Məhkəmə qərarları › İş №2(105)-1374/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1374/2025

21.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1374/2025 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, cavabdehlər cavabdeh1, cavabdeh2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 72.125 manat məbləğində dəymiş ziyanın və 307 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onu aldadaraq pulunu ələ keçirmişlər. Belə ki, cavabdehlər ondan uşaqlar üçün sürücülük məktəbi açacağını bildirərək onlara pul lazım olacağını bildirərək iddiaçıdan hissə-hissə 68.915 manat pul almışlar. Daha sonra yenə pul lazım olacağını bildirib, iddiaçının qızıllarını girov qoyaraq 3210 manat da almışlar. Lakin uzun müddət keçməsinə baxmayaraq, onlar iddiaçının pulunu qaytarmadıqları üçün hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Araşdırma zamanı cavabdehlər barəsində cinayət işi başlanılmış, sonda isə yəni ##.##.2018-ci il tarixdə ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarda mülki qaydada həmin pulu tələb etmək hüququ iddiaçıya izah olunmuşdur. Cavabdehlərdən tələb etdiyi məbləği iddiaçını aldadaraq almaqları faktı cinayət işi materiallarında öz təsdiqini tapmışdır. Yəni cavabdehlər iddiaçını aldadaraq pulunu almış, qaytarmamış və iddiaçıya ümumilikdə 72.125 manat ziyan vurmuşlar.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının tələb etdiyi pul vəsaitlərinin cavabdehlərə verilməsini və onların həmin vəsaitləri qaytarmaq öhdəliyinin yaranmasını kifayət qədər sübuta yetirə bilməməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 onu aldadaraq pulunu ələ keçirmişlər. Belə ki, cavabdehlər ondan uşaqlar üçün sürücülük məktəbi açacağını bildirərək onlara pul lazım olacağını və ondan hissə-hissə 68915 manat pul almışlar. Daha sonra yenə pul lazım olacağını bildirib, onun qızıllarını girov qoyaraq 3210 manat da aldılar. Lakin uzun müddət keçməsinə baxmayaraq, onlar pulunu qaytarmadıqları üçün hüquq mühafizə orqanlarına şikayət etmişdir. Araşdırma zamanı cavabdehlər barəsində cinayət işi başlanılmış, sonda isə yəni ##.##.2018-ci il tarixdə ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarda mülki qaydada həmin pulu tələb etmək hüququ izah olunmuşdur. Hesab edir ki, cavabdehlərin tələb etdiyi məbləği onu aldadaraq ondan almaqları faktı cinayət işi materiallarında öz təsdiqin tapmışdır. Yəni cavabdehlər onu aldadaraq pulunu almış, qaytarmamış və ona ümumilikdə 72125 manat ziyan vurmuşlar. Məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. Məhkəmə qətnamənin 22-ci abzasında qeyd etmişdir ki, iddiaçının sübut kimi təqdim etdiyi flaşkartdakı cavabdehlərə məxsus səs yazıları dinlənilmiş və cavabdehlərin boclu olmaqlarının mövcudluğu müəyyən edilməmişdir. Halbuki, səs yazılarının birində Mətanətdən soruşur ki, 50000 manat pul nə oldu, nə vaxt qaytarılacaq. O da cavab verir ki, qaytaracaq. Belə bir sübutu olduğu halda məhkəmə əsassız yanaşaraq iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, iş üzrə sübutlara düzgün hüquqi qiymət vermədən əsassız, qanunsuz və ehtimallara əsasən qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

12. Mülki Məcəllə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

13. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

14. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının tələb etdiyi pul vəsaitlərinin cavabdehlərə verilməsini və onların həmin vəsaitləri qaytarmaq öhdəliyinin yaranmasını kifayət qədər sübuta yetirə bilməməsi ilə əsaslandırmışdır.

17. Baxılan iş üzrə iddia tələbi borcun qaytarılması barədədir və iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739-cu maddəsi nəzərdən keçirilə bilər.

18. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə iddiaçının öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir.

19. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü iddiaçının üzərindədir. Iddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh borc müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin.

20. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

21. Qeyd olunmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

22. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1. maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

23. Işdən görünür ki, tərəflər arasında uzun müddət davam edən və müxtəlif vaxtlarda pul vəsaitlərinin verilməsi ilə bağlı münasibətlər mövcud olmuş, iddiaçı həmin münasibətlər çərçivəsində cavabdehlərə müxtəlif vaxtlarda pul verdiyini bildirsə də, cavabdehlər iddiaçının onlara hər hansı pul verməsini bütövlükdə inkar etmişlər. Bununla yanaşı, iş materiallarında olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərarda həm iddiaçının, həm də cavabdeh cavabdeh2 verdiyi izahatlar tərəflər arasında müəyyən pul münasibətlərinin mövcudluğunu göstərir.

24. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh cavabdeh2 istintaqa verdiyi ifadəsində iddiaçıdan müxtəlif vaxtlarda pul aldığını, həmin pul vəsaitlərinin sonradan qaytardığını, habelə iddiaçının qızıllarının lombarda qoyulması nəticəsində əldə edilmiş pul vəsaitinin məhz ona verildiyini qeyd etmişdir. Deməli, cavabdehin öz izahatının məzmunundan belə tərəflər arasında pul münasibətlərinin ümumiyyətlə mövcud olmadığı deyilə bilməz.

25. Digər tərəfdən, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş tərəflər arasındakı danışıqları əks etdirən səs yazılarının, qanunsuz yolla əldə edilmiş sübut hesab edilmədiyi qənaətinə gələn aşağı instansiya məhkəməsi həmin səs yazılarının sübut qismində qiymətləndirilməsinin mümkünlüyünü qəbul etmişdir.

26. Cavabdeh cavabdeh2 tədqiq olunan səs yazısındakı səsin ona məxsus olduğunu bildirsə də, lakin həmin səsin iddiaçı tərəfindən montaj edilərək məhkəməyə təqdim edildiyini göstərdiyindən, məhkəmə kollegiyası tərəfindən həmin səs yazılarının həqiqiliyinin və onlara sonradan müdaxilə olunub-olunmadığının müəyyən edilməsi məqsədilə audio-videoyazıların məhkəmə ekspertizası keçirilmişdir.

27. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş 01 ədəd USB yaddaş kartında olan tədqiqi tələb olunan mübahisəli fonogramlardakı danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin, mübahisəli fonogramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin - ayrı-ayrı fraqmentlərin silinməsi və ya əlavə edilməsi, məzmun ardıcıllığının dəyişdirilməsi, səs parametrlərinə texniki müdaxilə edilməsi, habelə faylın identifikasiya və texniki göstəricilərinin dəyişdirilməsi kimi hər hansı kənar təsirlərin olubolmamasını müəyyən etmək mümkün olmadı.

28. Göründüyü kimi ekspertizaya təqdim edilmiş USB yaddaş kartında olan mübahisəli fonogramlar instrumental və auditiv-linqvistik üsullarla tədqiq edilmiş, araşdırma nəticəsində həmin danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçıların emosional vəziyyətinin əsaslanmayan dəyişməsi, qeyd prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən edilməmişdir. Fonogramın ilkin qeydə alındığı qurğunun ekspertizaya təqdim edilmədiyini nəzərə alaraq, faylın ilkin qeydə alındığı andan sonrakı bütün mümkün texniki dəyişikliklərin tam şəkildə müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin bu nəticəsi səs yazısının sübut kimi qəbul edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz.

30. Belə ki, ekspert rəyində mübahisəli fonogramların montaj edilməsi və ya saxtalaşdırılması barədə qəti nəticə verilməmiş, əksinə, aparılmış instrumental və auditivlinqvistik tədqiqat nəticəsində montaja xas olan xarakterik əlamətlər müəyyən edilməmişdir. Ekspertin yalnız ilkin qeyd qurğusunun təqdim edilməməsi səbəbindən sonradan baş vermiş bütün mümkün texniki dəyişikliklərin qəti şəkildə müəyyən edilməsinin mümkün olmadığını göstərməsi həmin səs yazısının saxta olduğunu və ya onun məzmununun həqiqətə uyğun olmadığını təsdiq etmir.

31. Bu səbəbdən, səs yazısının sübuti əhəmiyyətinə qiymət verilərkən ekspert rəyində müəyyən edilmiş nəticələr, həmin səs yazısının məzmunu, tərəflərin digər izahatları və iş üzrə mövcud olan digər sübutlar birlikdə nəzərə alınmışdır.

32. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeni də nəzərə alır.

33. Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuş yazılı forma tələbinin borc müqaviləsinin etibarlılıq şərti deyil, ilk növbədə sübutetmə standartı olduğunu göstərmişdir. Plenumun hüquqi mövqeyinə görə, fiziki şəxslər arasında borc münasibətlərində yazılı müqavilənin və ya ayrıca qəbzin olmaması həmin borc münasibətinin mövcudluğunu istisna etmir. Belə münasibətin mövcudluğu digər sübutlarla, o cümlədən telefon danışıqları, elektron yazışmalar, ödəniş sənədləri və borcalanın etirafı ilə də təsdiq oluna bilər.

34. Bu baxımdan, iddiaçının tələbinin yalnız tərəflər arasında ayrıca yazılı borc müqaviləsinin və ya hər bir pul vəsaitinin verilməsini təsdiq edən ayrıca qəbzin olmaması əsası ilə bütövlükdə rədd edilməsi düzgün hüquqi yanaşma hesab edilə bilməz.

35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarında mülki dövriyyə iştirakçılarının əmlak hüquqlarının və onların məhkəmə müdafiəsi hüququnun formal xarakterli yanaşma nəticəsində əsassız məhdudlaşdırılmasının yolverilməzliyini vurğulamışdır.

36. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və II hissələrinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

37. Bu konstitusion təminatlar baxımından Mülki Məcəllənin əqdlərin forması və borc münasibətlərinə dair normaları elə tətbiq edilməlidir ki, şəxsin faktiki olaraq mövcud olmuş əmlak hüququnun məhkəmə müdafiəsi sırf formal mülahizələr əsasında mümkünsüz olmasın.

38. Başqa sözlə, qanunla müəyyən edilmiş forma tələbləri mülki dövriyyənin sabitliyinin və hüquqi müəyyənliyin təmin edilməsinə xidmət etsə də, həmin normaların tətbiqi şəxsin faktiki olaraq mövcud olan əmlak hüququnun digər mötəbər sübutlarla təsdiq olunması imkanını tamamilə aradan qaldıracaq şəkildə şərh edilə bilməz.

39. Bu səbəbdən, borc münasibətinin yazılı müqavilə və ya ayrıca qəbzlə rəsmiləşdirilməməsi həmin münasibətin ümumiyyətlə mövcud olmadığını birbaşa olaraq ifadə etmir. Məhkəmə belə halda tərəflərin izahatlarını, onların bir-biri ilə münasibətlərini, davranışlarını, borcun mövcudluğunu və ya pulun alınmasını təsdiq edən iradə ifadələrini, səs yazılarını və digər sübutları məcmu halda qiymətləndirməlidir.

40. Qeyd olunmalıdır ki, iş üzrə mövcud olan sübutlar iddiaçının cavabdeh cavabdeh2lə hər hansı pul münasibətinin mövcudluğu barədə dəlillərini tamamilə istisna etmir. Əksinə, cinayət işi materiallarında olan izahatlar, tərəflərin münasibətlərinin xarakteri və təqdim edilmiş səs yazılarının məzmunu həmin münasibətlərin mövcudluğunu müəyyən hissədə təsdiq edən sübutlar kimi çıxış edir.

41. Məhkəmə kollegiyası həmin sübutları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi ümumi məbləğin tam həcmdə cavabdeh cavabdeh2 verilməsi və onun tərəfindən qaytarılması öhdəliyinin yaranması sübuta yetirilməsə də, 1000 manat, o cümlədən banka girov qoyduğu qızılların əvəzi olaraq götürdüyü 3210 manat, ümumilikdə 4210 manat məbləğində pul vəsaiti üzrə tərəflər arasında borc münasibətinin mövcudluğu və həmin məbləğin cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olması iş üzrə mövcud sübutların məcmusu ilə təsdiq edilir.

42. Apellyasiya baxışı zamanı tədqiq olunmuş iddiaçı ilə cavabdeh cavabdeh2 arasındakı səs yazılarında iddiaçının cavabdeh2 borcunun 50 çatdığını bildirsə də, sonuncu buna əhəmiyyət verməyərək mövzunu başqa istiqamətə yönəltməsi, digər cavabdeh Mətanət Həsənovla danışıqda isə borcun nə vaxt qaytarılacağı barədə iddiaçının tələblərinə həmin məsələ ilə bağlı cavabdeh2lə əlaqə saxlamalı olduğunu iddiaçıya bildirməsi əks olunmuşdur.

43. Qeyd olunan səs yazısındakı “50-yə yaxın” ifadəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, səsləndirilən həmin “50” rəqəmin əlli min kimi ifadə olunması aydın görünmür. Eyni zamanda iddiaçı polisə ilkin yazılı müraciətində ondan cavabdehlər tərəfindən aldadılaraq 2500 manat, daha sonra 68.000 manat, iddia ərizəsində isə həmin məbləğin 72.000 manat olduğunu bildirdiyi halda, tədqiq olunan səs yazısında 50 kimi səsləndirməsi cavabdehlərdən tələb olunan məbləğlə bağlı ziddiyətin olması aşkardır.

44. Mövcud vəziyyətdə iddiaçı Mülki Məcəllənin 739-cu maddənin dispozisiya şərtləri əsasında əqd üzrə öhdəliyini yerinə yetirərək tələb etdiyi 72.000 manat vəsaiti cavabdehə verdiyini sübuta yetirilməli olduğu halda, həmin məbləğdən cəmi 4210 manat pul vəsaitinin cavabdeh cavabdeh2 verildiyi sonuncunun istintaqa, o cümlədən məhkəmə kollegiyasının iclasında verdiyi izahatında öz təsdiqini tapdığından, cavabdeh cavabdeh2 öz növbəsində həmin məbləği iddiaçıya qaytardığını subuta yetirə bilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh cavabdeh2 4210 manat tutularaq iddiaçıya ödənilməlidir.

45. Məhkəmə kollegiyası iddianın cavabdeh cavabdeh1 tutulması hissəsinə gəldikdə isə hesab edir ki, sonuncunun iddiaçıdan pul alması işin araşdırılmış hallarına əsasən öz təsdiqini tapmadığından, iddia tələbi cavabdeh cavabdeh1 münasibətdə təmin edilə bilməz.

46. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

48. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi).

49. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XIIS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501) hesabına keçirilməlidir.

50. Iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 307 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 17,92 manat hissəsi (4.210 × 307 ÷ 72.125 = 17,919861...) cavabdeh cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 4210 (dörd min iki yüz on) manat və ödənilmiş 17,92 manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir.

52. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

53. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə təmin olunan hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından cavabdeh cavabdeh2 tərəfindən kassasiya şikayəti verilə bilməz.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. Cavabdeh cavabdeh2 4210 (dörd min iki yüz on) manat və ödənilmiş 17,92 manat dövlət rüsumu alınıb iddiaçı İddiaçı verilsin. Iddia tələbi cavabdeh cavabdeh1 aid hissədə təmin edilməsin. Cavabdeh cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XIIS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar