Məhkəmə qərarları › İş №2(105)-1371/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1371/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1371/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Bağıyev Cavanşir Niyaz oğluna, Bağıyeva Yaqut Yavər qızına, Rüstəmov Manqulu Qəzənfər oğluna və Bağıyeva Nərgiz Niyaz qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Rəhimli Lalə Elxan qızı (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Mahmudova Aynur Əşrəf qızının, cavabdeh Bağıyev Cavanşir Niyaz oğlunun nümayəndəsi və vəkili Məmmədov Zahid Səfərbəy oğlunun iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-7/2025 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Bağıyev Cavanşir Niyaz oğlu arasında bağlanmış 1274 №-li 23 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 12750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Bağıyev Cavanşir Niyaz oğluna kredit verilərkən Bağıyeva Yaqut Yavər qızı, Rüstəmov Manqulu Qəzənfər oğlu və Bağıyeva Nərgiz Niyaz qızı ilə Bank arasında 23 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra xx.xx.2014-cü il tarixli 1274 saylı kredit müqaviləsinə 06 mart 2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.40 AZN) 13256,56 (on üç min iki yüz əlli altı manat 56 qəpik) manat təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9468,97 (doqquz min dörd yüz altmış səkkiz ABŞ dolları 97 sent) ABŞ dolları əsas borc, 3751,06 (üç min yeddi yüz əlli bir ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu və 1209,59 (bir min iki yüz doqquz ABŞ dolları 59 sent) ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Əlavə Sazişə əsasən Bağıyeva Yaqut Yavər qızı, Rüstəmov Manqulu Qəzənfər oğlu və Bağıyeva Nərgiz Niyaz qızı ilə zaminlik müqaviləsi bağlanılmışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/8622 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 1274 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Bağıyev Cavanşir Niyaz oğlunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu ağaıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2020-ci il (kredit mqaviləsinin müddətinin bitdiyi) tarixə: - əsas borc üzrə 8966,79 manat; - faiz borcu üzrə 4035,06 manat. xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 8966.79 manat; - faiz borcu üzrə 4035,06 manat - müqavilə müddətindən sonar illik 5% hesablanmaqla faiz borcu-1300,18 manat.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 02 may 2025-ci il tarixli 9/1074 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 1274 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Bağıyev Cavanşir Niyaz oğlunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2020-ci il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə-8966,79 manat, faiz borcu üzrə-4035.06 manat, xx.xx.2023-cü il (maliyyə arayışında borcun hesablandığı) tarixə: əsas borc üzrə- 8966,79 manat, faiz borcu üzrə- 4035,06 manat, müqavilə müddətindən sonra illik 5% hesablanmaqla faiz borcu — 1300,18 manat qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 1274 saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli əlavə üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən tıəqdim edilmiş sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə cavabdeh Bağıyev Cavanşir Niyaz oğluna cərimə borcu hesablanmadı. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, kredit borcundan son ödəmə tarixi xx.xx.2017-ci ildir və həmin tarixdən sonra heç bir ödəniş edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Bağıyev Cavanşir Niyaz oğluna, Bağıyeva Yaqut Yavər qızına, Rüstəmov Manqulu Qəzənfər oğluna və Bağıyeva Nərgiz Niyaz qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 35023,73 (otuz beş min iyirmi üç manat 73 qəpik) manat borcun, bundan 9450,16 (doqquz min dörd yüz əlli manat 16 qəpik) manat əsas, 7838,31 (yeddi min səkkiz yüz otuz səkkiz manat 31 qəpik) manat faiz, 16346,66 (on altı min üç yüz qırx altı manat 66 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1388,60 (bir min üç yüz səksən səkkiz manat 60 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 195,07 (bir yüz doxsan beş manat 07 qəpik) manat dövlət rüsumunun cavabdehlər Bağıyev Cavanşir Niyaz oğlundan, Bağıyeva Yaqut Yavər qızından, Rüstəmov Manqulu Qəzənfər oğlundan və Bağıyeva Nərgiz Niyaz qızından müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Bağıyev Cavanşir Niyaz oğlu arasında bağlanmış 1274 №-li 23 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 12750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Bağıyev Cavanşir Niyaz oğluna kredit verilərkən Bağıyeva Yaqut Yavər qızı, Rüstəmov Manqulu Qəzənfər oğlu və Bağıyeva Nərgiz Niyaz qızı ilə Bank arasında 23 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2014-cü il tarixli 1274 saylı kredit müqaviləsinə 06 mart 2017-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.40 AZN) 13256,56 (on üç min iki yüz əlli altı manat 56 qəpik) manat təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9468,97 (doqquz min dörd yüz altmış səkkiz ABŞ dolları 97 sent) ABŞ dolları əsas borc, 3751,06 (üç min yeddi yüz əlli bir ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu və 1209,59 (bir min iki yüz doqquz ABŞ dolları 59 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 20 (iyirmi) faiz ödənilir. Əlavə Sazişə əsasən Bağıyeva Yaqut Yavər qızı, Rüstəmov Manqulu Qəzənfər oğlu və Bağıyeva Nərgiz Niyaz qızı ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********767 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Bağıyev Cavanşir Niyaz oğlunun xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 35023,73 (otuz beş min iyirmi üç manat 73 qəpik) manat təşkil edir. Bundan 9450,16 (doqquz min dörd yüz əlli manat 16 qəpik) manat əsas, 7838,31 (yeddi min səkkiz yüz otuz səkkiz manat 31 qəpik) manat faiz, 16346,66 (on altı min üç yüz qırx altı manat 66 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1388,60 (bir min üç yüz səksən səkkiz manat 60 qəpik) manat faiz borcu təşkil edir.

6. Cavabdeh Bağıyev Cavanşir Niyaz oğlu məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək bildirmişdir ki, kredit müqaviləsi üzrə borcun bir hissəsi onun tərəfindən ödənilmişdir. Son ödəniş 2015-ci il tarixində ödənilmiş və ötən müddət ərzində hər hansı bir ödəniş olmamış, eyni zamanda bank tərəfindən ona qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, bank tərəfindən ona dəfələrlə yazılı xəbərdarlıq edilmiş, o cümlədən bankla onun arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 saylı əlavə saziş və bankla zaminlər arasında 2ə.06.2014-cü il tarizli zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 saylı əlavə saziş imzalanmışdır. İddia ərizəsinə diqqət yetirildikdə müəyyən olunur ki, kredit müqaviləsi üzrə son ödəniş müddəti xx.xx.2016-cı il müəyyən edilmişdir. Qeyd edir ki, sözügedən müddət bitdikdən sonra bankla onun arasında hər hansı bir ünsiyyət olmamışdır. Belə olan halda hazırkı iddia müddətinin vaxtı - xx.xx.2019-cu il tarixdə bitmişdir. Bank isə hazırkı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə irəli sürmüşdür ki, bu da bank tərəfindən iddia müddətinin 3 il 4 ay ötürülməklə nəticələnmişdir. Lakin, bank bu halın aradan qaldırılması, yəni hazırkı mübahisə üzrə iddia müddətinin ötürülməmiş hesab olunması üçün xx.xx.2017-ci il tarixdə onunla kredit müqaviləsinə 1 saylı əlavə saziş, zaminlərlə isə xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsinə 1 saylı əlavə saziş bağlamışdır. Sözügedən əlavə sazişə görə kredit müddəti xx.xx.2020-ci ilədək uzanmışdır. Bu halda isə iddia müdətinin son günü - xx.xx.2023-cü ilədək müəyyən olunur. Qeyd edir ki, bank məhz bu müddətin bitməsinə 10 gün qalmış iddia ərizəsini məhkəməyə təqdim etmişdir. İlk növbədə bu ona dəlalət edir ki, bank sözügedən kreditin alınmasına çox da maraqlı olmamışdır, çünki maraqlı olduğu təqdirdə 2015-ci ildən keçən 8 il ərzində bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət edərdi. Sözügedən əlavə sazişlərdən nə onun, nə də ki, zaminlərin xəbəri olmuşdur. İddia ərizəsinə əlavə olunan hər 2 əlavə sazişlərlə tanış olduqdan sonra müəyyən olunmuşdur ki, sazişlərdə olan imzalara nə onun tərəfindən, nə də ki, zaminlər tərəfindən icra olunmuşdur. Beləliklə, sözügedən 1 saylı əlavə sazişlərdə onun və zaminlərin adlarından edilən imzalar onların deyil, tamam başqa şəxslər tərəfindən icra edilmişdir. Göründüyü kimi onların xəbəri olmadan, adlarından bankla müəyyən şərtlər barəsində razılaşmalar olmuş və bu barədə sənədlər imzalanmış və bununla da bank tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddətinin ötürülməməsinə don geyindirilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunan, o cümlədən hazırkı mübahisə üzrə xüsusi önəm kəsb edən sənədlər - bankla onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi, kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 saylı əlavə saziş, bankla zaminlər arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi, zaminlik müqaviləsinə xx.xx.2017- ci il tarixli 1 saylı əlavə sazişlərin nə əsli, nədə ki, əslinə bərabər surəti mövcud deyildir. Belə ki, iddia ərizəsinə sözügedən sənədlərin kserosurəti əlavə edilmişdir. Sözügedən sənədlərin əslinin, yaxud əslinə bərabər surətlərinin olmaması əslində Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələblərinin pozulmasıdır. Sözügedən maddəyə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Lakin, iddiaçı bank tərəfindən yuxarıda qeyd olunan yazılı sübutların əslinin təqdim edilməməsi, həmin sənədlərin mövcud olmasını şübhə altına qoyur. Odur ki, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-7/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Bağıyev Cavanşir Niyaz oğlundan 8966.79 (səkkiz min doqquz yüz altmış altı manat yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi,qalan hissədə iddianın təmin edilməməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 195.07 manat məbləğində pul vəsaitinin iddianı təmin olunan hissəsinə mütənasib olan hissəsinin, yəni 110 manat məbləğində pul vəsaitinin cavabdeh Bağıyev Cavanşir Niyaz oğlundan tutularaq "xxxx" ASC-nin hesabına keçirilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iş üzrə 472 (dörd yüz yetmiş iki) manat məbləğində məhkəmə xərclərinin Bağıyev Cavanşir Niyaz oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Əli Cəlilov).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 465.2, 477.0.4, 739.1, 739.2-ci maddələrinə, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın 3, 5, 6, 7.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 117.1, 118.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(029)-7/2025 saylı qətnaməsinin ləğv edilərək, mübahisələndirilən hissələrdə (əsas, faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu) iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit borcunun qaytarılması tələbi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 9.450,16 manat əsas, 7.838,31 manat faiz, 16.346,66 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına qərarına əsasən hesablanmış əsasən hesablanmış 1.388,60 manat faiz olmaqla, ümumilikdə 35.023,73 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 195,07 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(029)-7/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qismən təmin edilən hissə: iddia tələbi üzrə əsas borc 9.450,16 manat olduğu halda, 8.966,79 manat; təmin edilməyən hissə: iddia tələbi üzrə faiz borc 7.838,31 manat; iddia tələbi üzrə cərimə borcu 16.346,66 manat; kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləği 1.388,60 manat.

11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aşağıda qeyd edilən halları qəbul etmirlər və mübahisələndirirlər: Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli 1274 nömrəli Kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh Bağıyev Cavanşir Niyaz oğluna verilmiş kredit üzrə hesablanmış borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş və həmin Fərmanın müddəaları mübahisəli kredit borcuna da aid olmuşdur. İlk dəfə kredit müqaviləsi restrukturizasiya edildikdən sonra cavabdeh Cavanşir Bağıyevin əsas borcu 9468,97 ABŞ dolları olmuş, restrukturizasiyadan sonra xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasında həmin borcdan 6070,50 manat ödənilmiş, 8966,79 manat isə qalıq qalmışdır. Bununla da, Fərmanın tətbiqindən sonra borclu (cavabdeh) Bağıyev Cavanşir Niyaz oğlunun əsas borcu 8966,79 manat məbləğində təşkil etmişdir. Lakin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanla müəyyən olunmuş müddətdə, yəni 2019-cu il dekabrın 31-dək kredit vermiş "xxxx" ASC (onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən borclu Bağıyev Cavanşir Niyaz oğluna kreditin (əsas borcun) restrukturizasiya olunması barədə təklif verilməmiş, nə də bununla bağlı borclu Bağıyev Cavanşir Niyaz oğlu tərəfindən kredit verən "xxxx" ASC-yə yaxud onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət olunmamışdır”. Məhkəmə qeyd etmişdir ki, “banklar tərəfindən Fərmanın təsiri dairəsinə düşən problemli kreditlər üzrə faiz və cərimə borclarının vətəndaşlardan (borclulardan) tələb edilməsi qanunsuzdur (həmin borclar dövlət hesabına silinməlidir) və yalnız restrukturizasiya olunması təklif olunan əsas kredit borcları tələb edilə bilər”.

12. Cavabdeh Bağıyev Cavanşir Niyaz oğlunun mübahisələndirilən kredit müqaviləsi Prezidentin məlum Fərmanının təsiri altına düşsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Belə ki, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: - 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş; - 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan; - xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından, milli valyutada isə 17 000 (on yeddi min) manatdan çox olmayan kreditlər. Cavabdeh Bağıyev Cavanşir Niyaz oğlu ilə "xxxx" ASC arasında bağlanmış hazırkı mübahisələndirilən kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 328 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır (Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarış və MKR-dən çıxarış apellyasiya şikayətinə əlavə edilir). Bu da borcun həmin dövr üçün gecikmədə olmadığını göstərir. Bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə Bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmamışdır.

13. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının heç bir maddəsində fərmanın təsiri dairəsinə düşən və restrukturizasiya olunmayan kredit müqavilələri üzrə faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının məhkəmələr tərəfindən silinməsi səlahiyyətləri göstərilməmişdir.

14. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə- elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır.

15. Problemli kreditlərin kompensasiyası və restrukturizasiya olunmasına dair məlumatları əks etdirən Mərkəzi Banka aidhttps://pk.cbar.az/az/kompensasiya saytda asanlıqla cavabdehin borcuna dair məlumatları yoxlamaq mümkündür. Həmin portaldan çıxarışa nəzər yetirilsə görünərr ki, cavabdeh Bağıyev Cavanşir Niyaz oğlunun əsas kredit borcu xx.xx.2015-ci il tarixinə olan devalvasiyaya düşməmişdir. Lakin xx.xx.2015-ci il tarixinə isə olan 9968.97 ABŞ dolları əsas kredit borcuna (1 ABŞ dolları=0.60 manatkonvertasiya edilməklə) 5.981.38 manat kompensasiya hesablanmışdır. Hesablanmış həmin kompensasiya məbləğindən bankın cavabdehə etdiyi 5.119,63 manat güzəşt məbləği silindikdən sonra qalıq 861,75 manat kompensasiya məbləği qalmışdır. Portaldan çıxarışdan görünür ki, qalan həmin 861,75 manat kompensasiya məbləği "xxxx" MMC vasitəsi ilə cavabdeh Bağıyev Cavanşir Niyaz oğlunun sərəncamına verilmişdir.

16. Eyni zamanda gecikmə günü 360 gündən az olduğuna görə, yəni cavabdehin əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 328 gün təşkil etdiyindən qalıq əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamışdır.

17. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı AR Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi bankdakı ləğvetmə hesablarına köçürülür. Qeyd etmək istəyirik ki, iddiaçı qaydalarla müəyyən olunan vəzifələrini həyata keçirmiş, cavabdehin borcuna dair məlumatı aidiyyatı quruma təqdim etmişdir.

18. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 35.023,73 manat (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. Lakin məhkəmə qətnaməsi isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmamışdır. İş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddələrinə əsasən iddiaçıya kreditor olaraq bir çox hüquqlar verilmişdir. Bu hüquqlara istinad edərək cavabdehlərdən faiz, cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borc tələb olunmuşdur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclular onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Cavabdehlər hazırki vaxtadək banka olan borcu ödəmək üçün heç bir tədbir görməmişlər. Buradan da görünür ki, cavabdehlər açıq şəkildə öhdəliyini icra etməkdən boyun qaçırırlar. Məhkəmə isə iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, cavabdehlərin bundan sonra bank qarşısında olan öhdəliklərini tam həyata keçirməməsinə şərait yaratmışdılar.

20. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Tərəflər arasında bağlanmış kreditmüqaviləsinin tələblərinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 28% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Göründüyü kimi, Bankıncavabdehdən faiz borcu üzrə 7.838.31 manat pulun tutulmasına dair iddia tələbi Bank ilə B ağıyevCavanşir Niyaz oğlu arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslımənafeləri nəzərə alınır. Bildiririk ki, məhkəmə iddiaçı Bank tərəfindən hesablanan cərimə (dəbbə) pulunu təmin etməmişdir. Qanunda cərimə məbləğinin təmin edilməməsi imperativ norma kimi qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi 16.346,66 manat cəriməni təmin etməməsi ilə AR MM-nin 467-ci maddəsində göstərilən kreditorun bütün əsaslı mənafələrini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Bildiririk ki, cavabdeh tərəfindən müqavilə imzalanarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına cavabdeh razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür. Məhkəmə cərimə məbləğini təmin etməməklə öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəbdən də tələb olunan 16.346,66 manat cərimə məbləğinin təmin edilməməsi əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin yalnız ekspert rəyinə istinad etməklə əsas borcu qismən, faiz, cərimə (dəbbə pulu) və illik 5% borcunu isə təmin etməməklə Mülki məcəllənin 467-ci maddəsinin bu rakursdan pozulmasına gətirib çıxarmışdır.

22. Həmin maddədə qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qusar Rayon Məhkəməsiiddiaçının təqdim etdiyi sübutlara düzgün şəkildə diqqət yetirməmişdir. Belə ki, məhkəmə Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışı düzgün qiymətləndirməməklə borcun restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmədiyi halda, səhvən həmin siyahıya düşdüyünü ehtimal edərək əsas kredit borcunu ekspert rəyinə əsaslanaraq qismən təmin etmiş, digər borc tələblərini isə (faiz, cərimə, Kredit müqaviləsi bitəndənsonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğini) ümumiyyətlə təmin etməmişdir. Bu da nəticədə Bankınmaraqlarına toxunan əsassız qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Göründüyü kimi,məhkəmə qətnaməsi işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. Hesab edirik ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır.

23. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi əsas borcu azaldarkən ekspert rəyinə istinad etmiş, lakin özünün bu istinadını əsaslandırmamışdır. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı var. Ödəniş qrafikində bankın müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilmişdir ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər qeyd edilir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyinə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olur. Beləliklə də, məhkəmə həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etməmiş, nəticədə Bankın maraqlarına toxunaraq əsassız qətnamə qəbul etmişdir.

24. Göründüyü kimi, birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub obyektivliyi və düzgünlüyü ciddi şübhələr doğuran ekspert rəyini hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutmaqla, gəldiyi nəticədə tək ekspert rəyinə əsaslanmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Cavabdeh Bağıyev Cavanşir Niyaz oğlunun nümayəndəsi və vəkili Məmmədov Zahid Səfərbəy oğlu apellyasiya şikayətinə yazılı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsassızdır, Qusar Raon Məhkəməsinin qətnaməsi isə tam qanuni və əsaslıdır. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən müəyyən olunmuşdur ki, Bağıyev Cavanşir Niyaz oğlu tərəfindən xx.xx.2014-cü il tarixli 1274 saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş üzrə sonuncu ödəmə tarixi xx.xx.2017-ci ildir və həmin tarixdən sonra heç bir ödəniş edilməmişdir. Həmin vaxtdan qeyd olunan Fərman qəbul olunan vaxtadək olan müddət isə bir ildən, yəni 360 gündən artıqdır. Ona görə də iddiaçını apellyasiya şikayətinin dəlilləri təsdiq olunmur və əsassız hesab olunmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosual müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəlilklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəm müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında nefin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cü il tarixdə 551 nömrəli Fərman imzalanmışdır.

27. xx.xx.2014-cü il tarixli 1274 nömrəli Kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh Bağıyev Cavanşir Niaz oğluna verilmiş kredit üzrə hesablanmış borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş və həmin Fərmanın müddəaları mübahisəli kredit borcuna da aid olmuşdur. İlk dəfə kredit müqaviləsi restruktruzasiya edildikdən sonra cavabdeh Cavanşir Bağıyevin əsas borcu 9468,97 ABŞ dolları olmuş, restruktruzasiyadan sonra xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasında həmin borcdan 6070,50 manat ödənilmiş, 8966,79 manat isə qalıq qalmışdır. Bununla da, Fərmanın tətbiqindən sonra borclu (cavabdeh) Bağıyev Cavanşir Niyaz oğlunun əsas borcu 8966,79 manat məbləğində təşkil etmişdir.

28. Odur ki, Qusar Rayon Məhkəməsi düzgün və haqlı olaraq hesab etmişdir ki, iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Bağıyev Cavanşir Niyaz oğluna və digərlərinə qarşı irəli sürdüyü iddiada onlardan əsas borcla yanaşı, 7838,31 manat məbləğdə faiz borcu, 16346,66 manat məbləğdə cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 1388,60 manat məbləğdə faiz borcu da tələb etmişdir. Lakin istinad edilən Fərmanın tələblərinə müvafiq olaraq həmin borc (kredit) məbləğinin restruktruzasiya olunması ilə bağlı tərəflər arasında müqavilə (yeni kredit müqaviləsi) bağlanmadığından iddiaçının həmin borca görə faiz, cərimə və zərərin əvəzi hesablamasının (tələb etməsinin) hüquqi əsası yoxdur, həmin tələblərin irəli sürülməsi qeyd edilən Fərmanın tələblərinə ziddir. ELəcə də xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın tələblərinə əməl olunmadığından, iddiaçının hazırda mövcud olan 8966,79 manat məbləğində əsas borcu tələb etməsi qanuni və əsaslı olsa da onun tərəflər arasında xx.xx.2014-cü il tarixli 1274 nömrəli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 1 saylı Əlavə sazişə (restrktruzasiya sazişinə) istinad etməklə cavabdehlərdən faiz borcu, cərimə və zərərin əvəzi tələb etməsi qanunsuzdur.

Apellyasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Mahmudova Aynur Əşrəf qızı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

30. Məhkəmə iclasında cavabdeh Bağıyev Cavanşir Niyaz oğlunun nümayəndəsi və vəkili Məmmədov Zahid Səfərbəy oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.

31. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

32. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

33. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini əsas götürərək işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

38. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

39. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

40. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

41. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

45. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Apellyasiya şikayətindən görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-7/2025 saylı qətnaməsinin ləğv edilərək, mübahisələndirilən hissələrdə (əsas, faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu) iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

53. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Apellyasiya şikayətin dəlillərindən görünür ki, iddiaçı Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-7/2025 nömrəli qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşamayaraq hesab edir ki, birinci instansiya məhkəməsi əsas, faiz və cərimə borclarına dair iddia tələbinin qismən əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir.

57. Belə ki, xx.xx.2014-cü il tarixli 1274 nömrəli Kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh Bağıyev Cavanşir Niyaz oğluna verilmiş kredit üzrə hesablanmış borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş və həmin Fərmanın müddəaları mübahisəli kredit borcuna da aid olmuşdur. İlk dəfə kredit müqaviləsi restrukturizasuya edildikdən sonra cavabdeh Cavanşir Bağıyevin əsas borcu 9468,97 ABŞ dolları olmuş, restrukturizasiyadan sonra xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasında həmin borcdan 6070,50 manat ödənilmiş, 8966,79 manat isə qalıq qalmışdır. Bununla da, Fərmanın tətbiqindən sonra borclu (cavabdeh) Bağıyev Cavanşir Niyaz oğlunun əsas borcu 8966,79 manat məbləğində təşkil etmişdir. Lakin, xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanla müəyyən olunmuş müddətdə, yəni 2019-cu il dekabrın 31-dək nə kredit vermiş "xxxx" ASC (onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən borclu Bağıyev Cavanşir Niyaz oğluna kreditin (əsas borcun) restrukturizasiya olunması barədə təklif verilməmiş, nə də bununla bağlı borclu Bağıyev Cavanşir Niyaz oğlu tərəfindən kredit verən "xxxx" ASCyə yaxud onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət olunmamışdır. Qeyd olunmalıdır ki, mübahisəli kredit üzrə axırıncı ödəniş 2017-ci ilin dekabr ayında olmuş, həmin vaxtdan indiyədək heç bir ödəniş edilməmişdir.

58. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Bağıyev Cavanşir Niyaz oğluna və digərlərinə qarşı irəli sürdüyü iddiada onlardan əsas borcla yanaşı, 7838.31 manat məbləğdə faiz borcu, 16346.66 manat məbləğdə cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 1388.60 manat məbləğdə faiz borcu da tələb etmişdir. Lakin, istinad edilən Fərmanın tələblərinə müvafiq olaraq həmin borc (kredit) məbləğinin restrukturizasiya olunması ilə bağlı tərəflər arasında müqavilə (yeni kredit müqaviləsi) bağlanmadığından iddiaçının həmin borca görə faiz, cərimə və zərərin əvəzi hesablamasının (tələb etməsinin) hüquqi əsası yoxdur, həmin tələblərin irəli sürülməsi qeyd edilən Fərmanın tələblərinə ziddir. Eləcə də, xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın tələblərinə əməl olunmadığından, iddiaçının hazırda mövcud olan 8966.79 manat məbləğində əsas borcu tələb etməsi qanuni və əsaslı olsa da, onun tərəflər arasında xx.xx.2014-cü il tarixli 1274 nömrəli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 1 saylı Əlavə sazişə (restrukturizasiya sazişinə) istinad etməklə cavabdehlərdən faiz borcu, cərimə və zərərin əvəzi tələb etməsi qanunsuzdur.

59. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır.

60. Qeyd olunan Fərmana əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması məqsədilə dövlət tərəfindən banklara (Mərkəzi Bank vasitəsilə) güzətli kredit ayrılmışdır. Ona görə də banklar tərəfindən Fərmanın təsiri dairəsinə düşən problemli kreditlər üzrə faiz və cərimə borclarının vətəndaşlardan (borclulardan) tələb edilməsi qanunsuzdur (həmin borclar dövlət hesabına silinməlidir) və yalnız restrukturizasiya olunması təklif olunan əsas kredit borcları tələb edilə bilər.

61. Kollegiya apellyasiya şikayətinin “mübahisəli kredit müqaviləsinin 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab verməməsi” barədə dəlilinə hüquqi qiymət verərək, qeyd edir ki, apellyasiya araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh Cavanşir Bağıyev xx.xx.2017-ci il tarixli saziş üzrə kredit borcundan son ödənişi xx.xx.2017-ci il tarixində etmiş və həmin tarixdən sonra heç bir ödəniş edilməmişdir. Göründüyü kimi, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman qəbul olunduğu tarixə gecikmə günlərin sayı 365 gündən artıq olmuşdur.

62. Digər tərəfdən, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən olunmuş müddət kəsici müddət olmaqla məhkəmə tərəfindən öz təşəbbüsü ilə (tərəflərin istəyindən və müraciətindən asılı olmayaraq) tətbiq edilir. Ona görə də, iddiaçı "xxxx" ASC ilə cavabdeh Bağıyev Cavanşir Niyaz oğlu arasında bağlanmış Kredit müqaviləsi üzrə digər cavabdehlər Bağıyeva Yaqut Yavər qızının, Rüstəmov Manqulu Qəzənfər oğlunun və Bağıyeva Nərgiz Niyaz qızının zaminliyinə artıq xitam verilmiş hesab olunmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin zaminlərə qarşı yönələn iddia tələbin rədd edilməsi barədə gəlinən nəticə də düzgün olmuşdur. Çünki iş materialları ilə müəyyən olunur ki, cavabdehlər Bağıyeva Yaqut Yavər qızının, Rüstəmov Manqulu Qəzənfər oğlunun və Bağıyeva Nərgiz Niyaz qızının zamin olduğu müqavilə öhdəliyinin icra müddəti xx.xx.2020-ci il tarixdə sona çatmışdır. İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni zaminliklə təmin olunmuş öhdəliyin icrası müddəti bitəndən 3 il sonra müraciət etmişdir.

63. Beləliklə kollegiya hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

64. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

65. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “De Cubber Belçikaya qarşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

66. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

67. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsini apellyasiya şikayətinin dəlilləri həcmində yoxladığından, belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-7/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-7/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar