Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1350/2024 13.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Zeynalabdun Nəcəfovun, nümayəndə və vəkili Vəkil2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 103.000 (bir yüz üç min) manat pulun, 435 manat dövlət rüsumunun və 900 manat hüquqi yardıma görə ödənilmiş xərclərin ümumilikdə 104,335 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh 103.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 435 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, iddiaçı tərəfindən hüquqi yardımla bağlı ödənilmiş 900 manat məbləğində pulun yarısı, yəni 450 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Cavabdeh Quba Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(027)- 141/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə müvafiq olarq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim edilmədiyindən geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, lakin Quba Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(027)141/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddəti ötürməklə verildiyindən və şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, lakin bu dəfə də Quba Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətlərindən biri qanunla müəyyən edilmiş müddəti ötürməklə verildiyindən və şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilmədiyindən, digəri elektron kabinet vasitəsi ilə həyata keçirilmədiyindən geri qaytarılmışdır. Bundan sonra Cavabdeh xx.xx.2024-cü il tarixdə Quba Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsini üzürlü hesab edərək, buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə məhkəmə qətnaməsini 12 yanvar 2024-cü il tarixdə öz təşəbbüsü ilə almışdır. Qətnamədən verdiyi apellyasiya şikayəti elektron formada verilmədiyinə görə xx.xx.2024-cü il tarixli qərardadla geri qaytarılmışdır. Bundan sonra yenidən apellyasiya şikayətini elektron qaydada vermişdir. xx.xx.2024-cü il tarixli qərardadla apellyasiya şikayəti dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmışdır. 15 aprel 2024-cü il tarixində tərəfindən verilən apellyasiya şikayəti dövlət rüsumunun ödənilməməsi və buraxılmış müddətin bərpası barədə ərizə təqdim edilmədiyindən geri qaytarılmışdır. O, sadə bir vətəndaşdır və onun yazılı şəkildə dövlət orqanlarına, eləcə də məhkəməyə müraciət etmək hüququ var. Belə olan halda tərəfindən Quba Rayon Məhkəməsinə göndərdiyi apellyasiya şikayətinin, müddət keçəndən sonra təkrarən "elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə yenidən məhkəməyə göndərilməsi ilə əlaqədar, ona rayon məhkəməsindən verilmiş şifahi xəbərdarlıqdan sonra, o, təkrar olaraq, yazdığı apellyasiya şikayətini "elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə göndərmişdir. Hal-hazırda yenidən apellyasiya şikayəti ilə müraciət edir. Qətnamənin tərəfindən alındığı 12 yanvar 2024-cü ildən hal-hazıradək keçən müddət ərzində qəbul edilən qərardadların göndərilmə tarixləri və qüvvəyə minməsi müddətləri, habelə apellyasiya şikayətinmin verildiyi andan qaytarıldığı vaxtadək icraatda olan müddətdə axımın dayanması nəzərə alınarsa tərəfindən apellyasiya şikayətinin vaxtında göndərilməməsi üzürlü sayılmalıdır. Quba Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qərardadı ilə Cavabdeh Quba Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(027)- 141/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş, Quba Rayon Məhkəməsinin 08 yanvar 2024cü il tarixli, 2(027)-141/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddətin bərpa edilməsi, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh məhkəməyə çatımlılıq hüququnun təmin edilməsi baxımından, hazırkı mülki iş üzrə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. İddiaçı Quba Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(027)-141/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və Cavabdeh Quba Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(027)-141/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh apellyasiya şikayəti verilməsi üçün müddətin üzürlü səbəbdən buraxılmış hesab edilməsi üçün heç bir qanuni əsaslar mövcud olmadığından qərardad ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməməlidir. Belə ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə imza etməklə almış, həmin qətnamədən 09 fevral 2024-cü il tarixdə verdiyi apellyasiya şikayəti 12 fevral 2024-cü il tarixli qərardadla elektron qaydada təqdim edilmədiyindən geri qaytarılmış, bundan sonra dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından və müddət ötürülməklə verildiyindən Quba Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(027)-141/2024 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, daha sonra Cavabdeh apellyasiya şikayəti Quba Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(027)-141/2024 saylı qərardadı ilə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən müddətin ötürülməsi ilə verildiyindən və elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Qanunvericilikdə apellyasiya şikayəti verən şəxsin şikayətin verilməsi ilə bağlı tələblərə əməl etməməsi və lazımı hərəkətləri yerinə yetirməməsi səbəbi ilə müddətin buraxılmasının üzürlü hesab edilməsi və bərpa edilməsi üçün əsaslar nəzərdə tutulmamışdır. Hesab edir ki, Quba Rayon Məhkəməsinin apellyasiya şikayətlərinin geri qaytarılması barədə qərardadlarında göstərilən nöqsanların aradan qaldırılması üçün cavabdehin kifayət qədər vaxtı olmuş və o, bu hərəkətləri vaxtında etməyib apellyasiya şikayəti verilməsi üçün 12 yanvar 2024-cü il tarixdən axını başlayan 1 ay müddətini üzürsüz səbəbdən ötürmüş, müddətin buraxılmasının üzürlü hesab edilə bilməsi üçün heç bir sübut, sənəd təqdim etməmişdir. Quba Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qərardadı ilə (hakim Vüqar Seyidov) şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək bildirdi ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2024-cü il tarixdə alır, xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verir, şikayət elektron kabinetlə göndərilmədiyinə görə məhkəmə cavabdehin şikayətini geri qaytarır. Cavabdeh xx.xx.2024-ci il tarixdə qətnamədən yenidən apellyasiya şikayəti verir. Apellyasiya şikayətinə dövlət rüsumuna dair qəbz ödəmədiyi üçün geri qaytarır. Cavabdeh həmin qərardaddan da şikayət vermir. 1 ay 13 gün sonra, 15 aprel 2024-cü il tarixdə yenidən apellyasiya şikayəti verir. Bu dəfə məhkəmə apellyasiya şikayətini geri qaytarır ki, qətnamədən şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülüb. Müddətin bərpasına dair ərizə verməyib. xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət edir. Ərizəyə baxılarkən xx.xx.2024cü il tarixdə hakim cavabdehə pulu 10 gün müddətinə ödəməsini tapşırır, eyni zamanda iddiaçının atasına da bildirir ki, 10 gün müddətinə pul ödəniləcək. Müddətin bərpasına dair ərizə, həmçinin məhkəmənin gəldiyi nəticə də əsaslandırılmamışdır. Cavabdeh apellyasiya şikayətlərinin geri qaytarılması barədə qərardadları mübahisələndirməyib, məhkəmənin mövqeyi ilə razılaşıb. Razılaşıbsa da qərardadda göstərilənləri aradan qaldıraraq şikayət verməli idi. Müddətin bərpasına ona görə etiraz edir ki, hazırki işə apellyasiya qaydasında, sonra isə kassasiya qaydasında baxılacaq və müddət uzanacaq. Cavabdeh borcunun əvəzində mülkiyyətində olan torpaq sahəsi ilə əlaqədar öz adından və arvadının adından iddiaçıya etibarnamə verir. Notariusdan çıxdıqdan sonra sadə qəbz yazaraq 103000 manat borcu olmasını qeyd edir. Lakin iki gün sonra arvadının adından verilmiş etibarnaməni, daha sonra isə öz adından verdiyi etibarnaməni ləğv etdirir. Qətnamənin icrası ilə əlaqədar icra məmuru təqdimat verir, məhkəmə təqdimatı rədd edir ki, iş üzrə apellyasiya şikayəti verilib. Bundan sonra cavabdeh mülkiyyətində olan 4 əmlakı öz adından çıxarır, birini qardaşına bağışlayır. Qətnamənin icrasının uzadılmasına görə müddətin bərpa edilməsinə narazıdır. Borcundan 50000 manata yaxın hissəsini hissəhissə ödəyib. Buna görə də şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Zeynalabdun Nəcəfov şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətə etiraz edərək bildirdi ki, savadsızlığından apellyasiya şikayətini elektron kabinetlə göndərməyib, sonradan vəkildən məsləhət alan zaman vəkil rüsum ödəməməli olmasını bildirmiş, o da ona inanmış, buna görə şikayət verərkən dövlət rüsumu əlavə etməmişdir. Apellyasiya şikayəti yenidən geri qaytarıldıqdan sonra vəkili ödəməsini təklif etmiş və rüsumu ödəmişlər. Vəkillə rəsmi xidmət müqaviləsi bağlamamışdır. O, mağazada satıcı olmuş, iddiaçı isə mağazanın sahibidir. İddiaçının borcu olmuş və ona təklif etmişdir ki, 103000 manat borcunun olmasına dair qəbz yazsın ki, Bakıdakı borc sahiblərinə göstərsin. Sonradan oğlu demişdir ki, hansı ağılla atasına etibarnamə verib. Bu sözdən iki gün sonra gedib etibarnaməni ləğv etdirmişdir. Əmlakına dair etibarnamələri də inandırıcı olsun deyə iddiaçıya bu səbəbdən vermişdir. Borcun yaranması səbəbinin araşdırılması üçün mühasib dindirilməlidir. Satıcı olub, dükanda satılan malın pulunu iddiaçıya verib. Onun borcu olmayıb. Mühasib hazırda iddiaçı ilə birlikdə işləmir, mühasib qeyd yazaraq həmin borcun olmamasını təsdiq edib. İddiaçının Bakıdakı şəxslərə borcu olub, onlara göstərmək üçün ondan borcun olması barədə imzalı kağızlar alıb. Lakin bilməyib ki, iddiaçı gələcək üçün sübutlar toplayır. Mülkiyyətində olan əmlaklar isə əslində onun olmamışdır. Qətnamənin icraya yönəlməsi ilə əlaqədar icra şöbəsi əmlaklara yönəltmək istədiyindən, əmlakları mülkiyyətindən çıxararaq sahiblərinə qaytarmışdır. 16-17 ildir ki, iddiaçının işçisi olmuşdur. 152000 manatlıq 01 aprel 2019-cu il tarixli hesabata isə imza etməsinin səbəbi işçisi olması ilə əlaqədar olmuşdur. Həmin sənədi də borclu olduğu şəxslərə göstərəcəkdir. 152000 manatlıq borc məbləğindən iddiaçının deməsinə görə 50000 ödəmişdir. Lakin, o satdığı malın pulunu ödəmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(027)-141/2024 saylı qərardadı və həmin qərardadla bağlı 28 iyun 2024-cü il tarixli, 2(027)-141/2024 saylı qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 2(027)- 141/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsi təmin edilməməli, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi hazırki iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qəbzə imza etməklə alınmış, qətnamədən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmiş, həmin şikayət "elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə təqdim edilmədiyindən məhkəmənin 12 fevral 2024-cü il tarixli qərardadı geri qaytarılmış, bundan sonra xx.xx.2024-cü il tarixdə "elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə apellyasiya şikayəti verilmiş, şikayət qanunla müəyyən edilmiş müddəti ötürməklə verdiyindən və şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə etmədiyindən məhkəmənin 04 mart 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardadda qeyd edilən nöqsanlar aradan qaldırılmadan cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən qətnamədən apellyasiya şikayəti vermiş, şikayət vermə müddəti ötürüldüyü halda müddətin bərpasına dair ərizə ilə müraciət etməmiş, eyni zamanda dövlət rüsumunun ödənilməsinə dair qəbzi də şikayətə əlavə etməmişdir. Həmin apellyasiya şikayəti məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmiş nöqsanlarla verildiyindən xx.xx.2024-cü il tarixli qərardadla təkrarən geri qaytarıldıqdan sonra cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət etmiş, şikayətə 217,50 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə etmişdir. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi 04 mart 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətini geri qayatararkən qərardadında dövlət rüsumunun ödənilməli olması və apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin ödənilməli olmasını qeyd etsə də cavabdeh qeyd edilən nöqsanları aradan qaldırımadan, xx.xx.2024-cü il tarixdə yenidən qətnamədən apellyasiya şikayəti vermiş, şikayət vermə müddəti ötürüldüyü halda müddətin bərpasına dair ərizə ilə müraciət etməmiş, eyni zamanda dövlət rüsumunun ödənilməsinə dair qəbzi də şikayətə əlavə etməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh məhkəmənin qərardadında qeyd edilən nöqsanlarını aradan qaldırmamasının səbəbi kimi vəkilinin ona rüsum ödəməli olmaması ilə bağlı məsləhətni göstərmiş, lakin məhkəmə kollegiyasının suallarına cavabında qeyd edilən vəkillə hər hansı bir xidmət müqaviləsinin olmamasını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin apellyasiya şikayətini geri qaytarılması barədə qərardadında göstərilən nöqsanlara razılaşaraq qərardaddan şikayət verməməsi, buna baxmayaraq nöqsanları aradan qaldırmadan yenidən eyni qaydada məhkəməyə müraciət etməsi halı buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü səbəb hesab edilə bilməməklə, qətnamənin qanuni qüvvəyə minməsinin ləngidilməsinə xidmət edən hətəkətlər kimi qiymətləndirilir. Məhkəmə kollegiyasının iclasında iddiaçı hazırkı iş üzrə mübahisələndirilməsi istənilən qətanmənin icrası ilə əlaqədar cavabdehin əmlaklarının üzərinə həbs qoyulması ilə bağlı icra məmurunun məhkəməyə təqdimat verməsindən sonra cavabdehin dörd əmlakı öz mülkiyyətindən çıxarması ilə bağlı izahatına münasibətdə cavabdeh mülkiyyətində olan əmlakların əslində onun olmaması, qətnamənin icraya yönəlməsi ilə əlaqədar icra şöbəsinin əmlaklara yönəltmək istəməsi səbəbindən əmlakları mülkiyyətindən çıxararaq əsl sahiblərinə qaytardığını bildirmişdir ki, buna müvafiq olaraq da məhkəmə kollegiyası cavabdehin qərardadda göstərilən nöqsanlara razılaşaraq qərardaddan şikayət verməməsi, buna baxmayaraq nöqsanları aradan qaldırmadan yenidən eyni qaydada məhkəməyə müraciət etməsi ilə bağlı hərəkətlərini qətnamənin qanuni qüvvəyə minməsinin ləngidilməsinə xidmət edən hətəkətlər kimi qiymətləndirmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin qətnaməni aldıqdan sonrakı hərəkətləri onun qətnamədən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddəti üzrlü səbəbdən buraxmasını istisna edir. Buna görə də şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(027)- 141/2024 saylı qərardadı və həmin qərardadla bağlı 28 iyun 2024-cü il tarixli, 2(027)- 141/2024 saylı qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 2(027)-141/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsi təmin edilməməli, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(027)-141/2024 saylı qərardadı və həmin qərardadla bağlı 28 iyun 2024-cü il tarixli, 2(027)-141/2024 saylı qərardadı ləğv ləğv edilsin. Quba Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 2(027)-141/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsi təmin edilməsin. Quba Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 2(027)-141/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1350/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1350/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver