Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1377/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qobustan Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim Q.M.Hacıyev) iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun tutulması iddiasına dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 13324,82 ABŞ dolları əsas borc, 3323,09 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 18647,91 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun məbləği olan 30 manatın alınıb “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Fəsadov Rasim Babacan oğlundan, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada cəmiyyətin xeyrinə 13324,82 ABŞ dolları əsas borc, 3323,09 ABŞ dolları faiz borcu, 4642,16 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21290,07 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 05L000002840 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli, 005R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxx 2015-ci il tarixli, 005R**********S saylı və xx xxxx 2015-ci il tarixli, 005R**********SA saylı sazislə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxx 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6675,18 ABŞ dolları ödəmiş, banka 13324,82 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxx 2017-ci il tarixə 267 gün üçün hesablanmış faiz borcu 3323,09ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2017-ci il tarixə 267 gün üçün hesablanmış cərimə 4642,16 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixdə iddiaçıdan kredit götürməsinə zamin durmuşdur. O, birinci dəfə götürdüyü krediti öhdəlik üzrə tam yerinə yetirmişdir. Sonradan həmin kredit xətti üzrə yenidən kredit götürmüş, həmin kreditin götürülməsindən onun xəbəri olmamış, həmin kreditin götürülməsində zamin olmamış və heç bir sənədə imza etməmişdir. Qobustan Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsinin ləğv edilməsi və onun zamin kimi həmin qətnamədən adının çıxarılması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi A.Z.Əhmədova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat etdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər R.B.Fərəcov, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmələrinə, iddianın qismən təmin olunması üçün əsasların olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi zamin Cavabdeh2 hissəsində işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, xx xxxxxx 2013-cü il tarixli, 05L000002840 saylı kredit xətti müqaviləsindən görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 20 Yanvar filialı tərəfindən Cavabdeh1 60 ay ərzində 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 20 Yanvar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 05L000002840 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixli, 005R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 2,25% olmaqla 18 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. İşə əlavə olan xx xxxxxx 2014-cü il tarixli məxaric orderindən görünür ki, “xxxx”qapalı səhmdar cəmiyyəti Cavabdeh1 20000 ABŞ dolları məbləğində pul ödəmişdir. İş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 20 Yanvar filialı ilə Cavabdeh5 arasında bağlanmış 05S000006706 saylı, 23 yanvar 2013-cü il tarixli, Cavabdeh2 arasında bağlanmış 05S000006707 saylı, xx xxxxxx 2013-cü il tarixli, Cavabdeh3 arasında bağlanmış 05S000009917 saylı, 29 oktyabr 2013-cü il tarixli və Cavabdeh4 arasında bağlanmış 05S**********01 saylı, 28 noyabr 2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 20 Yanvar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 05L000002840 saylı kredit xətti müqaviləsindən və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İşdə olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 20 Yanvar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 05L000002840 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixli, 005R********** saylı kredit razılaşmasına dəyişiklik edilməsi haqqında 005R**********SA saylı, xx xxxx 2015-ci il tarixli sazişdən görünür ki, verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2015-ci il tarixdən aylıq 2,25% dərəcəsi ilə faizlərin hesablanması və xx xxxxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişiklik edilərək kreditin son ödənilmə müddəti xx xxxx 2017-ci il müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli, 005R********** saylı kredit razılaşması üzrə xx xxxxxx 2017-ci il tarixə əsas borcu 13324,82 ABŞ dolları, faiz borcu 3323,09 ABŞ dolları, cərimə borcu 4642,16ABŞ dolları, cəmi borcu 21290,07 ABŞ dolları təşkil edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Məhkəmə kollegiyası cavabdeh R.B.Fəsədovun iş üzrə qətnamənin zamin hissəsində ləğv edilməsi barədə tələbini əsaslı hesab edir və birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddianın təmin olunması barədə gəldiyi nəticəni düzgün hesab etmir. Belə ki, işin hallarından göründüyü kimi “xxxx” QSC ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzun müddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı Zamin Bank qarşısında üzərinə tam məsuliyyət götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsində faiz dərəcəsi göstərilməmişdir. Şərh olunan işin hallarına hüquq normalarının göstərişlərinə əsasən qiymət verərək məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də N.M.Əskərova, M.M.Rzayev və R.B.Fəsədova qarşı zaminlik müqaviləsindən irəli gələrək yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsində qanunla müəyyən olunmuş qaydada onun iştirakı təmin olunmamış və onun iştirakı olmadan hazırkı qətnamə çıxarılmışdır. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən, sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin xx xxx 2017-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Həmin maddədə nəzərdə tutulmuş hallar apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin məcburi əsası kimi müəyyən edildiyi üçün qətnamə hətta faktlar nöqteyi-nəzərindən əsaslı və mahiyyətcə düzgün olsa da, apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh R.B.Fəsədov hissəsində faktlar nöqteyi-nəzərindən qanunsuz və əsassız olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi həmin zamin hissəsində ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin iş üzrə xx xxx 2017-ci il tarixli 2(026)-255/2017 saylı qətnaməsi zamin Cavabdeh2 münasibətdə ləğv edilsin. İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1377/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1377/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver