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
14. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə razılaşmaya kredit xətti müqaviləsi üzrə kreditin məbləği 1500 manat məbləğində müəyyən edilmişdir.
15. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli BRCB5350013B166 saylı müqaviləsinə əsasən 1499.56 manat əsas, 223.32 AZN manat, cəmi 1722.88 manat borcu vardır.
16. Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Mütəllim Fərmanovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Xaçmaz rayonu, Müşkür kənd sakini Cavabdeh əmlakının etibardan sui-istifadə və aldatma yolu ilə kart hesabından ələ keçirilməsi nəticəsində ona maddi ziyan vurulduğu müəyyən edildiyindən Valeh Cəfərov ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746-2.5. İstehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
18. Azərbaycan Respublikası Mərkəzi X3 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”: (hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiya) 1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və ölkə daxilində banklarda, xarici bankların yerli filiallarında (bundan sonra – bank) bank hesablarının açılması, aparılması və bağlanması qaydalarını müəyyən edir. 2.7. Bank tərəfindən müştərilərə kreditlərin verilməsi müştərinin həmin bankdakı mövcud və ya bu məqsədlə açdığı cari hesabı vasitəsilə həyata keçirilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmiş kreditlər müştərilərin yalnız vergi ödəyicisi qismində açılmış cari hesablarına köçürülür. 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 5.8. Məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya 6 nömrəli Əlavə ilə tənzimlənir.
19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-895/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığını tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-895/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
22. Məhkəmə kollevgiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol verərək, mübahisəyə “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın müddələarını tətbiq etməklə, iddiaçı bankın həmin Qaydanın tələblərinə əməl etmədiyini və bununa da cavabdehlə bağlanmış kredit müqaviləsinin etibarsız əqd olması nəticəsinə gəlmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, kredit müqaviləsi ilə bank hesabı müqaviləsi fərqli müqavilə növləri olmaqla, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” bank tərəfindən müştəriyə müvafiq bank hesablarının açılması, həmin hesablar üzrə əməliyyatların aparılması və hesabın bağlanmasına dair münasibətləri tənziləməklə, kredit müqaviləsinin bağlanılmasına dair münasibətləri tənzimləməməkdədir.
24. Hazırkı işin hallarına görə isə Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB5350013B166 saylı debet kart müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh bank hesabı açılmaqla yanaşı kredit xətti də müəyyən edilmişdir ki, həmin müqavilə bank hesabı və kredit müqaviləsinin ünsürlərini əhatə edən qarışıq müqavilə olmuş, həmin müqavilə üzrə bank hesabının açılması yeni müştəri üçün bank hesabının açılmasına dair “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələblərinə uyğun olmuşdur.
25. Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə razılaşma isə birinci instansiya məhkəməsinin qətnaməsinə qeyd etdiyi kimi Bank hesabı mövcud olan müştəri qismində Cavabdeh həmin bankda məsafədən yeni bank hesabının açılmasını deyil, xx.xx.2023-cü il tarixli, BRCB5350013B166 saylı debet kart müqaviləsi üzrə kredit xəttinin 1500 manat müəyyən edilməsi və 1500 manat məbləğində borc pulun verilməsi, ona faizlərin hesablanması və kart vasitəsi ilə borc puldan istifadə qaydalarını müəyyən etmişdir. Yəni, həmin razılaşma ilə cavabdehə bank hesabı açılmamışdır. Buna görə də birinci instnasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə razılaşmanın “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.6.2-ci bəndinə müvafiq olaraq, gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlanmalı olmasına dair əsaslandırması əsassız olmuşdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB5350013B166 saylı debet kart müqaviləsinin və xx.xx.2024-cü il tarixli BRCB5350013B166 saylı əlavə razılaşmanın 4.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, müştəri Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Bundan başqa həmin müqavilənin 10.1-ci bəndinə əsasən X6 şəxsi imzası ilə imzalandıqda və ya Bankın texnoloji vasitələrindən istifadə edilməklə Müştəri tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və s.) ilə təsdiq edildikdə qüvvəyə minir və Tərəflər bu Müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Müqavilənin imzalanma qaydası ilə bağlı müddəa həm bu Müqavilə bağlanarkən imzalanan, həm də bu Müqavilə üzrə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlərə) də tətbiq olunur. Bank bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Hazırkı mübahisə üzrə isə cavabdehin xx.xx.2023-cü il tarixli, BRCB5350013B166 saylı müqavilə üzrə açılmış hesabına 1500 manat pul məbləği məhz müqavilənin həmin şərtlərinə əsasən köçürülmüşdür. Bu şərtlərlə yanaşı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB5350013B166 saylı müqavilənin 8.2-ci bəndinə əsasən cavabdeh Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır.
27. Nəzərə alınmalıdır ki, cavabdehin özünün etirafına görə isə o, “İnstaqram” sosial şəbəkəsində oyun oynaması və pul məbləği qazanması ilə bağlı bank kartına dair və mobil nömrəsinə gələn OTP kodu başqa şəxslərə verməsi nəticəsində ona məxsus mobil telefonuna kənar müdaxilə edilərək, müvafiq tətbiqlərin ələ keçirilməsindən sonra kartdan pul məbləğinin götürülməsi baş vermişdir ki, qeyd edilənlərin cavabdehin təqsiri üzündən baş verməsi təsdiq olunmuşdur. Digər tərəfdən qeyd edilən faktla bağlı başlanmış cinayət işi üzrə məhz cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır ki, həmin cinayət işi də cavabdehin əmlakının etibarından sui-istifadə edilməsi və aldatma yolu ilə kart hesabının ələ keçirilməklə zərər vurulması faktına əsaslanmışdır.
28. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Buna görə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-895/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1499.56 manat əsas, 223.32 manat faiz məbləği olmaqla, cəmi 1722.88 manat borc məbləği və iddia ərizəsinin verilməsi üçün ösənilmiş 37.23 manat dövlət rüsumu tutulmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ƏT E T D İ :
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-895/2025 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1499.56 manat əsas, 223.32 manat faiz məbləği olmaqla, cəmi 1722.88 (min yeddi yüz iyirmi iki manat, 88 qəpik) manat borc məbləği və iddia ərizəsinin verilməsi üçün ösənilmiş 37.23 (otuz yeddi manat, 23 qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.