Məhkəmə qərarları › İş №2(105)-1374/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1374/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1374/2022 14.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, cavabdeh X8 nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 483,82 ABŞ dolları əsas borc, 110 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 72,45 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 40 ABŞ dolları cərimə olmaqla, cəmi 706 (yeddi yüz altı) ABŞ dolları 27 (iyirmi yeddi) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) və ödənilmiş 15 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən cavabdeh X9 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia müddətinin tətbiq edilməklə iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 684,82 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 355 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 106,40 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 723,20 ABŞ dolları cərimə borcunun, cəmi 1869,42 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ Cavabdeh X9 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X8 nümayəndəsi X10 apellyaysiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdehin banka borcu yoxdur, belə ki, qeyd edilən kredit üzrə ödənişlər mebel alınması məqsədi ilə rəsmiləşdirilmiş və həmin kredit üzrə bütün ödənişlər həyata keçirilmişdir. Ümumilikdə 3 ədəd kredit müqaviləsi bağlanmış və həmin kredit müqavilələri üzrə 65 qəbz əsasında ödəmələr olmuşdur. Lakin məhkəmə faktiki olaraq qrafik əsasında ödəmələrin həyata keçirilməsinə baxmayaraq özünün təxmini hesablaması əsasında belə bir qənaətə gəlmişdir ki, guya kredit borcu ödənilməmişdir. Bundan başqa həmin ödəmələr vaxtında həyata keçirildiyi, iddiaçı təşkilatın öz əməkdaşları tərəfindən mənimsənildiyi və həmin şəxslər barəsində bunu təsdiqləyən cinayət işi olduğu halda məhkəmə cavabdehi hətta cərimə və dəbbə pulu öhdəliklərinə də cəlb etmişdir. Hesab edir ki, cavabdehin banka borcunun qalıb-qalmaması məsələsinə yalnız mühasibatlıq ekspertizası yolu ilə aydınlıq gətirilə bilərdi. İşə baxın məhkəmə işin hallarını nəzərə almadan mübahisəyə düzgün qiymət verməmiş və bu da maddi normanın düzgün tətbiq olunmaması ilə nəticələnmişdir. Bundan başqa həmin kredit xarici valyutada olmaqla 2-ci dəfə manatın dollar qarşısında baş vermiş devalvasiyasından əvvəl götürülmüşdür ki, bu vəsait «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşür. Lakin iddiaçı bu Fərmanın icrasını təmin etməmiş və hətta buna baxmayaraq kredit üzrə borcun qaytarılması müddəti 2017-ci ilin avqust ayında başa çatdığı halda müqavilədən irəli gələn öhdəliklərlə bağlı nəzərdə tutulmuş iddia müddətini ötürməklə hazırki iddianı qaldırmışdır. Cavabdeh məhkəmə prosesinə dəvət edilmədiyi üçün iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanından məhrum olmuş və bu səbəbdən də bununla bağlı apellyasiya şikayətində göstərilən dəlil də nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxdlanılmasını xahiş etdi, HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi qeyd olunduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə müzakirə edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi apelyator tərəfindən tam mübahisələndirildiyindən hazırkı apellyasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, 483,82 ABŞ dolları əsas borc, 110 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 72,45 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 40 ABŞ dolları cərimə olmaqla, cəmi 706 (yeddi yüz altı) ABŞ dolları 27 (iyirmi yeddi) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) hissədə ləğv edilməli, iddia tələbi faiz və cərimə borclarına dair hissədə təmin edilməməli, cavabdehdən əsas borca görə cəmi 237,17 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) cavabdehlərdən tutularaq iddiaçıya verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış İKM 01 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 24 ay müddətinə, illik 28%-lə 1243 ABŞ dolları kredit vermişdir. İddiaçı ASCnin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə Əlavədən görünür ki, İKM 01 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka hər ay 68,23 ABŞ dolları, sonuncu ay isə 68,09 ABŞ dolları ödənilməli idi. İş materiallarında olan 14 iyul 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 684,82 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2020-ci il tarixinə faiz borcu üzrə 355 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 106,40 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 723,20 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1869,42 ABŞ dolları təşkil edir. Cavabdehlərə borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016cı il tarixli qərardadı ilə lisenziyası ləğv edilmiş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İş materiallarından göründüyü kimi Cavabdeh1 xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialından 24 ay müddətinə illik 28% olmaqla 1243 ABŞ dolları məbləğində kredit götürmüş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bu səbəbdən banka əsas və faiz borcu qalmışdır. Bu səbəbdən iddiaçı əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X13 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə həmin cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC tərəfindən verilmiş mülki iddia təmin edilmiş, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə vurulmuş 49294,14 manat maddi ziyanın mülki cavabdehlər X12 və X5 tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qərara alınmışdır. Mülki iddianın təmin edilməsinə əsas ondan ibarət olmuşdur ki, “Technom” mağazasının vəzifəli şəxsləri olan təqsirləndirilən şəxslərlə hökmdə adları qeyd edilən vətəndaşlar arasında alğı-satqı müqavilələri bağlanmış və həmin şəxslərə məişət əşyaları satılmışdır. İddiaçı ASC ilə həmin vətəndaşlar arasında bağlanmış kredit müqavilələrinə əsasən “Technom” mağazasından alınmış məişət əşyalarına görə maliyyələşmə İddiaçı ASC tərəfindən həyata keçirilmişdir. Mağazadan məişət əşyaları almış vətəndaşlar aldıqları əşyalara görə kredit ödənişlərinin bir qismini banka deyil, mağazanın səlahiyyətli şəxslərinə ödəmişlər. Lakin mağazanın səlahiyyətli şəxsləri həmin ödənişlərin bir qismini mənimsəyərək banka ödəməmişlər. Bu səbəbdən mənimsənilmiş həmin vəsait qeyd edilən hökmə əsasən təqsirləndirilən şəxslərdən iddiaçının xeyrinə tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, X15 və X2 Ağababayevin xx.xx.2015-ci il tarixli, İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 1520 manat məbləğində pul vəsaitinin 761 manatını iddiaçıya ödəməmişlər. Həmin məbləğ isə qeyd edilən hökmlə X15 və X5 iddiaçının xeyrinə tutulmuş məbləğə aiddir. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə kredit borcu ABŞ dolları ilə verilmişdir. Cavabdeh isə mağazaya ödənişləri manatla etmişdir. Cavabdeh1 ödənişləri xx.xx.2016, xx.xx.2017, xx.xx.2016, xx.xx.2017, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, 01.09.216, xx.xx.2017, xx.xx.2016, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-ci il tarixli qəbzlər əsasında etmişdir. Yəni ödənişlər 2015-2017-ci illər arasında edilmişdir. Bu isə təxminən 1 ABŞ dollarının 1,55 manata bərabər məzənnədə olduğu dövrə aiddir. Bu səbəbdən Cavabdeh1 “Technom” mağazasına ödədiyi və iddiaçıya ödənilməmiş 761 manat pul təxminən 491 ABŞ dolları təşkil edir. Həmin məbləği iki yerə bölərək iddiaçının tələb etdiyi əsas və faiz borcundan çıxdıqda əsas borc 438,82 ABŞ dolları, faiz borcu isə 110 ABŞ dolları təşkil edir. Mülki Məcəllədə həmçinin göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7.). Müqavilə üzrə əsas borc 483,82 ABŞ dolları təşkil etdiyindən gecikməyə görə faiz məbləği illik 24,15 ABŞ dolları təşkil edir ki, bu da üç il üçün 72,45 ABŞ dollarına bərabər olur. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi kredit müqaviləsinin icra müddəti xx.xx.2017-ci il tarixində bitmişdir. Lakin iddia ərizəsi 1 illik müddəti ötürməklə xx.xx.2020-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminə aid hissədə təmin edilə bilməz. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab etmişdir ki, əsas 483,82 ABŞ dolları əsas borc məbləğinə 723,20 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 40 ABŞ dolları məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə zaminə münasibətdə gəlmiş olduğu nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, əsas, faiz və cərimə borcuna dair gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialından 24 ay müddətinə illik 28% olmaqla 1243 ABŞ dolları məbləğində kredit götürmüş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş bu səbəbdən banka əsas və faiz borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən müqavilə üzrə faiz, gecikdirilmiş borc, cərimə borcunun tutulması əsaslı sayıla bilməz. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh X9nun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinə əsasən Fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilməli, nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilməli, nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməlidir. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması (qərarın 19-cu bəndi), bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. İşdən göründüyü kimi Cavabdeh1 xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialından 24 ay müddətinə illik 28% olmaqla 1243 ABŞ dolları məbləğində kredit götürmüş, onun əsas borcu 684,82 ABŞ dolları təşkil edir. Bundan başqa iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, X15 və X2 Ağababayevin xx.xx.2015-ci il tarixli, İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 1520 manat məbləğində pul vəsaitinin 761 manatını iddiaçıya ödəməmişlər. Həmin məbləğ isə qeyd edilən hökmlə X15 və X5 iddiaçının xeyrinə tutulmuş məbləğə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, 761 manat dollara ekvivalentdə 447,64 ABŞ dolları (761:1,70=447,64) təşkil edir ki, həmin məbləğ də əsas borcdan çıxılmalıdır. Belə olduqda cavabdehin iddiaçıya əsas borcu 237,17 (684,82-447,64=237,17) ABŞ dolları təşkil edir ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsini xahiş etmişdir. Lakin iş materillarından görünür ki, iddia ərizəsi qanunla müəyyən edilmiş müddətdə verilmişdir, ona görə də apellyasiya şikayətinin həmin dəlili əsassız olduğu üçün təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-344/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi qismən, 483,82 ABŞ dolları əsas borc, 110 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 72,45 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 40 ABŞ dolları cərimə olmaqla, cəmi 706 (yeddi yüz altı) ABŞ dolları 27 (iyirmi yeddi) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) hissədə ləğv edilməli, iddia tələbi faiz və cərimə borclarına dair hissədə təmin edilməməli, cavabdehdən əsas borca görə cəmi 237,17 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) cavabdeh X1 tutularaq iddiaçıya verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2,392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X8 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, 483,82 ABŞ dolları əsas borc, 110 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 72,45 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 40 ABŞ dolları cərimə olmaqla, cəmi 706 (yeddi yüz altı) ABŞ dolları 27 (iyirmi yeddi) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) cavabdeh X1 tutulması hissədə ləğv edilsin. İddia tələbi faiz və cərimə borclarına dair hissədə təmin edilməsin. Cavabdeh X7 əsas borca görə cəmi 237,17 (iki yüz otuz yeddi dollar, on yeddi sent) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar