Məhkəmə qərarları › İş №2(105)-1358/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1358/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1358/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X2, Maraqlarına toxunmayan şəxs: Ömər Şəmşəddin oğlu Məmmədovun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı nikah dövründə aparılmış inşa işlərinin dəyəri 8961 manat pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi Ö.Ş.Məmmədov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.A.Məmmədov) Quba Rayon Məhkəməsinin 2(027)-370/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən Məmmədov Ömər Şəmsəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Quba Rayon Məhkəməsinin 2(027)-370/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5717 manat pulun tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-370/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən Məmmədov Ömər Şəmsəddin oğlu apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-370/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, lakin özünü qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan hesab edən şəxs Ö.Ş.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlarına toxunmayan şəxs Ö.Ş.Məmmədov şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-370/2018 saylı qətnaməsi əsasında həyat yoldaşı Cavabdeh2 pensiyasından hər ay pul tutularaq İddiaçı verilir. Nəticədə həmin qətnamə ailəsinin pensiya təminatı hüququnu məhdudlaşdıraraq, maddi vəziyyətini pisləşdirərək onun maraqlarına toxunur. Məhkəmənin qərardadı ilə gəldiyi nəticədə haqlı deyildir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Maraqlarına toxunmayan şəxs Ö.Ş.Məmmədov şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi R.M.Təhməzov şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdə olan Quba Rayon Məhkəməsinin 2(027)-370/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5717 manat pulun tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərədə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-370/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, lakin özünü qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan hesab edən şəxs Ö.Ş.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Ö.Məmmədov iş üzrə tərəf deyildir və bu qətnamə onun hüquqlarına toxunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Maraqlarına toxunmayan şəxs Məmmədov Ömər Şəmsəddin oğlunun şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(027)-370/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar