Məhkəmə qərarları › İş №2(105)-1356/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1356/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1356/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X1 5400 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Xaçmaz Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qiyabi qətnaməsi Cavabdeh 25 iyul 2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Cavabdeh xx.xx.2022-ci ildə qiyabi qətnamənin ləğv edilməsi il bağlı Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-940/2022 saylı qərardadı ilə Cavabdeh qiyabi qətnamənin ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin davam etdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli şikayəti Azərbaycan Respublikası MPM-nin 2 saylı Əlavəsinə uyğun olmadığından, Xaçmaz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bununla bağlı Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)940/2022 saylı qərardadı ilə Cavabdeh şikayəti geri qaytarılmışdır. Daha sonra Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-940/2022-17 saylı qərardadından şikayət vermiş, həmin şikayət Xaçmaz Rayon məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə təmin edilmədiyindən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-731/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon məhkməsinin 27 yanvar 2023-cü il və 27 oktyabr 2023-cü il tarixli qərardadları ləğv edilmiş və şikayətə yenidən baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(067)-940/2022 saylı və 27 oktyabr 2022-ci il tarixli 2(067)- 940/2022 saylı qərardadları ləğv edilsələr də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-940/2022 saylı tarixli qərardadı ləğv edilmədiyindən məhkəmə cavabdeh X2 21 oktyabr 2022-ci il tarixli şikayətinə yenidən baxmış və Xaçmaz Rayon Məhkəməsinin 26 may 2023-cü il və 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-940/2022 saylı qərardadından Cavabdeh şikayətinin təmin edilməməsi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadından verilmiş şikayət onunla əsaslandırılmışdır ki, qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsi təmin edilmədiyinə görə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixdə, yəni qərardadın surətini aldığı gün qərardaddan şikayət verərək xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadın ləğv edilərək sonraki prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadı ilə xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadından verdiyi şikayət geri qaytarılmışdır. Qərardadda göstərilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadından verdiyi şikayət Azərbaycan Respublikası MPM-nın 2 saylı əlavəsinə uyğun olmadığı müəyyən edilmişdir. Hesab edir ki, məhkəmə süni surətdə onun şikayət vermək hüququnu məhdudlaşdırır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-940/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-940/2022 saylı qərardadından verdiyi şikayəti Azərbaycan Respublikası MPM–nin 2 saylı əlavəsinə uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Birinci instansiya məhkəməsini aktlarından şikayətin forması da 2 saylı əlavə ilə müəyyən edilmişdir. Hazırki işdən görünür ki, cavabdeh tərəfindən məhkəmənin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadından verdiyi şikayət Məcəllə ilə müəyyən edilmiş 2 saylı Əlavəyə uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin şikayətdə göstərdiyi dəlillər əsassızdır və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar