Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1362/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(034)-287/2024 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, X5 vərəsələri-cavabdehlər Cavabdeh2, X1, X3 və Cavabdeh3dan (qanuni nümayəndəsi-X4 vasitəsilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 5100 manat, faiz borcuna görə 29.66 manat, cərimə borcuna görə 29.66 manat olmaqla, cəmi 5159.32 manat borcun, eyni zamanda xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə əsas borc üzrə 106.65 manat, faiz borcu üzrə 3.15 manat olmaqla, cəmi 109.8 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 72.69 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh2 mülki işin adiyyəti üzrə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin adiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, bank adiyyət qaydalarını pozmuş, belə ki, iddia tələbi ilə Zəngilan Rayon Məhkəməsinə deyil, Abşeron Rayon Məhkməsinə müraciət etməli idi. Çünki onlar hal-hazırda ünvan 1 ünvanında yaşayırlar. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-287/2024 nömrəli qərardadı ilə (hakim Gülsarə İmanova) Cavabdeh2 mülki işin adiyyəti üzrə göndərilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavadov X2 rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 26 ünvanda qeydiyyatdadır, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh2 rəsmi qeydiyyatda olduğu yer üzrə Zəngilan Rayon Məhkəməsinə iddianı təqdim etmiş və məhkəmə prosessual hüquq normalarına əsasən məhkəmə aidiyyəti qaydalarına riayət etməklə işi icraatına qəbul etmişdir. Cavabdeh Cavadov X2 Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(034)- 287/2024 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, şikayətin təmin olunmasını, Zəngilan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(034)-287/2024 nömrəli qərardadın ləğv edilməsi, əks təqdirdə şikayəti işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə Zəngilan Rayon Məhkəməsinə deyil, Abşeron Rayon Məhkəməsinə müraciət etməlidir. Çünki onlar hal-hazırda ünvan 1 ünvanında yaşayırlar. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)- 287/2024 nömrəli qərardadı ilə mülki işin adiyyəti üzrə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir. Hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)- 287/2024 nömrəli qərardadı ləğv edilməli, əks təqdirdə şikayəti işlə birlikdə aidiyyəti məhkəməyə göndərilməlidir. Zəngilan Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(034)-287/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(034)-287/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, iddia ərizəsi cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilir. Hazırki iş üzrə cavabdehlər yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi barədə cavabdehin vəsatətinin təmin edilməməsi barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(034)-287/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 35.1 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(034)-287/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1362/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1362/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver